- 1 -
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası
(AFSEA)
«Fəlsəfə» jurnalına əlavə
Səlahəddin Xəlilov
AFSEA-nın İdarə Heyətinin sədri
İslam dünyasında milli fəlsəfi fikir
və onun tədrisi məsələləri
Bakı-2008
- 2 -
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
YUNESKO-nun dəstəyi ilə
«Dünya fəlsəfəsi kontekstində islam bölgəsi fəlsəfəsinin
tədqiqi və tədrisi problemləri»
mövzusunda keçirdiyi elmi-nəzəri konfransa həsr olunur.
S.S. Xəlilov
İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. –
Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2008 – 113 səh.
Kitabçada fəlsəfənin tədrisi və ictimai şüura təsiri ilə bağlı bir
sıra aktual məsələlər nəzərdən keçirilir. Milli fəlsəfi fikrin spesifikası
və onun ümumbəşəri fəlsəfi fikirlə vəhdət şərtləri araşdırılır.
Azərbaycanın ali və orta məktəblərində fəlsəfi biliklərin tədrisi ilə
əlaqədar bəzi problemlər müzakirəyə çıxarılır.
© S.S.Xəlilov
© «Azərbaycan Universiteti» nəşriyyatı, 2008
- 3 -
Ön söz əvəzi:
Konfrans iştirakçılarına müraciət
Hər bir xalqın tarixində cari ictimai-siyasi problemlərlə yanaşı, xalqın
strateji inkişaf xəttini müəyyən edən, milli özünüdərkdən irəli gələn vəzifələr də
vardır. Lakin təəssüf ki, xalqın milli-siyasi mənliyini ifadə edən və dövlətçilik şüu-
runun təcəssümü olan taleyüklü məsələlər bəzən dövrün cari problemləri içərisində,
siyasi debatların, lokal ictimai-siyasi maraqların, habelə maddi ehtiyacların təmin
edilməsindən irəli gələn fərdi və ictimai səylərin mübarizəsi səhnəsində arxa plana
keçir və bəzən tamamilə unudulur.
Belə mühüm amillərdən biri fəlsəfədir.
Təəssüf ki, bu gün Azərbaycanda fəlsəfəyə münasibət qənaətləndirici deyil.
Fəlsəfəsiz yaşamaq az qala normaya çevrilmişdir. «Bizdə fəlsəfə yoxdur, filosof
yoxdur» fikri az qala fəxrlə söylənir və fəlsəfəsiz həyatın əslində bizə nə kimi bir
aqibət hazırladığı barədə heç düşünülmür də.
Milli və ümumbəşəri maraqların subyektləri real ictimai qüvvəyə çevrilmə-
dikdə, hər şey fərdi iqtisadi maraqlar və nəfsani hisslərin təsir dairəsinə düşdükdə,
maraqlar fəzasında şəxsi amalları ifadə edən vektorların istiqaməti güclü
ümummilli və ümumbəşəri hisslərin təsirilə ümumi yön almadıqda fəaliyyətlər
sistemi əvəzinə fəaliyyətlərin xaosu yaranır ki, burada əvəzləyici vektor sıfra
bərabər olur. Hamı hansı isə istiqamətdə hərəkət edir, hamı çalışır-vuruşur,
fəaliyyət göstərir, ümummilli inkişaf əmsalı isə yenə də sıfra bərabər olur. Millət nə
özü inkişaf edir, nə də bəşəriyyətin inkişafında müsbət rol oynaya bilir.
Fərdi fəaliyyətləri, səyləri yönəldən maraqlar adi şüur səviyyəsində müəy-
yənləşdirildiyi halda, ümummilli və ümumbəşəri maraqların tənzimlənməsi və
fəaliyyət üçün əsas götürülməsi fərdi şüurun strukturunda fəlsəfi təfəkkürün iştirak
dərəcəsindən asılı olur.
Sovet dövründə fəlsəfə proqramları və dərslikləri bir qayda olaraq ancaq
marksizm-leninizm fəlsəfəsini əhatə edir və fəlsəfə tarixi haqqında qısa bir giriş
verilirdi. Bu girişdə isə əsasən Qərb fəlsəfi fikir tarixi nəzərdən keçirilirdi. Nəinki
- 4 -
bütövlükdə İslam dünyasının, hətta Azərbaycan fəlsəfi fikrinin də geniş şəkildə
tədris olunması mümkün deyildi. Ancaq bəzi ixtisas fakültələrində «fəlsəfənin
əsasları», «dialektik və tarixi materializm» kursları ilə yanaşı, «fəlsəfə tarixi» də
tədris olunurdu. Lakin təəssüf ki, burada da proqram əsasən antik fəlsəfə və yeni
dövr Qərb fəlsəfəsi üzərində qurulurdu. Əsas dərsliklər rus dilindən tərcümə
olunurdu. Azərbaycanda nəşr olunmuş dərslik və dərs vəsaitlərində isə ancaq
Azərbaycanla bağlı müəyyən əlavələr edilirdi. Türk dünyasının və bütövlükdə
İslam dünyasının fəlsəfi düşüncə özəllikləri bu dərsliklərdə öz əksini tapa bilmirdi.
Elə indi də nəinki Avropada, ABŞ-da və digər Qərb ölkələrində, hətta Uzaq
Şərqdə, Mərkəzi və Cənubi Amerikada, Afrikada və s. çıxan dərsliklər fəlsəfə
tarixini ancaq Qərb düşüncəsi timsalında təqdim edir. Ən çox narahatlıq yaradan
məsələ isə bundan ibarətdir ki, hətta bir sıra İslam ölkələrində də dərsliklər Qərb
fəlsəfəsinin təsiri altında hazırlanır və milli düşüncənin xüsusiyyətləri, tarixi və
bugünü haqqında kifayət qədər məlumat verilmir.
Məsələyə tamamilə fərqli qütbdən yanaşılması halları da narahatlıq doğurur.
Belə ki, fəlsəfə tarixini ancaq İslam fəlsəfəsi bazasında təqdim etmək təşəbbüsləri
də ziyanlıdır. İndi Türkiyədə həm Qərb fəlsəfəsinin, həm də İslam fəlsəfəsinin
öyrənilməsinə geniş yer verilir. Hər iki qütbə dair əsas fəlsəfi mənbələr müasir türk
dilinə tərcümə edilmişdir. Laikn təəssüf ki, qərbçilər və islamçılar bir araya gələ
bilmədiyindən, fəlsəfənin ümumdünya tarixi inkişaf prosesi vahid bütöv bir hadisə
kimi deyil, alternativ üsullarla, iki fərqli baxış bucağından təqdim olunur. Məqsəd
isə orta əsr İslam fəlsəfəsinin müasir dünya fəlsəfəsi strukturunda necə yer aldığını
göstərmək, milli fəlsəfi fikrin ümumbəşəri tərəqqidə iştirakını isbat etməkdən və
dünya fəlsəfəsinin bütöv mənzərəsini tarixi gerçəkliyə adekvat surətdə çəkməkdən
ibarətdir.
Dünya fəlsəfi fikrini Qərb fəlsəfəsi ilə eyniləşdirən və İslam Şərqində yaran-
mış fəlsəfi fikir nümunələrini ya ilahiyyat kimi, ya da orijinallıqdan uzaq şərh
nümunələri kimi təqdim etməyə çalışan müəlliflər təəssüf ki, çoxluq təşkil edirlər.
Bizim vəzifəmiz isə ilk növbədə fəlsəfənin ümumbəşəri səciyyəsi ilə yanaşı, həm
də milli səciyyə daşıdığını və milli məfkurənin ayrılmaz komponenti və hətta əsası
olduğunu göstərmək və bu baxımdan məhz milli fəlsəfi fikir tarixinin öyrənilməsi
və bu sahədə əldə edilmiş biliklərin fəlsəfə proqramları və dərsliklərin strukturuna
daxil edilməsindən ibarətdir. Diqqəti belə bir cəhətə də yönəltmək lazımdır ki, bu
cür təşəbbüslər əsasən «fəlsəfə tarixi» kursları ilə əlaqədar göstərilir. «Fəlsəfənin
əsasları» isə çox vaxt yenə də Qərb modelinə uyğun surətdə qurulur. Ayrı-ayrı
fəlsəfi problemlərin şərhində bir qayda olaraq Qərb filosoflarının konsepsiyaları və
modelləri istifadə olunur. Milli fəlsəfi fikir isə guya ancaq tarixi keçmişimizi
öyrənmək baxımından dəyərli ola bilərmiş. Lakin bu zaman unudulur ki, fəlsəfi
biliklər məhz milli düşüncə tərzinin nəzəri əsasları və metodologiyası kimi təqdim
Dostları ilə paylaş: |