Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
  1   2   3   4   5   6   7   8   9   ...   41


AZƏRBAYCAN DÖVLƏT PEDAQOCI UNIVERSITETI 
 
 
 
Könül Səmədova  
 
 
QƏRBI AZƏRBAYCAN  
ETNOTOPONIMLƏRININ 
AREALLARI  
 
 
 
Azərbaycan Respublikası 
Təhsil 
Nazirliyi Elmi-Metodik Şurası «Azərbaycan 
dili və  ədəbiyyatı» bölməsinin 07.01.2008-ci 
il tarixli 1№-li iclas protokoluna əsasən dərs 
vəsaiti kimi çap olunur. 
 
 
 
Bakı  
«Nurlan»-2008 


 
2
 
Elmi redaktor:    f.e.doktoru.prof 
          Həsən Mirzəyev 
         F.e.doktoru prof. 
        Buludxan Xəlilov 
 
Rəyçilər:         f.e.doktoru prof. 
       Mirvari İsmayılova 
        F.e.doktoru prof. 
      dos.İbrahim Bayramov 
 
Könül Ibrahim qızı Səmədova. Qərbi Azərbaycan-indiki Ermənistan 
etnotoponimlərinin arealları  (monoqrafiya). 
 Bakı, «Nurlan», 2008,-  səh. 
 
Kitabda ilk dəfə olaraq Qərbi Azərbaycan  ərazisindəki 
etnotoponimlər tədqiqat obyekti olmuş, bu ərazinin areal 
etnotoponimləri araşdırılmışdır. Ermənistan  ərazisindəki türk 
mənşəli etnotoponimlər linqvistik və tarixi, coğrafi aspektdə 
araşdırılmışdır. Monoqrafiya dilçilər, tarixçilər, coğrafiyaçılar, 
aspirantlar, tələbələr və vahid Azərbaycan tarixinə, dilinə maraq 
göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, Qərbi 
Azərbaycan – indiki Ermənistan  ərazisinin qədim türk oğuz yurdu 
olduğunu bir daha təsdiq edən tutarlı mənbədir

 
2008
098
4602000000


N
 Qrifli nəşr
 
                       © 
«Nurlan», 2008 


 
3
 
Ön  söz 
 
Müasir dövrdə Ermənistan  ərazisindəki türk mənşəli 
etnotoponimlərin tədqiqi daha vacib məsələ olub, təkcə elmi aktuallığı 
ilə deyil, siyasi əhəmiyyəti baxımından da son dərəcə vacibdir. 
Onomastik vahidlər, xüsusən də etnotoponimlər dil tarixi ilə 
bağlı qiymətli mənbədir. Onlar xalqın qədim  yaşayış  məskənini 
müəyyənləşdirmək, bu ərazidə baş vermiş ictimai-siyasi hadisələri 
qiymətləndirmək, həmin hadisələrin səbəb və köklərini aydın-
laşdırmaq, həqiqəti üzə çıxarmaq üçün faktlar kimi dəyərlidir. 
Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə mü-
nasibətdə  həmişə  qərəzli mövqe tutmuşlar. Qərbi Azərbaycanda, –
indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu 
dəyişdirilib erməniləşdirilməsi türklərin, xüsusən də azərbaycanlıların 
min illər boyu bu ərazidə yaşamasını sübut edən faktlar saxta-
laşdırmaq məqsədi daşımışdır. 
Müəllifin qeyd etdiyi kimi Qərbi Azərbaycan, indiki 
Ermənistan  ərazisindəki azərbaycanlıların etnogenezində müxtəlif 
qədim türk tayfaları iştirak etmişdir. Müəllif ölkəmizin, o cümlədən də 
Qərbi Azərbaycan  ərazisinin müasir  toponimiyasında 4600-dən çox 
olan coğrafi adın təxminən 70 faizini tayfa və ya tayfa başçılarının 
adları ilə bağlı meydana gəldiyi qeyd edilmişdir. Həmin tayfalar təbii 
ki,  Şimali və  Cənubi Azərbaycan  ərazisindəki etnotoponimlərin sayı 
az deyildir. Müəllif  əsərdə onları  tədqiq etməklə müxtəlif türk 
etnoslarının, xüsusilə  oğuzların bu ərazilərin aborigen sakinləri 
olduğunu sübuta yetirir, Azərbaycan toponimiiyasında az öyrənilmiş 
sahələrdən biri olan etnotoponimləri çox yüksək səviyyədə  tədqiq 
etmiş, onların areallıq xüsusiyyətlərini araşdırmış, ilk dəfə olaraq 
Qərbi Azərbaycan ərazisindəki etnotoponimlər tədqiq edilmiş, onların 
onomostik lüğəti tərtib olunub, etnotoponimlərin linqiristik və tarixi 
aspektdə araşdırılmışdır. 
Əsərdə müxtəlif etnotoponimlərlə 
etnotoponim olmayan toponimlərin struktur leksik-semantik, fonetik, 
qrammatik xüsusiyyətlərini müqayisəli  şəkildə  tədqiq etimş  və bu 
qrupplar arasındakı oxşar  və fərqli cəhətləri üzə çıxarmışdır. Müəllif 
etnotoponimləri yalnız linqvistik baxımından deyil, həmçinin tarixi və 
coğrafi aspektdən də tətbiq etmişdir. Bu da dərslikdən yalnız dilçilərin 


 
4
deyil, o cümlədən də tarixçilərin və coğrafiyaçıların da yararlanmasına 
kömək edəcək. 
Bu kitabda həmçinin Qafqaz hərbi dairəsinin Tiflis 1903-cü il 
xəritəsindən də istifadə  olunmuş və kitabda verilmişdir. Müəllif həm 
filoloq, həm tarixçi, həm də bir coğrafiyaçı mövqeyində  çıxış edib. 
«Qərbi Azərbaycan–indiki Ermənistan etnotoponimlərinin arealları» 
adlı əsəri  bir daha sübut edir ki, Qərbi Azərbaycan qədim türk-oğuz 
məskənləridir. Könül Səmədova belə bir araşdırmanın öhdəsindən 
layiqincə  gəlmiş, hamımızın bütün azərbaycanlıların ağrılı problemi 
olan Qərbi Azərbaycan-indiki Erəmnistan torpaqlarının tarixini, 
linqistikasını  həm də  hər bir azərbaycanlı üçün şərəf işi olan 
vətəndaşlıq borcunu yerinə yetirərərk elmi ictimaiyyətə həm də geniş 
oxucu kütləsinə çox əhəmiyyətli və dəyərli bir kitab təqdim etmişdir. 
Təklif edərdim ki, müəllif gələcəkdə ya kitabı bütövlükdə, ya 
da müəyyən hissələrini rus, ingilis hətta erməni dilinə belə  tərcümə 
etdirsin. Düşmənə düşmənnin dilində  zərbə endirmək də böyük qə-
ləbədir! 
 
AMEA-nın Nəsimi adına  
Dilçilik Institutunun prof. Qara Məşədiyev 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə