Azərbaycan Hava Yolları



Yüklə 282,25 Kb.
tarix21.10.2017
ölçüsü282,25 Kb.
#6179

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________________2015-ci il




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)


Bakalavr hazırlığı üçün

təhlükəlİ hİdrometeorolojİ hadİsələr”


FƏNNİNİN PROQRAMI

Fakültə: Hava nəqliyyatı

İxtisas: 050507 Hidrometeorologiya

İxtisas kafedrası: “Aviasiya meteorologiyası”

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2

Semestr: 4

Fənnə ayrılan ümumi saatlar: 180

Auditoriya saatlarının cəmi: 75

o cümlədən

Mühazirələr: 45 saat

Laboratoriya: -

Seminar, praktiki məşğələ : 30 saat

Tələbənin auditoriyadan kənar işi: 105 saat

BAKI -2015

“Təhlükəli hidrometeoroloji hadisələr” fənn proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən


«___» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşma- “Aviasiya meteorologiyası”)

Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimi. _________M. F. Süleymanov

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur:


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, t.e.d.,prof._______________ N. Ş.Hüseynov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos. _________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov



Mündəricat
Giriş...................................................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.................................................................4

1.4 Fənnin digər fənlərlə əlaqəsi........................................................................................5

2. Fənnin məzmunu..........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi..............................................................................5

2.2 Fənnin mövzular üzrə planı..........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................................7

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi.................................................................7

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................9

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi.......................................................10

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................11

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................13

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................13

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................14

Əsas ədəbiyyat......................................................................................................................14

Əlavə ədəbiyyat....................................................................................................................14


Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.


    1. 1.1. Fənnin tədrisinin məqsədi



“Təhlükəli hidrometeoroloji hadisələr” fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən xalq təsərrüatının müxtəlif sahələri, aviasiya və sinoptik meteorologiya, iqlimşünaslıq və bir sıra elmi məqsədlər üçün təhlükəli hidrometeoroloji hadisələr haqqında informasiyalardan istifadə edilməsini mənimsəməkdir. Hazırda aviasiyanın bir çox sahələrində bu materialların tətbiqi geniş vüsət almışdır və onların istifadəsi aviasiyanın müxtəlif sahələrində vacib şərtlərdən biridir.



    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi

Fənnin tədrisinin əsas məqsədi təbiətdə baş verən və ekstremal qiymətləri ilə xarakterizə edilən hidrometeoroloji hadisələrin yaranma səbəblərini, onların baş vermə və yayılması haqqında biliklərin tələbələrə çatdırılmasıdır.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

bilməlidirlər:

  • Yer kürəsində baş verən təhlükəli hidrometeoroloji hadisələri və onların yaranma səbəblərini;

  • Təhlükəli hidrometeoroloıi hadisələrin təhlükəlilik meyarlarını.

  • Qafqaz regionunda və Xəzər dənizində təhlükəli hidrometeoroloji hadisələrin xüsusiyyətlərini və statistik xarakteristikalarını.

bacarmalıdırlar:

  • Təhlükəli hidrometeoroloji hadisələrin xalq təsərrüfatının müxtəlif sahələrinə mənfi təsirlərinin analizini və qiymətləndirilməsini;

  • Təhlükəli hidrometeoroloji hadisələrin proqnozlaşdırılmasını.



1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan hidrometeorologiya fənnlərin öyrənilməsində və bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.

  1. Fənnin məzmunu



2.1 Fənn üzrə saatların bölüşdürülməsi

“Hidrometeorologiya” ixtisasının tədris planına uyğun olaraq «Təhlükəli hidrometeoroloji hadisələr» fənni üzrə tədris yükü 75 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 45 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 75 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmamışdır. Fənn üzrə qalan 50 bal imtahana ayrılır.

Tədris yükünün 4-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 6.



2.2 Fənnin mövzular üzrə planı





Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş-

ğələ

Labo-rato-riya


TSİ*

Sİ*

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

1

Mövzu № 01. Kursa giriş

6

2

1




2

1

2

Mövzu № 02. Yaranma şəraitinə görə təhlükəli hidrometeoroloji hadisə­lərin növləri

7

2

1

-

2

2

3

Mövzu № 03. Meteoroloji amillərlə əlaqəli təhlükəli hadisələr.

8

2

1

-

3

2

4

Mövzu № 04. Hidroloji amillərlə əlaqəli təhlükəli hadisələr

8

2

1

-

3

2

5

Mövzu № 05. Okeanoloji amillərlə əlaqəli təhlükəli hadisələr

8

2

1

-

3

2

6

Mövzu № 06. Aqrometeoroloji amillərlə əlaqəli təhlükəli hadisələr

8

2

1

-

3

2

7

Mövzu № 07. İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr

8

2

1

-

3

2




Kollokvium №1

4




2

-

2




8

Mövzu № 08. Təhlükəli meteoroloji hadisələrin şəhər təsərrüfatına təsiri

8

2

1

-

4

1

9-10

Mövzu № 09-10. Təhlükəli hidrometeoroloji hadisələrin insanın təsərrüfat sahələrinə təsiri

12

4

1

-

4

3

11

Mövzu № 11. Təhlükəli hidro­me­te­oroloji hadisələrin ətraf mühitə təsiri

6

2

1

-

2

1

12

Mövzu № 12. Təhlükəli hidromete­o­roloji hadisələrin aviasiya nəqliyya­tının fəaliyyətinə təsirinin xüsusiy­yətləri

8

2

1

-

3

2

13

Mövzu № 13. Atmosfer turbulentliyi

8

2

1

-

3

2

14

Mövzu № 14. Hava gəmilərinin buzbağlaması

7

2

1

-

2

2




Kollokvium №2

4




2

-

2




15

Mövzu №15. Tufan, ildırımlı göy gurultusu

8

2

1

-

3

2

16

Mövzu №16. Şırnaq axınları

9

2

1

-

3

3

17

Mövzu № 17. Tropik siklonlar.

8

2

1

-

3

2

18

Mövzu №18. Külək sürüşmələri

8

2

1

-

3

2

19


Mövzu №19. Meteoroloji görünüş məsafəsini məhdudlaşdıran amillər

8

2

2

-

2

2


20

Mövzu №20. Təhlükəli hidrome­teoroloji hadisələrin aerodromların fəaliyyətinə təsiri xüsusiyyətləri

9

2

2

-

3

2

21

Mövzu № 21. Təhlükəli hidrome­te­oroloji hadisələrin HG-nin uçuşla­rı­na mənfi təsirinin azaldılması yolları

7

2

1

-

3

1

22

Mövzu № 22. Təhlükəli hidrome­te­oroloji hadisələrin vurduğu ziyan­ların hesablanması

9


3

2

-

2

2




Kollokvium №3

4




2

-

2







Cəmi

180

45

30




65

40


TSİ* - tələbənin sərbəst işləməsi üçmün tövsiyə olunan saatlar

Sİ*- sərbəst işlər
2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi





Mövzunun adı

Auditoriya saatlar

TSİ*(müh. hazırlıq)

1


Мövzu №01. Kursa giriş. Ümümi məlumatlar. “Təhlükəli hidrometeoroloji hadisələr” fənninin məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi. Hidrometeoroloji hadisələrin təhlükəlilik səviyyəsinin meyarları.

2

2

2


Мövzu №02. Yaranma şəraitinə görə təhlükəli hidrometeoroloji hadisələrin növləri. Ümümi məlumat. Təhlükəli meteoroloji hadisələr. Təhlükəli aqrometeoroloji hadisələr. Təhlükəli hidroloji hadisələr. Təhlükəli okeanoloji hadisələr. İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr.

2

2

3


Мövzu №03. Meteoroloji amillərlə əlaqəli təhlükəli hadisələr. Ümümi icmal. Təhlükəli hidrometeoroloji hadisələrin növləri: güclü külək və qasırğalar; güclü və intensiv leysan yağışlar, dolu hadisələri; Çox güclü qar hadisələri və qar uçqunları; güclü dumanlar; güclü şaxtalar, anomal soyuq havalar; güclü və anomal isti havalar. Yer kürəsində təhlükəli meteoroloji hadisələrin yaratdıqları fəsadlar.

2

2

4


Mövzu №04. Hidroloji amillərlə əlaqəli təhlükəli hadisələr. Ümümi məlumat. Təhlükəli hidroloji hadisə və proseslərin müşahidə edilməsi və təhlili. Qafqazda və Azərbaycan Respublikası ərazisində dağ çaylarında müşahidə edilən daşqınlar. Sellərin yaranma səbəbləri. Azərbaycan ərazisində sellərin yaranma xüsusiyyətləri və paylanması. Son illərdə Yer kürəsində təhlükəli hidroloji hadisələrin yaratdıqları fəsadlar.

2

2

5


Мövzu №05. Okeanoloji amillərlə əlaqəli təhlükəli hadisələr. Ümümi məlumat. Dünya Okeanında təhlükəli hidrometeoroloji hadisələr. Xəzər dənizində təhlükəli hidrometeoroloji hadisələr. Dünya okeanının və Xəzər dənizinin səviyyə tərəddüdləri və onların səbəbləri. Okean və dəniz səviyyələrinin kəskin dəyişmələrinin sahilboyu ərazilərdə yaratdığı neqativ nəticələr. Okean və dənizlərdə güclü dalğalanma. Okean və dənizlərdə buz hadisələri. Təhlükəli qabarma və çəkilmə hadisələri. Sunami dalğaları.

2

2

6


Мövzu №06. Aqrometeoroloji amillərlə əlaqəli təhlükəli hadisələr. Ümümi məlumat. Quraqlıq və meşə yanğınları. Güclü şaxta vurma. Ayazlar. Güclü leysan yağışları. Doludöymə.

2


2

7


Мövzu №07. İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr. Ümumi məlumat. Antropogen və təbii iqlim tərəddüdləri və dəyişmələrinin səbəbləri. Qlobal temperaturun artması. Dünya okeanının səviyyəsinin qalxması. Arktik buzların əriməsi. Ekstremal meteoroloji hadisələrin təkrarlanmasının artması. Quraqlıq və səhralaşma.

2

2

8


Мövzu №08. Təhlükəli meteoroloji hadisələrin şəhər təsərrüfatına təsiri. Ümumi məlumat. Güclü küləklər. Aramsız və leysan yağışları. Güclü qaryağma və şaxtalar. Sahilyanı şəhərlərin okeandan daxil olan qasırğaların təsirinə məruz qalması.

2

2


9-10

Мövzu №09-10. Təhlükəli hidrometeoroloji hadisələrin insanın təsərrüfat sahələrinə təsiri. Ümumi məlumat. Təhlükəli hidrometeoroloji hadisələrin insanın təsərrüfat sahələrinə vurduğu ziyanın qısa icmalı. Energetika sektoru. Nəqliyyat sektoru. Aqrar sektor. Turizm sektoru.

4

2

11


Мövzu №11. Təhlükəli hidrometeoroloji hadisələrin ətraf mühitə təsiri. Ümumi məlumat. Səhralaşma. Torpaqların eroziyası. Güclü daşqınlar və ərazilərin subasması. Torpaq sürüşmələri. Ekoloji tarazlığın və biomüxtəlifliyin pozulması.

2

2

12


Мövzu №12. Təhlükəli hidrometeoroloji hadisələrin aviasiya nəqliyyatının fəaliyyətinə təsirinin xüsusiyyətləri. Aviasiya üçün təhlükəli meteoroloji hadi­sələr və hava şəraiti. Troposferin aşağı təbəqəsində aviasiya uçuşları üçün təh­lü­kəli olan və ya onları çətinləşdirən hava hadisələri. Troposferin orta və yuxarı təbə­qəsində aviasiya uçuşları üçün təhlükəli olan və ya onları çətinləşdirən hava hadisələri.

2

2

13


Мövzu №13. Atmosfer turbulentliyi. Atmosfer turbulentliyi barədə ümumi məlumat. Yaranma mənbələrinə görə atmosfer turbulentliyinin növləri. Turbulentliyin sərbəst atmosferdə inkişafının sinoptik şəraiti. Turbulentlik zonasında təyya­rələrin uçuşlarının xüsusiyyətləri – onların yırğalanması. Atmosfer turbulentliyi şəra­itində helikopter uçuşlarının xüsusiyyətləri.

2

2


14

Мövzu №14. Hava gəmilərinin buzbağlaması. HG-nin buzbağlaması prosesi və onun intensivliyi. HG-nin buzbağlamasının meteoroloji və sinoptik şəraiti. Buzbağlamanın təyyarənin uçuş-texniki xarakteristikalarına təsiri. Helikopterlərin buzbağlamasının fiziki-meteoroloji şəraiti. Buzbağlamanın helikopterin uçuş-texniki xarakteristikalarına təsiri.

2

2

15


Мüvzu №15. Tufan, ildırımlı göy gurultusu. Tufanın əmələ gəlməsi əşariti. Tufanın yaranmasının si­nop­tik şəraiti. Tufanın inkişaf mərhələləri. Təyyarələrin ildırım fəaliyyəti zonasında uçuşu zamanı ona təhlükə yaradan hadisələr. İldırım təsiri zonasında uçuşlar.

2

2

16


Mövzu №16. Şırnaq axınları. Şırnaq axınları barədə ümumi məlumat. Şırnaq axınlarının təsnifatı. Şırnaq axınlarının aviasiya uçuşları üçün yarada biləcəyi təhlükələr.

2

2

17


Мövzu №17. Tropik siklonlar. Tropik siklonlar haqqında ümumi məlumat. Tropik siklonların yaranmasının meteoroloji və sinoptik şəraiti. Tropik siklonların parametrləri və burada buluduluq sistemi. Tropik siklonların yaratdığı təhlükəli hadisələr.

2

2

18


Мövzu №18. Külək sürüşmələri. Külək sürüşmələri haqqında ümumi məlumat və onların növləri. Külək sürüşmələrinin meteoroloji və sinoptik şəraiti. Oroqrafiyanın külək sürüşmələrinin yaranmasına təsiri. Külək sürüşmələrinin təyyarələrin uçuşlarına təsiri. Külək sürüşmələrinin qiymətləndirilməsi. Külək sürüşmələrinin helikopterlərin uçuşlarına təsiri

2

2


19

Мövzu №19. Meteoroloji görünüş məsafəsini məhdudlaşdıran amillər. Meteoroloji görünüş məsafəsinin (MGM) təyin olunmasının aviasiya üçün əhəmiyyəti. Duman hadisələri. Leysan və dolu yağışları. Qar çovğunları. Toz və qum fırtınaları. Alçaq buludluq.

2

2

20


Мövzu №20. Təhlükəli hidrometeoroloji hadisələrin aerodromların fəaliyyətinə təsiri xüsusiyyətləri. Ümumi məlumat. Aerodromların fəaliyyətinə mənfi təsir göstərən külək və küləklə əlaqəli hadisələr. Aerodromların fəaliyyətinə mənfi təsir göstərən termik rejim. Aerodromların fəaliyyətinə mənfi təsir göstərən atmosfer yağıntıları.

2

2


21

Мövzu №21. Təhlükəli hidrometeoroloji hadisələrin HG-nin uçuşlarına mənfi təsirinin azaldılması yolları. Ümumi məlumat. Müasir texniki vasitələrin istifadə olunması. Hava şəraitinin proqnoz üsullarının təkmilləşdirilməsi. Meteoroloji orqanların mütəxəssislərinin ixtisaslarının artırılması. Təyyarə heyətinin və HHİE orqanlarının mütəxəssislərinin ixtisaslarının artırılması.

2

2


22

Мövzu №22. Təhlükəli hidrometeoroloji hadisələrin vurduğu ziyanların hesablanması. Təhlükəli hidrometeoroloji hadisələrin insanın təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi metodologiyası. Təhlükəli hidrometeoroloji hadislərin məlumatlar bazasının yaradılması.Təhlükəli hidrometeoroloji hadisələrin proqnozlaşdırılmasının metodoloji əsasları.

3

2





Cəmi

45

42

*TSİ – Tələbənin sərbəst işləməsi üçün tövsiyə olunan saatl
2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi




Mövzunun adı


Auditoriya saatları

TSİ (məşğşlələrə hazırlıq)

1

Yaranma şəraitinə görə təhlükəli hidrometeoroloji hadisə­lərin növlərinin təhlili və onların vurduğu ziyanların xüsusiyyətləri

2

2

2

Meteoroloji amillərlə əlaqəli təhlükəli hadisələrin sosial-iqtisadi fəsadlarının təhlili

2

2

3

Hidroloji və okeanoloji amillərlə əlaqəli təhlükəli hadisələrin sosial-iqtisadi fəsadlarının təhlili

2

1

4

İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələrin sosial-iqtisadi fəsadlarının təhlili

2

1

5

Kollokvium № 1

2

2

6

Təhlükəli meteoroloji hadisələrin şəhər təsərrüfatına təsirinin xüsusiyyətlərinin təhlili

2

2

7

Təhlükəli hidrometeoroloji hadisələrin insanın təsərrüfat sahələrinə təsirinin xüsusiyyətlərinin təhlili

2

2

8

Təhlükəli hidro­me­te­oroloji hadisələrin ətraf mühitə təsirinin xüsusiyyətlərinin təhlili

2

1

9

Təhlükəli hidromete­o­roloji hadisələrin aviasiya nəqliyya­tının fəaliyyətinə təsirinin xüsusiy­yətləri

2

1

10

Kollokvium № 2

2

2

11

Tufan, ildırımlı göy gurultusu. Şırnaq axınları və onların HG-nin uçuşlarına təsirinin təhlili

2

2

12

Külək sürüşmələri. Meteoroloji görünüş məsafəsini məhdudlaşdıran amillər

2

1

13

Təhlükəli hidrome­te­oroloji hadisələrin HG-nin uçuşla­rı­na mənfi təsirinin azaldılması yollarının müəyyənləşdirilməsi

2

1

14

Təhlükəli hidrome­te­oroloji hadisələrin vurduğu ziyan­ların hesablanması metodlarının təhlili

2

1

15

Kollokvium № 3

2

2




Cəmi

30

23


2.3.3. Tələbələrin sərbəst işlərin mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama-cədvəl işləri və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.

Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditoriya saatlardan kənar saatlarda keçirilir.



Sərbəst işlərin nümunəvi mövzuları



Mövzunun adı

1

Yer kürəsində və Cənubi Qafqaz rgionunda təhlükəli hidrometeoroloji hadisə­lərin yaranma səbəbləri və onların fəsadları

2

Hidroloji və okeanoloji amillərlə əlaqəli təhlükəli hadisələr

3

İqlim dəyişmələri ilə əlaqəli təhlükəli hadisələr

4

Təhlükəli meteoroloji hadisələrin şəhər təsərrüfatına və insanın təsərrüfat fəaliyyətinin müxtəlif sahələrinə təsiri

5

Azərbaycanın müxtəlif iqlim zonaları üzrə təhlükəli hidrometeoroloji hadisələr

6

Hava gəmilərinin uçuşları vaxtı onlara təsir edən təhlükəli hidrometeoroloji hadisələr

7

Hava gəmilərinin enməsi və qalxması vaxtı onlara təsir edən təhlükəli hidrometeoroloji hadisələr

8

Təhlükəli hidrome­te­oroloji hadisələrin HG-nin uçuşla­rı­na mənfi təsirinin azaldılması yolları

9

Təhlükəli hidrome­teoroloji hadisələrin aerodromların fəaliyyətinə təsiri xüsusiyyətləri

10

Təhlükəli hidrome­te­oroloji hadisələrin vurduğu ziyan­ların qiymətləndirilməsi


2.3.4. Tələbənin sərbəst işləri (TSİ və Sİ ) və nəzarət növləri

Həftə

nin

-si




Tələbənin sərbəst işinin məzmunu

TSİ-

nin həcmi (saat)

Nəzarətin növü

Nəzarət keçir-

ilən həftənin №-si

1

2

3

4

5




1 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







2 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







3№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







1 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







4№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







6№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







3 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







2 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







7№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







8№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







4 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







9№-li mövzunun materiallarının öyrənilməsi

1

CN







3 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







10 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







1 №-li kollokviuma hazırlıq

3

CN*







11 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







12 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







6 №-li məşğələ dərsinə hazırlıq

1

CN*







4 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







13 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







14 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







7 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







15 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







16 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







8 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







17 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







18 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







9 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







6 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







19 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







20 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







10 №-li məşğələ dərsinə hazırlıq

1

CN*







2 №-li kollokviuma hazırlıq

3

CN*







21 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN







7 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







22 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







11 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







12 №-li məşğələ dərsinə hazırlıq

1

CN*







8 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







13 №-li məşğələ dərsinə hazırlıq

1

CN*






















22 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN







9 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







14 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







15 №-li məşğələ dərsinə hazırlıq

1

CN*







10 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

3

Məqbul







3 №-li kollokviuma hazırlıq

3

CN*







Fənn üzrə cəmi

105






*CN – cari nəzarət (məşğələ dərslərində cavabların və kollokviumların qiymətləndirilməsi)



3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*



İstifadə edilən əyani vəsaitlərin və tədris materiallarının adları



Fənnin mövzular üzrə planında mövzunun (mövzuların) №-si

Mövzunun tədris olunduğu auditoriya

1

2001-2010-cu illərdə Yer kürəsində müşa­hi­də olunmuş təhlükəli hidrometeoroloji hadi­sə­lərin təkrarlanmasını əks etdirən plakat.

2-7, 9-10




2

1980-2010-cu illərdə Yür kürəsində hava və iqlimlə əlaqəli təhlükəli hadisələr nəticəsində ümumi və sığortalanmış itkiləri əls etdirən plakat

2-7, 9-10




3

Xəzər dənizində tufanlı küləkli günlərin illik saylarının paylanma sxemi

5




4

Xəzər dənizinin buzluq atlası

5




5

1860-2010-cu illər üzrə qlobal temperaturun, okean səviyyəsinin və Şimal yarımkürısi üzrə qar örtüyünün sahəsinin dinamikasını əks etdirən plakat

7




6

Külək sürüşmələrini təsvir edən videofilm

18




7

Hava gəmilərinin buzbağlamasını təsvir edən videofilmlər

14




8

İldırım hadisələrinin tədqiqini təsvir edən videofilm

15




9

Güclü duman nəticəsində aerodrom ərazisində aviasiya katastrofasını əks etdirən videofilm

19




10

Tropik siklonların yarnması sxemləri

17




11

Şırnaq axınlarının yaranması sxemləri və xəritələri

16




12

Son illərdə Azərbaycanda müşahidə olun­muş təhlükəli hidrometeorloji hadisələrin müşqhidə olunduğu tarixlər və onların vurduğu ziyanlar barədə statistik məlumatlar

2-7




13

Xəzərin səviyyə tərəddüdlərini əks etdirən qrafik

5




14

Son onilliklərdə Xəzərin səviyyəsinin dəyişməsinin sosiali-iqtisadi fəsadlarını əks etdirən xəritələr.

5




*Tədris olunan fəndən və həmin fənnin tədris-metodiki, texniki, əyani və laboratoriya təminatından asılı olaraq, fənnin mövzuları üzrə 3.2 cədvəli tərtib edilmişdi

3.2. Tövsiyə olunan ədəbiyyat

1) Babaxanov N. A., Paşayev N. Ə. Təbii fəlakətlərin iqtisadi və sosial – coğrafi öyrənilməsi.

Bakı, “Elm”, 2009. 198 s.

2) Hüseynov N.Ş. Sinoptik meteorologiya, Bakı, 2011, 316 s.

3) Mahmudov R. N. Hidrometeorologiya, iqlim dəyişmələri və həyat Bakı. 2006. 75s

4) Hüseynov N.Ş. Peyk meteorologiyası. Dərslik. Bakı, 2014. -220 s.

5) Şirəliyev S., Mahmudov R. Azərbaycanda hidrometeoroloji şərait və təhlükəli

hidrometeoroloji hadisələr, Bakı, 2008.

6) Борисенков Е.П., Пасецкий В.М. Летопись необычных явлений природы за 2,5

тысячелетия (V в. дон.э. - XX в.н.э.) Санкт – Петербург . Гидрометеоиздат, 2003, 536 с.

7) Лещенко Г.П. Авиационная метеорология, Кировоград, 2009.

8) Климат Азербайджана. Баку, изд. АН АЗ ССР. 1968. 343с.

9) Корнфорд С.Г. Социально-экономические последствия явлений погоды в 1996 г. // Бюллетень ВМО. – 1997. – Т. 46, № 4. – С. 351-369.

10) Опасные гидрометеорологические явления на Кавказе. Ленинград, 1983. 264с

11) Парниковый эффект, изменение климата и экосистемы, Л.: Гидрометеоиздат, 1989, 557 с.

12) Повышение защищенности от экстремальных метеорологических и климатических явлений. // Женева, Швейцария. – 2002. – ВМО-№ 936. – 36 с.

13) Резюме Ежегодного заявления ВМО о состоянии глобального климата http://www.wmo.int/pages/mediacentre/press_releases/documents/943_ru.pdf

14) Резюме Специального доклада МГЭИК «Управление рисками экстремальных явлений и бедствий для содействия адаптации к изменению климата»: http://ipcc-wg2.gov/SREX/images/uploads/SREX_SPM_Russian.pdf



15) Специальный доклад МГЭИК «Управление рисками экстремальных явлений и бедствий для содействия адаптации к изменению климата», 2012 г. http://www.ipcc-wg2.gov/SREX/.


Yüklə 282,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə