“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 426,26 Kb.
səhifə1/3
tarix24.10.2017
ölçüsü426,26 Kb.
#6510
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini ______________H.M.Əliyev

“___”___________2015-ci il.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)

AVİASİYA METEOROLOGİYASI-(1-2)”


FƏNNİNİN PROQRAMI
(Bakalavriat səviyyə üçün)


Fakültə:

Hava nəqliyyatı

İxtisas:

050507 Hidrometeorologiya

İxtisas kafedrası:

Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra:

Aviasiya meteorologiyası



Kurs:

3

Semestr:

5, 6

Kreditlərin sayı:

10

Fənnə ayrılan ümumi saatlar:

300 saat

Auditoriya saatlarının cəmi:

75+75 saat

o cümlədən:




Mühazirələr:

45 +45 saat

Laboratoriya:

-

Seminar, praktiki məşgələ:

30+30 saat

Tələbənin auditoriyadankənar işi:

75 +75 saat



BAKI -2015

“Aviasiya meteorologiyası” fənn proqramı


Azərbaycan Respublikasısının Təhsil Nazirliyi tərəfindən
«____» __________2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
« 27 » noyabr 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aviasiya meteorologiyası”)


Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimləri _________________B.Məlikov

_________________M.F.Süleymanov

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur.

( “____”___________2015-ci il tarixli iclas “__/__/__” №-li protokol)
Kafedra müdiri, t.e.d. prof. ______________ N.Ş. Hüseynov

Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuş və bəyənilmişdir.


( “____”____________2015-ci il tarixli iclas “_11/15_” №-li protokol)
Dekan, t.e.n. dos._____________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir.


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, t.e.d., prof. _________________Ə.S.Səmədov

Mündəricat


Giriş

    1. 1.1 Fənnin tədrisinin məqsədi.............................................................................

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri....................................................................

1.3 Fənn üzrə bilik və bacarıqlara tələblər..........................................................

1.4 Fənnin digər fənlərlə əlaqəsi.........................................................................

2. Fənnin məzmunu...........................................................................................

2.1 Fənn üzrə saatların bölüşdürülməsi...............................................................

2.2 Fənnin mövzular üzrə planı...........................................................................

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi..................................................

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi.......................................

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

3.2 Tövsiyə olunan ədəbiyyat.............................................................................

Əsas ədəbiyyat....................................................................................................

Əlavə ədəbiyat......................................................................................................

4

4



4

4

5



5

5

6



7

7

12



14

16

18



18

18

18



19


Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



    1. 1.1. Fənnin tədrisinin məqsədi

“Aviasiya meteorologiyası” fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən meteoroloji elementlərin və atmosfer hadisələrinin aviasiya texnikasının istismarına təsirinin və uçuşların meteoroloji təminatı üsullarının öyrənilməsidir və bu Havada hərəkətin idarə edilməsi ixtisasına yiyələnən gələcək mütəxəssislərə kömək edəcək.

“Aviasiya meteorologiyası” fənninin tədrisi, tələbələrin dərin nəzəri biliklərə yiyələnməsi və uçuşların meteoroloji təminatını yüksək təhlükəsizlik qaydalarına əməl edərək, hava daşımalarını iqtisadi cəhətdən səmərəli və uçuş qrafikini pozmadan həyata keçirmək məqsədini daşıyır.


    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



Fənnin tədrisinin əsas vəzifəsi meteoroloji elementlər və hadisələrin uçuşlara təsirini, uçuşlara plana uyğun, iqtisadi cəhətdən səmərəli olmasını həyata keçirmək, meteoroloji şəraiti uçuşların bütün mərhələlərində nəzərə almaq, meteoroloji məlumatlardan vaxtında, dolğun və yüksək peşəkarlıqla istifadə etməkdir. Uçuşların idarə edilməsinin gələcək mütəxəssisləri fənnin tədrisi ilə meteoroloji şəraitin aviasiyanın fəaliyyətinə təsirini və meteoroloji təminatın nəzəri və metodiki əsaslarını öyrənirlər.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

bilməlidirlər:

  • Atmosferin fiziki xassələrinin hava gəmilərinin istismarına təsirini;

  • Külək və onun parametrlərinin uçuşlara təsirini;

  • Duman, bulud, və yağıntıların uçuşlara təsirini;

  • Uçuş üçün təhlükəli olan atmosfer hadisələrini.

bacarmalıdırlar:

  • Aerosinoptik məlumatların təhlilini;

  • Uçuşların meteoroloji təminatı;

  • Beynəlxalq aviasiya meteoroloji METAR, SPECİ və TAF kodlarının oxunmasını;

  • Aviasiya müəssisələrində aviasiya-iqlim amillərindən istifadə qaydalarını;



1.4. Fənnin digər fənlərlə əlaqəsi


Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan uçuş fənlərinin öyrənilməsində, bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.

  1. Fənnin məzmunu


2.1 Fənn üzrə saatların bölüşdürülməsi
“Hidrometeorologiya” ixtisasının tədris planına uyğun olaraq «Aviasiya meteorologiyası» fənni üzrə tədris yükü 150 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 90 saat mühazirəyə, 60 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 150 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir.

V semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

VI semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir. Tədris planına uyğun olaraq bu semestrdə fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmuşdur. Kurs işlərinin yazılmasına dair metodiki göstərişlər və mövzular müvafiq metodiki vəsaitdə verilmişdir. Kurs işi 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.

Tədris yükünün yerinə yetirilməsi 5 və 6-cı semestrdə nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı –10-dur.




    1. Fənnin mövzuların üzrə planı







Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Mühazirələr

Praktiki işlər

Laboratoriya işləri

TSİ

Sİ-nin yerinə yetirilməsi

1

2

3

4

5

6

7

8

V semestr

1

Giriş

7

2

2




2

1

2

Atmosfer və onun quruluşu

12

4

2




4

2

3

Temperatur və havanın rütubətliyi

11

4

2




4

1

4

Atmosfer təzyiqi və havanın sıxlığı

12

4

2




4

2

Kollokvium №1

2

-

2




-

-

5

Külək və onun hava gəmilərinə təsiri

13

4

2




5

2

6

Külək sürüşmələri və turbulentlik. Atmosferdə şaquli hərəkətlər

13

4

2




5

2

7

Atmosferin termodinamikası

12

4

2




5

1

8

Buludluq və atmosfer yağıntıları

14

4

2




6

2

Kollokvium №2

2

-

2




-

-

9

İldırım və onun aviasiya uçuşlarına təsiri

11

4

2




4

1

10

Hava gəmilərinin buzbağlaması və eletrikləşməsi

14

4

2




6

2

11

Görünüş məsafəsi onun uçuşlara təsiri

11

2

2




5

2

12

Hava Hərəkəti İdarəetmə Orqanları üçün meteoroloji məlumatlar

14

5

2




5

2

Kollokvium №3

2

-

2

-

-

-

Semestr üzrə cəmi:

150

45

30

-

55

20

VI semestr

13

Aerodromlarda meteoroloji xidmətin təşkili

10

4

2




4

1

14

Aviasiya meteoroloji məlumatlarının toplanması və ötürülməsi

10

4

2




4

1

15

Mülki aviasiyanın meteoroloji təminatı

10

4

2




4

1

16

Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması

10

4

2




4

1

Kollokvium №1

4

-

2




-

-

17

Hava kütlələri və onların təsnifatı

8

4

2




4

2

18

Barik sistemlər

8

4

2




4

2

19

Atmosfer cəbhələri və onlarda uçuş şəraiti

9

4

2




4

2

20

Yerüstü hava xəritələri və onların analizi

9

4

2




4

2

Kollokvium №2

4

-

2




-

-

21

Barik topoqrafiya xəritələri və onların analizi

5

4

2




4

2

22

Aviasiya üçün təhlükəli atmosfer hadisələri. Təhlükəli atmosfer hadisələri xəritələri və onların analizi

19

4

2




4

2

23

Radiolokasiya və peyk məlumatlarından istifadə edilməsi

7

2

2




4

2

24

Aviasiya meteoroloji təminatının perspektivləri

9

3

2




5

2

Kollokvium №3

4




2




-

-

Semestr üzrə cəmi:

150

45

30

-

55

20

Fənn üzrə cəmi:

300

90

60




110

40




    1. Fənnin dərs növləri üzrə paylanması


2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi



Mövzunun adı

Audito-

riya

saatları

TSİ

(mühazirə-lərə

hazırlıq)

1

2

3

4

V semestr

1

Mövzu №01. Giriş. “Aviasiya meteorologiyası” kursunun predmeti və vəzifəsi. İCAO-nun 3 saylı Əlavəsi. Aviasiyanın meteoroloji təminatının müasir vəziyyəti və inkişafının gələcək perspektivləri.

2

1

2

Mövzu №02. Atmosfer və onun quruluşu. Yer atmosferi və onun tətqiqat üsulları haqqında ümumi məlumat. Atmosfer və onun xüsusiyyətlərinin təyin edilməsi. Ozon, karbon qazı və onun atmosferdə rolu. Atmosfer quruluşunun müasir sxemi. Əsas təbəqələrin qısa xarakteristikası. Atmosferin kimyəvi tərkibi. Tropopauzanın əsas xüsusiyyətləri. Standart atmosfer. Beynəlxalq standart atmosferin təyini (BSA).

4

2

3

Mövzu №03. Temperatur və havanın rütubətliyi. Hava temperaturu və onun ölçülmə üsulları. Hava temperaturunun dövri və qeyri-dövri dəyişmələri. Temperaturun şaquli qradiyenti. Temperatur stratifikasiyası. Saxlayıcı təbəqə. İnversiya və izotermiya qatları və hava şəraitinin yaranmasında onların rolu. Atmosferdə istiliyin daşınması. Yer səthi üzərində temperatur. Havanın rütubəti və onun ölçülmə üsulları. Su buxarının kondensasiya və sublimasiyası. Şeh nöqtəsi temperaturu. Şeh nöqtəsi çatışmazlığı temperaturu. Havanın doymasına səbəb olan fiziki proseslər. Adiabatik proseslər. Atmosfer dayanıqlığı. Temperaturun hava gəmilərinin qalxma və enməsinə təsiri. Temperaturun hava gəmilərinin aerodinamik xarakteristikalarına təsiri. Temperaturun barometrik cihazın göstəricilərinə təsiri. Temperatur və təzyiqin yanacaq sərfinə təsiri.

4

4

4

Mövzu №04. Atmosfer təzyiqi və havanın sıxlığı. Atmosfer təzyiqinin ölçmə vahidi və üsulları. Barik qradiyentin təyin olunma və ölçülməsi. Dəniz səviyyəsində təzyiq. Təzyiqin dəniz səviyyəsinə gətirilmə qaydası. Uçuş eşalonu. Təyyarə bortuna ötürülən təzyiq haqqında məlumat. Hündürlüyə görə təzyiqin dəyişməsi. Barik pillə. Geopotensial anlayışı. Atmosfer statikasının əsas tənlikləri. Barometrik tənliklər. Quru və rütubətli havanın sıxlığı. İdeal qaz tənlikləri. Su buxarının havanın sıxlığına təsiri. Havanın sıxlığının coğrafi enliyə görə variasiyası. Sıxlığın sutkalıq tərəddüdü. Yüksəkliyə doğru sıxlığın hesablanması.

4

4

5

Mövzu №05. Külək və onun hava gəmilərinə təsiri. Hava axınlarının yaranma səbəbi və onların təzyiq sahəsi ilə əlaqəsi. Atmosferə təsir edən qüvvələr. Küləyin təyini və ölçülməsi. Küləyin vektorial sürəti. Küləyin istiqamət və sürətinin ölçülmə vahidləri. Küləyin vektorial sürətinin müəyyən edilməsi. Təzyiqin qradiyent qüvvəsi. Koriolis qüvvəsi. Sərbəst atmosferdə hava hərəkəti-qradiyent külək. Geostrafik külək. Yerüstü külək. Yerüstü küləyin sutkalıq gedişi. Sürtünmə qatında havanın hərəkəti, hündürlüyə görə küləyin dəyişməsi. Termik külək. Yerli küləklər. Sahil və dəniz brizləri, fyonlar. Qasırğalar. Şırnaqlı axınlar. Atmosferin fiziki xarakteristikalarının hava gəmilərinə təsiri. Küləyin sürətinin hava gəmilərinin qalxma və enməsinə təsiri. Küləyin istiqamətinin hava gəmilərinin qalxma və enməsinə təsiri. Yan külək. Həqiqi külək və onun uçuşlara təsiri. Ekvivalent külək.

4

4

6

Mövzu №06. Külək sürüşmələri və turbulentlik. Atmosferdə şaquli hərəkətlər. Turbulent zonalarda uçuşlar zamanı uçuş heyətinə zəruri tövsiyyələr. Külək sürüşmələrinin hava gəmilərinin qalxma və enməsinə təsiri. Turbulentlik. Dağ dalğaları. Dağlar və dağ massivləri üzərində uçuşlar. Dağ axınlarının vizual təyini. Atmosfer turbulentliyinin tipləri. Aydın səmada turbulentlik. Buludlarda turbulentlik. Şırnaq axınları zonasında turbulentlik. Oroqrafik turbulentliklər. Atmosfer turbulentliyinin hava gəmisinin uçuşlarına təsiri. Turbulent şəraitdə hava gəmisinin idarə olunması. Atmosferdə şaquli hərəkətlər. Konveksiya. Konvergensiya və divergensiya axınları.

4

4

7

Mövzu №07. Atmosferin termodinamikası. Atmosferdə şaquli hərəkətlər və onların yaranma səbəbləri. Atmosferdə adiabatik proseslər. Kondensasiya və konveksiya səviyyələri. Armosferdə şaquli dayanıqlılıq. Aeroloji diaqramlar və onlardan atmosferin müxtəlif fiziki xarakteristikalarının və uşuşların meteoroloji şəraitinin təyin olunması üçün istifadə.

4

4

8

Mövzu №08. Buludluq və atmosfer yağıntıları. Buludların yaranması və atmosfer yağıntıları. Buludların yaranmasında fiziki proseslərin rolu. Su buxarının kondensasiya və sublimasiyası. Buludların təsnifatı. Aşağı buludluq. Orta buludluq. Yuxarı buludluq. Buludluğun müşahidəsi. Aşağı təbəqə buludlarının müşahidə edilməsi. Atmosfer yağıntıları və onların uçuşlara təsiri. Bulud və yağıntıların radar müşahidələri vasitəsilə aşkar edilməsi. Yerin süni meteoroloji peyklərindən alınan məlumatlar vasitəsilə buludların və yağıntı sahələrinin aşkar edilməsi. Konvektiv buludluq. Atmosfer yağıntılarının faza vəziyyəti. Maye, buz və bərk halda olan atmosfer yağıntıları. Yağıntıların intensivliyi. Buludluq və atmosfer yağıntılarının uçuşlara təsirinin qiymətləndirilməsi.

4

2

9

Mövzu №09. İldırım və onun aviasiya uçuşlarına təsiri. İldırımların yaranma şəraiti. İldırımın növləri. İldırımın müşahidə üsulları. Kütlədaxili ildırımlar. Cəbhə ildırımları. Şimşəklər və onların hava gəmilərinin uçuşlarına təsiri. İldırım zonalarında uçuşların yerinə yetirilməsinin əsas xüsusiyyətləri. İldırım ocaqlarının diaqnozu və proqnozu zamanı peyk məlumatlarından istifadə. Topa-yağış buludlarının və ildırımın fəaliyyət zonasının peykdən alınmış şəkillərə əsasən təhlil edilməsi. İldırım zonasında uçuş şəraiti.

4

2

10

Mövzu №10. Hava gəmilərinin buzbağlaması və eletrikləşməsi. Hava gəmilərinin buzbağlaması. Uçuşlarda müşahidə olunan buz çöküntülərinin təsnifatı. Buzbağlamanın intensivliyini müəyyən edən əsas amillər. Buzbağlamanın növləri. Buzbağlamanın intensivliyi. Buzbağlamanın hava gəmilərinə təsiri. Buzbağlama ilə mübarizə üsulları. Hava gəmilərinin elektrikləşməsi. İldırımın fəaliyyət zonalarında uçuşların yerinə yetirilməsi və uçuş heyətinə zəruri tövsiyyələr. Buzbağlama və elektrikləşmə zonalarında uçuşların yerinə yetirilməsi və uçuş heyətinə zəruri tövsiyyələr.

4

2

11

Mövzu №11. Görünüş məsafəsi və onun aviasiya uçuşlarına təsiri. Metoroloji görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin müəyyən edilməsi. Minimal görünüş məsafəsi. QEZ üzərində görünüş məsafəsi. Şaquli görünüş məsafəsi. Görünüşü pisləşdirən amillər. Duman və çən. Radiasiya dumanları. Advektiv dumanlar. Cəbhə dumanları. Sis. Tüstü. Torpaq və toz. Vulkan külü. Yağıntıların düşməsi. Hava minimumu.

2

3

12

Mövzu №12. Hava Hərəkəti İdarəetmə Orqanları üçün meteoroloji məlumatlar. Faktiki və proqnostik meteoroloji məlumatların spektri. Yerlə sürmə dispetçerləri, enmə sistemi dispetçeri və uçuş rəhbərləri üçün təlimatlandırma və meteoroloji məlumatlar. Faktiki və xüsusi hava haqqında məlumatlar, METAR və SPECİ. AİREP məlumatı. Proqnostik məlumatlar, TAF, GAMET, SİGMET, AİRMET. Mürəkkəb hava şəraiti və məhdud meteoroloji görünüş zamanı uçuşların meteoroloji təminatının əsas xüsusiyyətləri.

5

3

Semestr üzrə cəmi:

45

35

VI semestr

13

Mövzu №13. Aerodromlarda meteoroloji xidmətin təşkili. Aviasiya meteoroloji orqanının təşkili. Aviasiya meteoroloji orqanının təyinatı, vəzifələri və təşkili. Aerodromlarda meteoroloji orqanların istifadə etdiyi meteoroloji sistem və avadanlıqlar. Aerodrom meteoroloji orqanlarının gördüyü işlər və onların həcmi. Aerodromlarda meteoroloji müşahidələrin təşkili. Meteoroloji orqanlar və HHİE orqanlarının işlərinin qarşılıqlı təşkili.

4

1

14

Mövzu №14. Aviasiya meteoroloji məlumatlarının toplanması və ötürülməsi. Meteoroloji məlumatların əsas mənbəyi. Meteoroloji məlumatların radiokanal rabitəsi vasitəsilə yiığılması və ötürülməsi. Meteoroloji məlumatların rabitə kanalları vasitələri ilə ötürülməsi. ATİS və VOLMET radioyayım sistemləri. Yerüstü telekommunikasiya şəbəkəsi AFTN, AMHS. Meteoroloji məlumatların peyk yayımlanma sistemləri, SADİS. Ümumdünya zonal proqnozlar mərkəzi. Meteoroloji məlumat bankları. Rəsmi meteoroloji saytlar.

4

2

15

Mövzu №15. Mülki aviasiyanın meteoroloji təminatı. Aviasiya hava proqnozlarına qoyulan əsaas tələblər. HHİE orqanlarının metş təminatını qaydaları. Müxtəlif uçuş trasları üzrə meteoroloji təminat qaydaları. Yerli hava xətləri və təsərrüfat aviaisya işləri üzrə uçuşların meteoroloji təminatının xüsusiyyətləri. Mülki aviasiyanın meteorolji təminatının xüsusiyyətləri. Yerdən hava gəmisinin göyərtəsinə ötürülən meteoroloji məlumatlar. Hava gəmisinn göyərtəsindən ötürülən məlumatlar. Müxtəlif coğrafi ərazilərdə uçuşların meteoroloji təminatının xüsusiyyətləri. Müxtəlif hündürlüklərdə yerinə yetirilən uçuşların meteoroloji təminatının xüsusiyyətləri. Uçuşların meteoroloji təminatı zamatı atmosfer proseslərinin kompleks analizi. Mülki aviasiya uçuşlarının meteoroloji təminatını tənzimləyən beynəlxalq və daxili sənədlər və onların tələbləri.

4

4

16

Mövzu №16. Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması. Aerodromlarda uçuşların meteoroloji təminatıın avtomatlaşdırılması. Meteoroloji məlumatların yığılması və ötürülməsinin avtomatlaşdırılması. Proqnozlarda istifadə edilən meteoroloji kəmiyyətlər və aviasiya üçün təhlukəli meteoroloji elementlərin hesablanmasıın avtomatlaşdırılması. Aviasiya hava proqnozlarının verifikasiyası və OPMET məlumatlarının avtomatik nəzarət sistemi. Uçuşların meteoroloji təminatının avtomatlaşdırılma sistemlərinin yaradılmasıın prinsipləri. AWOS avtomatik meteoroloji müşahidə stansiyası. Meteoroloji radar. Meteobrifinq avtomatik sistemi.

4

4

17

Mövzu №17. Hava kütlələri və onların təsnifatı. Hava kütlələri haqqında ümumi məlumat. Yaranması və təsnifatı. Hava kütlələrinin transformasiyası. Avropaya müdaxilə edən hava kütlələri. Arktik hava kütlələri. Qütb hava kütlələri. Tropik hava kütlələri. Azərbaycan ərazisinə müdaxilə edən hava kütlələri.

4

4

18

Mövzu №18. Barik sistemlər. Barik sahə. Alçaq təzyiq sahəsi, siklonlar, depressiyalar və təzyiq çuxuru. Aşağı təzyiq sahələrinin növləri. Alçaq təzyiq sahələrinin yaranması və onlarda hava şəraiti. Dayanıqsız alçaq təzyiq sahələri. Aralıq dənizi alçaq təzyiq sahəsi. Qütb alçaq təzyiq sahələri. Baltik dənizi siklonları. Antisiklon və təzyiq yalı. Yüksək təzyiq sahəsinin xüsusiyyətləri. Subtropik yüskək təzyiq sahələri (isti antisiklonlar). Kontinental antisikonlar (soyuq antisiklonlar).

4

4

19

Mövzu №19. Atmosfer cəbhələri və onlarda uçuş şəraiti. Atmosfer cəbhələrinin növləri. Isti cəbhə. Soyuq cəbhə. Kvazistasionar cəbhələr. Atmosfer cəbhələrində təzyiq şəraiti. Yer kürəsində sabit cəbhələr. Okklyuziya cəbhələri. Arktik cəbhələr. Qütb cəbhələri. Aralıq dənizi cəbhələri. Tropikdaxili konvergensiya zonası (TKKZ). Cəbhələrin xüsusiyyətləri. Qütb cəbhələrinin depressiyası. Qütb cəbhələrinin depressiyası zonasında hava şəraiti. İsti və soyuq cəbhələrin bulud sistemləri.

4

4

20

Mövzu №20. Yerüstü hava xəritələri və onların analizi. Məntəqələrin kodlarının oxunması. Atmosfer təzyiqi. Atmosfer təzyiqinin tendensiyası. Keçmiş hava. Aşağı buludluluq və şaquli görünüş məsafəsi. Şeh nöqtəsi temperaturu. Görünüş məsafəsi. Faktiki hava. Müşahidə saatında müşahidə edilməyən keçmiş hava şəraiti. Yer səthində havanın temperaturu. Orta təbəqənin buludluluğu. Yuxarı təbəqənin buludluluğu. Buludluluğun ümumi miqdarı. Yerüstü külək.

4

2

21

Mövzu №21. Barik topoqrafiya xəritələri və onların analizi. Barik topoqrafiya xəritələri. Mütləq və nisbi barik topoqrafiya xəritələri. Geopotensial hündürlük. Barik topoqrafiya xəritələrində atmosfer cəbhələrinin müəyyən edilməsi. Barik topoqrafiya xəritələrində küləyin orta sürətinin, hava temperaturunun və şeh nöqtəsi çatışmazlığı temperaturunun müəyyən edilməsi. Təhlükəli atmosfer hadisələri xəritələri.

4

2

22

Mövzu №22. Aviasiya üçün təhlükəli atmosfer hadisələri. Təhlükəli atmosfer hadisələri xəritələri və onların analizi. Aviasiya üçün təhlükəli atmosfer hadisələri. Təhlükəli atmosfer hadisələri şəraitində uçuşlar. Turbulentlik və külək sürüşmələri. Yan keçmə kriteriyaları. Mikroqasırğalar. Dolu. Buzbağıama. Şimşək. Atmosferdə küylər. Mühərriklərlə suyun sovrulması. Tornadolar. Təzyiq dəyişmələri. İldırımlı buludlardan yan keçmə kriteriyaları. Yuxarı yüksəkliklərdə hava proseslərinə tropopauzanın rolu. Şırnaqlı axınlar, onların təsnifatı, yaranma şəraiti və uçuşlara təsiri. Təhlükəli atmosfer hadisələrinin şərti işarələri. Atmosfer cəbhələri və konvergensiya zonası və digər şərti işarələr. Buludların abbriviaturası. Ayrıca təcrid olunmuş buludlar. Topa-yağış buludları. Hava xəritələrində xəttlər və şərti işarələr. Şırnaqlı axınlar və onların oxu. Vulkan ocaqları. Radioaktiv buludlar.

4

2

23

Mövzu №23. Radiolokasiya və peyk məlumatlarından istifadə edilməsi. Atmosferin tədqiqat metodları. Meteoroloji radar. Radiolokasiya meteoroloji müşahidələr və məlumatlar. Meteoroloji radar vasitəsilə müşahidə edilən obyektlər. HHİE zamanı radar məlumatlarından istifadə edilməsi. Yerin süni meteoroloji peykləri. EUMETSAT Meteoroloji Agentliyi. Yerüstü peyk sistemləri. Bulud sahələrinin paylanmasının peyk xəritələri.

2

3

24

Mövzu №24. Aviasiya meteoroloji təminatının perspektivləri. Ümumdünya Meteoroloji Təşkilatının aviasiya meteoroloji personalı üçün beynəlxalq ixtisas tələbləri. Aviasiya meteoroloji xidmətlərində İSO 9001:2008 standartı üzrə keyfiyyət idarəetmə sisteminin tətbiqi haqqında İCAO-nun tələbləri. Uçuşların təhlükəsizliyinin idarəedilməsi çərçivəsində risklərin qiymətləndirilməsi və idarəolunması sisteminin tətbiqi. Son beş il ərzində İCAO EAMPG-METG, MET/ATM və WMO-nun aviasiya komissiyasının (CAeM) fəaliyyətinin nəticələri. Avropa Meteoroloji Konsepsiyasının əsas müddəaları.

3

3

Semestr üzrə cəmi:

45

35

Fənn üzrə cəmi:

90

70




Yüklə 426,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə