Azərbaycan Hava Yolları



Yüklə 126,53 Kb.
tarix24.10.2017
ölçüsü126,53 Kb.
#6526

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________2016-ci il.





Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı “___”_______ 2016-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)



İqlim nəzəriyyəsi” fənninin proqramı



(magistratura səviyyəsi üçün)

İxtisas: 060507 “Hidrometeorologiya”



İxtisaslaşma: Aviasiya meteorologiyası

İxtisas kafedrası: Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra Aviasiya meteorologiyası
Kurs: 1

Semestr: 1

Kredit sayı 8

Fənnə ayrılan ümumi saatlar 240 saat

Auditoriya saatlarının cəmi: 60 saat

o cümlədən

Mühazirələr 30 saat

Laboratoriya -

Seminar, praktiki məşğələ: 30 saat

Magistrantın auditoriyadan kənar işi: 180 saat
BAKI – 2016

İqlim nəzəriyyəsi” fənninin proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən


“31”avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
“_14__” aprel 2016-cı ildə (protokol 131) MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur
Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının baş müəllimi, c.e.d _________ S.H. Səfərov


Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur
( “___”_______2016-cı il tarixli iclas “__________” №-li protokol)

Kafedra müdiri, t.e.d., professor____________ N.Ş.Hüseynov

MAA-nın “Magistratura və doktorantura” şöbəsinin müdiri, t.e.n., dos. ______ X.İ.Abdullayev
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir.
( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof. _______________Ə.S.Səmədov


Mündəricat
Giriş


  1. Ümumi qaydalar

    1. 1.1. Fənnin tədrisinin məqsədi

    2. 1.2. Fənnin məsələləri

1.3. Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

2. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

2.2. Fənnin mövzular üzrə planı

2.2.1. Fənnin dərs növləri üzrə paylanması

2.2.2. Mühazirə dərslərinin mövzuları və həcmi

2.2.3. Məşğələ dərslərinin mövzuları və həcmi

2.2.4. Maqistrantın sərbəst işinin-referatının mövzuları və həcmi

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

Giriş

Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 “Hidrometeorologiya” ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.


1. Ümumi qaydalar

1.1. Fənnin tədrisinin məqsədi

“İqlim nəzəriyyəsi” fənninin tədrisi 060507 “Hidrometeorologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlara dünya iqlim sistemi haqqında geniş məlumat vermək; iqlimə təsir edən üç qrup amillər: xarici astronomik, xarici geofiziki və daxili geofiziki amillər barədə nəzəri biliklər verməkdir.


1.2. Fənnin məsələləri:

a) Atmosferdə baş verən prosesləri və ona təsir edən amilləri təhlil etmək;

b) İqlim elementlərinin çoxillik dəyişmələrində baş verən qanunauyğunluqları öyrənmək;

c) İqlim dəyişilmələrini araşdırmaq və sadə iqlim modellərini tərtib etmək.


1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Magistratura səviyyəsində təhsil alan tələbələr fənnin öyrənilməsi nəticəsində aşağıdakıları




  • Iqlim sistemi barədə anlayışları;

  • İqlimə təsir edən amilləri;

  • Ümumi atmosfer sirkulyasiyasının təsnifatını;

  • Tam hidrodinamika tənliklərini;

  • Riyazi statistikanın əsas qanun, metod və digər anlayışlarını;

  • İqlim proqnozu modellərini ;

bilməlidir.

  • Atmosferdə baş verən fiziki prosesləri təhlil etməyi;

  • İqlim məlumatlarını statistik təhlil etməyi;

  • İqlim ünsürlərinin çoxillik dəyişmələrində qanunauyğunluqları aşkar etməyi;

  • Sadə iqlim modelləri tərtib etməyi;

  • Müasir iqlim proqnozları və ssenarilərinin nəticələrini təhlil etməyi

bacarmalıdırlar.


1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

Fənnin müvəffəqiyyətlə öyrənilməsi üçün tələbələr tərəfindən bakalavriat və magistratura səviyyəsində tədris olunan müvafiq ixtisaslaşma fənləri tam və uğurla mənimsəməlidirlər.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan biliklərin və bacarıqların daha sonra tədris olunan ixtisaslaşma fənlərin öyrənilməsində və magistr dissertasiyasının hazırlanmasında zəruri olaraq istifadə olunması nəzərdə tutulur
2. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

Hidrometeorologiya” ixtisasının (Hidrometeorologiya) tədris planına uyğun olaraq “İqlim nəzəriyyəsi” fənninin tədris yükü 60 saat həcmində nəzərdə tutulmuşdur. Magistrantın sərbəst işi (MSİ) 180 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin (referatın) yerinə yetirilməsi və təhvil verilməsi, mühazirə dərslərinə hazırlıq. Sərbəst iş (referat) magistr dissertasiyasının məqsədinə müvafiq qoyulan müəyyən məsələlərin həlli icmalını və perspektivlərinin özündə ehtiva edir və semestr ərzində yerinə yetirilərək cəmi 10 bal ilə qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, mühazirə dərsləri isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq Fənn üzrə qalan 50 bal imtahana ayrılır.

Tədris yükünün 2-ci semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi referat və imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı 8-dir.


2.2. Fənnin mövzular üzrə planı



Mövzunun adı

Cəmi

Müha-

zirə

Məşğələ

Labora

toriya

MSİ

**-nin yerinə yetirilməsi

1

Giriş. İqlim haqqında anlayış.

İqlim sistemi. İqlimin tərifi.



4

2

2




4

2

2

İqlimin astronomik amilləri.

Günəş sabiti. İnsolyasiyanın ani, mövsümi və illik qiymətləri. İqlim tərəddüdlərinin astronomik nəzə-riyyəsi.



4

2

2




4

2

3

İqlimin radiasiya amilləri.

İstiliyin şüa axını. Karbon qazı.



4

2

2




4

2

4

Ozon.Ozonun paylanması. Stratosfe-rin dinamikası.Fotokimyəvi nəzə-riyyə. Aerozollar.

4

2

2




4

2

5

Uzundalğalı radiasiya axını və konvergensiyanın hesablanması.

Yer səthində effektiv şüalanma.

Atmosferin yuxarı sərhəddində ef-fektiv şüalanma.


4

2

2




4

2

6

Ümumi atmosfer dövranı.

Atmosfer dinamika tənlikləri. Ümumi atmosfer sirkulyasi yasının dinami-kası.



4

2

2




4

2

7

Ümumi atmosfer dövranının enerjisi. Ümumi atmosfer dövranının əsas xassələri. Atmosfer sirkulyasiya əmsalları

4

2

2




4

2

8

Atmosfer sirkulyasiyasının təsnifatı. Ümumi atmosfer sirkulyas-yasının çoxillik tərəddüdləri.

4

2

2




4

2

9

Dünya okeanının iqlimə təsiri.

Okeanın dinamika tənlikləri. Okeanın stratifikasiyası



4

2

2




4

2

10

Dünya okeanının ümumi sirkul-yasiyası.Zaman-məkan spektri. Səth sularının dövranı. Qlobal sirkulya-siyanınmodelləşdirilməsi. Meandr və rinqlər.

4

2

2




4

2

11

Ümumi okean sirkulyasiyasının tədqiqi.Modelin tənlikləri. Ölşüsü olmayan parametrlərin qiymətlən-dirilməsi.Re və Q parametrlərinin dəyişməsi.

4

2

2




4

2

12

Qurunun iqlimə təsiri. Qurunun hidroqrafikası. Krilogiya

4

2

2




4

2

13

Buludluluq və iqlim.

Biosfer və iqlim. İqlimin həssas-lığı. Kondensasiya və konveksiya sahələri.



4

2

2




4

2

14

Yerin fırlanması və iqlim.

Mövsümi və qısamüddətli variasi-yalar. Geoloji variasiyalar



4

2

2




4

2

15

İqlim proqnozu probleminin müasir vəziyyəti.Təbii və antropo-gen iqlim dəyişmələri. Hidrodinamik, fiziki-statistik və statistik proqnoz modelləri.

4

2

2




4

2




Cəmi

150

30

30




60

30

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor

saat

MSİ

(mühazirələrə hazırlıq)

1

İqlim haqqında anlayış.

2

3

2

İqlimin astronomik amilləri.

2

3

3

İqlimin radiasiya amilləri.

2

3

4

Ozon

2

3

5

Uzundalğalı radiasiya axını və konvergensiyanın hesab-

lanması.



2

3

6

Ümumi atmosfer dövranı.

2

3

7

Ümumi atmosfer dövranının enerjisi.

2

3

8

Atmosfer sirkulyasiyasının təsnifatı.

2

3

9

Dünya okeanının iqlimə təsiri.

2

3

10

Dünya okeanının ümumi sirkulyasiyası.

2

3

11

Ümumi okean sirkulyasiyasının tədqiqi.

2

3

12

Qurunun iqlimə təsiri.

2

3

13

Buludluluq və iqlim.

2

3

14

Yerin fırlanması və iqlim.

2

3

15

İqlimin proqnozu probleminin müasir vəziyyəti.

2

3




Cəmi

30

45


2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor

saatlar

MSİ

(seminarlara hazırlıq)

1

Riyazi modellərdə başlanğıc və sərhəd şərtlərinin seçilməsi.

2

3

2

Metereoloji məlumatların ədədi təhlili.

2

3

3

Differensialtənliklərin approksimasiyası. Atmosferin dinamika tənliklərinə daxil olan kəmiyyətlərin qiymətləndirilməsi .

2

3

4

Ədədi eksperimentlərin aparılması.

2

2

5

Kollokvium №1

2

-

6

Metereoloji sahələrin differensial xassələri.

2

3

7

Korrelyasiya funksiyalarının approksimasiyası

2

2

8

Aşkar və qeyri-aşkar approksimasiyası

2

2

9

Hidrodinamika tənliklərinin çevrilməsi

2

2

10

Kollokvium2

2

-

11

Ədədi proqnozların statistik üsulları.

2

3

12

Riyazi təhlilin ədədi üsulları.

2

3

13

Atmosferdə dalğavari hərəkətlər.

2

2

14

Atmosferin energetikası.

2

2

15

Kollokvium3

2

-




Cəmi

30

30


2.3.3. Magistrantın sərbəst işlərinin mövzuları və həcmi

Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş - referat yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistr dissertasiyasının mövzusuna uyğun referatın hazırlanmasına köməklik məqsədini daşıyır.

Referatın həcmi, tərtibatı və qiymətləndirilməsinin meyarları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 1 referatın yerinə yetirilməsi üzrə tapşırıqlar verilir. Referatın tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qrafiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir.

Referat üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.

Referatın məqsədi tələbələr tərəfindən seçilən mövzu üzrə müxtəlif mənbələrdən (elmi məqalələr, dərslik, monoqrafiya və s.) istifadə etməklə ümumi şərh xarakterli materialın hazırlanmasıdır.

Burada tələbələr:

- verilən mövzu üzrə materialları əldə edir və ətraflı öyrənir;

- materialı analiz edir, sistemləşdirir;

- əsas və ikinci dərəcəli məsələləri müəyyənləşdirir;

- mövzunun ayrı-ayrı elementləri arasında məntiqi əlaqəni tapır;

- mövzu elementlərinin xarakteristikalarını yığcam şəkildə ifadə edir;

- mövzunun əsas mahiyyətini vurğulamaq məqsədilə müvafiq mənbələrə istinad edir və referatın strukturunda yerləşdirir;

- referatı lazımı qaydada tərtib edir və müəyyən edilmiş vaxtda təhvil verir.



Referatın tam həcmi 20-25 səhifəhesab-izahatyazıdanibarətdir və nəticələrisonrakıtədrisprosesində nəzərdə tutulan fənlər üzrə müxtəlif məsələlərin həllində istifadəolunur.


Referatın nümunəvi mövzuları




Mövzunun adı

Sİ (saat)

1

Atmosferdə termik tarazlıq halı.

2

2

İstilik balansı. Hərəkət miqdarının balansı.

3

3

Kondensasiya və konveksiya hadisələri.

3

4

Karbon qazının iqlimə təsiri

2

5

M.Milankoviçin nəzəriyyəsinin əsasları və Yerin iqlim tarixinin əsas periodları

3

6

Yaxın gələcəyin iqlimi

2




Cəmi

15


3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı




Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1.

Slaydlar




Elektron

2.

Fənnin öyrənilməsinə dair metodiki göstərişlər




Elektron və çap nüsxəsi


Tövsiyyə olunan ədəbiyyat


  1. Hüseynov N.Ş. Sinoptik meteorologiya, Bakı, 2011, 316 s.

  2. Paşayev A.M., Quliyev H.İ., Səfərov S.H. Atmosfer proseslərinin fiziki əsasları, Bakı, 2007, 418 s.

  3. Mahmudov R.N.Hidrometeorologiya, iqlim dəyişmələri, təbii fəlakətlər və həyat. Bakı, 2006, 89 s.

  4. Mahmudov R.N., Səfərov S.H. Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı 2011, 310 s.

  5. Винников К.Л. Чуствительностьклимата. Л: Гидрометеоиздат, 1988 г.

  6. Гилл А. Динамика атмосферы и океана, в 2 т. М: 1986 г.

  7. Гандин Л.С., Дубов А.С. Швец М.Е. Теория климата. Л: Гидрометеоиздат, 1967 г., 378с.

  8. Дзердзеевский Б.Л. Общая циркуляция атмосферы и климат. Избранные труды. М. Из-во Московского университета, 1989 г.

  9. Кислов А.В. Теория климата. М: Из-во Московского университета, 1989 г.

  10. Кодратьев К.Я. Глобальный климат. Л: Гидрометеоиздат, 1992 г.

  11. Монин А.С. Введение в теориюклимата. Л: Гидрометеоиздат, 1982 г., 248 с.

Yüklə 126,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə