Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə1/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   267


Azərbaycan Hüquqçular Assosiasiyası 

AZƏRBAYCAN RESPUBLİKASININ 

MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNİN 

ELMİ-PRAKTİK KOMMENTARİYASI 

Bakı-2003 


 


1-

 

ci bölmə 

Ümumi qaydalar 

1-

 



ci fəsil 

Əsas qaydalar 



Maddə L Mülki məhkəmə icraatı haqqında qanunvericilik 

J . l .  Azərbaycan Respublikasımn məhkəmələrində mülki İşlər və iqtisadi mübahisələr 

üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr 

və  hakimlər  haqqından  Azərbaycan  Respublikasının  Qanunu,  bu  Məcəllə,  digər  qanunlar, 



habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 

1.2.

 

Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının 

bütün  ərazisində  ali  hüquqi  qüvx’əyə  və  birbaşa  təsirə  malikdir.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  normaları  və  məhkəmə  icraatı  qaydasını  tənzimləyən  normalar  arasında 

ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. 

1.3.

 

Mülki  prosessual  fəaliyyət  sahəsində  insan  və  vətəndaşın  hüquq  və  azadlıqlarını 

ləğv  edən  və  ya  məhdudlaşdıran,  habelə  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı 

məhkəmənin  müstəqilliyini  və  (ərlərin  çəkişmə  primsipini  pozan,  eləcə  də  sübutlara 

əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. 

1.4.

 

Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına 

uyğunlaşdırılmalıdır. 

1.5.

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual 

qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq 

edilir. 

1.

 



Azərbaycan  Respublikasının  məhkəmələrində  mülki  işlər  və  iqtisadi  mübahisələr 

üzrə məhkəmə icraatınm qaydası aşağıdakı qanunvericilik aktlan ilə müəyyən edilir: 

1)

 

Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) məhkəmə 



hakimiyyətinin  həyata  keçirilməsi  (125-ci  maddə),  hakimlərin  müstəqilliyi,  ədalət 

mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri (127-ci maddə), hakimlərin 

toxunulmazlığı  (128-ci  maddə),  məhkəmə  qərarları,  onun  icrası  (129-cu  maddə)  və  s. 

müddəaları müəyyən etmişdir

2)

 

Məhkəmələr  və  hakimlər  haqqmda  Azərbaycan  Respublikasınm  Qanunu 



Azərbaycan Respublikasmda məhkəmə icraatmın  əsas  prinsiplərini, qaydasmı, quruluşunu, 

hakimlərin  statusu  və  səlahiyyəti,  hakimlərin  maddi  və  sosial  təminatı,  hakimlərin 

səlahiyyətinə xitam verilməsi və intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyir; 

3)

 



Azərbaycan  Respublikasmm  Mülki  Prosessual  Məcəlləsi  (bundan  sonra  MPM) 

məhkəmələrdə  mülki  və  iqtisadi  mübahisələrə  baxılmasmm  prosessual  qay-  dasmı,  mülki 

işlərin  məhkəmələrə  aidiyyətini,  işdə  iştirak  edən  şəxslərin  hüquq  və  vəzifələrini,  mülki 

prosesin  mərhələlərini,  mülki  mühakimə  icraatınm  növlərini  və  s.  prosessual  normaları 

müəyyən edir; 

4)

 



digər qanunlar dedikdə, mülki mühakimə icraatma birbaşa və ya dolayı aid 


olan  qanunlar  anlaşılmalıdır.  Məsələn,  Müflisləşmə  və  iflas  haqqında  Qanunda  məhkəmə 

qaydasmda iflas olmanm prosessual qaydası müəyyən edilib; 

5)

 

Azərbaycan  Respublikasımn  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  {1.5-ci 



maddənin şərhinə bax). 

2.

 



Konstitusiyanm  147-ci  maddəsinə  uyğun  olaraq  Əsas  Qanunun  Azərbaycan 

Respublikasmda  ən  yüksək,  birbaşa  hüquqi  qüvvəsi  vardır  və  o,  qanunvericilik  sisteminin 

əsasıdır. 

Konstitusiyanm  ən  ali,  birbaşa  hüquqi  qüvvəsi  olması,  onun  ümumxalq  səsverməsi 

nəticəsində (referendumda) qəbul edilməsi ilə şərtlənir. 

Konstitusiyanm  149-cu  maddəsinə  uyğun  olaraq  qanunlar  Konstitusiyaya  zidd 

olmamalıdır. 

Konstitusiyanm normalan ilə məhkəmə İcraatı qaydasmı tənzimləyən normalar arasmda 

ziddiyyət olduqda, Konstitusiyanm normaları tətbiq olunur. 

3.

 



Konstitusiya  ilə  müəyyən  edilən  normalara  zidd  olaraq,  mülki  prosesdə  fiziki  və 

hüquqi  şəxslərin  hüquq  və  vəzifələrmi  məhdudlaşdıran  və  ya  ləğv  edən,  mülki  mühakimə 

icraatmm  aparılması  qaydalarmı  və  prinsiplərini  pozan  qanunvericilik  aktları  qəbul  edilə 

bilməz. 


1.3-cü  maddədə  «qanunvericilik  aktları  qəbul  edilə  bilməz»  dedikdə,  yuxarıda 

sadalanan  hallan  özündə  ehtiva  edən  aktların  qəbul  edilməsinin  və  hətta  qəbul  edilən  belə 

qanunlarm normalarmm tətbiq olunmasınm yolverilməzliyi anlaşılmalıdır. 

4.

 



1.1-ci  maddədə  göstərildiyi  kimi,  Müflisləşmə  və  iflas  haqqmda  Qanunda  iflas 

olmanm prosessual qaydası nəzərdə tutulub. «İflas prosesinə məhkəmə vasitəsilə başlanması» 

bölməsində (4-13-cü maddələr) borclunun iflas prosesinə başlaması, iflas haqqmda ərizəyə 

əlavə edilən sənədlər, iflas haqqmda iş üzrə məhkəmə baxışı barədə elanm verilməsi, iflasla 

bağlı iş üzrə məhkəmə baxışmm prosessual nəticələri, məhkəmə qərarmdan şikayət verilməsi 

ilə bağlı normalar müəyyən olunub. Bu normalar MPM-də nəzərdə tutulmuş tələblərə cavab 

verir, əks təqdirdə, ya qanunun normalan MPM-ə uyğunlaşdınimalı, ya da MPM-in normaları 

tətbiq edilməlidir. 

5.

 

Konstitusiyanm 148-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasmm tərəfdar 



çıxdığı  beynəbcalq  müqavilələr  Azərbaycan  Respublikasmm  qanunvericilik  sisteminin 

ayrılmaz hissəsidir. 

Azərbaycan  Respublikasmm  qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi 

aktlarla  (Konstitusiya  və  referendumla  qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan 

Respublikasmm  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasmda  ziddiyyət  yaranarsa, 

həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 151-ci maddə). 

Bu  müddəalar  MPM-in  normalan  ilə  beynəlxalq  müqavilələrin  normalarmm  uyğun 

gəlmədiyi hallara da şamil olunur. 



Maddi) 2. Mülki məhkəmə icraatının vəzifələri 

2.1.

 

Mülki İşlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər birfiziki 

və yaxud hüquqi şo.xsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və 



digər  normativ  hüquqi  aktlarından  irəli  gələn  hüquq  və  mənafelərinin  məhkəmədə  təsdiq 

olunmasıdır. 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə