Azərbaycan Dövlət pedaqoji Universitetin quba filialı akultə: pedaqoji İxtisas: Məktəbəqədər təhsil-tərbiyə



Yüklə 483,86 Kb.
səhifə1/3
tarix18.01.2022
ölçüsü483,86 Kb.
#82959
  1   2   3
İkt sərbəst iş

Azərbaycan Dövlət PEDAQOJİ Universitetin quba filialı

akultə: PEDAQOJİ

İxtisas:Məktəbəqədər təhsil-tərbiyə

Qrup:2101b

Kurs:1

Fənn: təhsildə İkt

MÜəllim: yusif Abayev

Tələbə: GÜLƏLİYEV Xəyal

  • İnformatika (ingiliscə ‘informatics’) termini informasiya və avtomatika sözlərindən yaranmışdır.Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər.Xaricdə bu termin ‘kompyuter elmi’ ( computer science) termini ilə uyğunlaşdırılır,yəni bu iki termin sinonim kimi işlədilir. Hazırda ‘İnformatika’ informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi,saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformatika- kompyuterlərdən və şəbəkələrdən xüsusən internetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. ‘İnformatika’ fənn elmi istiqamət kimi kompyuterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod prinsip və qanunlarını öyrənir.İnformatikanın əsası- hesablama prosesləri və hesablama maşınları,sistemləri,şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.Akademik B.M.Qluşkovun və B.S.Mixaleviçin fikrinə görə informatika kompyuterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin, layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının,səmərəliliyinin,qiymətləndirilməsinin,onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
  • ‘İnformatika’ bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır.İnformatika elmi təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq,həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərinin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı internetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də, konkret halda ‘İnformatika’ kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompyuterlərin və internetin müasir vəziyyəti ilə eləcə də, ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.

Yüklə 483,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə