“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 406,31 Kb.
səhifə1/4
tarix20.10.2017
ölçüsü406,31 Kb.
#5941
  1   2   3   4


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini___________ H.M.Əliyev “___”___________2015-ci il.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)



Bakalavr hazırlığı üçün

AVİASİYA METEOROLOGİYASI” (1-2)


FƏNN PROQRAMI

Fakültə: Aerokosmik

İxtisas: 050615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

İxtisas kafedrası: “Aeronaviqasiya”

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2-3

Semestr: 4-5

Fənnə ayrılan ümumi saatlar: 240

Auditoriya saatlarının cəmi: 120

o cümlədən

Mühazirələr: 30+30 saat

Laboratoriya: -

Seminar, praktiki məşğələ : 30+30 saat

Tələbənin auditoriyadan kənar işi: 120 saat


BAKI -2015
“Aviasiya meteorologiyası” fənn proqramı
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
«___» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050615 – “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aeronaviqasiya təminatı”)


Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimi ___________B.M. Məlikov

___________M.F.Süleymanov

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur.

( “__”__________2015-ci il tarixli iclas “__/__/__” №-li protokol)
Kafedra müdiri, t.e.d. prof. ______________ N.Ş. Hüseynov
Fənn proqramı “Aeronaviqasiya” kafedrasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Kafedra müdiri, t.e.n. ______________ V.Z. Sultanov

Fənn proqramı “Aerokosmik” fakultəsinin elmi şurasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.


( “__”____________2015-ci il tarixli iclas “__” №-li protokol)
Dekan, f.r..e.n., dosent ______________ S.H. Ağayeva
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.
(“___”___________2015-ci il tarixli iclas “___” №-li protokol)

Dekan, t.e.n. dos.____________________ T.İ. Kərimli


Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında razılaşdırılmışdır.
(“____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov


Mündəricat
Giriş...................................................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.................................................................5

1.4 Fənnin digər fənlərlə əlaqəsi........................................................................................5

2. Fənnin məzmunu..........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi..............................................................................5

2.2 Fənnin mövzular üzrə planı..........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................................8

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi.................................................................8

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................13

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi.......................................................17

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................18

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................20

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................20

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................21

Əsas ədəbiyyat......................................................................................................................21

Əlavə ədəbiyyat....................................................................................................................22

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050615 – Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisasının “Aeronaviqasiya təminatı” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



    1. 1.1. Fənnin tədrisinin məqsədi

“Aviasiya meteorologiyası” fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən meteoroloji elementlərin və atmosfer hadisələrinin aviasiya texnikasının istismarına təsirinin və uçuşların meteoroloji təminatı üsullarının öyrənilməsidir və bu Havada hərəkətin idarə edilməsi ixtisasına yiyələnən gələcək mütəxəssislərə kömək edəcək.

“Aviasiya meteorologiyası” fənninin tədrisi, tələbələrin dərin nəzəri biliklərə yiyələnməsi və uçuşların meteoroloji təminatını yüksək təhlükəsizlik qaydalarına əməl edərək, hava daşımalarını iqtisadi cəhətdən səmərəli və uçuş qrafikini pozmadan həyata keçirmək məqsədini daşıyır.


    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



Fənnin tədrisinin əsas vəzifəsi meteoroloji elementlər və hadisələrin uçuşlara təsirini, uçuşlara plana uyğun, iqtisadi cəhətdən səmərəli olmasını həyata keçirmək, meteoroloji şəraiti uçuşların bütün mərhələlərində nəzərə almaq, meteoroloji məlumatlardan vaxtında, dolğun və yüksək peşəkarlıqla istifadə etməkdir. Uçuşların idarə edilməsinin gələcək mütəxəssisləri fənnin tədrisi ilə meteoroloji şəraitin aviasiyanın fəaliyyətinə təsirini və meteoroloji təminatın nəzəri və metodiki əsaslarını öyrənirlər.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları



bilməlidirlər:

Atmosferin fiziki xassələrinin hava gəmilərinin istismarına təsirini;

Külək və onun parametrlərinin uçuşlara təsirini;

Duman, bulud, və yağıntıların uçuşlara təsirini;

Uçuş üçün təhlükəli olan atmosfer hadisələrini.

bacarmalıdırlar:

Aerosinoptik məlumatların təhlilini;

Uçuşların meteoroloji təminatı;

Beynəlxalq aviasiya meteoroloji METAR, SPECİ və TAF kodlarının oxunmasını;

Aviasiya müəssisələrində aviasiya-iqlim amillərindən istifadə qaydalarını;

1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan uçuş fənlərinin öyrənilməsində, bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.

.


  1. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi
“Havada hərəkətin idarə edilməsi” ixtisasının tədris planına uyğun olaraq «Aviasiya meteorologiyası» fənni üzrə tədris yükü 120 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 60 saat mühazirəyə, 60 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 120 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir.

IV semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.


V semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmuşdur. Kurs işlərinin yazılmasına dair metodiki göstərişlər və mövzular müvafiq metodiki vəsaitdə verilmişdi. Kurs işi 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.



Tədris yükünün yerinə yetirilməsi 4 və 5-ci semestrlərdə nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 8.


    1. Fənn üzrə mövzuların planı







Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Mühazirələr

Praktiki işlər

Laboratoriya işləri

TSİ

Sİ-nin yerinə yetirilməsi

1

2

3

4

5

6

7

8

IV semestr

1

Giriş

5

2

2

-

1

-

2

Atmosfer və onun quruluşu

8

2

2

-

3

1

3

Temperatur və havanın rütubətliyi

9

2

2

-

3

2

4

Atmosfer təzyiqi və havanın sıxlığı

9

2

2

-

3

2

Kollokvium №1

4

-

2

-

2

-

5

Külək və onun hava gəmilərinə təsiri

9

2

2

-

3

2

6

Külək sürüşmələri və turbulentlik. Atmosferdə şaquli hərəkətlər

11

4

2

-

3

2

7

Atmosferin termodinamikası

8

2

2

-

3

1

8

Buludluq və atmosfer yağıntıları

11

4

2

-

3

2

Kollokvium №2

4

-

2

-

2

-

9

İldırımlar

11

4

2

-

3

2

10

Hava gəmilərinin buzbağlaması və eletrikləşməsi

9

2

2

-

3

2

11

Görünüş məsafəsi onun uçuşlara təsiri

9

2

2

-

3

2

12

Hava Hərəkəti İdarəetmə Orqanları üçün meteoroloji məlumatlar

9

2

2

-

3

2

Kollokvium №3

4

-

2

-

2

-

Semestr üzrə cəmi:

120

30

30

-

40

20


V semestr

13

Aerodromlarda meteoroloji xidmətin təşkili

5

2

2

-

1

-

14

Aviasiya meteoroloji məlumatlarının toplanması və ötürülməsi

8

2

2

-

3

1

15

Mülki aviasiyanın meteoroloji təminatı

9

2

2

-

3

2

16

Uçuşların meteoroloji təminatının avtomatlaşdırılması

9

2

2

-

3

2

Kollokvium №1

4

-

2

-

2

-

17

Hava kütlələri və onların təsnifatı

9

2

2

-

3

2

18

Barik sistemlər

11

4

2

-

3

2

19

Atmosfer cəbhələri və onlarda uçuş şəraiti

8

2

2

-

3

1

20

Yerüstü hava xəritələri və onların analizi

11

4

2

-

3

2

Kollokvium №2

4

-

2

-

2

-

21

Barik topoqrafiya xəritələri və onların analizi

11

4

2

-

3

2

22

Aviasiya üçün təhlükəli atmosfer hadisələri. Təhlükəli atmosfer hadisələri xəritələri və onların analizi

9

2

2

-

3

2

23

Radiolokasiya və peyk məlumatlarından istifadə edilməsi

9

2

2

-

3

2

24

Aviasiya meteoroloji təminatının perspektivləri

9

2

2

-

3

2

Kollokvium №3

4

-

2

-

2

-

Semestr üzrə cəmi:

120

30

30

-

40

20

Fənn üzrə cəmi:

240

60

60




80

40

Yüklə 406,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə