AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI
Müavinətlər
Sosial yardımlar
YADDAŞ
Bakı-fevral 2014-ci il
2
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Qərar №113
Bakı şəhəri, 13 iyul 2011-ci il
«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək
qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına
ödənilən
müavinətin
hesablanması və ödənilməsi haqqında
Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli 111
nömrəli sərəncamı ilə təsdiq edilmiş «2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı»nın 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti Qərara alır:
1. Azərbaycan Respublikasın Nazirlər Kabinetinin 1998-ci il 15
sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial
sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə
sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə»də müvafiq dəyişikliklər edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
3
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini
müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin
təyin edilməsinin şərtləri və qaydaları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Əsasnamə» ilə tənzimlənir.
Bu Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq idarə, müəssisə və
təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial
sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma,
uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və
hesablanmasına məsuliyyət daşıyırlar.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya
təyin edilməsinin ləngidilməsindən müəssisənin, təşkilatın həmkarlar ittifaqı
komitəsinə şikayət edilə bilər.
4
Dövlət Sosial Müdafiə Fondu hesabına
ödənilən müavinətlərin almaq hüququ
1. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş
verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə
müəyyən edilən əmək pensiyaları;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
(qanunvericiliklə müəyyən edilmiş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
uşağın anadan olmasına görə birdəfəlik müavinət;
qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər
uşağa qulluqla əlaqədar müavinət;
dəfn üçün müavinət;
sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin
tam və ya qismən ödənişi;
işsizlik müavinəti
2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta
ödəmələrini almaq hüququ vardır.
Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi
dövlət
sosial
sığorta
fəaliyyəti
həyata
keçirilməyən
şəxslərin
(qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla), sosial sığorta
ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər
təyin edilərkən, sosial sığorta stacı kimi «Sosial sığorta haqqında»
Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın
xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti
dövrlərinin ümumi müddəti nəzərə alınır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və
hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta
5
stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal
həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola
bilməz.
3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial
sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün
müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə
görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti
itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin
sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər
üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə
görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk
14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq,
hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilir;
4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək
qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi
sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq
imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə
müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
5. İşləyən əlillərə (müharibə əlillərindən başqa və sağlamlıq imkanları
məhdud uşaqlara) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət,
əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud
təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə
verilir.
Əgər işləyən əlilin və sağlamlıq imkanları məhdud uşağın əmək
qabiliyyətinin müvəqqəti itirməsi əmək şikəstliyi və ya peşə xəstəliyi
6
nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək
şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və sağlamlıq
imkanlarının məhdudluğunu yenidən müəyyən edilənədək verilir.
İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa və sağlamlıq
imkanları məhdud uşaqlara) vərəm xəstəliyi ilə xəstələndikdə əmək
qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə
xəstələnmə nəticəsində əlillik dərəcəsi və ya sağlamlıq imkanlarının
məhdudluğu yenidən baxılanadək, lakin 12 aydan artıq olmamaq şərtilə
verilir.
6. Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin
müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə
müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur,
iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu
Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.
7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət
aşağıdakı miqdarda verilir:
Qazancın 100 faizi miqdarında:
x) 12 il və daha çox ümumi sosial sığorta iş stajına malik olan işçilərə;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı
şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr
zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə,
Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu
zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına
(dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən
7
hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi
qulluqçularının) arvadlarına;
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə
xidməti
vəzifələrinin
icrası
zamanı
həlak
olanların
valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına.
Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə və
miqrasiya işçilərinin valideynlərinə, dul arvadlarına (dul
kişilərinə) və uşaqlarına;
1986—1990-cı illərdə Çernobıl AES-də baş vermiş qəzanın
nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində,
yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər
işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud
ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və
həmin dövrdə görülən işin növündən və yerindən asılı
olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin
görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər,
habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər
orqanlarının rəis və sıravi heyətinə;
qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin
(adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş
valideynlərdən birinə xəstə uşağa baxmağa görə;
Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən
vətəndaşlara;
Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq
skleroz xəstəliyinə tutulan şəxslərə (Nazirlər Kabineti 146 №-li
04.07.2012-ci il tarixli Qərar);
8
Qan və qan komponentlərinin donorluğu funksiyasının yerinə
yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti
itirmiş şəxslərə;
Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və
vərəm xəstəliyinə tutulmuş şəxslərə;
Onkoloci xəstələrə;
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə
tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq
imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə
və ya qanuni nümayəndəsinə.
Qazancın 80 faizi miqdarında:
- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stacı olan ata-
anasız yetim uşaqlara.
Qazancın 60 faizi miqdarında:
- 8 ilədək sosial sığorta stajı olan işçilərə.
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular
istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq
təminat xərcliyinin 100 faizi miqdarında verilir.
8. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı
sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət
sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti
nəzərə alınmaqla hesablanır.
9. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı
hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;
9
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət
sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş
vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə
sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü
yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək
qabiliyyətini müvəqqəti itirdikdə;
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən
başqa).
- əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq
etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə;
- işçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən
keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün;
- işçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə;
- "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa
əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən
hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi
halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi
dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə
arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab
olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı
(hadisəsi) baş verdikdə müavinət verilmir.
10. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi
toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrı lmamaqla təhsillə
əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti
itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra
işə başlamalı olduğu gündən verilir.
10
11. Hamiləliyə və doğuma görə müavinət 6 ay sosial sığorta stacı
olmaq şərti ilə bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə müavinətin hesablanmasında nəzərə alınan qazancın 100 faizi
miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.
12. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma
görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik
vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa
sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
13. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin
qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi
sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və
mükafatlar) başa düşülür.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi
aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən
asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik
qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki
son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş
günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən
əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş
gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək
qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş
minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini
müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
14. Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan
Respublikası Prezidentinin Fərmanları ilə vaxtaşırı tənzimlənir:
- Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş
məbləğdə birdəfəlik müavinət 90 manat 2013-ci il sentyabrın 1-dən verilir
(Fərman 29.08.2013-cü il).
11
Uşaq doğmuş ana işləmədiyi hallarda və ya hər hansı bir səbəbdən
uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
İşləyən valideynə müavinət onun iş yeri üzrə uçota olduğu Dövlət
Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın
valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi
mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət,
müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə
verilir.
Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik
müavinət ümumi əsaslar üzrə verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
- Uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü işləyən
qadınlar qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç
yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə, bir yaş
yarımadək - 30 manat, bir yaş yarımdan 3 yaşadək - 15 manat miqdarında
müavinət 2013-cü ilin sentyabr ayının 1-dən verilir (Fərman 23.08.2013-cü
il).
Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi
keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli
məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş
müavinətdən iki dəfə artıq məbləğdə ödənilir.
Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı
qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə
məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim
olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya
hissə-hissə təqdim oluna bilər.
Əgər qadın uşağa qulluq edilməsinə görə
məzuniyyətin
rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr
12
üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti
məhdudlaşdırılmır.
Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət
vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə,
habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların
müavinət almaq hüququ saxlanılır.
Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşaqlara qulluq
edilməsinə görə müavinət ümumi əsaslarla verilir.
- Sığortaolunan vəfat etdikdə dəfn üçün müavinət qanunvericilikdə
müəyyən olunmuş qaydada 120 manat miqdarında 2013-cü il sentyabr ayının
1-dən verilir (Fərman 29.08.2013-cü il). Pensiyaçı vəfat etdikdə isə dəfn üçün
müavinət Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən «Əmək
pensiyaları haqqında» qanunun 42-ci maddəsinə əsasən pensiyaçının vəfatı
tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli miqdarında
ödənilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək
pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü
ödənilir.
13
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən
müavinətlərin almaq hüququ
15. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının
Qanunu müavinətlərin aylıq və birdəfəlik təyin olunması və verilməsinin
hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər
münasibətləri tənzimləyir.
«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu 7
fevral 2006-cı ildə təsdiq edilmişdir. 2013-cü il sentyabrın 1-dən müavinətlər
artırılmışdır (Fərman 29.08.2013-cü il).
Sosial müavinətlər alanlar sırasına əmək qabiliyyəti olmayan şəxslər:
1. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşlı
qadınlar və 67 yaşlı kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə
etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına
çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum
edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud
övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına
çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar
təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına
çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18
yaşından yuxarı əlil uşaqları.
1.1. Aylıq müavinətlərin növü və miqdarı
- yaşa görə müavinət - 60 manat
- əlillik «ümumi xəstəlik», «hərbi xidmət dövründə xəstələnmə»,
«əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada
olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar» səbəbindən
baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə – 67 manat və 2014-cü il aprelin 1-dən AR Prezidentinin
təqaüdü təsis edilərək – 60 manat təyin edilərək cəmi – 127 manat
II qrup əlillərə – 50 manat
14
III qrup əlillərə – 43 manat
-
əlillik «Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» və
«1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar» səbəbindən baş verdikdə:
I qrup əlillərə – 83 manat
II qrup əlillərə – 66 manat
III qrup əlillərə – 60 manat
- əlillik «Çernobıl AES-də hərbi xidmətlə əlaqədar» və ya «hərbi
xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar» səbəbindən baş verdikdə:
I qrup əlillərə – 77 manat
II qrup əlillərə – 66 manat
III qrup əlillərə – 50 manat;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – 67
manat
- ailə başçısını itirməyə görə – 55 manat
- bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində
əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:
1.2. şəhid uşaqlarına – 17 manat;
1.3. müharibə əlillərinin, 20 yanvar hadisələri zamanı əlil olanların
Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan
qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına
- 12 manat.
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi
kateqoriya şəxslərə kommunal və digər xidmətlərə görə müavinət
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tənzimlənir.
- Əmək pensiyası almaq hüquq olmayan Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə
müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-
15
ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət
təhlükəsizliyi
orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş
əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla
təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin
arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində
ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında
işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad
mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin
ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi
birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRi silahlı
qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin
mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət – 45 manat 2014-cü il
aprelin 1-dən (17 mart 2014-cü il tarixli Fərman);
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına – 55
manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -50 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 45 manat.
- beşdən çox uşağı olan qadınlara müavinət – 30 manat (01.01.2014-cü
ildən) (27 dekabr 2013-cü itl tarixli Fərman)
2.2. Birdəfəlik müavinətlər:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün
müavinət – 195 manat;
- uşağın anadan olmasına görə müavinət – 90 manat;
- dəfn üçün müavinət – 120 manat.
16. Ünvanlı sosial yardım almaq hüququ
Ünvanlı sosial yardım ailə üzvlərinin sayından asılı olaraq təyin olunur.
16
Sosial yardım təyin olunması üçün əsas şərtlər bunlardır:
- sosial yardım təyin olunarkən ailənin yalnız ölkə ərazisində yaşayan
və müraciətdən əvvəlki 1 il ərzində ailədə adambaşına orta aylıq gəlirləri
onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağıdır.
- ehtiyac meyarı ünvanlı sosial yardımın təyin olunması məqsədilə
istifadə olunacaq şərti göstəricidir və onun məbləği ildə bir dəfə dövlət
büdcəsilə birgə təsdiqlənir.
2014-cü il üçün ehtiyac meyarının həddi 2014-cü il yanvarın 1-dən 100
manat məbləğində müəyyən edilmişdir (Fərman 22.11.2013-cü il).
Dostları ilə paylaş: |