Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
  1   2   3   4   5   6   7   8   9   ...   30


 

AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI 

 

 

 



 

ŞARDƏN 

 

C.-b kovaler Şardənin Səfəvilərə və Şərqin digər  



yerlərinə səyahətləri 

 

 



 

“PARİSDƏN İSFAHANA 

SƏYAHƏT” 

 

Amsterdam 1711 



 

 

Fransız dilindən tərcümə edəni Azərb. EA Tarix İnstitutunun  

dissertantı Vaqif Aslanov 

 

 



 

 

 



 

 

 



 

Bakı — ELM — 1994

 

 

 




 

 



Nəşrin sponsoru Şəki Aqrar-Sənaye 

Birliyinin rəisi Mürşüd Fərəcovdur. 

 

 

 



Redaktoru: Gülafət Davudova 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Şardən J. 

Səyahətnamə.—Bakı: Elm, 1994, 96 səh.  

ISBN 5—8066-0584—1 

 

 



J.Şarden Şərqə bir neçə dəfə səyahət etmişdir. O, dövrünün diplomatiya ilə 

məşğul  olan  tacir  və  səyyahlarından  elmi  bilikləri  və  geniş  dünyagörüşü  ilə 

fərqlənmişdir.  

Kitabın  Azərbaycanla  bağlı  hissələri  tərcümə  olunmuşdur.  Geniş  oxucu 

kütləsi üçün nəzərdə tutulur.  

 

 



Ş 1805030000-345 SİFARİŞLƏ 

 655 (07)-94  

 

 



© «Elm» nəşriyyatı, 1994 

 

 




 

JAN ŞARDƏN VƏ ONUN «SƏYAHƏTNAMƏ»Sİ HAQQINDA 

 

XVII  əsr  tarixdə  Qərb  ilə  Şərq  arasındakı  razılığın  pozulduğu  dövr  kimi 



səciyyəvidir.  Məhz  bu  əsrdə  İngiltərə  kapitalizm  inkişaf  mərhələsinə  qədəm 

qoymuş,  Şərq  ölkələri  ilə  müqayisədə  Qərb  daha  yüksək  inkişaf  pilləsinə 

qalxmışdır. Beləliklə, ictimai inkişafın aşağı pilləsində dayanan xalqları maddi və 

mənəvi cəhətdən mənimsəmək Qərbin tələbatına çevrilmişdir. Bu da öz növbəsində 

kəşflərə,  yeniliklərə  səbəb  olmuşdur.  Tacir  libaslı  diplomatiyanı  daha  səyyah 

gündəliklərinin  səthi  məlumatları  təmin  etməmiş,  nəticədə  daha  əhatəli  əsərlərə 

ehtiyac yaranmışdır. 

XVII əsr fransız səyyahı J.  Şardənin  «Səyahətnamə»si  məhz belə bir tarixi 

zərurətin  ifadəsi  kimi  meydana  gəlmiş,  Şərq  ölkələri  və  xalqları  haqqında  yazan 

bütün sələflərini kölgədə qoymuşdur. 

J.  Şardən  1643-cü  ildə  Parisdə  anadan  olmuş,  Şərqə  ilk  səyahəti  1664—

1670-ci illəri, ikinci  səyahəti isə 1671  — 1677-ci illəri əhatə etmişdir.  Şardən hər 

iki  səyahəti  zamanı  Səfəvi  imperiyasında  daha  çox  olmuşdur,  üstəlik  ikinci 

səyahəti zamanı mərhum Səfəvi hökmdarı I Şah Abbas şəxsən öz əlilə ona 1666-cı 

ildə təqdim etdiyi xüsusi fərmana görə, həm də Səfəvi hökmdarının taciri sifəti ilə 

çıxış etmişdir. 

1671-ci  ildə  Şardən  «İran  şahı  III  Süleymanın  tac  qoyması»  adı  altında 

müxtəlif hadisələrdən bəhs edən bir məcmuə çap etdirmişdir. 

İkinci  səyahəti  başa  çatdıqdan  sonra  Şardən  protestant  olduğu  üçün 

Fransada  qala  bilmir,  1605-ci  ildən  etibarən  İngiltərəyə  köçür  və  ömrünün 

sonunadək orada yaşayır. Şardən 1713-cü ildə Londonda vəfat etmişdir. 

İngiltərəyə  köçdükdən  sonra,  1686-cı  ildə  Londonda  onun  «Kovaler 

Şardənin  Səfəvilərə,  Şərqi  hind  ölkələrinə  Qara  dəniz  və  Kolxida  vasitəsi  ilə 

səyahətnaməsinin  gündəliyi»  adlı  əsəri  nəşr  edilir.  Elə  həmin  il  onun  Parisdən 

İsfahana  qədərki  səyahətindən  bəhs  edən  «Əlaqələr»  adlı  əsəri  iki  müxtəlif 

nəşriyyatda,  1687-ci  ildə  isə  bəzi  dəyişikliklərlə  Lionda  çap  olunmuş  və  tezliklə 

ingilis, alman, flaman dillərinə tərcümə edilmişdir. 

Şardənin «Səyahətnamə»sinin ən mükəmməl nəşri 1711-ci il Amsterdam və 

1811-ci  il  Paris  nəşrləridir.  1711-ci  il  Amsterdam  nəşrinin  redaktoru  bilavasitə 

Şardənin  özü  olmuş  və  ona  müqəddimə  yazmışdır.  Hər  iki  nəşr  10  cilddən 

ibarətdir. 

Birinci  cild  c.-b  Kovaler  Şardənin  Parisdən  Minqreliyaya,  ikinci  cild 

Minqreliyadan  Təbrizə,  üçüncü  cild  Təbrizdən  İsfahana  qədərki  səyahətini  təsvir 

edir. Dördüncü cild Səfəvi imperiyasının dövlət quruluşundan, hərbi qüvvələrdən, 

qanunlardan,  adət  və  ənənələrdən,  beşinci  cild  incəsənətdən,  dəqiq  elmlərin 

səviyyəsindən,  sənaye  sahələrindən,  mexanikadan,  altıncı  cild  siyasi,  hərbi  və 

mədəni  hakimiyyətdən,  yeddinci  cild  dini  etiqadlardan  danışır.  Səkkizinci  cild 

bütövlükdə  İsfahana  həsr  edilmişdir.  Doqquzuncu  cilddə  şahın  əmri  ilə  Şardənin 




 

Bəndər  Abbasa  səyahətindən  və  Persepoldan  danışılır.  Onuncu  cild  isə  Şardənin 



«hələ heç yerdə danışmadığı Səfəvi sarayı xüsusiyyətlərinə» aid materialları əhatə 

edir. 


Oxuculara  təqdim  edilən  bu  material  Şardənin  1711-ci  il  Amsterdam 

nəşrindən tərcümə edilmişdir. 

Tərcümə zamanı orijinaldakı bütün məlumatlar olduğu kimi saxlanılmış və 

heç  bir  dəyişiklik  edilməmiş,  Azərbaycanda  bu  və  ya  digər  şəkildə  bağlı  olan 

materiallar tərcümə edilmişdir. 

Qeyd  edək  ki,  Şardən  dövrünün  diplomatiya  ilə  məşğul  olan  digər  tacir  və 

səyyahlarından fərqli olaraq, geniş dünya görüşə malik olmuş, ümumdünya tarixini 

yüksək səviyyədə bilmişdir. O, qədim sanskrit, pəhləvi, fars, qədim  yunan, qədim 

yəhudi, latın, türk, erməni, gürcü dillərini bilməklə yanaşı, bu dillərdə mövcud olan 

tarixi  mənbələrlə öz imkanı daxilində tanış olmuşdur, lakin  Gürcüstan haqqındakı 

məlumatlarını  orada  yaşayan  kapusin  keşişlərindən,  Ermənistan  haqqındakı 

məlumatlarını  isə  onu  Parisdən  İrəvanadək  müşayiət  edən  erməni  nökəri 

Allahverdidən, üç kilsədəki erməni ruhanilərindən və ən nəhayət, onu Yerevandan 

Təbrizə qədər müşayiət edən erməni mehmandarı Azarinidən almışdır. 

Məlumatlarının  zənginliyinə,  münasibət  və  ünsiyyətinin  genişliyinə, 

müşahidələrinin  dəqiqliyinə  baxmayaraq,  Şardən  irsi  ziddiyyətlərdən  və 

dolaşıqlıqlardan xali deyil. 

Təbriz  haqqında  danışan  Şardən  Xacə  Əlişah  və  Əmir  Şeyx  Həsən 

məscidinin  tarixində  səhvə  yol  verir.  Halbuki,  Xacə  Əli  şah  məscidinin  1310—

1320-ci illərdə inşa edilib Ərk adlandığı, Əmir Şeyx Həsən Bozorg məscidinin isə 

1342-ci  ildə  tikilməyə  başlandığı  digər  tədqiqat  əsərləri  ilə  (bax:  Əbu  Bəkr  Əl-

Qütbi  əl-Əhəri.  Tarix-e  Şeyx  Üveys.  Tərcümə  edənləri:  M.  D.  Kazımov  və  V.  Z. 

Piriyev.—B., 1984) təsdiq edilir. 

Qeysəriyyə  bazarının  Uzun  Həsən  tərəfindən  hicri  850-ci  ildə  tikilməsi  də 

səhvdir. Halbuki, Uzun Həsən 1453—1478-ci illərdə hökmranlıq etmişdir. (B a x: 



Onullahi. XIII—XVIII əsrlərdə Təbriz şəhərinin tarixi. — B., 1982). 

Bir  qədər  də  dəqiq  desək,  Şardən  Səfəvi  imperiyası  ərazisində  yaşayan 

bütün müsəlman xalqlarını faəs adlandırır. Məlum məsələdir ki, bu, belə deyil. 

Daha  bir  ziddiyyət  haqqında.  Şardən  İrivan  bəylərbəyini  Çuxursəd 

bəylərbəyliyi  adı  ilə  təqdim  edir.  Şərur  sultanlığının,  Naxçıvan  xanlığının  onun 

tərkibində  olduğunu  göstərir.  Həm  də  İrivanda  heç  bir  erməni  ailəsinin 

yaşamadığını bir fakt kimi göstərdiyi halda, bəzən bu ərazini «Böyük Ermənistan» 

adlandırır.  Halbuki,  XVII  əsr  və  «Böyük  Ermənistan»  istilahı  bir-birindən  çox 

uzaqdır. 

Şardən  novruz  bayramının  hicri  475-ci  ildə  (1083)  Cəlaləddin  tərəfindən 

hicri-şəmsi  təqvimi  üzrə  rəsmiləşdirdiyini  yazır.  Bu  tarixdə  isə  Cəlaləddin  deyil, 

Məlik  şah  Cəlaləddin  Səlcuqi  (1072—1092)  yaşamışdır.  Novruz  bayramını  da 

Məlik şah rəsmiləşdirmişdir. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə