Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
  1   2   3   4   5   6   7   8   9


 

 

 

  

 

 

 

Azərbaycan “manat”ının performansı və 

2017-ci  il məzənnə proqnozu  

 

 

Rəşad Həsənov 

 

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 

Cəfər Cabbarlı 44, 

Bakı, Az 1065, 

Azərbaycan 

 

Phone; (99412) 597-06-91 

Email; 

info@cesd.az

  

URL; 

www.cesd.az

 

CESD Press 

Bakı, Yanvar, 2017 

 

 


 



Mündəricat 



 

Giriş .............................................................................................................................................................. 3 

Ötən dövr ərzində “manat”ın performansı............................................................................................... 3 

2016-cı il ərzində “manat” ın məzənnəsinə təsir edən mühüm daxili və xarici faktorlar ..................... 6 

Qlobal iqtisadi faktorlar ......................................................................................................................... 6 

Daxili iqtisadi faktorlar .......................................................................................................................... 8 

Mərkəzi bankın pul siyasəti .................................................................................................................. 8 

Uçot faiz dərəcəsinin kəskin artırılması .............................................................................................. 9 

Mərkəzi Bankın manatla depozit hərracları ...................................................................................... 10 

Valyuta mübadiləsi haqqında ............................................................................................................ 11 

Tədiyə balansı ..................................................................................................................................... 12 

Valyuta bazarlarında təklif .................................................................................................................. 16 

Mərkəzi Bank intervensiyanı dayandırdı ........................................................................................... 16 

Neft Fondunun manatla aktivləri ...................................................................................................... 16 

Nağd valyuta sıtışında azalma ........................................................................................................... 18 

Kommersiya banklarının xarici borc öhdəlikləri sürətlə artır .......................................................... 19 

Neft ölkələri ilə müqayisədə Azərbaycan manatının performansı ........................................................ 19 

2017-ci il, “manat”ın məzənnəsi ............................................................................................................... 22 

Hökumət hərəkətə keçdi ....................................................................................................................... 23 

“Manat”ın dəyərsizləşməsi davam edəcək .......................................................................................... 25 

İstinadlar .................................................................................................................................................... 26 

 

 



 

 

 

 

 

 

 

 

 


 



Giriş 

 

20 il ərzində (1995-2014) sabit məzənnə rejiminin mövcudluğu Azərbaycanda hökumət və 



biznes  də  daxil  olmaqla  bütün  digər  maraq  qrupları  üçün  müdafiəsiz  valyuta  mövqeyinin 

formalaşmasına səbəb olmuşdu. Baxmayaraq ki, 2014-cü ilin inkinci yarısından etibarən “manat” 

üzərində  təzyiqlər  artmağa  başlamışdı,  Mərkəzi  Bank  və  hətta  hökumət  bütövlükdə  prosesləri 

qavramaqda  çətinlik  çəkir  və  bu  səbəbdən  də  əksər  hallarda  cəmiyyətə  güvənverici  mesajlar 

ötürülürdü. Lakin, sonrakı proseslər problemin dərinliyini və həyata keçirilən monetar, fiskal və 

məzənnə  siyasətinin  uzunmüddətli  dövrdə  effektivsizliyini  ortaya  qoydu.  Biznes,  vətəndaş  o 

cümlədən  dövlətə  məxsus  müəssisələr  ciddi  maliyyə  itkiləri  ilə  üz-üzə  qaldı.  Ölkənin  maliyyə 

dayanıqlığı üçün ciddi risklər yarandı.  

Mərkəzi  Bankının  2015-ci  il  üçün  pul  və  maliyyə  sabitliyi  siyasətinin  əsas  istiqamətləri 

barədə  bəyənatında  “Manatın  məzənnəsinin  sabitliyi  növbəti  ildə  mühüm  prioritetlərdən  biri 

olacaqdır”

1

  məzənnə  siyasəti  olaraq  vəd  edilsə  də  cəmi  2  ay  sonra  milli  valyutanın  25.7% 



devalvasiya  qərarı  qəbul  edildi.  21  dekabr  2015-ci  il  tarixli ikinci  32.3%-lik  devalvasiya  qərarı 

“manat”ı  ilin  ən  zəif  performanslı  valyutası  statusuna  yüksəltdi.  Beləliklə  il  ərzində  “manat” 

49.6% dəyərini itirdi.  

 “Manat nə  vaxta qədər  ucuzlaşacaq? Mərkəzi Bankın  məzənnə  siyasəti nələri vəd edir?  

Liberal məzənnə rejimində nələr baş verə bilər?” və s. kimi suallar hazırda bütün maraq qruplarının 

cavab  axtardığı  mühüm  məqamlardır.  Sonrakı  bölümlərdə  bu  suallara  cavab  axtarmağa 

çalışacağıq.  

 

Ötən dövr ərzində “manat”ın performansı  

 

2014-cü ilin ikinci yarısından etibarən neft qiymətlərinin kəskin ucuzlaşması fonunda milli 



valyuta “manat” ciddi şəkildə dəyərini itirib. Beləki, 2015-ci ilin fevral dekabr aylarında 2 dəfə 

kəskin devalvasiyalar edilib və nəticədə həmin il “manat” 49.6% dəyərini itirib. Yuxarıda da qeyd 

edildiyi kimi bu hal Mərkəzi Bankın sabit məzənə vəd etdiyi il ərzində baş verib ki, nəticədə bu 

qurum (Mərkəzi Bank) ölkə ictimaiyyətində və xüsusi ilə də maliyyə bazarlarında reputasyasını 

                                                           

1

 Azərbaycan Respublikası Mərkəzi Bankı,



 “

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və 

maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017  

http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf

  



Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə