Azərbaycan Florasının Bəzi Növləri Üçün Yeni Yayılma Arealları, Bioekoloji Və Fitosenotik Xüsusiyyətləri



Yüklə 70,8 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü70,8 Kb.
#41387


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 11-15 (2015) 

11 


Azərbaycan Florasının Bəzi Növləri Üçün Yeni Yayılma Arealları,  

Bioekoloji  Və Fitosenotik Xüsusiyyətləri 

 

A.Q. Dadaşova*, V.M. Əlizadə 

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ 1004, Azərbaycan;  

*E-mail: aida_dadashova@mail.ru 

 

Məqalədə Azərbaycanın Qax rayonu ərazisi üçün yeni olan invaziv növ Conyza bonariensis (L.) Cronqist 

aşkar edilmişdir. Papaver macrostomum Boiss. & A.Huet növünün yeni yayılma yerləri (Böyük Qafqazın 

qərbi və Alazan-Əyriçay vadisi botaniki-coğrafi rayonları) müəyyən edilmişdir.  Bundan başqa, ərazidə 

rast gəlinən 6 növ - Allium ursinum L., Listera ovata (L.) R. Br., Orchis coriophora L., O. laxiflora Lam., 

O. purpurea Huds.   Peganum harmala L. növlərinin qısa bioekoloji və fitosenotik xüsusiyyətləri  

haqqında məlumatlar verilmişdir.  

 

Açar sözlər: Invaziv növ,  bitki örtüyü, yeni yayılma yerləri, bioekologiya, fitosenotik 

 

 

GİRİŞ 

 

Müasir dövrdə elmi-texniki tərəqqinin sürətlə 

inkişafı, ətraf mühitdə baş verən dəyişikliklər, iqlim 

dəyişmələri, tədricən ekoloji tarazlığın pozulması 

və s. amilləri bəzi bitki növlərinin təbii yayılma 

ərazi hüdudlarının genişlənməsinə  və ya məhdud-

laşmasına səbəb olmuşdur. Bundan başqa digər re-

gionlardan, bəzən isə qonşu ölkələrdən insan fəaliy-

yəti nəticəsində invaziv yad növlərin gəlməsi yerli 

flora üçün xarakterik növlərin sayının azalması ilə 

nəticələnir. Dünyada  hal-hazırda invaziv növlərin 

yerli floraya təsiri ciddi ekoloji problemlərdən biri 

hesab edilir. Belə ki, BMT-nin Biomüxtəliflik Kon-

vensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlo-

bal Strategiyası  Hədəf 10 (GSPC Target 10) yeni 

bioloji invaziv növlərin qarşısının alınması baxı-

mından effektiv idarəetmə planları  və invaziyaya 

məruz qalan bitki biomüxtəlifliyi üçün əhəmiyyətli 

olan ərazilərin idarəsidir.  

Böyük Qafqaz silsiləsinin cənub yamacının 

bitki örtüyü növ baxımından  zəngin və  rəngarəng 

olduğundan hər zaman alimlərin diqqət mərkəzində 

olmuşdur. Belə ki, V.C.Hacıyev (2004), S.H.Musa-

yev (1991), A.M.Əsgərov (2001), S.C.İbadullayeva 

(2013), V.N.Kərimov (2000)  və s. müəlliflərin 

əsərlərində Böyük-Qafqazın qərbi botaniki-coğrafi 

rayonunun; S.İ.Dmitriyeva  (1966), N.P.Mehdiyeva 

(2007) və s. müəlliflərin  əsərlərində Alazan-Əyri-

çay vadisi botaniki-coğrafi rayonunun; V.V.Hətə-

mov (1197), S.Z.Əhmədova (2008) və s. müəl-

liflərin  əsərlərində isə Bozqır yaylası botaniki-

coğrafi rayonunun bitki örtüyünün öyrənilməsinə 

dair ədəbiyyat məlumatlarına rast gəlinir.  Ədəbiy-

yat məlumatları araşdırıldığı zaman məlum 

olmuşdur ki, bu 3 botaniki-coğrafi rayonun tərki-

binə daxil olan Qax rayonunun flora tərkibi hal-

hazırki dövrə  qədər kompleks şəkildə öyrənil-

məmişdir. Yalnız, 1996-cı ildə T.A.Abdulleyava 

tərəfindən rayon ərazisinin 11%-ni təşkil edən İlisu 

Dövlət Təbiət Qoruğunun bitki örtüyü floristik 

tədqiq edilmişdir (Abdullayeva, 1996). 2012-2014-

cü illərdə aparılmış  tədqiqatlar nəticəsində isə ilk 

dəfə olaraq ərazinin florası kompleks şəkildə tədqiq 

edilmişdir.    

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqatın məqsədi Qax rayonunun bitki ör-

tüyünün flora tərkibinin müəyyən edilməsi, onların 

bioekoloji və fitosenotik xüsusiyyətlərinin, hündür-

lükdən asılı olaraq yayılmasının öyrənilməsi, eyni 

zamanda invaziv yad növlərin tədqiqi olmuşdur.  

Qax inzibati rayonu Azərbaycanın  şimal-qər-

bində yerləşir. Azərbaycanın botaniki-coğrafi ra-

yonlar üzrə bölgüyə  əsasən rayonunun şimal və 

şimal-şərq hissəsi Böyük Qafqazın qərbi, mərkəzi 

hissəsi Alazan-Əyriçay vadisi, cənub hissəsi isə 

Bozqır yaylası botaniki-coğrafi rayonuna aiddir. 

Tədqiqat  ərazisinin  şimal və  şimal-şərqi kəskin 

parçalanmış dik və  sıldırımlı dağlıq relyefə; cənub 

və  mərkəzi hissəsi isə  əsasən düzənlik relyefə 

malikdir. Rayonun şimal və  şimal-şərq hissəsinin 

çay  şəbəkəsinin sıxlığı - 0,5-0,7 km/km

2

; mərkəzi 



hissəsinin  - 0,3-0,5 km/km

2

;  cənub hissəsinin isə 



0,05-0,3 km/km

2

-dir.  Qax rayonunun ərazisinin 



təqribən 80%-ə  qədər  ərazisi  əlverişli təbii-iqlim 

şəraitinə malikdir. Rayon ərazisinin şimal və şimal-

şərq hissəsində dağ tundra iqlimi, bütün fəsillərdə 

bol yağıntılı soyuq iqlim, yağıntıları  təxminən 

bərabər paylanan mülayim-isti iqlim; mərkəzi 

hissəsində  qışı quraq keçən mülayim-isti iqlim; 

cənub hissəsində isə  qışı mülayim, yayı quraq isti 

keçən yarımsəhra və quru-çöl iqlim tipləri 

mövcuddur. Ərazinin şimal və şimal-şərq hissəsinə 



Azərbaycan Florasının Bəzi Növləri 

12 


yağıntıların orta illik miqdarı daha çoxdur - 1000-

1600 mm, mərkəzi hissəsində - 600-1000 mm, 

cənubi hissəsində isə 400-600 mm-dir. Qax rayo-

nunun torpaq örtüyü - bozqır dağ-çəmən; ibtidai və 

torflu dağ-çəmən; çimli dağ-çəmən; tipik qonur 

dağ-meşə; çəmən meşə, tuqay; subasar allüvial - 

çəmən; tipik və karbonatlı  çəmən-qəhvəyi; karbo-

natlı dağ-qara; qismən qalıq şorlaşmış açıq şabalıdı; 

tipik boz və qismən şorakətli və şoranlı boz və boz-

qonur torpaq tiplərindən ibarət olmaqla müxtəlif və 

məhsuldardır. Tədqiqat  ərazisinin bitki örtüyü - 

subalp, alp çəmənləri və xalıları; enliyarpaqlı dağ 

meşələri; dərə-çəmən, meşə bitkiləri; kolluqların 

yerində yenidən bərpa olunmuş bitkilər; bozqır 

bitkiləri; yarımsəhraların yerində  bərpa olunmuş 

bitkilər; yarımsəhralardan ibarətdir (Müseyibov, 

1998; Məmmədov, Xəlilov, 2004).  

 Tədqiqatın obyekti Qax rayonunun bitki örtü-

yüdür. Toplanılmış herbari nüsxələrinin təyini za-

manı "Флора Азербайджана" (1950-1961), "Конс-

пект  флоры  Кавказа" (2006, 2008, 2012), "Azər-

baycanın ali bitkiləri" (Аскеров, 2001) əsərlərindən 

istifadə edilmişdir. Ərazi marşrut və yarımstasionar 

geobotaniki metodlar vasitəsilə  tədqiq edilmişdir 

(Полевая геоботаника, 1960). Toplanılmış herbari 

nüsxələri Azərbaycan MEA Botanika İnstitutunun 

Herbari Fondunda (BAK) saxlanılır.   

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Qax rayonu ərazisində (2012-2014-cü illər) apa-



rılmış çöl tədqiqatları  əsasında bitki növlərinin 

yayılma yerləri, bioekoloji və fitosenotik xüsusiyyət-

ləri haqqında məlumatlar toplanılmışdır. Bundan 

başqa tədqiqat  ərazisi üçün yeni olan invaziv növ 



Conyza bonariensis (L.) Cronqist müəyyən edil-

mişdir. Papaver macrostomum Boiss. & Huet. növü 

üçün isə Böyük Qafqazın qərbi və Alazan-Əyriçay 

vadisi botaniki-coğrafi rayonları yeni yayılma yerləri 

müəyyən edilmişdir.   

Asteraceae Dumort. (Astrakimilər): 

Conyza bonariensis (L.) Cronqist birillikdir 

(Şəkil 1). Mezofitdir. Bu növ 1961-ci ildə "Azər-

baycan florası"nda  Erigeron crispus Pourr. (qıvrım 

xırdaləçək) kimi invaziv növ olaraq yalnız Kür-Araz 

ovalığı botaniki-coğrafi rayonu üçün göstərilmişdir 

(Флора  Азербайджана, 1961). Daha sonra 2008-ci 

ildə "Конспект флоры Кавказа" əsərində E. crispus 

növü C. bonariensis növü olmuşdur, Qobustan, Ab-

şeron yarımadası və Kür-Araz ovalığı üçün göstəril-

mişdir (Конспект  флоры  Кавказа, 2008). 2013-cü 

ildə isə  C. bonariensis növünün yeni yayılma yeri, 

invaziv populyasiyası Alazan-Əyriçay vadisi botani-

ki-coğrafi rayonunda müəyyən edilmişdir. Burada 

Oncallı  kəndi  ətrafı qarışıq meşələrin yerində salın-

mış yeni fındıq bağında, kölgədə, fitosenozda popul-

yasiyası diffuziya xüsusiyyətli, bolluğu isə 3 bal 

(Braun-Blanke  şkalası) olmaqla rast gəlinmişdir. 

Fitosenozda  Physalis alkekengi L.,  Plantago major 

L.,  Trifolium repens L. və T. pratense L. növləri ilə 

birlikdə müşahidə edilmişdir. Çiçəkləmə iyul-avqust, 

meyvə əmələgətirmə dövrü avqust aylarıdır. 

Toplanma  ərazisi: Qax rayonu, Oncallı  kəndi 

ətrafı, dəniz səviyyəsindən 205 m hündürlükdə, 

ovalıqda, kölgədə, 10.08.2013. 



Papaveraceae L. (Laləkimilər): 

Papaver macrostomum Boiss. & Huet. (iriqu-

tucuqlu lalə) birillikdir (Şəkil 2). Mezofitdir. "Azər-

baycan florası" və  "Конспект  флоры  Кавказа" 

əsərlərinə əsasən tədqiqat ərazisində Bozqır yaylası 

botaniki-coğrafi rayonunda yayıldığı qeyd olun-

muşdur (Флора  Азербайджана (1953; Конспект 

флоры  Кавказа, 2012). Herbari materiallarının 

təftişi zamanı müəyyən edilmişdir ki, 1940-cı ildə 

L.İ.Prilipko tərəfindən Qəbələ rayonun Dəmir-

aparan çayı ətrafından bu növə aid herbari nüsxəsi 

toplanmışdır (1 nüsxə). Lakin bu yayılma yeri 

haqqında nəşr edilmiş heç bir ədəbiyyat mənbəsinə 

rast gəlinməmişdir. Aparılmış  tədqiqatlar nəticə-

sində növün Böyük Qafqazın qərbi və  həm də 

Alazan-Əyriçay vadisi botaniki-coğrafi rayonların-

da yayıldığı müəyyən edilmişdir. 1-ci yayılma 

ərazisində Kürmük çayı  ətrafı açıq sahədə,  Adonis 

aestivalis növü ilə birlikdə (1 fərd); 2-ci yayılma 

ərazisində  Consolida orientalis, Adonis binertii 

kimi növlərin üstünlük təşkil etdiyi, kəndi  ətrafı 

istifadə olunmayan əkin sahəsində (1 fərd) rast 

gəlinmişdir. Çiçəkləmə may, meyvə  əmələgətirmə 

dövrü iyun aylarıdır. 

 

 

Xəritə: Qax rayonu ərazisində Conyza bonariensis  



(1, 2)  Papaver macrostomum  (3) növləri üçün 

yeni yayılma arealları. 




Dadaşova və Əlizadə 

13 


         

          

          

           



          Şəkil 1. Conyza bonariensis                     Şəkil 2. Papaver macrostomum           Şəkil 3. Allium ursinum 

 

 



Toplanma  ərazisi: 1) Qax rayonu, İlisu kəndi, 

Kürmük çayı  ətrafı, dəniz səviyyəsindən 1417 m 

hündürlükdə, orta dağ qurşağında, 06.06.2013. 2) 

Qax rayonu, Amanlı  kəndi  ətrafı istifadə olun-

mayan  əkin sahəsi, dəniz səviyyəsindən 209 m 

hündürlükdə, ovalıqda, 29.04.2014. 

Bundan başqa tədqiqatlar zamanı toplanılmış 

məlumatlar  əsasında  Allium ursinum  L., Listera 



ovata (L.) R.Br., Orchis coriophora L., O. Laxi-

flora Lam., O. purpurea Huds. və  Peganum har-

mala L. növlərinin bioekoloji və fitosenotik xüsu-

siyyətləri haqqında məlumatlar verilir: 



Alliaceae J. Agardh: 

Allium ursinum    L.  (ayı soğanı) çoxillikdir 

(Şəkil 3). Kseromezofitdir. "Azərbaycan Respubli-

kasının Qırmızı Kitabı"na (2013) Azərbaycanın 

nadir növü kimi daxil edilmişdir. Tədqiqat  ərazi-

sində Alazan-Əyriçay vadisi və Böyük Qafqazın 

qərbi botaniki-coğrafi rayonlarında ovalıqdan orta 

dağ qurşağına qədər yayılmışdır. Bu növə  ərazinin 

ovalıq hissəsində  Quercus macranthera Fisch. & 

C.A.Mey. ex Hohen., Crataegus pentagyna Waldst. 

& Kit. ex Willd., Rosa  canina L., Viola odorata L. 

və s. kimi növlərin üstünlük təşkil etdiyi qarışıq 

meşədə kölgəli yerlərdə (tək-tək); orta dağ 

qurşağına aid hissəsində palıdlı-vələsli meşələrdə 

kölgəli yerlərdə (tək-tək, bəzən qrup şəklində) rast 

gəlinmişdir. Qida, dekorativ və balverən bitkidir. A. 

ursinum  növünün  İlisu Dövlət Təbiət Qoruğunda 

mühafizə olunan ərazilərdə populyasiyasının təbii 

bərpası  qənaətbəxşdir. Lakin tədqiqat  ərazisinin 

mərkəzi hissəsində, xüsusən qida əhəmiyyətində 

görə antropogen təsirə  məruz qaldığı - yerli əhali 

tərəfindən soğanaqlarının çıxardılaraq bitkinin 

çiçəkləmə dövrünə  qədər toplanması müşahidə 

edilmişdir. Toxumla və soğanaqla çoxalmasını 

nəzərə alaraq burada populyasiyasının təbii bərpası 

və  fərdlərin sayının azalması müşahidə edilir. 

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun 

aylarıdır.    



Orchidaceae Juss. (Səhləbkimilər): 

Listera ovata (L.) R.Br. (oval gizli çiçək) çox-

illikdir (Şəkil 4). Mezofitdir. Tədqiqat  ərazisinin 

Böyük Qafqazın qərbi və Alazan-Əyriçay vadisi 

botaniki-coğrafi rayonlarında ovalıqdan orta dağ 

qurşağına qədər yayılmışdır. Ərazinin ovalıq hissə-

sində bura üçün xas olan qarışıq meşədə, çəmən-

lərin yerində salınmış yeni fındıq bağlarında, tək-

tək və kiçik qruplarda (2-3 fərd) müşahidə edil-

mişdir. Aşağı  və orta dağ qurşağında dağ 

yamaclarında qarışıq enliyarpaq meşələrdə, kolluq-

larda, çəmənliklərdə, kölgəli yerlərdə, kiçik qrup-

larda (2-3 fərd) müşahidə edilmişdir.  Çiçəkləmə və 

meyvə əmələgətirmə dövrü  iyun-iyul aylarıdır. 

Orchis coriophora L. (bədbuy səhləb)  çox-

illikdir (Şəkil 5). Mezofitdir. Tədqiqat  ərazisinin 

Böyük Qafqazın qərbi və Alazan-Əyriçay vadisi 

botaniki-coğrafi rayonlarında ovalıqdan orta dağ 

qurşağına qədər yayılmışdır.  Ərazi üzrə senopo-

pulyasiyası az sayda müşahidə edilmişdir. Qıpçaq 

kəndi  ətrafı  ərazidə  çəmənlərin yerində salınmış 

yeni fındıq bağına aid açıq sahədə, rütubətli 

torpaqlarda rast gəlinmiş populyasiyada, Orchis 

coriophora + Trifolium aureum mikroassosiasiyası 

əmələ  gətirmişdir. Belə ki, ərazinin fındıq yığımı 

baxımından antropogen və zoogen amillərdən 

qorunması səbəbindən, burada növün populyasiyası 

məhdudlaşdırıcı amillərin təsirinə  məruz qalmır. 

Çiçəkləmə  və meyvə  əmələgətirmə dövrü  may-

iyun aylarıdır. 

Orchis laxiflora Lam. (seyrək çiçək səhləb) 

çoxillikdir (Şəkil 6). Mezofitdir. Tədqiqat ərazisinin 

Böyük Qafqazın qərbi, Alazan-Əyriçay vadisi və 

Bozqır yaylası botaniki-coğrafi rayonlarında ova-

lıqda və  aşağı dağ qurşağında yayılmışdır.  Ərazi 

üzrə senopopulyasiyası az sayda müşahidə edil-

mişdir. Qıpçaq kəndi  ətrafı  ərazidə  çəmənlərin 

yerində salınmış yeni fındıq bağında, kiçik popul-

yasiyada tək-tək, rütubətli və kölgəli yerlərdə    rast 

gəlinmişdir. Sahənin fındıq yığımı baxımından an-

tropogen və zoogen amillərdən qorunması səbəbin-

dən, burada növün populyasiyası  məhdudlaşdırıcı 

amillərin təsirinə  məruz qalmır. Çiçəkləmə aprel-

may, meyvə əmələgətirmə dövrü  may aylarıdır. 




Azərbaycan Florasının Bəzi Növləri 

14 


    

    


    

 

       



  Şəkil 4. Listera ovata           Şəkil 5. Orchis coriophora     Şəkil 6. Orchis laxiflora         Şəkil 7. Orchis purpurea 

 

   



 

Şəkil 8. Peganum harmala 

 

 

Orchis purpurea Huds. (fırfır səhləb) çox-

illikdir (Şəkil 7). Mezofitdir. "Azərbaycan Respub-

likasının Qırmızı Kitabı"na Azərbaycanın nadir 

növü kimi daxil edilmişdir (Azərbaycan Respub-

likasının Qırmızı Kitabı, 2013). Tədqiqat ərazisinin 

Böyük Qafqazın qərbi, Alazan-Əyriçay vadisi və 

Bozqır yaylası botaniki-coğrafi rayonlarında ova-

lıqdan orta dağ qurşağına qədər yayılmışdır. 

Ərazinin ovalıq hissəsində kolluqlarda və meşə-

lərdə; aşağı və orta dağ qurşağında meşələrdə, dağ 

yamaclarında müşahidə edilmişdir.  Ərazi üzrə 

senopopulyasiyası az sayda müşahidə edilmişdir. 

İlisu Dövlət Təbiət Qoruğunda mühafizə edilməsi 

baxımından burada az sayda fərdlərdən (2-3 və ya 

3-4) təşkil olunmuş qruplar şəklində;  ərazinin 

mühafizə olunmayan hissəsində isə tək-tək və ya 1-

2 fərddən təşkil olunmuş qrup şəklində rast 

gəlinmişdir. Çiçəkləmə  və meyvə  əmələgətirmə 

dövrü  may-iyun aylarıdır.  



Peganaceae (Engl.) Tiegh. ex Takht. (Üzər-

rikkimilər): 

Peganum harmala L. (üzərrik) çoxillikdir. 

(Şəkil 8) Kserofitdir. Tədqiqat  ərazisində Alazan-

Əyriçay vadisi və Bozqır yaylası botaniki-coğrafi 

rayonlarında ovalıqdan aşağı dağ qurşağına qədər 

yayılmışdır. 1-ci yayılma ərazisində kənd ətrafı yol 

kənarında tək-tək rast gəlinmişdir. 2-ci yayılma 

ərazisində növ Kəvər (Capparideta) formasiyasında 

rast gəlinir və burada dominant və edifikat olan 

otvari kövər növü ilə Capparis herbacea + 

Peganum harmala (otvari kövər üzərrikli) 

assosiasiyasını yaradır. Çiçəkləmə may-iyul, meyvə 

əmələgətirmə dövrü iyul-avqust aylarıdır. 

 

 



ƏDƏBİYYAT 

 

Abdullayeva T.A. (1996) İlusu dövlət qoruğunun 

florası  və onun floristik analizi. B.ü.f.d. üzrə 



dissert., Bakı: 164 s. 

Azərbaycan Respublikasının Qırmızı Kitabı (na-

dir və  nəsli kəsilməkdə olan bitki və göbələk 

növləri) (2013) Bakı: Şərq-Qərb, 676 s. 

Əsgərov A.M.  (2005, 2006, 2008) Azərbaycanın 

ali bitkiləri (Azərbaycan florasının konspekti).  

Bakı: Elm, I: 248 s.; II: 284 s.;  III: 244 s.  

Hacıyev V.C. (2004) Azərbaycanın yüksəkdağlıq 

bitkiliyinin ekosistemi. Bakı: Təhsil, 130 s.    



İbadullayeva S.C., Ələkbərov R. (2013) Dərman 

bitkiləri (etnobotanika və fitoterapiya). Bakı: 

Təhsil, 331 s. 

Kərimov V.N. (2000) Şəki-Zaqatala bölgəsinin 

Göyzəbanları. B.ü.f.d. üzrə dissert., Bakı: 168 s.  



Məmmədov Q.Ş., Xəlilov M.Q. (2004) Ekologiya 


Dadaşova və Əlizadə 

15 


və ətraf mühit. Bakı: Elm, 505 s.  

Müseyibov M.A. (1998) Azərbaycanın fiziki coğ-

rafiyası. Bakı: Maarif, 399 s. 



Аскеров  А.М. (2001) Папоротники  Кавказа. 

Баку: Элм, 244 с. 



Атамов  В.В. (1997) Степная  растительность 

Азербайджана  (фитоценологические  особен-

ности,  динамика  и  генезис).  Дисс.  докт.  биол. 

наук, Баку: 163 с. 

Ахмедова  С.З. (2008) Растительность  зимних 

пастбищ  Джейранчеля  и  Аджиноура  Азербай-

джана и ее биоэкологические и агрофитоцено-

тические  особенности.  Дисс.  канд.  на  соис. 



учен. степ. докт. биол. наук, Баку: 319 с. 

Дмитриева  С.И. (1966) Сорная  растительность 

северо-западной  части  Алазань-Автаранской 

долины  (в  пределах  Азербайджана)  и  меры 

борьбы с нею. Автор. дисс. на соискание учен. 



степ. канд. биол. наук, Баку: 29 с.   

Конспект  флоры  Кавказа. (2006) СПб.:  Изд. 

Санкт-Петербургского университета, II: 467 с. 



Конспект  флоры  Кавказа. (2008) СПб.;  М.: 

Товарищество научных изданий КМК, III ч. 1

467 с. 

Конспект  флоры  Кавказа. (2012) СПб.;  М.: 

Товарищество  научных  изданий  КМК,  III  ч. 



2: 623 с. 

Мехтиева Н.П. (2007) Таксономичсекий и био-

морфологический  анализ  лекарственных  рас-

тений  Алазань-Агричайской  долины.  Матер. 

межд.  конф. «Биоморфологические  исследо-

вания в современной ботанике», Владивосток: 

300-303. 



Мусаев  С.Г. (1991) Злаки  Азербайджана.  Баку: 

Элм, 420 с. 



Полевая  геоботаника (1960) под  редакцией 

Е.М.Лавренко,  А.А.Корчагина. М.: АН СССР, 



II: с. 83-86.  

Флора  Азербайджана (1950-1961) Баку:  Изд. 

АН Азерб. ССР, т. I-VIII. 

 

 

 

Новые Ареалы Произрастания, Биоэкологическая И Фитоценотическая Характеристика 

Некоторых Видов Флоры  Азербайджана  

 

Дадашева А.К., Ализаде В.М. 

 

Институт ботаники НАНА 

 

В  статье  рассматривается  новый  инвазивный  вид    Conyza bonariensis (L.) Cronqist для  Кахского 

района  Азербайджана.  Установлены  новые  места  произрастания  (западная  часть  Большого  Кавказа 

Азербайджана  и  Алазан-Агричайский  ботанико-географические  районы)  для  Papaver macrostomum 

Boiss. & Huet.  Также  проводится  фитоценотическая  и  биоэкологическая  характеристика  произ-

растающих  на  территории  Кахского  района  видов Allium ursinum L., Listera ovata (L.) R.Br., Orchis 



coriophora L., O. laxiflora Lam., O. purpurea Huds.  Peganum harmala L. 

 

Ключевые слова: Инвазивный вид, растительность, новые места распространения, биоэкологичес-



кая,  фитоценотическая  

 

 

New Distribution Areas, Bioecological And Phytocoenotype Characteristics  

of Some Species of the Flora of Azerbaijan  

 

A.G. Dadashova, V.M. Alizade 

 

Institute of Botany, ANAS 

 

A new invasive species for Gakh district of Azerbaijan - Conyza bonariensis (L.) Cronqist has been 



identified. The west part of Greater Caucasus and Alazan-Ayrichay valley botanical-geographical regions 

were determined to be new distribution areas for Papaver macrostomum Boiss. & Huet. The bioecological 

and phytocoenotype data about characteristics of 6 plant species - Allium ursinum L., Listera ovata (L.) 

R.Br.,  Orchis coriophora L., O. laxiflora Lam., O. purpurea Huds.  and  Peganum harmala L. have been 

presented in the article. 

 

Key words: Invasive species, vegetation, new distribution areas, bioecological, phytocoenotype 



 

Yüklə 70,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə