Azərbaycan ədəbiyyatının Cümhuriyyət dövrü M.Ə. Rəsulzadə: "Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur"



Yüklə 154,46 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü154,46 Kb.
#63465
növüYazı


Xalq cəbhəsi” -. 2010 – 28 yanvar. - № 16. - S. 14.

Azərbaycan ədəbiyyatının Cümhuriyyət dövrü

M.Ə.Rəsulzadə: "Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə

olunur"

2-ci yazı

Araşdırmaçı G.Pənah  bildirir  ki,  Əhməd  Cavad  yaradıcılığında  ölkəni  yenidən  işğal  edən  rus  imperiyasına

nifrət hissi var. "Göygöl" şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə

yanaşı  üsyankar  bir  qəlbin  səsi  duyulur:  "Türkçülük,  turançılıq  ideyalarına  gənc  yaşlarından  böyük  rəğbəti  olan

Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə "Trablis müharibəsi" və "Ədirnə fəthi" pyeslərini yazdı və bu

əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda

mübarizəsini əks etdirirdi. 

Cəfər Cabbarlı heç zaman bolşevik ideyalarını qəbul etməyib

Milli  hökumətin  yarandığı  illərdə  parlamentdə  stenoqraf  işləyən  C.Cabbarlı  dramaturgiya,  eləcə  də  lirik

yaradıcılığını  davam  etdirir,  milli  dövlətçiliyi,  vətənin,  torpağın  gözəlliyini  tərənnüm  edir.  İlk  şeirlərində  -

"Azərbaycan bayrağına", "Sevdiyim", "Sevimli ölkəm", "Salam" və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını

duyan, bu dövlətə məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq

məfkurəsi  ön  planda  verilir.  Şairin  "Azərbaycan  bayrağına"  şeiri  şairin  "azadlıq  və  istiqlal"  sevgisini  orijinal

formada  əks  etdirən  əsərlərdən"  biri  kimi  yüksək  qiymətləndirilir.  "Sevdiyim"  şeirində  də  şair  üçrəngli  bayrağa,

Vətənə  müqəddəs  hisslərlə  yanaşır,  bu  bayraqda  türkçülük,  turançılıq  ideyalarını  ümumiləşdirir.  Ölkədə  milli

hökumətin  süqut  etməsiylə  Xalq  Cümhuriyyətinin  qurucuları,  ədəbiyyata  gələn  gənc  istedadlı  qələm  sahibləri

mənəvi cəhətdən yaralanmışdılar. Bu zərbənin ağrılarını çəkirdilər. C.Cabbarlı da onlardan biri idi. "Aydın", "Oqtay

Eloğlu"  kimi  əsərlərində  milli  kədərin  motivləri  vardı.  Qorxmaz,  mübariz  C.Cabbarlı  1920-ci  il  aprelin  27-də

hakimiyyətin  süqutu  haqqında  qərar  qəbul  edilən  axşamı bu  milli  hərəkatın bir  çox  cavan  fəalları ilə  Məhəmməd

Əmin  Rəsulzadənin  evinə  yığışırlar.  "Gənc  müsavatçılar"  hərəkatı  yaranır.  Bu  gizli  təşkilatın  sədri  Mirzə  Bala

Məmmədzadə,  baş  katib  Cəfər  Cabbarlı oldu.  Təşkilatın  bir  sıra  yığıncaqları Cəfər  Cabbarlının  bağında  keçirilir,

bolşevizmə qarşı mübarizə aparan özəklər yaradılır. "İstiqlal" qəzeti dərc edilirdi. 1923-cü ildə təşkilatın üzvləri, o

cümlədən C.Cabbarlı da bolşevik hökuməti tərəfindən həbs edilsə də, avqustun ortalarında müxtəlif şərtlər əsasında

azadlığa buraxıldığı bildirilir. Onun yaradıcılığını ətraflı araşdıran alimlər bu qənaətdədirlər ki, Cəfər Cabbarlı heç

zaman bolşevik ideyalarını qəbul etməyib və sovet quruculuğunun kor-koranə təbliğatçısı olmayıb. Onun bu rejimlə

birbaşa  həmfikirliyini  göstərən  heç  bir  yazısı yoxdur.  Ancaq  müəyyən  mənada  aydın  və  oqtayların  prototipi  olan

C.Cabbarlının  bir  xüsusiyyəti  vardı: doğma  xalqa  bağlı olan  ədib  üçün  idealsız,  qayəsiz,  Azərbaycanın  sabahına

inamsız  yaşamaq  qeyri-mümkün  idi.  Belə  qayələri  Cabbarlı qismən  20-ci  illərdə  bolşeviklərin  xüsusi  ardıcıllıqla

həyata keçirdikləri mədəni inqilabda  tapdı.  Bu  inqilab  Azərbaycan  xalqını Avropa  mədəniyyəti  yoluna  yönəldirdi

və  məhz  bu  cəhət  Cəfər  Cabbarlının  xalqımızın  gələcəyi  barədə  arzularına  uyğun  idi.  Ona  görə  də  bu  prosesdə

iştirak edən Cabbarlını mənəvi iflasdan və əzablardan xilas etdi".



Vətənin azad və abad yaşaması ideyaları

G.Pənahın  sözlərinə  görə,  Xalq  Cümhuriyyətinin  köməyini,  dövlətin  qayğısını  üzərində  hiss  edən,  onun

dəstəyilə  xaricdə  təhsil  alan,  elmə,  biliyə  yiyələnən  Əli  Yusifin  "Azərbaycanlıya",  "Bayraq",  "İdeal",  "Bir  türk

yanğısı  deyir  ki",  "Qarabağ  xainlərinə"  və  s.  şeirlərində  xalq,  millət,  vətən  sevgisi  əsasdır:  "Repressiya  qurbanı

olmuş,  həbsxanalara  salınmış  Umgülsüm  Sadıqzadənin  "Əsgər  anasına",  "Çəkil,  dəf  ol",  "Bir  mayıs  günündə",

"Yolunu bəklərdim" şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş  xalqına, onun yenicə qurduğu azad, müstəqil,

suveren  dövlətinə  məhəbbət  ifadə  olunur.  Vətənin  sabahı üçün  narahatlıq, xalqına  çətin  anda  köməyə  gələn,  onu

düşmən  caynağından  qurtarmağa  çalışan  Türk  ordusunun  arxa,  dayaq  olmasından  ürəyində  qürur  hissi  doğması

diqqət  çəkir.  Dili  bir,  qanı  bir  Azərbaycan  xalqının,  türklərinin  hiss  və  duyğuları,  bu  tarixi  həqiqətlərin  xalqın

ruhunda,  yaddaşında  buraxdığı  dərin  izlər  yaşayır.  Onun  şeirlərində  eyni  zamanda  ölkədə  Xalq  Cümhuriyyətinin

süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapıb.

Məmməd  Səid  Ordubadi,  Əliqulu  Qəmküsar,  Hüseyn  Cavid,  Əli  Şövqü,  Davud  Ağamirzadə  və  başqa

sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii

nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,

Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər. Cəlil

Məmmədquluzadənin  hekayələrində  qadın  azadlığı ("Konsulun  arvadı" "Xanın  təsbehi",  "Qəssab")  problemlərinə

toxunur.  "Zırrama"  hekayəsində  mənfi  əxlaqi  keyfiyyətlər  tənqid  olunur.  Ə.Haqverdiyevin  "Mirzə  Səfər",  Seyid



Hüseynin "Həzin bir xatirə", "İsmailliyə"  hekayələri diqqəti  cəlb edir. "İsmailliyə"  hekayəsində ədəbiyyatşünaslar

Seyid  Hüseynin  "bu  tarixçənin  istiqlal  və  azadlıq  hərəkatı  ilə  bağlı  məqamlarına  diqqət  yetirildiyini,  "əslində

İsmailliyənin  simasında  yazıçının  bütün  ruhu  və  qəlbi  ilə  bağlı olduğu  doğma  Azərbaycanın  obrazını yaratdığını

bildirirlər. Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları" romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı,

bu yüzildə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və

narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir. Ağababa Yusifzadənin "Sınan qanad" romanında

xalqın,  millətin  qayğılarını bir  vətəndaş  kimi  irəli  çəkmək  məsələləri,  vətənin  azad  və  abad  yaşaması,  qurulması

ideyaları verilir".



"Vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz"

Bu  dövrdə  C.Cabbarlının  "Ədirnə  fəthi",  "Trablis  müharibəsi",  yaxud  "Ulduz",  "Aydın",  Hüseyn  Cavidin

"İblis",  C.Məmmədquluzadənin  "Anamın  kitabı",  "Kamança"  əsərləri  Cümhuriyyət  dövrünün  dramaturji  əsərləri

kimi bədii cəhətdən yüksək qiymətləndirilir. G.Pənah deyir ki, araşdırmaçılar Hüseyn Cavidin "İblis" faciəsinin "bu

illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan"dığını bildirir: "Dramaturqun "İblis"

faciəsinə ziddiyyətli münasibəti olsa da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: "Cavidin "İblis" faciəsini

ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş  bir

fəlakəti yazmaq məcburiyyətindəyəm. Cavid Bakıda Nikolayevski küçəsində yerləşən "Təbriz" otelində  yaşayırdı.

1918-ci  ilin  mart  hadisəsindən  sonra  yazıçı Hüseyn  Sadiqlə  bizə  gəlmişdi.  Cavidin  bət-bənizi  ağarmışdı.  O,  son

dərəcə  nəşəsiz  və  mütəəssir  görünürdü.  Əhval  sordum.  Hüseyn  Sadiq  Cavidin  əsir  düşdüyünü  və  ölümdən

qurtulduğunu söylədi.... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan "İblis" faciəsini bu acı təsirlər altında

yazmışdı". 

Milli  birlik,  mənəvi  bütövlük  ideyaları  üzərində  qurulan  dövlətin  tərəfdarı  olan  C.Məmmədquluzadənin

"Anamın  kitabı"  pyesinin  ədəbi  tənqiddə  dərin  təhlili  verilib.  M.Ə.Rəsulzadə  milli  azadlıq  yolunda  əldə  edilən

müvəffəqiyyətlərin  qazanılmasında  bədii  ədəbiyyatın  rolunu  belə  dəyərləndirir:  "Azadlıq  və  istiqlaliyyət  əsas

süngüləri  ilə  yox,  ədəbiyyat  və  incəsənət  vasitəsi  ilə  əldə  olunur".  O,  "Qurtuluş  günü"  məqaləsində  yazır:  "Ey

millətin  lisanül-qeybi  olan  şairlər,  ədiblər,  millətin  əməllərini,  ülvi  niyyət  və  məqsədlərini  oxşayınız,  kəndisinə

millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz". 



"...Basılan kitablar kəsilən pullardan qiymətlidir"

Cümhuriyyət  dövründə  Seyid  Hüseyn  "Yaşıl qələm" ədəbi-elmi  cəmiyyət  yaradır.  Bu  cəmiyyət  Məhəmməd

Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Əhməd Cavad,

C.Cabbarlı,  Salman  Mümtaz,  Əli  Yusif  və  digər  ziyalıları,  sənətkarları  özündə  birləşdirirdi.  Yusif  Vəzir

Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər verib. "Azərbaycan ədəbiyyatına bir nəzər" monoqrafik

tədqiqat  əsəri  1919-cu  ildə  İstanbulda  nəşr  edilib,  öz  elmi-nəzəri  əhəmiyyəti  ilə  seçilir.  F.Köçərli  Tiflisdə

"Azərbaycan teatrının ədəbiyyatı" əsərini rus dilində nəşr etdirir. O, elə bir dövrdə fəaliyyətə başlayıb ki, o dövrdə

Rusiyada  ictimai-siyasi  ziddiyyətlər  kəskinləşir,  Azərbaycanda  milli  şüur  getdikcə  qüvvətlənirdi.  Azərbaycanda

dramaturgiya, nəsr, nəzm realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar dilimizdə

nəşr edilirdi. Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənməyə meyl artırdı. F.Köçərli silsilə məqalələrini,

"Azərbaycan  türklərinin  ədəbiyyatı"  əsərini,  "Azərbaycan  ədəbiyyatı"  əsərlərini  yazır.  Onun  ən  böyük  xidməti

"Azərbaycan  ədəbiyyatı" əsəridir.  Yusif  Vəzir  Çəmənzəminli  "Milli-mədəni  işlərimiz"  silsilə  məqalələrində  kitab

nəşrinin  vacibliyini  qeyd  edir.  O  yazırdı:  "Hankı  yolda  qənaət  olunsa,  nəşriyyat  üçün  qənaət  olmasın.  Çünki

bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir.

Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi

məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır". 

Araşdırmaçılarımız  Cümhuriyyət  dövrünün  araşdırıcılarından  Adilxan  Ziyadxanın  "Azərbaycan  haqqında

tarixi, ədəbi və siyasi məlumat" (1919) əsərini "milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından" dəyərli bilirlər.

A.Ziyadxan  Çəmənzəminlidən  fərqli  olaraq  azərbaycanlı  müəlliflərin,  ərəb  və  fars  dillərində  yazıb-yaradan

ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb edib. Əlimərdan bəy Topçubaşov,

Ceyhun  bəy  Hacıbəyli  və  başqaları  Azərbaycan  ədəbiyyatını,  mədəniyyətini  təbliğ  etmək  məqsədilə  bir  sıra

məqalələri,  kitabları Avropada  çap  etdiriblər.  Bu  dövrdə  Abdulla  Şaiq,  C.Cabbarlı, Abbas  Səhhət  yaradıcılığı ilə



bağlı müxtəlif məqalələr yazılıb".    

Elçin Qaliboğlu 

Yüklə 154,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə