Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 332,19 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix26.09.2017
ölçüsü332,19 Kb.
#1494
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ 



 

 

   

                                                                «Təsdiq edirəm» 

                                                              ADNSU-nun  rektoru, professor 

                                                                   __________________  Mustafa  Babanlı 

                      

«

 05


»

   iyul          2016-cı    il  

 

 

 



 

 

 

 

“FƏLSƏFƏ” FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL 

 

İMTAHANI  ÜZRƏ 

 

PROQRAM  

                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2016 

 


 

 

“FƏLSƏFƏ” FƏNNİNDƏN DOKTORANTURAYA QƏBUL 



İMTAHANI  ÜZRƏ PROQRAM  

 

 

Tərtib edən: f.e.n dos. Y.P.Əhmədov 

Redaktor:  f.ü.f.d F.X.Rüstəmov 

Rəy verənlər:  f.ü.f.d dos. E.S.Kərimov (AzTU) 

     f.ü.f.d dos.  Ş.İ.Quliyeva 

     f.ü.f.d  dos. K.N.Məmmədova 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

M Ö V Z U L A R 



 

 

 



 

1.

 



Cəmiyyət həyatında fəlsəfə və fəlsəfi biliklərin spesifikası 

2.

 



Qədim Şərq fəlsəfəsi 

3.

 



Antik yunan və qədim Roma fəlsəfəsi 

4.

 



Orta əsrlərin intibah dövrü fəlsəfsi 

5.

 



Yeni dövr fəlsəfəsi 

6.

 



Qədim Azərbaycanda fəlsəfə 

7.

 



Orta əsrlər Azərbaycan fəlsəfəsi 

8.

 



İctimai həyatın təbii əsasları 

9.

 



XX əsr fəlsəfəsi 

10.


 

Valıq və materiyanın fəlsəfi anlamı 

11.

 

Dialektika 



12.

 

Orta əsrlər müsəlman şərq fəlsəfəsi 



13.

 

Cəmiyyət idrakın obyektidir 



14.

 

Cəmiyyət sosial-siyasi həyatı 



15.

 

Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri 



16.

 

Şüurun ideal varlığı 



17.

 

Cəmiyyətin mənəvi varlığı 



18.

 

İdrak, elmi idrak, onun metod və formaları 



19.

 

İnsanın fəlsəfəsi 



20.

 

Fəlsəfə və gender problemi 



21.

 

Mədəniyyət və sivilizasiya. Müasir dövrün qlobal problemləri 



 

 

 



 

 

 



 


 

 

M ö v z u 1.  Cəmiyyət həyatında fəlsəfə və fəlsəfi biliklərin spesifikası 

Fəlsəfi dünyagörüşün  nəzəri  əsası insan  biliyinin və  mənəvi  mədəniyyətin  ən 

qədim  sahələrindən    biridir.  Fəlsəfənin  predmeti  və  mahiyyəti.    Fəlsfə  bütövlükdə 

insanın  dünyaya  münasibəti  haqqında  təlimdir.  Fəlsəfənin  əhatə  etdiyi  problemlər, 

onların özünəməxsusluğu. Fəlsəfə idrakın kompleks prinsipi və idraki fəaliyyətin ən 

ümumi  metodudur.  Tarixi  inkişafın  gedişində  fəlsəfənin  predmetinin  dəyişməsi. 

Fəlsəfi  biliyin  predmeti  haqqında  müasir  konsepsiyalar.  Fəlsəfi  biliklərin 

ümummədəniyyət sistemində yeri.  Fəlsəfə elitar şüur forması olub insanların həyat 

strategiyasıdır.  

Fəlsəfənin  funksiyaları:  dünyagörüşü  funksiyası  (humanist,  ictimai-akseoloji, 

mədəni-tərbiyəvi,  izahedici-informasiya),  metodoloji  funksiyası    (evristik, 

əlaqələndirici, birləşdirirci və mədəni-qnoseoloji). 

Fəlsəfənin vəzifələri və onun özünəməxsusluğu. Fəlsəfə bilik növüdür, fəlsəfə  

-  elmdir,  ideologiyadır,  humanitar  bilikdir,  mənəvi  mədəniyyətdir,  obyektin 

transendental dərk olunmasıdır, hikmətə məhəbbətdir. 

Fəlsəfənin  dünyagörüşü  sistemində  yeri.    Dünyagörüşü  anlayışı,  onun 

məzmunu.  Dünyagörüşünün  strukturu  və  tipləri.  Dünyagörüşünün  əsas  məsələsi  – 

insanın dünyaya münasibətidir. Dünyagörüşünün mənbəyi və onun problemi – fərdin 

varlığıdır.  Dünyagörüşü  ictimai  və  fərdi  şüurun  özəyidir,    insanın  fəaliyyətinin 

istiqamətvericisidir.  Dünyagörüşünün  formalaşmasında  əsas  amillər:  dərketmə, 

qiymətləndirmə və fəaliyyət.  

Dünyagörüşünün  məzmununda  biliklərin,  informasiyaların,  əqidələrin, 

təsəvvürlərin,  inamların,  səylərin,  ümidlərin  birləşməsi.  Dünyagörüşünün  əsas 

səviyyələri:  dünyagörüşündə  intellektual  və  emosional  cəhətlər.  Dünyadurumu  və 

dünyaanlamı anlayışları., onların fərqli cəhətləri.  

Fəlsəfi biliklərin mənəvi mənbəyi–mifologiya, dini etiqad və elmin rüşeymləri. 

Fəlsəfənin yaranması haqqında mifoloji və qnoseoloji konsepsiyalar. 

Mifologiya – ictimai inkişafın ilkin mərhələsi üçün xarakterik olan ictimai şüur 

formasıdır.  Mif  –  bəşəriyyətin  mənəvi  mədəniyyətinin  ilkin  forması  olub  biliklərin,  

dini  inamların  və  incəsənətin  müxtəlif  növlərinin  rüşeymlərini  özündə  birləşdirir. 

Mifik  dünyagörüşünün  düşüncələrə,  bədii-emosional  həyəcanlara  və  ictimai 

illüziyalara  bağlılığı.  Dini  dünyagörüşündə  dünyanın  ikiləşməsi  prinsipi  və  ruh 

anlayışının yaranması. 

Din  dünyagörüşün  formasıdır.  Dinin  spesifikliyi.  Fövqəltəbii  qüvvələrin 

varlığına  inam  –  dini  dünyagörüşünün  əsasıdır.    İbtidai  icma  cəmiyyətində  dini 

inamlar:  animizm,  animatizm,  fetişizm,  totemizm,  şamançılıq,  magiya.  İlkin  etnik 

dinlər (finikiya, babil, Misir, qədim yəhudi və s.) Dinin ictimai-tarixi təbiəti və sosial 

funksiyaları.  Allahın  təbiətdən  və  insandan  yüksəkdə  durması  ideyası.  Ruhun 

ölməzliyi və ölümdən sonrakı həyatı. Din mənəvi mədəniyyətin tərkib hissəsidir. Din 

və fəlsəfənin oxşar və fərqli cəhətləri.  

Fəlsəfə  və  elm.  Fəlsəfə  nəzəri  cəhətdən  formalaşmış  dünyagörüşüdür. 

Fəlsəfədə  millilik  və  ümumbəşərilik.  Milli  fəlsəfənin  ümumdünya  fəlsəfəsinə 

münasibətdə nisbi müstəqilliyi. Milli fəlsəfə milli özünüdərkin nəzəri əsasıdır. Milli 




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə