“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 264,58 Kb.
tarix27.03.2018
ölçüsü264,58 Kb.
#34902


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________________2015-ci il




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)


Bakalavr hazırlığı üçün
Azərbaycanın iqtisadi coğrafiyası”
fənnİnİn PROQRAMI
Fakültə: Hava nəqliyyatı

İxtisas: 050507 Hidrometeorologiya

İxtisas kafedrası: “Aviasiya meteorologiyası”

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2

Semestr: 3

Fənnə ayrılan ümumi saatlar: 120

Auditoriya saatlarının cəmi: 45

o cümlədən

Mühazirələr: 30 saat

Laboratoriya: -

Seminar, praktiki məşğələ : 15 saat

Tələbənin auditoriyadan kənar işi: 75 saat

BAKI -2015
“Azərbaycanın iqtisadi coğrafiyası” fənn proqramı
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
«___» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aviasiya meteorologiyası”)

Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” dosenti_________________N.Ə.Paşayev

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur:
( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, t.e.d.,prof._______________ N. Ş.Hüseynov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos. _________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov




Mündəricat
Giriş....................................................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.................................................................4

1.4 Fənnin digər fənlərlə əlaqəsi........................................................................................5

2. Fənnin məzmunu..........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi..............................................................................5

2.2 Fənnin mövzular üzrə planı..........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................................7

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi.................................................................7

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................12

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi......................................................13

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................14

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................16

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................16

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................17

Əsas ədəbiyyat......................................................................................................................17

Əlavə ədəbiyyat.....................................................................................................................17

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



    1. 1.1. Fənnin tədrisinin məqsədi

Kursun əsas məqsədi tələbələrdə Azərbaycanın həm ümumi, həm də ayrı-ayrı regionları üzrə hərtərəfli coğrafi təsəvvürlər yaratmaqdan ibarətdir. Bunun üçün ilk növbədə tələbələr Azərbaycanın coğrafi (fiziki-coğrafi və iqtisadi-sosial, siyasi-coğrafi və nəqliyyat coğrafi) mövqeyini, onun təbii ehtiyat potensialını düzgün qiymətləndirmə, hər bir təsərrüfat sahəsi haqqında geniş biliyə malik olmalıdır. Kursun ümumi quruluşu özündə bir neçə böyük mövzuları əhatə etməklə tələbələrdə respublikanın dövlət quruluşu, idarə olunması və bütövlükdə sosial-iqtisadi inkişafı haqqında dərin bilik əldə etməyə imkan verir. Azərbaycanın digər ölkələrə nisbətən coğrafi mövqeyinin müəyyənləşdirilməsində, onun təbii ehtiyatının təsərrüfat baxımından qiymətlənqdirilməsində, əhali və əmək ehtiyatlarının və ona aid olan problemlərin araşdırılmasında, ölkənin, sənaye, kənd təsərrüfatı, nəqliyyatı, xidmət sahələrinin və xarici iqtisadi əlaqələrinin öyrənilməsində bu kursun əhəmiyyəti böyükdür. Region üzrə hərtərəfli biliyə malik olub təhsil alan tələbələrin ixtisaslaşmasında «Azərbaycanın coğrafiyası» kursunun əhəmiyyəti böyükdür.






    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi

Kursun əsas vəzifəsi tələbələrdə bu fənn haqqında maraq oyatmaq, bununla əlaqədar mövcud olan nəzəri və tətbiqi xarakter daşıyan vasitələrdən istifadə etməkdir. Bunun üçün tələbələrdə:

1. İxtisas öləkələri, o cümlədən Azərbaycan respublikası haqqında dərin elmi-coğrafi biliklərin;



  1. Müasir şəraitdə Azərbaycan respublikasının dünya təsərrüfat sistemində yerini müəyyənləşdirilməsi kimi biliklərin aşılanması vacibdir.




1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Tələbələr ixtisas kursunun coğrafiyasını yaxşı mənimsəmək üçün aşağıdakıları bacarmalıdırlar;

- Azərbaycanın coğrafiyası kursunu yaxşı öyrənmək üçün müxtəlif yanaşma metod və vasitələrindən istifadə etməyi;

- ölkənin ümumi fiziki-coğrafi şəraitini, geosiyasi mövqeyini, idarə olunması formasını, təbii ehtiyat potensialını, əhalisini və əmək ehtiyatlarını, təsərrüfat sahələrinin geniş coğrafi səciyyəsini, xarici iqtisadi əlaqələrini;

-mühazirələrə aid olan ədəbiyyat və internet materiallarından sərbəst istifadə etməyi, diskusiya və müzakirələrə hazır olmağı;

-mühazirələrə aid bəzi məlumatları ana dilində və xarici dildə olan ədəbiyyatlardan əldə etməyi;

-coğrafiyaya aid olan internet saytlarından istifadəni.
1.4. Fənnin digər fənlərlə əlaqəsi




  1. Fənnin məzmunu


2.1. Fənn üzrə saatların bölüşdürülməsi
“Hidrometeorologiya” ixtisasının tədris planına uyğun olaraq «Azərbaycanın iqtisadi coğrafiyası» fənni üzrə tədris yükü III semestr 45 saat həcmində nəzərdə tutulmuşdur ki, 30 saat mühazirəyə, 15 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla, sərbəst işlər isə 10 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmayıb. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.



Tədris yükünün 3-cü semestrlərdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 4.

2.2. Fənnin mövzular üzrə planı





Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş-

ğələ

Labora-

toriya


TSİ*

Sİ**

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

III semestr




1

Azərbaycanın iqtisadi coğrafiyasının ümumi səciyyəsi

4

2

-




2




2

Təbii sərvətlərinin təsərrüfat baxımından qiymətləndirilməsi,

9

2

1




4

2

3

Azərbaycanın əhalisi və əmək ehtiyatları

9

2

1




4

2

4

Təsərrüfat sahələrinin ümumi səciyyəsi-Yanacaq-energetika kompleksi

9

2

1




4

2

5

Azərbaycanın metallurgiya və maşınqayırma sənayesi.

9

2

1




4

2




Kollokvium №1

4




2




2




6

Azərbaycanın kimya və meşə sənayesi

6

2







4

1

7

Azərbaycanın tikinti materialları, yüngül və yeyinti sənayesi

8

2


1




4

1

8

Azərbaycanın aqrar-sənaye kompleksi.

7

2







4

1

9

Nəqliyyatı sistemi və xarici-iqtisadi əlaqələri.

8

2







4

2

10

Xidmət sahələrinin və turizmin coğrafiyası.

7

2

1




3

1




Kollokvium №2

4




2




2




11

Azərbaycanın iqtisadi rayonları-Abşeron və Şəki-Zaqatala.

6

2

1




2

1

12

Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları.

5

2







2

1

13

Gəncə-Qazax, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları.

6

2







2

3

14

Aran və Lənkəran-Astara iqtisadi-coğrafi rayonları.

8

2

1




4

1

15

Naxçıvan MR və təbiəti mühafizənin regional problemləri.

7

2

1




2

1




Kollokvium №3

4




2




2







Fənn üzrə cəmi

120

30

15

-

55

20

TSİ*- tələbənin sərbəst işləməsi üçün tövsiyə olunan saatlar

Sİ**-sərbəst işlər

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzu və ədəbiyyatın şifri


Auditoriya saatları

TSİ

(mühazi-

rələrə hazırlıq)

1

2

3

4

1

Mövzu 1. Azərbaycanın iqtisadi və sosial coğrafiyası kursunun predmeti, məqsəd və vəzifələri. Coğrafi mövqeyi.

Goğrafi mövqe anlayışı. Azərbaycanın Dünyada və Cənubi Qafqaz regionunda fiziki, iqtisadi, geosiyasi, nəqliyyat, ekoloji və hərbi-coğrafi mövqeyinin qiymətləndirilməsi. İdarəolunma forması. Onun qlobal və regional maraqların kəsişməsində yeri. Dünyanın siyasi xəritəsində tutduğu yer. Aparıcı siyasi partiyaları. Sahəsi, sərhədləri, onların təsərrüfat cəhətdən qiymətləndirilməsi. İqtisadi və qonşuluq əlaqələrinin inkişafında ərazisinin və sərhədlərinin rolu. İnzibati ərazi bölgüsü. İştirak etdiyi beynəlxalq və regional təşkilatlar.



2

2

2

Mövzu 2. Təbii sərvətlərinin təsərrüfat baxımından qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi.

Azərbaycanın təbii şəraiti və təbii ehtiyatları. Təbii şəraitinin müxtəlifliyinin təsərrüfata təsiri. Relyefin təsərrüfata təsiri. Mineral xammal ehtiyatları. Filiz və qeyri-filiz faydalı qazıntıların yayılması. Tikinti materiallarının yayıldığı əsas ərazilər. Əsas mineral su yataqları və onların əhəmiyyəti. Aqroiqlim ehtiyatları. Su, torpaq ehtiyatları və təbii bitki ehtiyatları. Bioloji və rekreasiya ehtiyatları. Təbii ehtiyatlardan istifadənin ümumi və regional xüsusiyyətləri. Ətraf mühitin mühafizəsi.



2

2

3

Mövzu 3. Əhalisi və əmək ehtiyatları.

Əhalinin dinamikası və təkrar istehsalı. Əhali və onun milli, dini tərkibi. Əhalinin miqrasiyası və onun növləri. Miqrasiya yaradan amillər. İşsizliyin ləğv edilməsində 2004-2008 və 2009-2013-cü illər Dövlət Proqramlarının rolu.

Əhalinin cins və yaş tərkibi. Milli və etnik tərkibi. Regionlarda onların yayılma arealları. Azərbaycanın əhalisi və onun məskunlaşmasının coğrafi problemləri. Əhalinin sıxlığı və məskunlaşmanın regional fərqləri. Urbanizasiya və aqlomerasiya -yüksək məskunlaşma formaları kimi. Şəhər və kənd əhalisi. Əmək ehtiyatları.


2

2

4

Mövzu 4. Təsərrüfatın ümumi səciyyəsi; yanacaq-energetika kompleksi.

Azərbaycanın təsərrüfat sahələrinin formalaşma mərhələləri. Təsərrüfatın müasir ərazi strukturu və yeni inkişaf meylləri. Sənayenin quruluşu, onun yerləşməsi və müasir inkişaf vəziyyəti. Yanacaq-energetika kompleksi. Neft-qaz sənayesi ölkənin inkişaf strategiyasının əsası kimi. «Əsrin müqaviləsi» və yeni neft-qaz layihələri. Əsas beynəlxalq neft-qaz ixrac kəmərləri. Elektroenergetika sənayesinin sahələri, onun respublika və regional inkişaf xüsusiyyətləri. Mingəçevir, Şirvan və Şəmkir şəhərləri əsas energetika mərkəzləri kimi. Yeni modul elektrik stansiyaları.



2

2

5

Mövzu 5. Metallurgiya və maşınqayırma sənayesi.

Azərbaycanın dağ-mədən sənayesi. Qara metallurgiya sənayesinin əsas xammal mənbələri və yerləşdirilməsinin xüsusiyyətləri. Tərkibi, müəssisələri və məhsulları. Əlvan metallurgiyanın əsas xammal mənbələri, quruluşu. Qara və əlvan metallurgiyanın respublika və regional inkişaf xüsusiyyətləri. Maşınqayırmanın quruluşu, yerləşdirilməsi. Neft maşınqayırması. Bakı və Gəncə əsas maşınqayırma mərkəzləri kimi. Elektroenergetika və elektrotexnika. Radioelektronika və cihazqayırma. Nəqliyyat maşınqayırması. Digər maşınqayırma səhələri. Maşınqayırmanın müasir regional inkişaf səviyyəsi.



2

2

6

Mövzu 6. Kimya və meşə sənayesi.

Kimya sənayesinin əsas xammal mənbələri və yerləşdirilməsi. Kimya sənayesinin quruluşu, onun respublika və regional inkişaf xüsusiyyətləri. İxtisaslaşmış sahələri. Sumqayıt əsas kimya şəhəri kimi. Meşə sənayesinin əsas xammal mənbələri, onun daşınma. istiqamətləri və quruluşu. Yerləşdirilməsinin qanunauyğunluqları və mebel sənayesi.




2

2

7

Mövzu 7. Tikinti materialları, yüngül və yeyinti sənayesi sənayesi.

Tikinti materialları və konstruksiya sənayesinin quruluşu. Əsas xammal mənbələri. Dəmir-beton və konstruksiya materiallarının istehsal müəssisələrinin yerləşdirilməsi və inkişafı. Tikinti materialları və konstruksiya sənayesinin regional inkişaf xüsusiyyətləri. Tikinti sənayesinin müasir inkişaf problemləri. Yüngül sənayenin quruluşu və yerləşməsi. Əsas xammal mənbələri, müxtəlif iplərin hazırlanması və boyanması. Gön-dəri və ayaqqabı istehsalı. Yeyinti sənayesinin quruluşu və müəssisələrinin yerləşdirilməsinin prinsipləri, ixtisaslaşmış sahələri.



2

2

8

Mövzu 8. Aqrar-sənaye kompleksi.

Azərbaycanın aqrar-sənaye kompleksinin quruluşu. Kənd təsərrüfatının tərkibi. Kənd təsərrüfatında intensiv və ekstensiv üsuldan istifadə. Bitkiçiliyin quruluşu və respublikanın ayrı-ayrı region və bölgələrində onların yerləşdirilməsi və inkişaf səviyyəsi. İxtisaslaşan sahələri. Heyvandarlığın tərkibi, region və bölgələr üzrə yerləşməsi və inkişafında nəzərə çarpan fərqlər. Heyvandarlığın ayrı-ayrı sahələrinə görə ixtisaslaşan regionlar. Dünyada və Azərbaycanda ərzaq təhlükəsizliyi problemləri. Aqrar islahatlar, onların əhəmiyyət və nəticələri. Fermer təsərrüfatının kənd təsərrüfatında rolu.



2

2

9

Mövzu 9. Nəqliyyat sistemi və xarici iqtisadi əlaqələri.

Azərbaycanın nəqliyyat sistemində dəmir yolu nəqliyyatının müasir rolu. Avtomobil nəqliyyat yollarının quruluşu və müasir inkişaf meylləri. Su və hava nəqliyyatının Azərbaycanın beynəlxalq və daxili iqtisadi əlaqələrinin inkişafında rolu. Boru kəməri nəqliyyatı və onun müasir inkişaf meylləri. Azərbaycanın xarici iqtisadi əlaqələri və onun tərkibi. Beynəlxalq ticarət; maliyyə-kredit; fəhlə miqrasiyası; beynəlxalq ixtisaslaşma və kooperativləşmə; beynəlqalq turizm; elmi-texniki əməkdaşlıq və s. əlaqələrin coğrafiyası.



2

2

10

Mövzu 10. Xidmət sahələrinin və turizm təsərrüfatımın coğrafiyası.

Xidmət sahələrinin tərkibi və yerləşməsi. Tikinti və ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidməti, sərnişin nəqliyyatı və rabitə, səhiyyə xidməti, ticarət xidməti, idman və turizm, idarəetmə təşkilatlarının xitməti, bank və maliyyə xidməti və s. Xidmət sahələrinin regional inkişaf meylləri və fərqləri.



2

2

11

Mövzu 11. Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf problemləri. Abşeron və Şəki-Zaqatala iqtisadi coğrafi rayonları.

İqtisadi rayonlaşdırmanın əsas meyarları. Azərbaycanın iqtisadi rayonları. Abşeron iqtisadi rayonunun ümumi coğrafi səciyyəsi. Şəki-Zaqatala iqtisadi rayonunun ümumi coğrafi səciyyəsi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının (2004-2008 və 2009-2013-cü illər) Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarının inkişafında rolu.



2

2

12

Mövzu 12. Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonu.

Quba-Xaçmaz iqtisadi rayonunun təsərrüfat sisteminin ümumi coğrafi səciyyəsi. Dağlıq Şirvan iqtisadi rayonunun ümumi iqtisadi-coğrafi səciyyəsi. Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarının təsərrüfat sisteminin təkmilləşdirilməsində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cu illər) rolu.



2

2

13

Mövzu 13. Gəncə-Qazax, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi coğrafi rayonları.

Gəncə-Qazax iqtisadi rayonunun ümumi siyasi və iqtisadi-coğrafi səciyyəsi. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının təsərrüfat quruluşunun təkmilləşdirilməsinin siyasi və iqtisadi-coğrafi problemləri. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri. Onların təbii ehtiyat potensialı, təsərrüfat sahələrinin inkişafının problemləri.



2

2

14

Mövzu 14. Aran və Lənkəran-Astara iqtisadi coğrafi rayonları.

Aran Lənkəran-Astara iqtisadi coğrafi rayonlarının respublikanın ümumi təsərrüfat quruluşunda yeri. Təbii ehtiyat potensialı. Əhalisi və əmək ehtiyatları. Demoqrafik problemləri. Sənaye sahələrinin quruluşu. Kənd təsərrüfatında bitkiçiliyin inkişaf edən əsas və ixtisaslaşmış sahələri. Heyvandarlığın inkişaf istiqamətləri. Aranın nəqliyyat sistemi. Ümumi ekoloji və təbii fəlakət problemi.



2

2

15

Mövzu 15. Naxçıvan MR iqtisadi coğrafi rayonu. Ətraf mühitin mühafizəsinin iqtisadi-coğrafi problemləri.

Naxçıvan iqtisadi rayonlarınin geosiyasi mövqeyi. Təbii ehtiyat potensialı. Əhalisi və əmək ehtiyatları. Respublikanın coğrafi əmək bölgüsündə ixtisaslaşmış sahələri. Nəqliyyat şəbəkəsinin inkişafı. Azərbaycan-İran əlaqələrinin inkişafında Bakı-Astara dəmir və avtomobil magistrallarının əhəmiyyəti. Respublikada və onun bölgələrində təbii ehtiyatlardan səmərəli istifadə. İstehsal müəssisələrində tullantısız texnologiyadan istifadə. Təbiətin mühafizəsində beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı. Təbiətin mühafizə edilməsində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının (2004-2008; 2009-2013; 2014-2018-ci illər) rolu.



2

2




Cəmi

30

30


2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi





Mövzunun adı

Auditoriya saatları

TSİ (məşğşlələrə hazırlıq)




III semestr







1

Azərbaycanın Respublikasının geosiyasi mövqeyini və təbii ehtiyat potensialını təsərrüfat baxımından qiymətləndirmək.

2

4

2

Azərbaycanın demoqrafik problemlərini və təsərrüfat sahələrinin müasir inkişaf meyllərini öyrənmək.

2

4




Kollokvium №1

2

-

3

Nəqliyyatın və kommunikasiya sisteminin ölkə və regional inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək.

2

4




Kollokvium №2

2

-

4

İqtisadi-coğrafi rayonlaşdırmanın əsasları və regional fərqlərin müəyyənləşdirilməsi.

3

3




Kollokvium №3

2

-




Cəmi

15

15


2.3.3. Tələbənin sərbəst işlərinin mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama-cədvəl işləri və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.

Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.



Sərbəst işlərin nümunəvi mövzuları




Mövzunun adı və ədəbiyyatın şifri

1

Azərbaycanın geosiyasi mövqeyi

2

Azərbaycanın mineral ehtiyatları

3

Əmək bazarı və əhalinin məşğulluğu

4

Əhalinin sosial tərkibi

5

Əhalinin təhsil səviyyəsi

6

Sənayenin yerləşməsində baş verən yeniliklər

7

Kənd təsərrüfatının rayonlaşdırılması

8

Azərbaycanın toxuculuq sənayesi

9

Meyvəçiliyin tərkibi, yerləşməsi və ixtisaslaşması

10

Atçılıq və camışçılıq təsərrüfatının ərazi təşkili

11

Gülçülüyün və zeytunçuluğun ərazi təşkili

12

Xəzər dənizinin Azərbaycan iqtisadiyyatında rolu

13

Azərbaycanın beynəlxalq hava limanları və onların əhəmiyyəti

14

Azərbaycanın hava nəqliyyatı

15

Azərbaycanın nəqliyyat sisteminin coğrafi səciyyəsi



2.3.4. Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri

Həftənin

-si




Tələbənin sərbəst işinin məzmunu

TSİ-

nin həcmi (saat)

Nəzarətin növü

Nəzarət keçirilən həftənin №-si

1

2

3

4

5

III Semestr




1 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







2 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







3 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







4 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







1 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







7 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN







2 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







8 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







1 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







1 №-li kollokviuma hazırlıq

2

CN*







9№-li mövzunun materiallarının öyrənilməsi

1

CN







3 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







10№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







11№-li mövzunun materiallarının öyrənilməsi

1

CN







4 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







12№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







13№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







14№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







2 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







15№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







16№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







6 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







2 №-li kollokviuma hazırlıq

2

CN*







17№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







18№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







7 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







3 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







19№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







8 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







20№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







9 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







21№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







22№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







10 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







4 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







3 №-li kollokviuma hazırlıq

2

CN*



*CN – cari nəzarət (məşğələ dərslərində cavabların və kollokviumların qiymətləndirilməsi)


3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı



İstifadə edilən əyani vəsaitlərin və tədris materiallarının adları

Fənnin mövzular üzrə planında mövzunun (mövzuların) №si

Mövzunun tədris olunduğu auditoriya

1

2

3

4

1

Azərbaycan Respublikasının Milli Atlası, Bakı, 2014, 444 səh.

1-15

İxtisaslaşdırılmış auditoriya №15

2

Azərbaycanın inzibati xəritəsi.

1




3

Azərbaycanın faydalı qazıntıları xəritəsi.

2




4

Azərbaycanın ekoloji atlası və xəritəsi.

15




5

Azərbaycanın əhalisi xəritəsi.

3




6

Azərbaycanın neft, qaz və elektroenergetika xəritəsi.

4




7

Azərbaycanın sənaye xəritəsi.

5




8

Azərbaycanın sənaye xəritəsi

6




9

Azərbaycanın sənaye xəritəsi

7




10

Azərbaycanın kənd təsərrüfatı xəritəsi.

8




11

Azərbaycanın nəqliyyat xəritəsi.

9




14

Azərbaycanın beynəlxalq əlaqələr xəritəsi.

9




15

Azərbaycanın turizm xəritəsi

10




16

Azərbaycanın ümumi iqtisadi-coğrafi xəritəsi.

11




17

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

12




18

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

13




19

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

14




20

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

15




21

Azərbaycanın ekoloji atlası və xəritəsi. Baki, 2009.

15





Tədris olunan fəndən və həmin fənnin tədris-metodiki, texniki, əyani və laborator təminatından asılı olaraq, fənnin mövzuları üzrə 3.2. cədvəli tərtib edilməlidir.

3.2 Tövsiyə olunan ədəbiyyat

Əsas ədəbiyyat

  1. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası: II-III cilddə, II c., Bakı: Elm, 2000, 246 s.

  2. V.Ə. Əfəndiyevin redaktorluğu ilə. Azərbaycanın iqtisadi və sosial coğrafiyası (Ali məktəb üçün dərslik), Bakı-2010, 496 səh.

  3. Paşayev N.Ə., Əyyubov N.H.,.Eminov Z.N. Azərbaycan respublikasının iqtisadi-sosial və siyasi coğrafiyası. Bak, 2010, 416 səh.

  4. Abbasov C.R. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. Bakı: 2005, 123 s.

  5. Allahverdiyev N.N. Azərbaycan SSR iqtisadi və sosial coğrafiyası. Bakı: 1991, 272 s.

  6. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.


Əlavə ədəbiyyat

  1. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı. “Azərbaycan” qəzeti, 29 sentyabr 2006-cı il.

  2. Əhmədzadə Ə. H.Ə.Əliyev və Azərbaycanın su təsərrüfatı. Bakı, 2003.

  3. Təhlükəli hidrometeoroloji hadisələrə və ətraf mühitin ekstremal çirklənməsinə dair xülasə. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloqiya Departamenti Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu. Bakı-2002.

  4. Məmmədov Q.Ş. Azərbaycan Respublikasının dövlət torpaq kadastrı. Bakı-2003.

  5. Babaxanov N.A., Paşayev N.Ə. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı, «Elm», 2004, 212 səh.

  6. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008, 2009-2013 və 2014-2018-ci illər). Bakı: 2014.

  7. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı: 2002, 547 s.




Yüklə 264,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə