Azərbaycan Hüquqşünasları Forumunun İdarə Heyətinə namizədlərin Sİyahisi (III heyət) Aynur Mahmud qızı Cəfərova



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü0,51 Mb.
#64011


Azərbaycan Hüquqşünasları Forumunun İdarə Heyətinə namizədlərin 

SİYAHISI 

(III heyət)

Aynur Mahmud qızı Cəfərova 

12 yanvar 1981-ci ildə Ağdam rayonunda anadan olub.

2000-2004-cü  illərdə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  bakalavr 

pilləsində,  2004-2006-cı  illərdə  cinayət  Hüququ,  Cinayət  Prosesi,  Kriminalistika  və 

Məhkəmə Ekspertizası ixtisası üzrə magistr pilləsində təhsil alıb. 

2006-2007-ci illərdə ATƏT-in Bakı Ofisinin dəstəyi ilə Hüquq Maarifçiliyi Cəmiyyəti 

tərəfindən  həyata  keçirilən  Məhkəmələrin  Monitorinqi  layihəsində  milli  koordinator 

vəzifəsində çalışıb. 

2007-2008-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyasında (ABA-ROLİ) Cinayət Hüququ Proqramı 

üzrə hüquqşünas vəzifəsində çalışıb. 

2008-2009-cu  illərdə  Norveç  Krallığının  Oslo  Universitetində  Beynəlxalq  Ümumi  Hüquq  üzrə  ikinci 

magistr təhsili alıb. 

2009-cu ildən ATƏT-in Bakı Ofisinin dəstəyi ilə Tender Monitorinq Mərkəzi tərəfindən həyata keçirilən 

“Azərbaycanda Məhkəmələrin Monitorinqi” layihəsi üzrə koordinator vəzifəsində çalışır. 



Namizədliyi Tender Monitorinq Mərkəzi İctimai Birliyi tərəfindən irəli sürülüb.

Aynurə Müqəddəs qızı Gözəlova 

16 avqust 1980-ci ildə Füzuli rayonunda anadan olub. 

2000-2004-cü  illərdə  Bakı  Dövlət  Universitetinin  Beynəlxalq  Hüquq  fakültəsinin 

bakalavr pilləsində, 2004-2006-cı illərdə magistratura pilləsində təhsil alıb. 

2006-2007-ci illərdə “Leqat” Hüquq Firmasında hüquqşünas vəzifəsində çalışıb. 

2008-ci ilin yanvar ayından hazırkı vaxta qədər Azərbaycan Miqrasiya Mərkəzi İctimai 

Birliyində hüquqşünas vəzifəsində çalışır. 

Namizədliyi Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən irəli sürülüb.

 Anar Elman oğlu Qasımov

27 may 1982-ci ildə Bakı şəhərində anadan olub. 

2003-cü  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bakalavr  pilləsi  üzrə, 

2005-ci ildə isə, magistratura pilləsi üzrə bitirib. 

Hazırda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Fəlsəfə  və  Siyasi-hüquqi 

tədqiqatlar institutunun dissertantıdır. 

2003-2009-cu  illər  ərzində  “Biznes  Hüquq  Servis”  hüquq  firmasında,  “Potensial” 

SMB-də və ABA CEELİ Hüquqi yardım mərkəzində hüquqşünas vəzifəsində işləyib. 

2009-cu ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 

Ailəlidir, iki oğlu var.



Namizədliyi İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü Birliyi tərəfindən irəli sürülüb. 

Akif Əkbər oğlu Əlizadə 

1965-ci ildə anadan olub. 

1984-cü  ildə  Bakı  Politexnik  Texnikumunu  bitirib.  1991-1995-ci  illərdə 

Göyçay  rayon  məhkəməsində  iclas  katibi  işləyib.  1995-ci  ildə  Bakı  Dövlət 

Universitetinin  hüquq  fakültəsini  bitirib.  1995-ci  ilin  oktyabr  ayından  bu 

vaxtadək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 

Bakı şəhəri 14 saylı Hüquq məsləhətxanasında vəkil işləyir.         

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin sədridir.

Ailəlidir, bir oğlu və bir qızı var.

Namizədliyi Azərbaycan Hüquqçular Assosiasiyası tərəfindən irəli sürülüb.



Erkin Qədirli

13 may 1972-ci ildə doğulub. 

1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

1994-2006  illərdə  Bakı  Dövlət  Universitetinin  Hüquq  və  Beynəlxalq 

Münasibətlər fakültələrində müəllim işləyib. 

Müxtəlif  vaxtlarda  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi,  BMT,  ATƏT,  Avropa 

Şurası kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və 

işçi qruplarda ekspert kimi çalışıb. 

1998-ci  ildə  (15  iyun  -  17  iyul)  Beynəlxalq  Cinayət  Məhkəməsinin  təsis 

olunmasına  dair  Romada  keçirilmiş  BMT-nin  Diplomatik  Konfransında  Azərbaycanın  nümayəndə 

heyətinin üzvü olub.

1999-cu ildə Almaniyada nəşr edilmiş "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi" 

("Commentary  on  the  Rome  Statute  of  the  International  Criminal  Court")  kitabının  müəlliflərindən 

biridir. 

25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) vətəndaş birliyinin həmtəsisçisidir. 

Ailəlidir.



Namizədliyi Selcan Məmmədli tərəfindən irəli sürülüb. 

Ələsgər Əhməd oğlu Məmmədli

1968-ci il mayın 24-də Ağdam rayonunda anadan olub.

1995-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 

1997-1998-ci illərdə İstanbul Barosunda (Vəkillər Kollegiyası) Vəkillik Təhsil 

Mərkəzini bitirib və İstanbulda vəkil kimi fəaliyyət göstərib. 

2001-ci ildə Türkiyə və Yaxın  Şərq  Dövlət İdarəçiliyi  İnstitutunda İdarəetmə 

və hüquq üzrə magistr təhsili alıb.

2002-ci ildən 2005-ci ilədək İnterrnyus Network təşkilatında Media Hüququ sahəsində fəaliyyət göstərib. 

2005-ci ildən bəri İREX-in hüquqşünasıdır. 

2009-cu ildən BDU-nun jurnalistika fakültəsində Media Hüququ üzrə müəllim işləyir. 

Ailəlidir, bir oğlu və bir qızı var. 

Namizədliyi Media Hüququ İnstitutu tərəfindən irəli sürülüb. 

Əlövsət Xudu oğlu Əliyev 

25 yanvar 1961-ci ildə Yardımlı rayonunda anadan olub.

1968-ci illərə orta məktəbdə oxuyub. 1979-81-ci illərdə hərbi xidmətdə olub. 

1983-1988-ci  illərdə  BDU-nin  hüquq  fakültəsində  əyani  təhsil  alıb.  1988-

1999-cu  illərdə  Daxili  işlər  orqanlarında  xidmət  etmişdir.  Müstəntiq,  polis 

1999-cu  ildən  təsis  olunmuş  Miqrantlara  Hüquqi  Yardım  Mərkəzinin 

direktorudur. 

Həmçinin Azərbaycan Respublikası Elmlər Akademiyasının İnsan Hüquqları 

İnstitutunun baş elmi işçisidir.

Ailəlidir, iki oğlu və bir qızı var.



Namizədliyini özü irəli sürüb. 

Ənnağı Bahadur oğlu Hacıbəyli 

1955-ci il sentyabrın 3-də Saatlı rayonunda anadan olub.

1978-83-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 

1984-cü  ildən  1988-ci  ilə  qədər  Bakı  Dövlət  Universitetinin  mülki  hüquq 

kafedrasında müəllim işləyib. 

1989-1993-cü  illərdə  Azərbaycan  Respublikası  Prokurorluğunda  şöbə 

prokuroru, şöbə rəisi vəzifələrində işləyib.

1993-1995-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində İdarə rəisi vəzifəsində işləyib. 

1996-cı ildən müstəqil vəkillik fəaliyyəti ilə məşğuldur. 

1997-ci ildən Azərbaycan Hüquqçular Assosiasiyasının prezidentidir. 

Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimidir.

Namizədliyini özü irəli sürüb. 



Əsabəli  Mustafayev Qurban oğlu

9  may  1951-ci  ildə  Bakı  şəhərində  anadan  olub.  1960-cı  ildən  Sumqayıt 

şəhərində yaşayır.  

1966-cı  ildən  əmək  fəaliyyətinə  başlayıb.  Sumqayıt  şəhərinin  bir  sıra 

müəssisələrində fəhlə, növbə rəisi işləyib.

1981-ci  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitirib.  2007-ci 

ildə Varşava İnsan Hüquqları Ali Məktəbinin məzunu olub.

1982-1993-cü illərdə Sumqayıt şəhər İcraiyyə Komitəsində işləyib.

1993-2003-cü illərdə kiçik müəssisədə hüquqşünas vəzifəsində çalışıb.

2003-cü ildən Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyinin təsisçisi və rəhbəridir.

2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

Rəhbərlik etdiyi təşkilat strateji məhkəmə çəkişmələrinin təşkili, Avropa İnsan Hüquqları Məhkəməsinə 

şikayətlərin göndərilməsi sahəsində ixtisaslaşıb. Bu günə qədər təşkilat tərəfindən Avropa Məhkəməsinə 

52  ərizə  göndərilib.  Onlardan  biri  üzrə  (Konvensiyanın  2-ci  maddəsi)  artıq  qərar  qəbul  edilib.  Yaxın 

gələcəkdə daha bir neçə iş üzrə qərarların qəbulu gözlənilir.

Ailəlidir, bir oğlu və bir qızı var. 



Namizədliyi Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi tərəfindən irəli sürülüb.

Əyyub Zakir oğlu Kərimov

18 may 1958-ci ildə Qax rayonunda anadan olub. 

1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1981-90-cı 

illərdə Bakı şəhər Suraxanı rayon məhkəməsində iclas katibi işləyib. 1990-cı 

ilin  sentyabrında  «Ədalət»  qəzetinə  işə  dəvət  olunub  və  orada  müxtəlif 

rəhbər  vəzifələrdə  çalışıb.  Hazırda  1992-ci  ilin  aprelindən  nəşrə  başlayan 

«Femida» qəzetinin baş redaktorudur.

Redaktorluqla  bərabər  bir  sıra  məhkəmə  proseslərində  qanunu  nümayəndə 

kimi çıxış edib.

«Kor güllə yarası», «Qanuna hörmət qanunu» və digər publisistik kitabların müəllifidir.

«Qızıl qələm» və «Dan ulduzu» mükafatları laureatıdır.

Namizədliyini özü irəli sürüb. 

Fuad Şahmirzə oğlu Rəhimov

4 dekabr 1984-cü il Bakı şəhərində doğulub. 

2001-2006-cı  illərdə  Milli  Aviasiya  Akademiyasında  Beynəlxalq  hüquq  fakültəsində 

bakalavr  və  magistr  pilləsində  təhsil  alıb.  2006-2007-ci  illərdə  AR  Silahlı 

Qüvvələrində  həqiqi  hərbi  xidmətdə  olub.  2008-2009-cu  illərdə  Amerika 

Hüquqşünaslar  Assosiasiyasında  (ABA  CEELI)  Hüquqi  Yardım  Mərkəzində 

hüquqşünas kimi çalışıb. 2009-cu il sentyabr ayından etibarən “PER consulting servis” 

hüquq firmasında baş hüquqşünas vəzifəsində çalışır.



Namizədliyi Aynur Cəfərova irəli sürülüb. 

Günel Quliyeva 

16 iyul 1980-ci ildə Bakı şəhərində anadan olub.  

1997-2002 illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.  

2002-2007-ci  illərdə  BDU-nun  Hüquqi  Yardım    Klinikasında,  Hüquq 

Maarifçiliyi  Cəmiyyətində,  Qadın  Hüquqşünaslar    Assosiasiyasında,  ABA-

CEELİ-nin hüquqi yardım mərkəzində  hüquqşünas vəzifəsində işləyib.

2006-2007 illərdə İngiltərədə Beynəlxalq insan hüquqları üzrə magistr təhsili 

alıb. 3 ay Londonun INTERIGHTS Təşkilatında təcrübə keçib. 

Hazırda “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin  hüquqşünasıdır. 

Namizədliyi “Qanun” jurnalı tərəfindən irəli sürülüb. 

Günel İldırım qızı  İsmixanova 

10 sentyabr 1982-ci ildə Laçın rayonunda doğulub.

2004-cü  ildə  BDU-nun  beynəlxalq  hüquq  və  beynəlxalq  münasibətlər  fakültəsinin 

bakalavr pilləsini, 2007-ci ildə magistr pilləsini bitirib. 




Hazırda BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dissertantıdır. 

2004-cü  ildən,  Azərbaycan  Respublikası  İnsan  Hüquqları  üzrə  Müvəkkili  (Ombudsman)  Aparatında 

çalışır. 

2007-ci ildən eyni zamanda Qərb Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

“Gender zorakılığına qarşı mübarizə” (BMT Əhali Fondu UNİFPA) layihəsində  və Avropa Komissiyası 

Hüquqşünas Qadınlar Assosiasiyası İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsi   təlimçisidir. 44 

elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir.

Ailəlidir, bir qızı var. 



Namizədliyi Hüquqşünas Qadınlar Assosiasiyası tərəfindən  irəli sürüb. 

Hafiz Bəşir oğlu Həsənov 

10 may 1965-ci ildə Gədəbəy rayonunda anadan olub.

1994-cü  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsini  fərqlənmə 

diplomu ilə bitirib.

1994-1997-ci  illərdə  Azərbaycan  Demokratiyanın  İnkişafı  Fondunda  hüquq 

araşdırmalar mərkəzinin rəhbəri olub. 

1997-ci  ilin  mart  ayından 2004-cü  ilin  may  ayınadək  «Vətəndaş  Cəmiyyəti 

Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzində hüquqşünas-ekspert vəzifəsində işləyir.

Hazırda Hüquq və İnkişaf ictimai birliyinin sədridir.

Seçkilər və bələdiyyələr sahəsində 10-dan artıq broşura və bülletenin müəllifidir. Bu sahədə xeyli dəyirmi 

masa, seminar və digər tədbirlərdə məruzəçi kimi çıxış edib. QHT-lər, bələdiyyələr və seçkilərlə bağlı bir 

sıra qanun layihələri üzrə təkliflərin hazırlanmasında iştirak edib.

Ailəlidir, iki oğlu var.

Namizədliyi Hüquq və İnkişaf ictimai birliyi tərəfindən irəli sürülüb.

Xalid  Dünyamalı  oğlu  Ağalıyev

20 mart  1977-ci ildə Cəlilabad rayonunda doğulub.

1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-2000-ci  illərdə  “Şərq”  qəzetində  hüquqşünas,  2002-2004-cü  illərdə 

hüquq şöbəsinin müdiri, 2004-2005-ci illərdə redaktoru vəzifəsində çalışır.

2005-ci  ildən    Media  Hüququ  İnstitutunda  proqramlar  üzrə  koordinator 

vəzifəsində işləyir.

Ailəlidir, bir oğlu var.



Namizədliyi Media Hüququ İnstitutu tərəfindən irəli sürülüb. 

İntiqam Kamil oğlu Əliyev

30 noyabr 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. 

1990-cı ilə BDU-nun hüquq fakültəsini bitirib.

1992-ci ildən «Advokat Servis» hüquq firmasının təsisçisi və baş direktorudur. 

1998-ci ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidentidir.

Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimidir.

Ailəlidir, bir oğlu və bir qızı var.

Namizədliyini özü irəli sürüb. 

İradə Arif qızı Cavadova 

14 yanvar 1964-cü ildə anadan olub. 

1991-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitirib. 

ADU-nun  Cinayət  hüququ  kafedrasında  laborant,  Məhkəmə  ekspertizası 

institutunda  kiçik  elm  işçi,  müdir  müavini  və  şöbə  müdiri  vəzifələrində, 

Əhalinin  sosial  müdafiəsi  nazirliyində  baş  hüquq  məsləhətçisi  vəzifəsində 

işləyib. 

2001-ci ildən İnsan Hüquqları Sahəsində Maarifləndirmə ictimai birliyinin prezidenti seçilib. 2002-ci ildə 

Azleks hüquq firmasının prezidentidir. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 

Hüquq elmləri namizədidir. 

Bir qızı var.




Namizədliyi İnsan Hüquqları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən irəli sürülüb. 

Lamiyə Qəşəm qızı Bayramova 

1980-ci ildə anadan olub. 

2000-ci  ildə  Xəzər  Universitetinin  beynəlxalq  hüquq  ixtisası  üzrə  bakalavr 

dərəcəsini  fərqlənmə  diplomu  ilə  bitirib.  2000-ci  ildə  Xəzər  Universitetinin 

magistraturasına daxil olub və 2002-ci ildə hüquqşünaslıq ixtisası üzrə magistr 

dərəcəsi alıb. 

2000-2002-ci  ilədək  «Bakı  İnşaat  LTD»  Azərbaycan-Türkiyə  birgə 

müəssisəsində hüquqşünas vəzifəsində çalışıb. 

2002-2003-cü illərdə «RR&VAM Beynəlxalq» Müstəqil Auditor firmasında hüquqşünas işləyib. 

2003-2008-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasında məsləhətçi işləyib.

2006-cı ildən “Sosial hüquqi islahatlar” Mərkəzinin  direktorudur.

Qara  Dəniz  Ətrafı    Ölkələrin  Hüquq  və  Vəkillər  Assosiasiyaları  İdarə  Heyətində  AHA-nın 

nümayəndəsidir.

Namizədliyi Azərbaycan Hüquqçular Assosiasiyası tərəfindən irəli sürülüb.

Leyla Rəşid qızı Mədətli 

23 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 

1997-2001-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  bakalavr 

pilləsində, 2001-2003-cü illərdə magistratura pilləsində təhsil alıb. 

2003-2005-ci  illərdə  Hüquq  Maarifçiliyi  Cəmiyyətində  hüquq  məsləhətçisi 

kimi  çalışıb  və  insan  hüquqları  üzrə  bir  sıra  layihələrdə  iştirak  edib.  2005-

2006-cı  illərdə  “AtaKonsaltinq”  MMC-də  hüquq  məsləhətçisi  və  Hüquqi 

Xidmətlər  Departamentinin  rəhbəri işləyib.  2006-2007-ci  illərdə  ATƏT-in  dəstəyi  ilə  gerçəkləşən 

Məhkəmələrin Monitorinqi layihəsində milli koordinator işləyib. 

2007-2008-ci  illərdə  İngiltərənin  Esseks  Universitetində  Beynəlxalq  İnsan  Hüquqları  üzrə  magistr 

dərəcəsi alıb. 

Hazırda Media Hüququ İnstitutunda hüquqçu kimi fəaliyyət göstərir.



Namizədliyi Media Hüququ İnstitutu tərəfindən irəli sürülüb.

Müzəffər Qiyas oğlu Baxışov 

5 noyabr 1961-ci ildə Masallı rayonunda anadan olub.

1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1989-cu  ilin  sentyabr  ayından  2002-ci  ilin  may  ayına  kimi  prokurorluq 

orqanlarında müxtəlif vəzifələrdə işləyib. 

2002-ci  ilin  may  ayından  Azərbaycan  Miqrasiya  Mərkəzi  İctimai  Birliyində 

işləyir. O bu müddətdə Təşkilatın Direktoru, Hüquqi yardım Departamentinin 

rəhbəri  və Təşkilatın  Baş məsləhətçisi vəzifələrində işləyib.  Birliyin 10-dan çox  nəşrinin  tərtibatçısı və 

məsul redaktoru olub. 

2007-ci ilin noyabr ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 

Ailəlidir, iki oğlu və bir qızı var.

Namizədliyi Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən irəli sürülüb.

Namizəd Heydər oğlu Səfərov 

10 yanvar 1955-ci ildə anadan olub. 

1982-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

1982-1985-ci  illərdə  Azərbaycan  Respublikası  Culfa  rayon  Polis  Şöbəsinin 

müstəntiqi,  1985-1990-cı  illərdə  Bakı  şəhər  Qaradağ  rayon  MTMBM-nin 

hüquqşünası  vəzifəsində  çalışıb.  1990-cı  ildən  Azərbaycan  Respublikası 

Vəkillər Kollegiyasının üzvü, 1995-ci ildən Rəyasət Heyətinin üzvü olub. 

2006-cı  ildə  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  qərarı  ilə  12  saylı  hüquq  məsləhətxanasının 

müdirinin demokratik yolla seçkisində iştirak etdiyinə görə Vəkillər Kollegiyasından xaric edilib. Hazırda 

müstəqil şəkildə hüquq praktikası ilə məşğul olur.

Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimidir.



Ailəlidir, iki qızı, bir oğlu var.

Namizədliyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov tərəfindən irəli sürülüb.

Nemət Əliş oğlu Heydərov

20 avqust 1978-ci ildə anadan olub. 

1999-cu ildə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 

2000-2006-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində hüquqşünas, 

2006-2007-ci  illərdə  Dövlət  Əmlakının  İdarə  Edilməsi  üzrə  Dövlət 

Komitəsində hüquqşünas vəzifəsində işləyib. 

2009-cu ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 

Ailəlidir, bir oğlu, bir qızı var.



Namizədliyi Advokat Servis hüquq firması tərəfindən irəli sürülüb. 

Nurlana Tofiq qızı Əliyeva 

2 fevral 1983-cü ildə Ağdam rayonunda anadan olub. 

2004-cü  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  bakalavr  pilləsi 

üzrə təhsil alıb. 

2006-cı  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  magistr  pilləsini 

bitirib.


2006-cı ildə Nizami rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş 

məsləhətçi işləyib.

2006-cı ilin iyul ayından Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas vəzifəsində işləyir.

Namizədliyi Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən irəli sürülüb. 

Rəşid Ramazan oğlu Hacılı

27 dekabr 1962-ci ildə anadan olub. 

1990-cı i Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib ildə Bakı 

Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

1988-1990-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının tarix 

institutunda işləyib. 

1990-1991-ci illərdə Prezident Aparatında məsləhətçi vəzifəsində çalışıb. 

1991-2003-cü illərdə müxtəlif kommersiya qurumlarında çalışıb.

2003-2005-ci illərdə İnternyusun Media Hüquqları İnstitutunun direktoru, 2003-cü ildən bu günə qədər 

Media Hüququ İnstitutunun direktorudur. 

Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimidir.

Ailəlidir, iki qızı, bir oğlu var. 



Namizədliyini özü irəli sürüb. 

Ruzi Emin oğlu Səmədov 

22 dekabr 1985-ci il Bakı şəhərində anadan olub.

2003-2007-ci  illərdə  Bakı  Dövlət  Universitetində  beynəlxalq  hüquq  üzrə  bakalavr 

pilləsində təhsil alıb. 

2007-2008-ci illərdə hərbi xidmət keçib. 

2008-2010-cu  illərdə  Bakı  Dövlət  Universitetinin  beynəlxalq  hüquq  üzrə  magistr 

pilləsində təhsil alıb. Beynəlxalq Cinayət hüququ üzrə ixtisaslaşır. 

2008-2009-cu illərdə müxtəlif firmalara müstəqil şəkildə hüquqi yardım göstərib. 

2009-cu ildən 5 saylı hüquq məsləhətxanasında vəkil köməkçisi və “IL konsaltansi” 

hüquq firmasının həmtəsisçisi və direktorudur.



Namizədliyi Aynur Cəfərova irəli sürülüb. 

Sadiq Tofiq oğlu Bağırov 

27  iyul  1982-ci  ildə  Ermənistan  Respublikasının  Mehri  rayonunda  anadan 

olub.

2003-cü  ildə  Azərbaycan  Beynəlxalq  Universitetinin  hüquq  fakültəsinin 



bakalavr pilləsi üzrə təhsil alıb. 

2006-cı  ildə  Azərbaycan  Beynəlxalq  Universitetinin  hüquq  fakültəsinin 




magistr pilləsini bitirib.

2009-cu ildə Odlar Yurdu Universitetinin hüquq fakültəsinin aspirantura pilləsini bitirib.

2003-2006-cı illərdə “FAB” firmasında hüquqşünas vəzifəsində çalışıb. 

2006-cı ilin iyul ayından Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas vəzifəsində işləyir.

2009-cu ilin avqust ayından Vəkillər Kollegiyasının üzvüdür. 

Ailəlidir, bir qızı var. 



Namizədliyi Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən irəli sürülüb. 

Samir Nadir oğlu İsayev 

4 mart 1963-cü ildə Sumqayıt şəhərində doğulub. 

1989-cu  ildə  Azərbaycan  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitirib.  1989-

1998-ci illərdə DİN-də müstəntiq vəzifəsində çalışıb.

1998-2005-ci  illərdə  BMT  İnkişaf  Proqramının,  Dünya  Bankının,  ABŞ  BİA-nin, 

Beynəlxalq  Ərzaq  Proqramının,  Aİ-nın  müxtəlif  layihə  və  proqramlarında  layihə 

direktoru, qrup rəhbəri, uzun müddətli ekspert vəzifələrində işləyib. 

2002-2005-ci illərdə “ELC” hüquq konsaltinq şirkətinin Xəzər dənizi hövzəsində, 

Qazaxıstan,  Özbəkistan,  Qırğızıstanda  hasilat  sənayesi  ilə  bağlı  layihələrində 

qanunvericiliklə bağlı sənədləşmələri aparılmasına rəhbərlik edib.

2006-cı ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

2009-cu ildən “Hüquqi düşüncə” İctimai Birliyinin sədri və layihə direktoru vəzifəsində işləyir.

Ətraf mühit hüququ, Qlobal ekoloji hüquq üzrə Azərbaycanda və xaricdə nəşr olunan 24 tədqiqat əsərinin 

müəllifi  və  ya  müəlliflərindən  biriyəm.  Azərbaycanda  və  xaricdə  hüquq  və  siyasət  mövzusunda  35 

məqaləm dərc olunub. Qazaxıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda beynəlxalq ekspert kimi 

beynəlxalq və milli ekoloji hüququn müxtəlif sahələri üzrə treninqlər aparıb. 

Milli Məclisdə müstəqil ekspert kimi 5 qanunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyində müstəqil 

ekspert kimi 1 Dövlət Proqramının və 18 Nazirlər Kabinetinin hazırlanmasında iştirak edib.

Ailəlidir, bir oğlu və bir qızı var.

Namizədliyini özü irəli sürüb. 

Selcan Zeynal qızı Məmmədli 

17 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 

1997-2001-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  bakalavr 

pilləsində,  2001-2003-cü  illərdə  magistratura  pilləsində  təhsil  alıb.  Bir  sıra 

layihələrdə  hüquq  məsləhətçisi  kimi  çalışıb.  BDU-nun  hüquq  fakültəsinin 

“Cinayət prosesi və kriminalistika” kafedrasının aspirantıdır. Hüquq sahəsində bir 

sıra elmi və publisistik məqalələrin müəllifi, eləcə də iki kitabın həmmüəllifidir. 

2006-2008-ci illərdə ADİSAD hüquq firmasında hüquqşünas işləyib. 

2006-2008-ci  illərdə  Amerika  Hüquqşünaslar  Assosiasiyasının  (ABA  CEELİ 

Bakı Ofisində layihə rəhbəri vəzifəsində çalışıb.

2008-2009-cu illərdə ABŞ-ın ali təhsil müəssisələrindən birində təhsil alıb. Hazırda müstəqil hüquqşünas 

kimi fəaliyyət göstərir.



Namizədliyi Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən irəli sürülüb. 

Şahbaz Xudu oğlu Əliyev

24 iyun 1968-ci ildə Yardımlı rayonunda anadan olub. 

1993-1995-ci illərdə isə Xarici Dillər Universitetinin yayında xarici dillər 

(ingilis) kursunda ali təhsil alıb. 

1999-cu ildə Təfəkkür Universitetinin hüquq fakültəsində bitirib. 

2002-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə 

magistraturasını bitirib. 

1992-ci ildə “Qanun” jurnalında müxbir, 1994-cü ildə redaktor müavini 

vəzifələrində çalışıb. 1995-ci ildən  həmin jurnalın baş redaktorudur. 

Ailəlidir, bir oğlu və bir qızı var.



Namizədliyi “Qanun” jurnalı tərəfindən irəli sürülüb. 


Şəfa Məhəmmədəli qızı Camalzadə

6 may 1981-ci ildə Cəbrayıl rayonunda anadan olub. 

1999-2003-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsinin  bakalavr 

pilləsində,  2003-2005-cü  illərdə  magistratura  pilləsində  təhsil  alıb.  2004-2005-ci 

illərdə  “Advokat  Servis”  hüquq  firmasında  və  Hüquq  Maarifçiliyi  Cəmiyyətində 

hüquqşünas kimi çalışıb. 

2005-2006-cı illərdə ABŞ-ın Ştat Məhkəmələri Üzrə Milli Mərkəzin Azərbaycanın 

Qanunvericilik Bazası Layihəsində hüquqşünas redaktor kimi fəaliyyət göstərib.

2006-cı  ildən  ABA-CEELL-nin  Hüquqi  Yardım  Mərkəzində  hüquqşünas 

vəzifəsində çalışır. 

2009-cu ildən Vəkillər Kollegiyasının üzvüdür. 

Ailəlidir, bir qızı var. 



Namizədliyi Selcan Məmmədli tərəfindən irəli sürülüb. 

Vidadi Mircamal oğlu Mirkamal 

1954-cü ildə Gəncə şəhərində anadan olub. 

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini bitirib. 

1978-2001-ci  illərdə  hüquq  fakültəsinin  baş  müəllimi,  1990-1992-ci  illərdə 

hüquq fakültəsində dekan  müavini işləyib. 1992-2000-ci illərdə Azərbaycan 

Respublikasının  İqtisad  Məhkəməsinin  sədrinin  müavinin,  təsərrüfat 

mübahisələrinin həlli üzrə kollegiyanın sədri işləyib. 

2000-ci ildən indiyədək “Arbitr” hüquq şirkətinin prezidentidir. 

Mülki  prosessual  hüquq,  arbitraj  prosesi,  təsərrüfat  hüququ  üzrə  50-dək  elmi  əsərləri  vardır.  “Arbitraj 

prosesi”,  “Müqavilə  hüququ”,  “Kommersiya  hüququ”,  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsinin elmi-praktiki kommentariyası” kitablarının müəlliflərindən biridir.

Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsi Sədrinin birinci müavinidir.

İstefada olan ədliyyə generalıdır. Evlidir, 2 oğlu və 1 qızı var. 

Evlidir, iki oğlu, bir qızı var. 

Ailəlidir, bir oğlu, bir qızı var.

Namizədliyini özü irəli sürüb. 

Zaur Araz oğlu Qurbanlı

12 yanvar 1987-ci ildə doğulub. 

2003-2007-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsində 

bakalavr pilləsində təhsil alıb. 

2008-2009-cu  illərdə  Sumqayıt  şəhər  məhkəməsində  Məhkəmə  icraçıları 

şöbəsində çalışıb. 



2010-cu ildən “Unibank” ASC KB-da hüquqşünas vəzifəsində çalışır. 

Namizədliyi Aynur Cəfərova tərəfindən irəli sürülüb. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə