Azərbaycan Hava Yolları



Yüklə 31,24 Kb.
tarix28.08.2018
ölçüsü31,24 Kb.
#65064

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________2016-cı il.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı “___”_______ 2016-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)

Aviasiya üçün təhlükəli meteoroloji hadisələrin müasir proqnoz üsulları” fənninin proqramı

(magistraturasəviyyəsi üçün)
İxtisas: 060507-Hidrometeorologiya

İxtisaslaşma: Aviasiya meteorologiyası

İxtisas kafedrası: Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra: Aviasiya meteorologiyası
Kurs: 2

Semestr: 3

Kredit sayı: 8

Fənnə ayrılan ümumi saatlar: 240 saat

Auditoriya saatlarının cəmi: 60 saat

o cümlədən:

Mühazirələr: 30 saat

Laboratoriya: -saat

Seminar, praktiki məşğələ: 30 saat

Magistrantın auditoriyadan kənar işi: - 180 saat
BAKI - 2016

Aviasiya üçün təhlükəli meteoroloji hadisələrin müasir proqnoz üsulları”fənninin proqramı


Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
“31”avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
“_14_” aprel 2016-cı ildə (protokol 131) MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur
Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının baş müəllimi, c.e.d _________ S.H. Səfərov


Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur
( “___”_______2016-ci il tarixli iclas “__________” №-li protokol)

Kafedra müdiri, t.e.d., professor____________ N.Ş.Hüseynov

MAA-nın “Magistratura və doktorantura” şöbəsinin müdiri, t.e.n., dos._______ X.İ.Abdullayev
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında razılaşdırılmışdır.
( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)
Sədr, MAA-nın tədris işləri üzrə prorektor, prof. _______________Ə.S.Səmədov

Mündəricat
Giriş


  1. Ümumi qaydalar

    1. 1.1. Fənnin tədrisinin məqsədi

    2. 1.2. Fənnin məsələləri

1.3. Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

2. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

2.2. Fənnin mövzular üzrə planı

2.2.1. Fənnin dərs növləri üzrə paylanması

2.2.2. Mühazirə dərslərinin mövzuları və həcmi

2.2.3. Məşğələ dərslərinin mövzuları və həcmi

2.2.4. Maqistrantın sərbəst işinin-referatının mövzuları və həcmi

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 “Hidrometeorologiya” ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.


  1. Ümumi qaydalar

    1. 1.1.Fənnin tədrisinin məqsədi



“Aviasiya üçün təhlükəli meteoroloji hadisələrin müasir proqnoz üsulları” fənninin tədrisi 060507 “Hidrometeorologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlara aviasiya üçün təhlükəli meteoroloji hadisələrin müasir proqnoz üsulları haqqında ümumi nəzəri və praktiki biliklər verir və gələcəkdə onları öz elmi-tədqiqat və praktiki işlərində həmin məlumatlardan istifadə etməyə istiqamətləndirir.


    1. 1.2. Fənnin məsələləri

  1. Aviasiya üçün təhlükəli olan müxtəlif meteoroloji hadisələrin müasir proqnoz metodlarının öyrənilməsi;

  2. Bu biliklərin həmin hadisələrin proqnozlaşdırılmasında və bir sıra digər nəzəri və praktiki məsələlərin həllində istifadə edilməsi yollarının mənimsənilməsi.


1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Magistratura səviyyəsində təhsil alan tələbələr fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları



  • Aviasiya uçuşları üçün təhlükəli olan meteoroloji hadisələr haqqında dolğun məlumatı;

  • Müxtəlif təhlükəli hadisələrin aviasiya uçuşlarına təsiri mexanizmlərini;

  • Təhkükəli meteoroloji hadisələrin yaranma və inkişafına səbəb olan fiziki və sinoptik amilləri;

  • Təhlükəli hadisələrin proqnozlaşdırılması üzrə ənənəvi və müasir metodların mahiyyətinivə onlardan istifadə qaydalarını;

  • Radar və peyk məlumatlarının oxunmasını və onlardan proqnozlarda isifadə etməyi

bilməlidir.

  • Təhlükəli meteoroloji hadisələrin proqnozlaşdırılmasında müasir metodlardan istifadə edə bilməyi;

  • Peyk və radar təsvirlərindən istifadə etməklə, sinoptik şəraiti

qiymətləndirməyi;

  • Proqnozların tərtibində şəraitdən asılı olaraq optimal qərar qəbul edə bilməyi.

bacarmalıdır.

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

Fənnin müvəffəqiyyətlə öyrənilməsi üçün tələbələr tərəfindən bakalavriat və magistratura səviyyəsində tədris olunan müvafiq ixtisaslaşma fənləri tam və uğurla mənimsəməlidirlər.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan biliklərin və bacarıqların daha sonra tədris olunan ixtisaslaşma fənlərin öyrənilməsində və magistr dissertasiyasının hazırlanmasında zəruri olaraq istifadə olunması nəzərdə tutulur.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistrantlara gələcək elmi-tədqiqat işləri aparmaq üçün çox zəruridir.




  1. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

Hidrometeorologiya” ixtisasının (Hidrometeorologiya) tədris planına uyğun olaraq“Peyk və radar hava məlumatlarının interpretasiyası” fənninin tədris yükü 60 saat həcmində nəzərdə tutulmuşdur. Magistrantın sərbəst işi (MSİ) 180 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin (referatın) yerinə yetirilməsi və təhvil verilməsi, mühazirə dərslərinə hazırlıq. Sərbəst iş (referat) magistr dissertasiyasının məqsədinə müvafiq qoyulan müəyyən məsələlərin həlli icmalını və perspektivlərinin özündə ehtiva edir və semestr ərzində yerinə yetirilərək cəmi 10 bal ilə qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, mühazirə dərsləri isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq Fənn üzrə qalan 50 bal imtahana ayrılır.

Tədris yükünün 1-ci semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi referat və imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı 8-dir.


2.2. Fənnin mövzular üzrə planı







Cə-mi

Mü-ha

zirə

Məş

ğələ

Labora

toriya


MSİ

**-in

yerinə

yetirilməsi

1

2

3

4

5

6







III semestr







1

Mövzu №1. Fənnin əsas məqsədi, vəzifəsi.

4

2

-




2




2

Mövzu №2. Aviasiya üçün təhlükəli olan meteoroloji hadisələrin ümumi şərhi.

6

2

-




2

2

3

Mövzu №3. Küləyin və külək sürüşməsinin uçuşlara təsiri.Müxtəlif hündürlüklərdə külə-yin və şırnaq axınlarınınproqnozlaşdırılması metodları (E.Reyter, N.Petrenko) Maksimal küləyin və şırnaq axınlarının proqnozlaşdırıl-ması. Küləyin uçuşlara təsirinin qiymət-ləndirilməsi.

10

2

2




4

2

4

Mövzu №4. Hava gəmilərində silkələnməyə səbəb olan intensiv atmosfer turbulentliyi və onun səbəbləri.

4

2

-




2




5

Mövzu №5. Atmosfer turbulentliyinin sinop-tik proqnoz metodları (N.Davıdov). Müxtəlif sinoptik şəraitlərdə turbulentliyin proqnozlaş-dırılması.

13

2

3




5

3

6

Mövzu №6. Turbulentliyin proqnozlaş-dırılmasının fiziki-statistik metodları . Fiziki-statistik metodlarla turbulentliyin proqnozlaş-dırılması.Peyk məlumatlarının köməyilə intensiv atmosfer turbulentliyi zonalarının müəyyənləşdirilməsi.

18

2

5




7

4

7

Mövzu №7.Müxtəlif sinoptik şəraitlərdə alçaq bululudluq və dumanın yaranma mexanizmi və onların proqnozlaşdırıl-masının əsas prinsipləri

4

2

-




2




8

Alçaq buludluluq və müxtəlif tip duman hadisələrinin proqnoz metodları. Müxtəlif metodlarla alçaq buludluluq və dumanın proqnozlaşdırılması. Peyk təsvirləri vasitə-silə dumanların və aşağı buludluluğun müəyyən edilməsi.

20

4

4




8

4

9

Mövzu №9.Müxtəlif sinoptik şəraitlərdə ildrımlı buludların yaranması və onların təsnifatı. İldrımların uçuşlara təsiri.

10

2

2




4

2

10

Mövzu №10. İldırımın proqnoz metodları (N.Lebedeva. B.Peskov, Q.Reşetov) ldrımlı şəraitin qiymətləndirilmə indeksləri.

18

3

4




7

4

11

Mövzu №11. Dolunun yaranma mexanizmi və onun proqnoz metodları (Q.Reşetov). Müxtəlif metodlarla dolunun proqnozlaş-dırılması. Radar məlumatlarına əsasən fırtına və dolu hadisələrinin diaqnozu və proqnozlaş-dırılması (S.Səfərov).

17

3

4




7

3

12

Mövzu №12. Hava gəmilərinin laylı və laylı-yağış buludlarda elektriklənməsinin uçuşlara təsiri və onun proqnoz metodları. Laylı və laylı-yağış buludlarında hava gəmilərinin elektriklənməsinin proqnozlaş-dırılması

13

2

3




5

3

13

Mövzu №13. Buzbağlamanın hava gəmilə-rinin uçuşlarına təsiri və onun proqnoz metodları. Hava gəmilərinin buzbağlama-sının diaqnozu və proqnozlaşdırılması.

13

2

3




5

3

Fənn üzrə cəmi:

150

30

30




60

30

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi



Mövzunun adı

Auditor

saat

MSİ

(mühazirələrə

hazırlıq)

1

Fənnin əsas məqsədi, vəzifəsi

2

-

2

Aviasiya üçün təhlükəli olan meteoroloji hadisələrin ümumi şərhi

2

2

3

Küləyin və külək sürüşmələrinin uçuşlara təsiri. Müxtəlif hündür-lüklərdə küləyin və şırnaq axınlarının proqnozlaşdırılması metodları.

2

2

4

Hava gəmilərində silkələnməyə səbəb olan intensiv atmosfer turbulentliyi və onun səbəbləri.

2

4

5

Atmosfer turbulentliyinin sinoptik proqnoz metodları

2

2

6

Turbulentliyin proqnozlaşdırılmasının fiziki-statistik metodları .

2

2

7

Müxtəlif sinoptik şəraitlərdə alçaq bululudluq və dumanın yaranma mexanizmi və onların proqnozlaşdırılmasının əsas prinsipləri.

2

2

8

Alçaq buludluluq və müxtəlif tip duman hadisələrinin proqnoz metodları.

4

4

9

Müxtəlif sinoptik şəraitlərdə ildırımların yaranma mexanizmi, inkişaf dinamikası və onların təsnifatı. İldrımların uçuşlara təsiri.

2

2

10

İldrımlarınların proqnoz metodları.

3

3

11

Dolunun yaranma mexanizmi və onun proqnoz metodları.

3

3

12

Hava gəmilərinin laylı və laylı-yağış buludlarda elektriklənməsinin uçuşlara təsiri və onun proqnoz metodları.

2

2

13

Hava gəmilərinin buzbağlamasınin uçuşlara təsiri və onun proqnoz metodları.

2

2




Cəmi

30

30


2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi



Mövzunun adı

Auditor

saat

MSİ

(seminarlara

hazırlıq)

1

Maksimal küləyin və şırnaq axınlarının proqnozlaşdırılması. Küləyin uçuşlara təsirinin qiymətləndirilməsi

2

2

2

Müxtəlif sinoptik şəraitlərdə turbulentliyin proqnozlaşdırılması.

2

2

3

Fiziki-statistik metodlarla turbulentliyin proqnozlaşdırılması.

2

4

4

Peyk məlumatlarının köməyilə intensiv atmosfer turbulentliyi zonalarının müəyyənləşdirilməsiş

2

2




Kollokvium №1.

2

-

5

Müxtəlif metodlarla alçaq buludluluq və dumanın proqnozlaşdırıl-ması.

3

4

6

Peyk təsvirləri vasitəsilə dumanların və aşağı buludluluğun müəyyən edilməsi.

2

2

7

Müxtəlif metodlarla ildırımların proqnozlaşdırılması.

3

4




Kollokvium №2.

2

-

8

Müxtəlif metodlarla dolunun proqnozlaşdırılması. Radar məlumat-larına əsasən şimşək və dolu hadisələrinin diaqnozu və proqnozlaş-dırılması.

4

4


9

Laylı və laylı-yağış buludlarında hava gəmilərinin elektriklənməsinin proqnozlaşdırılması

2

2

10

Hava gəmilərinin buzbağlamasının diaqnozu və proqnozlaşdırılması.

2

4




Kollokvium №3.

2

-

Cəmi

30

30


2.3.3. Magistrantın sərbəst işlərinin mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş - referat yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistr dissertasiyasının mövzusuna uyğun referatın hazırlanmasına köməklik məqsədini daşıyır.

Referatın həcmi, tərtibatı və qiymətləndirilməsinin meyarları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 1 referatın yerinə yetirilməsi üzrə tapşırıqlar verilir. Referatın tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qrafiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir.

Referat üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.

Referatın məqsədi: aviasiya üçün təhlükəli olan hidrometeoroloji hadisələrin yaranıb inkişaf etməsinin fiziki-sinoptik mahiyyətinin və onların müasir proqnoz metodlarının düzgün mənimsənilməsi və tərtib edilməsi.

Burada tələbələr:

- verilən mövzu üzrə materialları əldə edir və ətraflı öyrənir;

- materialı analiz edir, sistemləşdirir;

- əsas və ikinci dərəcəli məsələləri müəyyənləşdirir;

- mövzunun ayrı-ayrı elementləri arasında məntiqi əlaqəni tapır;

- mövzu elementlərinin xarakteristikalarını yığcam şəkildə ifadə edir;

- mövzunun əsas mahiyyətini vurğulamaq məqsədilə müvafiq mənbələrə istinad edir və referatın strukturunda yerləşdirir;

- referatı lazımı qaydada tərtib edir və müəyyən edilmiş vaxtda təhvil verir.

Referatın tam həcmi 20-25 səhifəhesab-izahatyazıdanibarətdir və nəticələrisonrakıtədrisprosesində nəzərdə tutulan fənlər üzrə müxtəlif məsələlərin həllində istifadəolunur.



Referatın nümunəvi mövzuları




Mövzunun adı

Sİ (saat)

1

Müxtəlif hündürlüklərdə küləyin və şırnaq axınlarınınproqnozlaşdırılması metodları.

5

2

Hava gəmilərində silkələnməyə səbəb olan intensiv atmosfer turbulentliyinin səbəbləri və proqnozlaşdırılması üsulları.

5

3

Müxtəlif tip duman hadisələrinin yaranması mexanizmi və onların proqnozlaşdırılması.

5

4

İldırımlı buludların uçuşlara təsiri və onların proqnozlaşdırılması.

5

5

Radar məlumatlarına əsasən şimşək və dolu hadisələrinin diaqnozu və proqnozlaşdırılması.

5

6

Hava gəmilərinin buzbağlamasının diaqnozu və proqnozlaşdırılması.

5




Cəmi

30


3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat
3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı




Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1.

Prezentasiyalar və slaydlar

1-15

Elektron


3.2. Tövsiyyə olunan ədəbiyyat

  1. Hüseynov N.Ş. Sinoptik meteorologiya. Bakı – 2011.

  2. Богаткин О.Г. Авиационные прогнозы погоды. Санкт-Петербург – 2010.

  3. Богаткин О.Г. Авиационная метеорология. Санкт-Петербург – 2005.

  4. Богаткин О.Г. Основы авиационной метеорологии. Практикум. Санкт-Петербург-2009.

  5. Блохина В.И. Авиационные прогнозы погоды.

  6. Зверев А.С. Синоптическая метеорология. Ленинград – 1977.

  7. Сулаквелидзе Г.К., Глушкова Н.Н., Федченко Л.М. Прогноз града, гроз и ливневых осадков. Ленинград – 1970.

  8. Сафаров С.Г. Грозоградовые и селевые явления на территории Азер-байджана и радиолокационные методы их прогнозирования. Баку, 2012.

Yüklə 31,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə