“Azərbaycan məktəbi” 2017/3 heydəR ƏLİyev və azərbaycan təHSİLİNİn miLLİLƏŞDİRİLMƏSİ



Yüklə 217,22 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü217,22 Kb.
#57176


“Azərbaycan  məktəbi” 2017/3

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN 

TƏHSİLİNİN  MİLLİLƏŞDİRİLMƏSİ 

STRATEGİYASI

Cəfər Cəfərov,

Azərbaycan Dövlət Pedaqoji  Universitetinin  rektoru

,

professor

Təhsil sahəsi xalqımızın  bu günü,  millətimizin,  dövlətimizin  gələcəyi  üçün  ən  vacib 

bir sahədir.

Heydər Əliyev 

Ümummilli lider

Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər  Əliyevin  görkəmli  dövlət  xadimi 

kimi  fəaliyyəti  ictimai  həyatın  bütün 

sahələrində  -   iqtisadiyyatda,  mədəniyyətdə, 

elm  və  təhsildə,  təsərrüfatda,  ictimai  şüurda 

sərbəstlik,  azadlıq  və  müstəqillik  ideyaları­

nın  formalaşdırılmasına  yönəlmişdir.  Bu 

ideyaların  həyata  keçməsi  Azərbaycanın 

müstəqil  dövlət  kimi  formalaşmasının  ideya 

bazasını  təmin  etmişdir.  Ulu  öndərin  zəngin 

nəzəri  irsində  və  fəaliyyətində  təhsil 

məsələləri  də önəmli  yer tutur.

Böyük rəhbər bütün fəaliyyəti  boyu təhsil 

sahəsinə  diqqət  və  qayğısını  əsirgəməmiş, 

cəmiyyətdə  yüksək  bilikli,  intellektual  və 

elitar təbəqənin  formalaşmasına  çalışmışdır. 

Görkəmli  dövlət  xadimi  deyirdi:  “Hər  bir 

dövlət  əgər  istəyirsə  ki,  öz  ölkəsinin  inkişa­

fını  təmin  etsin,  öz  millətinin  elmini, 

mədəniyyətini  dünya  standartlarına  çatdır­

sın,  o  mütləq,  hər  şeydən  çox,  təhsilə  fikir 

verməlidir,  təhsilin  inkişafına  səy  göstərmə­

lidir,  təhsil  üçün  bütün  imkanları  yaratmalı­

dır”.

Təsadüfi  deyildir  ki,  Heydər  Əliyevin 



respublikaya  birinci  dəfə  rəhbərlik  etdiyi 

1969—1982-ci illər həm də Azərbaycan elmi­

nin,  təhsilinin  intibah  dövrü  kimi  xatırlanır. 

Ulu  öndərin  şəxsi  təşəbbüskarlığı,  qətiyyəti 

və  iradəsi  nəticəsində həmin  illərdə  700-dən 

artıq məktəb binası tikilərək istifadəyə veril­

mişdir.  Bu  illərdə  respublikada  ali  təhsil 

müəssisələrinin  sayı  12-dən  17-yə,  burada 

təhsil alan tələbələrin sayı isə 70 mindən  100 

minə çatmışdır.  Böyük rəhbərin  70-ci  illərdə 

minlərlə  azərbaycanlı  gəncin  respublikamı­

zın  hüdudlarından  kənarda  yüksək  ali  təhsil 

almasına,  ixtisaslı kadr kimi  yetişməsinə hər 

cür kömək  göstərməsi  də onun  xeyirxahlığı­

nın  bariz  ifadəsidir.  Respublikaya  birinci 

rəhbərliyi  dövründə  10  mindən  artıq  gənci 

keçmiş  SSRİ  respublikalarının  ali  məktəb­

lərinə təhsil almağa göndərən Heydər Əliyev 

yüksək  ixtisaslı  və  peşəkar  kadrların  hazır­

7



lanması,  dövlət  idarəçiliyi  sisteminin  sağ- 

lamlaşdınlması  məsələlərinə  ciddi  fikir  ver­

mişdir.

O  illərdə  Heydər  Əliyev  Azərbaycanda 



bir  sıra  yeni  ixtisaslar  üzrə  -   informasiya 

texnologiyaları,  beynəlxalq  hüquq,  beynəl­

xalq  münasibətlər,  aviasiya  və  s.  mütəxəssis 

hazırlayan ali məktəblərin olmadığını nəzərə 

alaraq 

minlərlə 



azərbaycanlı 

gəncin 


Moskva,  Kiyev,  Minsk  və  başqa  şəhərlər­

dəki  nüfuzlu  ali  məktəblərə  göndərilməsini 

təmin etmişdir.

Ümummilli  lider  Heydər  Əliyev  həmişə 

təhsilə,  tərbiyəyə  strateji  sahə  kimi  baxmış­

dır:  “Təhsil  sahəsi  xalqımızın  bu  günü, 

millətimizin,  dövlətimizin  gələcəyi  üçün  ən 

vacib  bir  sahədir”.  Heydər  Əliyev  insan 

hüquq və azadlıqlarının təminatı baxımından 

vətəndaşların  təhsil  hüququnun  reallaşdırıl- 

masına böyük  önəm  vermişdir.  Təhsil  hüqu­

qu  1995-ci  il  12  noyabrda  ümumxalq  səs­

verməsi  yolu  ilə  qəbul  olunmuş  Konstitusi­

yada  təsbit  edilmişdir.  Dövlət  vətəndaşların 

pulsuz  icbari,  ümumi  və  orta  təhsil  almaq 

hüququnu  təmin  edir.  Konstitusiyanın  bu 

müddəası  Azərbaycan 

Respublikasında 

təhsil  fəaliyyətinin  əsas  prinsipidir.

Ulu öndər Heydər Əliyev  hər bir şagirdin 

fənləri mükəmməl bilməsini vacib sayırdı.  O 

deyirdi:  “Bizim uşaqlarımız, gənclərimiz hər 

bir fənni  bilməlidirlər və  xüsusən  o  fənlərdə 

ki,  ixtisaslaşmaq  istəyir,  onu  daha  da  yaxşı 

bilməlidirlər...  Amma  orta  məktəblər  üçün 

bizim  bir  neçə  şərtlərimiz  vardır,  onları 

həyata  keçirməlidirlər. Ana dilini  bilməlidir­

lər,  ədəbiyyatımızı  bilməlidirlər,  bizim  tari­

ximizi  bilməlidirlər,  bizim  mədəniyyətimizi 

bilm əlidirlər”.  Təhsilin  məzmunca  milli 

müstəqilliyimizin  prinsiplərinə  uyğunlaşdı-

Azərbaycan Respublikası  Təhsil Nazirliyi

rılmasında  humanitar  fənlərin,  xüsusən 

Azərbaycan  dilinin,  tarixinin  və  ədəbiyya 

tmın  tədrisinin  mahiyyətcə yeniləşməsini  də 

dahi  rəhbər çox vacib  şərt saymışdır.

Milli  təhsilimizin  böyük  hamisi  ilk 

gündən  bu  sistemdə  islahatların  təkamü 

yolu  ilə  aparılması  tərəfdarı  kimi  çıxış 

etmişdir:  “Təhsil sistemi  elə bir sistemdir ki 

burada heç bir inqilabi dəyişiklik ola bilməz 

Ümumiyyətlə,  bizim  həyatımızın  bütün 

sahələrində  dəyişikliklər  təkamül  xarakteri, 

tədrici  dəyişikliklər  xarakteri  daşıyır.. 

Təhsil  qanunu  elə  bir  qanundur  ki,  təhsil 

islahatları  elə  islahatlardır  ki,  iqtisadiyyat 

dan,  maliyyədən,  başqa  sahələrdən  fərqli 

olaraq,  bunda  bütün  cəmiyyətin  iştirak: 

lazımdır”.

1998-ci  ildə  imzaladığı  “Azərbaycan 

Respublikasında  təhsil  sahəsində  islahatlar 

üzrə 

Dövlət 


Komissiyası 

haqqında” 

sərəncamda  müstəqil  Azərbaycanın  təhsil 

sistemində  beynəlxalq  standartlara  uyğur 

islahatların  həyata  keçirilməsi,  təhsilin  inki 

şafı  və  onun  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi,  Avropa  təhsil  məka­

nına  inteqrasiyanın  təmin  edilməsi  kimi 

mühüm  vəzifələr  önə  çəkilmişdir.  15  iyun 

1999-cu  il  tarixdə  ulu  öndər  tərəfindən 

təsdiq  olunmuş  “Azərbaycan  Respublika­

sında  Təhsil  İslahat  P roqram f’nın  əsas 

mahiyyətini  isə təhsil  sistemində islahatların 

təkamül  yolu  ilə  getməsi,  dünya təhsil  siste­

minin  Azərbaycanın  milli  xüsusiyyətləri  ilə 

əlaqələnməsi  məsələləri  təşkil  edir.

Dövlət  başçısı  kimi  Heydər  Əliyevin 

“Azərbaycan Respublikasında təhsil  sistemi­

nin  təkmilləşdirilməsi  haqqında”  13  iyun 

2003-cü  il  tarixli  fərmanı  isə  təhsil  sistemi­

nin  əsaslı  şəkildə  təkmilləşdirilməsinə.

8



“Azərbaycan  məktəbi” 2017/3

idarəetmənin  müasir  prinsiplər  üzrə  təşki­

linə,  onun beynəlxalq standartlara uyğunlaş- 

dırılmasına  və  dünya  təhsil  sisteminə  inteq­

rasiyasına  zəmin  yaratmışdır.  Ulu  öndərin 

layiqli  davamçısı  Prezidentimiz  İlham 

Əliyev  təhsil  sahəsində  yeniliyə,  inkişafa 

nail  olmaq  və  intellektuallığı  artırmaq  üçün 

bir çox fərmanlar, sərəncamlar imzalamışdır.

Azərbaycan  Respublikası  Konstitusi­

yasının  qəbul  olunması  ilə  müstəqillik 

yolunda  ilk  addımlarını  atan  Azərbaycan 

bütün 

sahələrdə, 



cümlədən 

təhsil 

sahəsində  ümumi  siyasətin  zəruri  prioritet 



istiqamətlərini  müəyyənləşdirdi.  Ulu  öndər 

Heydər Əliyev ölkənin təhsil  sahəsində milli 

siyasətin  müəyyənləşdirilməsi  ilə  bağlı  öz 

töhfələrini  verdi.  O,  Azərbaycanın  inkişaf 

etdirilməsi və müasir dünyadakı mövqeyinin 

möhkəmləndirilməsi  məqsədilə  Təhsil  İsla­

hatı  Komissiyasının  iclasında  çıxış  edərək 

bildirdi ki, “İndi bizdə təhsil  sistemində isla­

hatların  məqsədi 

ondan 


ibarətdir  ki, 

Azərbaycanın təhsil sistemi  dünya təhsil  sis­

teminin  standartları  ilə uyğunlaşsın”.

Həmin  dövrdə  qəbul  olunmuş  İslahat 

Proqramında bu fikir prioritet istiqamət kimi 

əsas  götürülməklə  fəaliyyətlərin  əsasına 

gətirildi.  Artıq  ilk  dəfə  olaraq  dövlətin  isla­

hatçılıq  fəaliyyətinin  didaktik  əsasını  təşkil 

edən  prinsiplər  qəbul  edildi.  “Demokratik­

ləşdirmə,  humanistləşdirmə,  inteqrasiya, 

diferensiallaşdırma,  fərdiləşdirmə,  humani- 

tarlaşdırma  prinsiplərinə  əsaslanmaq  yeni 

təhsil sisteminin” mühüm vəzifələrindən biri 

kimi  İslahat Proqramına daxil edildi  və  isla­

hatların  aparıldığı  dövrdə  praktik  olaraq 

həmin prinsiplərin reallaşdırılması  istiqamə­

tində  işlər görüldü.  Bu  ideya  aparıcı  bir xətt 

kimi davam etdirilməklə 2009-cu ildə Təhsil

Qanununda bir daha təsbit olundu.

Təbii  ki,  hər bir milli təhsilin mərkəzində 

məktəb,  təhsil  sektorları  dayanır.  Bu  baxım­

dan  ümummilli  liderimiz  Heydər  Əliyevin 

məktəb  haqqında  fikirlərini  xatırlatmaq 

yerinə düşər:  “Məktəbdə insanın dünyagörü­

şünün bünövrəsi qoyulur, onun xarakteri for­

malaşır,  ideya  dayaqlarının,  mənəvi  və 

əxlaqi  dayaqların  təməli  yaradılır.  Məktəbin 

təsiri  altında  əqidəliliyi,  əməyə  məhəbbət, 

yüksək  mənəviyyat  və  humanizm,  vətən­

pərvərlik  və  beynəlmiləlçilik  kimi  zəruri 

keyfiyyətləri  tərbiyə  edilir.  Məktəbdə  insa­

nın  baxışları,  arzu  və  istəkləri  formalaşır, 

onun  rəhbər  tutduğu  mənəvi  meyarlar  bir 

çox  cəhətdən müəyyənləşir”.

Nadir  zəka  sahibi  olan  Heydər  Əliyev 

həmişə  yeniliyin,  qabaqcıl  təcrübənin 

öyrənilməsinə  maraq  göstərmiş,  müdrik 

kəlamları  ilə  onu  təsdiqləmişdir:  “Dünya 

təcrübəsindən  Azərbaycanın  milli  xüsusiy­

yətlərinə  uyğun  olan  prinsiplər,  qaydalar 

təhsil  sistemimizə  tətbiq  edilməlidir.  Biz 

dünyanın  bütün  ölkələrində  -   Qərbdə  də, 

Şərqdə  də  əldə  olunmuş  nailiyyətləri 

dərindən öyrənməli  və onlardan Azərbaycan 

üçün  müsbət  xarakter  daşıyan  cəhətləri 

ölkəmizin  təhsil  sisteminə  tətbiq etməliyik”.

Azərbaycan  təhsilinin  inkişafı,  yüksəlişi 

orta  məktəb  üçün  pedaqoji  kadrlar  hazırla­

yan ADPU-nun  professor-müəllim  və  tədris 

yardımçı  heyətinin  üzərinə  böyük  yük 

qoyur, əsas hədəflərə doğru getməyin vacib­

liyini  qətiləşdirir.  2015-ci  ilin  noyabr  ayın­

dan  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyevin  sərəncamı  ilə  Azərbaycan 

Müəllimlər  İnstitutu  ADPU-ya  birləşdiril­

dikdən  və  Azərbaycan  Dövlət  Pedaqoji 

Kolleci  universitetin  tərkibinə  verildikdən

9



sonra  bu  ali  məktəbin  həyatında  zamanın 

tələblərinə uyğun  yeniləşmə  işlərinin  aparıl­

ması  zərurəti  aydın  duyulurdu.  Odur  ki, 

universitetdə aparılacaq islahat işlərinin əsas 

istiqamətləri belə müəyyənləşdirildi:  təhsilin 

təşkili  və  tədris  prosesinin  keyfiyyətinin 

yüksəldilməsi;  elmi  işlərin  təkmilləşdiril­

məsi  və  inkişafı  istiqamətində  lazımi 

tədbirlər görülməsi;  insan resurslarının  inki­

şafı,  kadr  və  struktur  islahatlarının  həyata 

keçirilməsi;  maddi-texniki  bazanın  təkmil­

ləşdirilməsi  və  infrastrukturun  inkişafı.

Nəzərdə  tutulan  islahat  işlərinin  səmərəli 

şəkildə  həyata  keçirilməsini  təmin  etmək, 

idarəçiliyi  təkmilləşdirmək  üçün  universi­

tetdə  təxirəsalınmaz  struktur  dəyişiklikləri 

həyata  keçirildi.  Çağdaş  idarəçilik  prinsip­

lərinin  tələblərinə  uyğun  olaraq,  keçmiş 

kadrlar  şöbəsinin  əvəzinə,  funksiya  və  səla­

hiyyətləri  xeyli  genişləndirilmiş  insan  re­

sursları  şöbəsi,  tədris  hissəsinin  əvəzinə  isə 

tədrisin  idarə  olunması  və  təhsil  texnologi­

yaları mərkəzi yaradıldı.

Ali  məktəblə  orta  məktəblər  arasında 

əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsi, 

bu  əlaqələrin  keyfiyyətinin  yüksəldilməsi, 

pedaqoji təhsil sahəsində təlim-tərbiyənin və 

tədrisin  keyfiyyətinin  yüksəldilməsinə  nail 

olmaq  üçün  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetində  Bakı  şəhərinin  ümumtəhsil 

məktəblərinin direktorları ilə görüşlər keçiri­

lir.  Bilikli,  savadlı,  bacarıqlı  gənclərin 

ADPU-ya  cəlb  edilməsinə  nail  olmaq  üçün 

ADPU-da “Açıq qapı  günü” keçirilir.

Azərbaycan  Dövlət  Pedaqoji  Univer­

sitetində  tədris  prosesinin  təkmilləşdiril­

məsi,  təhsilalanların  və  təhsilverənlərin 

birgə  fəaliyyətinin yeni  metod  və vasitələrlə 

keyfiyyətli  nəticələr  əldə  edilməsinə  istiqa­

Azərbaycan Respublikası  Təhsil Nazirliyi

mətləndirilməsi  məqsədilə  bir  sıra  layihələr 

həyata  keçirilir.  Belə  layihələrdən  biri  də 

“Ustad  dərsləri”  layihəsidir.  ADPU-da 

həyata keçirilən “Ustad dərsləri” layihəsində 

ümumtəhsil 

məktəblərində 

çalışan, 

iş 

təcrübəsi  və  tədris  nəticələri  ilə  fərqlənən 



müəllimlərin  tədris  etdikləri  fənlər  üzrə 

ADPU-da uyğun fənnin tədrisi  metodikasın­

dan  ustad  dərsləri  aparmaları  nəzərdə  tutu­

lur.  Hazırda  həyata  keçirilən  bu  layihəyə 

qabaqcıl təcrübəsi,  yaradıcı  fəaliyyəti,  inno­

vativ  düşüncə  tərzi  ilə  ölkə  pedaqoji 

mühitində tanınan,  orta ümumtəhsil məktəbi 

müəllimlərinin  mövcud bazasında adları yer 

alan  əməkdar  müəllimlər,  2008-2015-ci 

illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsa­

biqəsinin  qalibləri,  orta  məktəb  müəllim­

lərinin  diaqnostik  qiymətləndirilməsi  zama­

nı  yüksək  nəticələr  əldə  edən,  m üxtəlif 

təltiflərə  layiq  görülən,  həmçinin  “2007- 

2015-ci  illərdə  Azərbaycan  gənclərinin 

xaricdə  təhsili  üzrə  Dövlət  Proqramı”  üzrə 

təhsil  almış müəllimlər cəlb  ediliblər.

Təhsil  Nazirliyinin  “Twining”  layihəsi 

çərçivəsində  hazırlanan  yeni  akkreditasiya 

qaydalarının  pilot  qiymətləndirilməsinin 

həyata  keçirilməsi  üçün  seçilən  3  ali  təhsil 

müəssisəsindən  biri  Azərbaycan  Dövlət 

Pedaqoji  Universitetidir.  Bu məqsədlə tədris 

ilinin  sentyabr,  oktyabr  və  noyabr aylarında 

universitetdə  Təhsil  Nazirliyinin Akkredita­

siya  və  Nostrifikasiya  İdarəsinin  əməkdaş­

ları,  layihə  üzrə  Finlandiyadan  və  Estoniya­

dan  gəlmiş  ali  təhsil  ekspertlərinin  iştirakı 

ilə  təlimlər  keçirilmiş  və  sonda  ADPU-nun 

özünüqiymətləndirmə  sənədi  hazırlanaraq 

layihə  rəhbərliyinə  təqdim  olunmuşdur. 

Plana 


əsasən,  cari 

ilin 


11-13 

aprel 


tarixlərində  ADPU-da  Özünütəhlil  hesabatı

10



“Azərbaycan  məktəbi” 2017/3

üzrə  Qiymətləndirmə  Qrupu  fəaliyyətə  baş­

lamış  və  ADPU-nun  özüniiqiymətləndirmə 

sənədi  xarici  ekspertlərin  də  cəlb  olunacağı 

qrup tərəfindən  dəyərləndirilmişdir.

Bütün  bunlardan  başqa,  “Sağlam  təhsil- 

sağlam  millət”  layihəsi  çərçivəsində  sağlam 

təhsil  prinsiplərinin  inkişafı  üçün  Azərbay­

can Dövlət Pedaqoji  Universitetində  “Sabah 

qrupları”nda  və  həmçinin  universitetin 

İbtidai  təhsil  fakültəsində  ibtidai  siniflər 

üçün  pedaqoji  kadr  hazırlığında  sağlam 

təhsil  prinsiplərinin  nəzərə  alınması  və 

zəruri 


tədbirlərin 

həyata 


keçirilməsi 

istiqamətində işlər görülür.  Belə ki, “Sağlam 

təhsil -  sağlam millət” layihəsinə uyğun ola­

raq  gələcək  ibtidai  sinif  müəllimlərini 

Sağlam təhsil  sinifləri  ilə əyani  şəkildə tanış 

etmək  məqsədilə  İbtidai  təhsil  fakültəsinin 

nəzdində  “Sağlam  təhsil  pedaqogikası 

mərkəzi”  və  “Sağlam  təhsil  auditoriyası” 

yaradılmışdır.

Təhsil  Nazirliyinin “Sağlam  təhsil -  sağ­

lam  millət”  layihəsinin  tədqiqi  vəziyyətinin 

monitorinqinin nəticələrinə dair hesabat ibti­

dai  təhsil  fakültəsində  “Uşaq  anatomiyası, 

fiziologiyası  və  gigiyenası”,  “Həyat  bilgisi 

və  onun  tədrisi  metodikası”,  “Fiziki  tərbiyə 

və  onun  tədrisi  metodikası”,  “Pedaqogika”, 

“İbtidai  təhsilin  pedaqogikası”,  “Tibbi 

biliklərin  əsaslan”  fənlərini  tədris  edən 

müəllimlərin  iştirakı  ilə  müzakirə  olunmuş, 

tədqiqatın  nəticələrindən  müvafiq  mühazirə

və  praktik  məşğələlərdə  istifadə  etmək 

tövsiyə  olunmuşdur.  “İbtidai  sinif müəllim­

liyi”  ixtisasında  həmin  fənlərin  tədrisində 

gələcək ibtidai sinif müəllimlərinə məktəbli­

lərin  sağlamlığı  və  sağlam  təhsil  texnologi­

yaları  ilə  bağlı  daha  geniş  məlumatların 

verilməsi nəzərdə tutulmuşdur.

Gələcəyin  qurucuları  olan  yeni  nəslin 

milli  ideologiyaya  yiyələnməsi  məktəbdən 

başlayır və  bu  işin  düzgün  təşkili  ölkə  üçün 

həyati  əhəmiyyətə  malikdir.  Ona  görə  də 

ümummilli  liderimiz  tövsiyə  edirdi:  “Milli 

ideologiyamızı  hər yerdə  tətbiq  etmək  üçün 

məktəblərdə  Azərbaycan  xalqının  tarixinin 

tədrisinə  çox  ciddi  fikir  vermək  lazımdır. 

Gənclərimiz  öz  tarixini,  öz  tarixi  keçmişini 

gərək  yaxşı  bilsinlər”.  Eyni  ciddi  vəzifələri 

ulu  öndər  Azərbaycanın  dövlət  atributları­

nın,  dilinin,  ədəbiyyatının,  mədəniyyətinin 

öyrənilməsi  sahələrinə  də  aid  etmişdir.

Hazırda 

Prezident 

İlham 

Əliyevin 



rəhbərliyi ilə Azərbaycanda təhsil sisteminin 

inkişafı  üçün  məqsədyönlü  işlər  görülür. 

Əminliklə  deyə  bilərik  ki,  Azərbaycan 

Dövlət  Pedaqoji  Universitetində  aparılan 

islahat  zəngin  ənənəyə,  ümumbəşəri  dəyər­

lərə  və  beynəlxalq  təcrübəyə  əsaslanır. 

Kollektivimiz  təhsil  quruculuğu  işini  uğurla 

başa  çatdıracaq,  ümummilli  lider  Heydər 

Əliyevin  müdrik  tövsiyələrini  bütünlüklə 

həyata keçirəcək.



11

Yüklə 217,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə