Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
  1   2   3   4   5   6   7   8   9


 

 

 

 

 

 

 

Azərbaycan “manat”ının performansı və 

2017-ci  il məzənnə proqnozu  

 

 

Rəşad Həsənov 

 

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 

Cəfər Cabbarlı 44, 

Bakı, Az 1065, 

Azərbaycan 

 

Phone; (99412) 597-06-91 

Email; 

info@cesd.az

 

URL; 

www.cesd.az

 

CESD Press 

Bakı, Yanvar, 2017 

 

 


 



Mündəricat 



 

Giriş .............................................................................................................................................................. 3 

Ötən dövr ərzində “manat”ın performansı............................................................................................... 3 

2016-cı il ərzində “manat” ın məzənnəsinə təsir edən mühüm daxili və xarici faktorlar ..................... 6 

Qlobal iqtisadi faktorlar ......................................................................................................................... 6 

Daxili iqtisadi faktorlar .......................................................................................................................... 8 

Mərkəzi bankın pul siyasəti .................................................................................................................. 8 

Uçot faiz dərəcəsinin kəskin artırılması .............................................................................................. 9 

Mərkəzi Bankın manatla depozit hərracları ...................................................................................... 10 

Valyuta mübadiləsi haqqında ............................................................................................................ 11 

Tədiyə balansı ..................................................................................................................................... 12 

Valyuta bazarlarında təklif .................................................................................................................. 15 

Mərkəzi Bank intervensiyanı dayandırdı ........................................................................................... 15 

Neft Fondunun manatla aktivləri ...................................................................................................... 16 

Nağd valyuta sıtışında azalma ........................................................................................................... 17 

Kommersiya banklarının xarici borc öhdəlikləri sürətlə artır .......................................................... 18 

Neft ölkələri ilə müqayisədə Azərbaycan manatının performansı ........................................................ 19 

2017-ci il, “manat”ın məzənnəsi ............................................................................................................... 22 

Hökumət hərəkətə keçdi ....................................................................................................................... 23 

“Manat”ın dəyərsizləşməsi davam edəcək .......................................................................................... 24 

İstinadlar .................................................................................................................................................... 26 

 

 



 

 

 

 

 

 

 

 

 


 



Giriş 

 

20  il  ərzində  (1995-2014)  sabit  məzənnə  rejiminin  mövcudluğu  Azərbaycanda  hökumət 



və  biznes  də  daxil  olmaqla  bütün  digər  maraq  qrupları  üçün  müdafiəsiz  valyuta  mövqeyinin 

formalaşmasına  səbəb  olmuşdu.  Baxmayaraq  ki,  2014-cü  ilin  inkinci  yarısından  etibarən 

“manat”  üzərində  təzyiqlər  artmağa  başlamışdı,  Mərkəzi  Bank  və  hətta  hökumət  bütövlükdə 

prosesləri  qavramaqda  çətinlik  çəkir  və  bu  səbəbdən  də  əksər  hallarda  cəmiyyətə  güvənverici 

mesajlar ötürülürdü. Lakin, sonrakı proseslər problemin dərinliyini və həyata keçirilən monetar, 

fiskal  və  məzənnə  siyasətinin  uzunmüddətli  dövrdə  effektivsizliyini  ortaya  qoydu.  Biznes, 

vətəndaş o cümlədən dövlətə məxsus müəssisələr ciddi maliyyə itkiləri ilə üz-üzə qaldı. Ölkənin 

maliyyə dayanıqlığı üçün ciddi risklər yarandı.  

Mərkəzi  Bankının  2015-ci  il  üçün  pul  və  maliyyə  sabitliyi  siyasətinin  əsas  istiqamətləri 

barədə  bəyənatında  “Manatın  məzənnəsinin  sabitliyi  növbəti  ildə  mühüm  prioritetlərdən  biri 

olacaqdır”

1

  məzənnə  siyasəti  olaraq  vəd  edilsə  də  cəmi  2  ay  sonra  milli  valyutanın  25.7% 



devalvasiya  qərarı  qəbul  edildi.  21  dekabr  2015-ci  il  tarixli ikinci  32.3%-lik  devalvasiya  qərarı 

“manat”ı  ilin  ən  zəif  performanslı  valyutası  statusuna  yüksəltdi.  Beləliklə  il  ərzində  “manat” 

49.6% dəyərini itirdi.  

 “Manat  nə  vaxta qədər ucuzlaşacaq? Mərkəzi  Bankın  məzənnə  siyasəti nələri vəd edir?  

Liberal  məzənnə  rejimində  nələr  baş  verə  bilər?”  və  s.  kimi  suallar  hazırda  bütün  maraq 

qruplarının  cavab  axtardığı  mühüm  məqamlardır.  Sonrakı  bölümlərdə  bu  suallara  cavab 

axtarmağa çalışacağıq.  

 

Ötən dövr ərzində “manat”ın performansı 

 

2014-cü  ilin  ikinci  yarısından  etibarən  neft  qiymətlərinin  kəskin  ucuzlaşması  fonunda 



milli valyuta “manat” ciddi şəkildə dəyərini itirib. Beləki, 2015-ci ilin fevral dekabr aylarında 2 

dəfə  kəskin  devalvasiyalar  edilib  və  nəticədə  həmin  il  “manat”  49.6%  dəyərini  itirib.  Yuxarıda 

da  qeyd  edildiyi  kimi  bu  hal  Mərkəzi  Bankın  sabit  məzənə  vəd  etdiyi  il  ərzində  baş  verib  ki, 

nəticədə  bu  qurum  (Mərkəzi  Bank)  ölkə  ictimaiyyətində  və  xüsusi  ilə  də  maliyyə  bazarlarında 

reputasyasını kəskin itirib. Beləliklə də ölkənin pul və məzənnə siyasətinə cavabdeh olan qurum 

komunikasiya imkanları hesabına maliyyə bazarlarına təsir gücünü itirib. 

                                                           

1

Azərbaycan Respublikası Mərkəzi Bankı,



Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə 

sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017  

http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf

 



Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə