Azərbaycan Ferdasionu İsveç ( afi ) Qurultay Komitəsinin toplantı



Yüklə 11,6 Kb.
tarix21.06.2018
ölçüsü11,6 Kb.
#49845

“Azərbaycan Ferdasiyası – İsveç”in (AFİ) Qurultay Komitəsinin toplantı
Protokolu
Say 2
Tarix: 2009-07-29

Yer : Paltalk

Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)

Toplantının katibi : Semed Niknam


Toplantıya qatılmışlar :


  1. Əli Mollazadə (“Ulduz”)

  2. Bəhmən Nəbizadə (“Haray”)

  3. Abdulla Əmir Haşimi (Cavanşir) (“Qarabağ”)

  4. Məmməd Azər (“Azərbaycan”)

  5. Nasir Məhəmmədi (“Azərbaycan”)

  6. Əfsanə xanım Sevigin (“Günəş”)

  7. Salamat Dəşti (“22 May”)

  8. Əmir Hüsen Seyfəddini (“Azərbaycan”)

  9. Səttar Sevigin (“Ərk”)

10- Semed Niknam (“Turko-Az”)
Gündəlik :


  1. Qurultay Komitəsinin məsulu və komitənin mali məsulunun seçilməsi

  2. Qurultay Komitəsinin (Q.K) quruluşu və iş planının müzakirəsi

  3. Qurultayın vaxtı və keçiriləcək yeri

  4. AFİ-nin indiyədək məhkəmədə olan bütün problemlərinin üzə çıxardılması

  5. 3 ay bundan əvvələdək AFİ-yə üzv olmaq üçün müraciət etmiş dərnəklərin ərizələrinin yoxlanılması, müsbət halda həmin dərnəklərn nümayəndələrinin qurultayda iştiraklarının təmin edilməsi

  6. Qurultay Komitəsinin strukturunda nəzərdə alınan qruplardan olan “Qurultay Hazırlıq Komitəsi”nin tərkibinin seçilməsi

Gündəlik təsdiq edildikdən sonra:


Müzakirələr:

  1. Qurultay Komitəsinin məsulu: Səttar Sevigin
    Komitənin mali işlər sorumlusu: Bəhmən Nəbizadə, seçildilər.

  2. Q.K-sinin birinci toplantısında komitənin quruluşu və iş planı haqda Semed Niknamın irəli sürdüyü layihənin bir sıra bəndləri müzakirə olundu və bütövlükdə səsə qoyuldu, səs çoxluğu ilə qəbul olundu.

  3. Qurultayın vaxtı: Toplantıda təklif olunan qurultay vaxtı, maraqlanan bütün digər quzeyli-güneyli azərbaycanlılarla razılaşmaq üçün, iclasda səsçoxluğu ilə qəbul olunmadı və onun müzakirəsi növbəti iclasın gündəliyinə həvalə olundu. Baxmayaraq ki, Səttar bəyin verdiyi raportuna görə, 2010-cu il büdcəsinə baş vurmaq üçün, İsveç hökumət orqanları AFİ-yə, 2009-cu il oktyabr ayının 15-nə qədər vaxt vermişlər.

  4. AFİ-nin mali işləri və məhkəmədə problemləri haqda Səttar beyin raportu dinlənildi və AFİ-nin indiyədək məhkəmədə olan bütün problemləri haqda Səttar bəyin yazılı surətdə Komitəyə rapport hazırlaması qərarı alındı.

  5. Üzv olmaq üçün daxil olan ərizələr: AFİ-yə üzv olmaq üçün 3 ay öncə ərizə ilə müraciət etmiş dərnəklərin ərizəsinə baxılacaq.

  6. Qurultayın keçirilməsi üçün hazırlıq işlərini görəcək qrupa seçildilər: Səttar Sevigin (Komitənin məsulu)

Bəhmən Nəbizadə ( Mali işlər sorumlusu )

Salamat Dəşti

Əli Mollazadə

Nasir Məhəmmədi



Eyni zamanda qərara alındı ki, AFİ İdarə heyətindən istefa verməmiş şəxslər, Q.K-nin uyğun bölümlərində işləyəcəklər. AFİ-nin başqa orqanları o sıradan, Nəzarət Heyəti və Seçim Qrupu öz işlərini davam etdirməlidirlər. Qurultay Komitəsinin başqa bölümlərinin yaradılması və iş planının hazırlanması növbəti toplantıya saxlanıldı.
Növbəti iclasın zamanı: 13 avqust 2009, saat 20.00
Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)

Toplantının katibi : Semed Niknam
Yüklə 11,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə