Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə1/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
  1   2   3   4   5   6   7   8   9   ...   71
51866

İsrafil Zakir oğlu 

İSMAYILOV

Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix 

elmləri doktoru, İ.Z.İsmayılovun ilk elmi məqaləsi  1953-cü ildə, 

ilk kitabı  isə  1955-ci  ildə  nəşr olunmuşdur.  Bundan  sonrakı  45 

ildə müəllif 26 monoqrafiya, 14 kitab və dərs vəsaiti, 160-dən çox 

elmi  məqalə nəşr etdirmişdir.  Bunlardan bir monoqrafiya və  14 

məqalə  ingilis,  fransız,  ispan,  alman,  türk,  ərəb  və  dari 

(Əfqanıstan) dilindədir.

Müəllifin  əsərlərinin  əksəriyyəti  dövlətçilik  siyasəti 

məsələlərinə,  şərq  xalqlarına  aid  problemlərə  və  hərbi  - 

vətənpərvərlik tərbiyəsi mövzularına həsr olunmuşdur.

Nəşr  olunmuş  əsərlərdən  7  monoqrafiya,  bir  kitabça  və  38 

məqalə son 10 ilin elmi işləridir.

Göstərilən elmi nailiyyətlərinə və çoxillik məhsuldar ictimai 

fəaliyyətinə görə prof.  İ.Z.İsmayılovun  adı  Amerika Bioqrafiya 

İnstitutunun  ildə  bir  dəfə  nəşr  edilən  “Hallmark-2000”  xatirə 

şərəf kitabına daxil edilmişdir.

3

W

İSRAFİL  İSMAYILOV

(tarix  elmləri  doktoru,  professor)

Gülzar anamın 

əziz xatirəsinə 

ithaf edirəm

AZƏRBAYCAN

XALQININ

SİYASİ


MƏDƏNİYYƏTİ

(  XX  əsr  )

Azerbaycan  Respublikası 

if ler Idarasi

PREZİDENT KİTABXANASI

Bakı -  2002


Azərbaycanın X X  əsrin ərzində 

ikinci dəfə istiqlaliyyət alması, 

ancaq birincidən fərqli olaraq, 

bu dəfə istiqlaliyyəti qoruyub 

saxlaması Azərbaycan xalqı 

üçün tarixi bir hadisədir.

Heydər ƏLİYEV

M ətnə  rəy  vermişlər:

Tarix elm ləri doktoru,  professor 

İsaq MƏMMƏDOV, 

Tarix elm ləri  doktoru,  professor 

Rafiq RƏCƏBOV.

İS M A Y IL O V   İ.Z .  Azərbaycan  xalqının  siyasi  m əd ən iyyəti, 

Bakı,  «Zaman» nəşriyyatı,  20 0 2 ,  -300  s.

L -A B -022039

Oxucuya  təqdim  edilən bu əsər  müəllifin  nəşr olunmuş 40-cı  ki­

tabıdır. Bu  əsər eyni zamanda müəllifin  son yeddi  ildə Azərbaycanın 

XX  əsr tarixinə  dair nəşr etdirdiyi  5-ci kitabdır.  («Azərbaycanın XX 

əsrdə  dövlətçilik  siyasəti  məsələləri»  kitabı  1995-ci  ildə,  «Dünya 

azərbaycanlıları  XX  əsrdə»  1997-ci  ildə,  «Azərbaycanlıların  11 

dünya müharibəsində  iştirakı» 2000-ci  ildə,  «Türk  dünyası  XX  əsrin 

90-cı illərində» 2001-ci  ildə nəşr edilmişdir).

Xalqımızın  siyasi  mədəniyyəti  mövzusu  tədqiq  edilməmiş 

mühüm  mövzulardandır.  Müəllifin  bu  əsərinin  də  oxucular  tərəfin­

dən maraqla qarşılanacağına  inanırıq.

Kitabın nəşrinə köməklik etdiyinə görə N.A.CƏLILOVA 

müəllif öz təşəkkürünü bildirir.

©   İ.Z.İsmayılov, 2002.

2

SİYASİ  MƏDƏNİYYƏTİN 

MƏZMUNU (Giriş əvəzi)

Bəşəri  mədəniyyətin  tərkib  hissəsi  olan  siyasi  mədə­

niyyət  bəşəriyyyətin  siyasi  inkişafının  nəticəsi  və  məcmui- 

dir.  Hər bir xalqın  siyasi  mədəniyyəti  onun əhalisinin  siyasi 

fəaliyyətdə  iştirakı  nəticəsində  topladığı  siyasi  biliklər  və 

siyasi  dəyərlərin,  siyasi  vərdişlərin  və  ənənələrin  məcmui- 

dir.  Siyasi  mədəniyyət  eyni  zamanda  insanların  siyasi  haki­

miyyətə münasibətlərini  formalaşdırır.

Siyasət  marksizm  təliminə  görə  iqtisadi  proseslərdən 

asılıdır.  Buna  uyğun  olaraq  bu  nəzəriyyə  bütün  müharibələ­

rin  də  başlanmasını  iqtisadi  mənafelər  ile  bağlayırdı.  Halbu 

ki, bəşər tarixində  din  ilə  bağlı  solib müharibələri do olmuş­

dur.  Deməli,  bütün  siyasi  hadisələri  yalnız  iqtisadi  mənafe­

lərlə bağlamaq  bəşəri  inkişaf üçün  böyük təsir gücünə malik 

olan  (və  olmuş)  mənəvi  dəyərlərin rolunu alçaltmağa yönəl­

dilmişdir və bununla razılaşmaq olmaz.

Siyasi mədəniyyət sinfi  mədəniyyət mövhumu ilo  eyni 

deyildir.  O,  bütün  xalqın  mədoniyyətidir.  Halbuki,  Lenin 

mədəniyyəti  də ifrat  dərəcədə  sinfiləşdirmişdi.  O,  hətta  mə­

həbbətin  də  sinfiliyini  iddia edirdi.  V.İ.Lenin  1915-ci  ilin  17 

yanvarında  İncssa Armanda  yazdığı  məktubunda onun  «Mə­

həbbət  azadlığı  tələbi»  kitabçasının  əlyazmasım  sinfi  nöq- 

teyi  nəzərdən  tənqid  edərək,  məhəbbəti  «proletar məhəbbə­

ti»  və  «burjuaziya  məhəbbəti»  kimi  fərqləndirməməyi  mü­

əllifə nöqsan tutmuşdu.

Görkəmli  siyasi  publisist  A.Avtarxanov  «Lenin  Rusiy­

anın  taleyində.  Tarixçinin  düşüncələri»  kitabında (1990)  ya­

zır  ki,  «Məhəbbətin  sinfliyi»  haqqında  mənasız  nəticəyə 

yalnız fanatiklər gəlib çıxa bilərlər.

3



V.İ.Lenin  üçün  sinfi  mövqe  (zorakılıq)  həmişə  əsas 

meyyar olmuşdur.  1918-ci ilin 21  iyununda Petroqradda inqi­

labçı  Volodarski  öldürülmüşdü,  və  buna  qarşı  proletariatın 

kütləvi  «qırmızı  terror»  elan  etməsi  lüzumu  haqqında  tələb­

lər var idi.  Zinovyevin təklifi  ilə bu əhvali-ruhiyyənin qarşı­

sının  alınması Lenini  son  dərəcə  hiddətləndirmişdi  və o,  Zi­

novyeva yazmışdı:  «Bu  gün biz  MK-da  eşitdik ki,  Piter fəh­

lələri  Volodarskinin  ölümünə  kütləvi  terrorla  cavab  vermək 

istəyirlər və Siz onları saxlamısmız. Qəti etiraz edirəm!...»

Mədəniyyətin  sinfıləşdirilməsinin  yolverilməzliyi  üzə­

rində  nisbətən  daha müfəssəl  dayanmaqla məsələnin  nə  də­

rəcədə təhlükəli olduğuna oxucunun diqqətini cəlb etdik.

Elmi  ədəbiyyatda  əsasən  üç  növ  siyasi  mədəniyyət  -  

totalitar,  avtoritar  və  demokratik  siyasi  mədəniyyət  növləri 

şərh edilir.  Bunlardan əlavə etatizm (dövlətçilik) ruhlu siyasi 

mədəniyyət  də  vardır  ki,  burada  siyasətin  formalaşmasında 

dövlətin müstəsna rolu əsas götürülür.

Hər bir xalqın siyasi  mədəniyyətində,  onun milli xüsu­

siyyətlərindən  və  tarixi  təcrübəsindən  asılı  olaraq  müəyyən 

xüsusiyyətlər  ola bilər  (məsələn,  aşkarlıq  dərəcəsi,  ən’ənə- 

vilik, radikallıq dərəcələri  üzrə  və s.).  Siyasi ən’ənələr siya­

si  mədəniyyətin  stabil  hissəsi  kimi  xalqın  həyatında  uzun 

dövr yaşayır.

Siyasi  mədəniyyət  ölkə  əhalisi  üçün  yaşadığı  cəmiy­

yətdə  aşağıdakı  funksiyaların  icrasına xidmət edir:  cəmiyyə­

ti  dərk etməyə kömək  etmək funksiyası,  siyasi  cəhətdən  tər­

biyələndirmək  funksiyası,  fəaliyyəti  istiqamətləndirmə  və 

tənzim etmə funksiyası və s.

Xalqımızın  tarixən  əvvəlki  dövrlərdə  qazandığı  siyasi 

mədəniyyəti  en’ənə  kimi  davam  etdirmək  üçün  onun  siyasi 

təcrübəsini  və  düşüncə  tərzini,  təfəkkürünə  xas  olan  cəhət­

ləri  öyrənmək  və  inkişaf etdirmək lazımdır.  Siyasi  təfəkkür 

isə siyasi biliklər sisteminin təzahür formasıdır.

Azərbaycan  xalqı  XX  minilliyin ilk  17  ilini  Rusiya ça­



4

rizmi  üsul-idarəsi  şəraitində,  sonrakı  2  ilə  yaxın  bir  dövrü 

Azərbaycan  Xalq  Cümhuriyyəti,  72  ilini  isə  Sovet  sosialist 

üsul-idarəsi  şəraitində  yaşamışdır  və  əsrin  son  on  ilinin  əv­

vəlində  müstəqilliyini  bərpa  edərək,  müstəqil  dövlət  üsul- 

idarəsi şəraitində yaşadı və indi də yaşayır.

Demokratik cəmiyyətlərdə, bir qayda olaraq, bütün və­

təndaşlar  qanuna  tabeçilikdə  bərabər  hüquqa  malikdirlər. 

Sovet  sosialist  siyasi  sistemində bütün  əhali üçün partiya  və 

dövlət məfkurəsi mütləq hökmranlığa malik idi.  Belə bir şə­

raitdən  demokratik  dövlət  quruculuğuna  və  müstəqil  dövlət 

şəraitində  yeni  siyasi  mədəniyyətə  keçid  müəyyən  vaxt  tə­

ləb  edir və həmin  dövr adətən ağrılı  olur.  Bu məsələnin  da­

ha  mühüm  bir  cəhəti  isə  XX  əsr  tariximizin  yenidən  yazıl­

ması vacibliyi  məsələsidir.  Həmin vəzifənin vacibliyini filo­

logiya  elmləri  namizədi  Minaxanım  Nuriyeva  daha  kəskin 

və  qəzəb hissi  ilə əsaslandırdığı  üçün onun fikirlərini  oxucu­

ya  çatdırmağı  lazım  bildim.  O,  yazır:  «Vətənimiz  ən  çox 

özünün  saxta  tarixindən  əzab  çəkib.  Bu  qələm  çox  vaxt  da 

elə  öz  alimlərimizin  əlində  olub.  Vətən  öz  oğullarından  ya­

lan  eşinmoli  olub...  Bu  alimlər  Gülüstan-Türkmənçay  mü­

qavilələrinə  azadlıq  simvolu  qiyməti  verdilər...Cavad  xan­

lara,  Məmməd  Əmin  Rəsulzadələrə,  Əhməd Cavadlara  qara 

yaxıb,  tarixdən  sildilər.  Vətən  fədailərini  tapdalayıb  vətən- 

millət  xainlərini  dərsliklərə  salıb  mədh  etdilər.  Onların  fəa­

liyyəti  nəticəsində  Azərbaycan  öz  sinəsində  çalın-çarpaz 

dağ  kimi  erməni  daşnaqlarmm  heykəllərini,  onlara  satılmış- 

lanmızın adlarını  daşıtdırdılar»1.

Nə qədər acı  olsa da, bütün bunlar olmuşdur və özü də 

ifrat dərəcədə!  Sovet hakimiyyəti  illərində Bakının ən  geniş 

və  uzun  küçələri  xalqımızın  düşmənlərinin  adını  daşıyıb. 

Ensiklopediyamızda  erməni  daşnakların  hamısını  təm-təraq- 

la  tərifləmişik.  Öz  xalqımızın  vətənpərvər  oğullarını  isə

«Xalq» qəzeti, 20 sentyabr  1998

5



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə