Azərbaycan Kənd İnvestisiya Layihəsi



Yüklə 12,09 Kb.
tarix26.11.2017
ölçüsü12,09 Kb.
#12902

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi

Mövzu: Donorla əməkdaşlıq

Təqdimatçı: Həqiqət Babayeva, Bərdə rayonu Soğanverdilər İQ sədri

Fasilitatorlar: Yeganə Məmmədova, Muğan-Salyan RƏO, KH Təlimçi

Nigar Həsənova, Muğan-Salyan RƏO, KH Səfərbərçi;

Anar Həsənov, AzKİL2 Naxçıvan RƏO, Ofis meneceri;

Tarix: 24 sentyabr 2013

İcma: Bərdə rayonu, Soğanverdilər icması
İlk sözə Bərdə rayon Soğanverdilər İQ-nin sədri Həqiqət Babayeva başlayaraq iştirakçıları və gələn qonaqları salamladı, seminarın gedişatına uğurlar arzuladı. Bundan sonra fasilitatorlar tərəfindən qısa tanışlıq aparıldı.

Soğanverdilər İQ və Monitorinq Qrup üzvləri ilə qonaqlar arasındakı tanışlıqdan sonra, təlimçi Yeganə Məmmədova qeyd etdi ki, bu sonuncu icma səfərimizdir və fasilitator “Donorla əməkdaşlıq” mövzusu haqqında iştirakçılara məlumat verdi. Fasilitator mövzu haqqında iştirakçılara qısa bir məlumat verib, mövzunu iştirakçıların müzakirəsinə ötürdü.

İQ sədri Həqiqət Babayeva qeyd etdi ki, Soğanverdilər icması artıq AzKİL-lə ikinci layihəsini də yüksək keyfiyyətlə başa çatdırıbdır. O, qeyd etdi ki, ikinci "İçməli su təminatı" layihəsini mövcud arteziandan kənd arasına boru xətlərinin çəkilməsi və bulaqların tikilməsi ilə, AzKİL ilə Əlavə Maliyyələşdirmə dövründə həyata keçirdikləri ilk "Yolun bərpası" layihəsini isə qum-çınqılın bərbad vəziyyətdə olan yollara verilməsi yolu ilə həll etdiklərini geniş şəkildə izah etdi. AzKİL-lə əməkdaşlıq icmanın həyatında psixoloji və mənəvi dəyişikliklərə, insanlarda özünə inama səbəb oldu. Həqiqət xanım qeyd etdi ki, AzKİL ilə II qrup icma kimi əməkdaşlığa başlayan icma hal-hazırda birinci qrup icma kimi digər donorlarla da geniş əməkdaşlıq edir. AzKİL icmalara yalnız problem həll etmir, problemlərin həllini tapmaq, həll yollarını təhlil etmək bacarığını aşılayır.

Naxçıvan RƏO-nun mühəndisi H. Əliyev bildirdi ki: “Donorla əməkdaşlıq edərkən ilk növbədə donorun fəaliyyətinə uyğun müraciət etmək lazımdır.” Naxçıvan RƏO-nun ofis meneceri Anar Həsənov qeyd etdi ki, donorla işləmək üçün donor haqqında geniş məlumat almaq və onun hansı sahələr üzrə vəsait ayırmasını dəqiq öyrənmək lazımdır. Ondan sonra donorlara müraciət etmək olar. Düzgün ünvanlanan müraciətin ilk uğurlu addım olduğunu vurğulayan Anar Həsənov, layihə başa çatdıqdan sonra da dayanıqlığın qorunmasının donorla gələcək əməkdaşlıqda çox vacib olduğunu iştirakçıların nəzərinə çatdırdı.


Nəticələr:

  • Donorlara fəaliyyətinə uyğun müraciətin edilməsi;

  • Donorla işləmək bacarıqlarının mənimsənilməsi;

  • Donorlar qarşısında olan icma öhdəliklərinə vaxtında əməl edilməsi;


Sual-cavab:

Sual: Abdulla Həsənov, Babək rayonu Məzrə icması

Necə oldu ki, siz AzKİL2 ilə təkrar əməkdaşlıq etdiniz?


Cavab: Mustafa Mehdiyev, Bərdə rayonu Soğanverdilər icması

AzKİL ilə bizim ilk əməkdaşlığımız çox uğurlu alındı və biz növbəti layihəni həyata keçirdik. Bizim İcma Orupumuz çox fəal olduğuna görə biz yenidən AzKİL-ə müraciət etdik və nəticədə ikinci layihəni də əldə edə bildik.


Sual: Ramin Paşayev, Culfa rayonu Xanəgah İQ üzvü

AzKİL ilə əməkdaşlığa ilk dəfə necə başladınız?


Cavab: Malik Kərimov, Bərdə rayonu Soğanverdiər icması

AzKİL ilə ilk əməkdaşlıq üçün ilk dəfə qonşu icmalardan layihə haqqında məlumat aldıq, sonra isə bizim zonamızda yerləşən RƏO-ya dəfələrlə müraciət etdik. Müraciətimiz cavabsız qalmadı və İlkin İcma Qiymətləndirməsindən sonra AzKİL ilə əməkdaşlığımız başladı.


Sual: Məmmədəli Əlinağıyev, Masallı rayonu Güllütəpə Bələdiyyə sədri

İlk dəfə icmaya elan edəndə ki, AzKİL-in əməkdaşları gələcək, icma necə yığışdı?


Cavab: Əlif İbrahimov, Bərdə rayonu Soğanverdilər icması

Biz ilk dəfə əməkdaşlığa başlayanda icmanın fəalları ilə bir araya gəldik və icmanı səfərbər etdik və icmanın böyük bir kütləsini kənd mərkəzinə yığdıq, sonra isə layihənin əməkdaşları ilə birlikdə uğurlu böyük səfərbərlik tədbiri keçirdik.


Sual: Sevil Kərimova, Culfa rayonu Camaldın icması

İndiyə kimi hansı təşkilatlarla əməkdaşlıq etmisiniz?


Cavab: Hürü Məmmədova, Bərdə rayonu Soğanverdilər İQ üzvü

CHF, BXK, Uşaqları Qoruyun Beynəlxaq Təşkilatları ilə tikinti layihələri həyata keçirmişik.
Yüklə 12,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə