Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 176 Kb.
tarix14.09.2018
ölçüsü176 Kb.
#68275

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Fakultə: Tikinti-İqtisad

Kafedra: İqtisadi nəzəriyyə və Marketinq

Kurs işi

Mövzu: Əmtəə bazarının tədqiqinin xüsusiyyətləri

Tələbə: Babazadə Azər

Kurs: II

Qrup: 769 a

Rəhbər:

Kafedra müdiri: Ağayev A.


Bakı – 2010

Mündəricat
Giriş ……………………………………………………3

  1. Bazarın əmtəə strukturu ...........................……...5

  2. Bazar konyukturunun qiymətləndirilməsi .......12

  3. Bazar tutumu .......................................................20

Nəticə ............................................................................28

Giriş
Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir. Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir. İqtisadi həyatın ümumi formaları keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar. İqtisadi həyatın bu formaları və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və iqtisadi inkişaf səviyyəsi ilə səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və hadisələr vaxtaşırı dəyişirlər və təsərrüfat formalarının inkişafında təkamül yaradırlar.

Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. İqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır :



  1. Natural təsərrüfat

  2. Sadə əmtəə təsərrüfatı

  3. Kapitalist əmtəə təsərrüfatı

  4. Planlı əmtəə təsərrüfatı

Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə təşkili formasında istehsal ilə istehlakın həcmi üst-üstə düşür.

Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir. Torpaq sahibi olan mülkədarlar kəndlilərdən töycü olaraq ya məhsul, ya da pul alırdılar. Ntural təsərrüfatda məhsul tədavülə deyil, bilavasitə istehlak sferasına daxil olur. Bu, ictimai əmək bölgüsünün inkişaf etməməsi ilə bağlı idi. Natural təsərrüfatda istehsalçının şəxsi mülkiyyəti olan ibtidai, bəsit əmək alətlərindən istifadə olunurdu.

Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur :


  1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində fəaliyyət göstərən təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif sahələri yaranır.

  2. Mülkiyyət formaları. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması ilə xarakterizə olunur.

  3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi. İctimai əmək bölgüsünün nəticəsi olaraq istehsalçılar ayrı-ayrı məhsul istehsalı üzrə ixtisaslaşdıqlarına görə bu istehsalçıların başqa məhsullara olan ehtiyacı da artır.

  4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri. Satış və mübadilə üçün əmtəə istehsal edildiyinə görə hər bir istehsalçı bir-birindən xəbərsiz məhsul istehsal edir və onlar yalnız bazarda qarşılaşırlar. İstehsalçılardan kimin çox, kiminsə az məhsul istehsal edib mübadiləyə daxil etməsini müəyyən etmək çətindir. Onlar bir-biri ilə ancaq bazar vasitəsilə əlaqə saxlayırlar.


1.Bazarın əmtəə strukturu
Bazar tədqiqatı qarşıya qoyulan məqsədə nail olunması baxımından satışın müəyyən həcmdə reallaşdırılmasına və məhsullar üçün bazar axtarılmasına xidmət edir. Eynı zamanda bazarın axtarılması istiqamətində informasiya təminatçısı kimi çıxış edir.

Yuxarıda göstərilən məsələlər əmtəə bazarını əhatə edir. Bazar tədqiqatı ilk növbədə bazarın əmtəə strukturunun öyrənilməsini zəruri hesab edir. Tədqiqat prosesində hansı məsələlərin vacibliyinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bazar anlayışından əmtəələrin xarakterik xüsusiyyətlərinin müəyyən edilməsi kimi də istifadə edilir. Əmtəə bazarı dedikdə istehsal və istehlak xarakterli əlamətləri ilə müəyyənləşən əmtələrin və əmtəə qruplarının reallaşdırılması sferası başa düşülür.

Bazarın təsnifatlaşdırılması əmtəələrin maddi natural formaya malik olması ilə izah edilir. Tədqiqat prosesində istehlak məhsulları fərqləndirilir. Bazarın əmtəə strukturunun öyrənilməsi zamanı onların aşağıdakı səviyyələri fərqləndirilir :


  1. Ümumi qrup : qida məhsulları, şərab və şərab məhsulları, tütün məmulatları, qeyri-ərzaq məhsulları, uzunmüddətli istifadə məhsulları, xidmətlər ;

  2. Əmtəə (xidmətlər) qrupu üzrə : radio malları, geyim, mebel və s. ;

  3. Hər bir qrupdan olan əmtəə növləri üzrə : televizorlar, radio-video avadanlıqlar, geyim və geyim məhsulları ;

Əmtəə bazarının təsnifləşdirilməsinin müxtəlif və çoxsaylı əlamətləri mövcuddur. Bu və ya digər əlamətlərdən istifadə tədqiqatın məqsədindən asılıdır. Bazarın tədqiq olunması üçün birinci dərəcəli əhəmiyyətə malik olanların üzərində dayanaq.

Əmtəə bazarının ən mühüm əlamətlərindən biri onun müəyyən ərazini əhatə etmə dairəsidir. Tədqiqat zamanı daxili bazar xarici (dünya), regional (müəyyən ərazi qrupları) bazar çərçivəsində təhlil işi həyata keçirilir. Daxili və xarici bazarın tədqiq edilməsi strateji xarakter daşıyır və iri əmtəə qrupları üzrə həyata keçirilir. Əmtəə bazarının tədqiq edilməsi (iqtisadi rayon, respublika, şəhər və s. )zamanı bazarın vəziyyəti nəzərə alınır. Əmtəə bazarı əmtəələrin istifadə xarakterinə görə fərqləndirilir. Məsələn, istehlak xarakterli əmtəə bazarı fərdi istehlakçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqatlar zamanı istehlakçıların davranışı və onların zövqlərinə xüsusi diqqət yetirilir. İstehlak təyinatlı məhsulların xarakterik xüsusiyyəti istehsal prosesləri ilə sıx əlaqədardır. Bazarın tədqiq edilməsi zamanı alıcılarla məhsulların istehsalçıları arasında qarşılıqlı əlaqənin öyrənilməsinə xüsusi diqqət yetirirlər.

Bazarın təsnifatı istehlakçıların tələbatını ödəyən məhsulların xarakterik xüsusiyyətləri üzrə həyata keçirilir. Əmtəə bazarının tədqiqi edilməsinin ən mühüm xüsusiyyəti istehlakçıların tələbatının təmin edilmə səviyyəsinin öyrənilməsi ilə əlaqədardır.

Əmtəə bazarının tipləri əmtəələrin istifadə müddətləri üzrə fərqləndirilir :



  1. Uzunmüddətli istifadə malları

  2. Ortamüddətli istifadə malları

  3. Qısamüddətli (birdəfəlik) istifadə malları

Əmtəələrin bu cür təsnifləşdirilməsi məhsulların reallaşdırılması prosesi üçün vacibdir. Bazarın tədqiq edilməsi zamanı satışın və konkret məhsulun bölgüsünün daha səmərəli metodlarının öyrənilməsinə xüsusi diqqət yetirilir.

Müəssisələrin marketinq xidmətçiləri məhsulun satış bazarı ilə daim maraqlanırlar. Məhsulun satış bazarı – məcmu və regional bazarın tərkib hissəsidir. Bu və ya digər müəssisədə istehsal edilmiş məhsulun satışı müəyyən hədlərdə (topdan satış və pərakəndə satış) həyata keçirilir. Satış bazarı əmtəə bazarları çərçivəsində formalaşdırılır.

Ayrı-ayrı məhsulların satış bazarını şərti olaraq bir neçə hissəyə bölmək olar :


  • Əmtəə haqqında heç bir məlumata malik olmayan istehlakçılar ;

  • Məhsullar haqqında bu və ya digər məlumata malik olub, lakin onu ala bilməyən istehlakçılar ;

  • Bazarda bu və ya digər müəssisə ilə rəqabət aparan firmaların məhsullarını əldə edən istehlakçılar ;

  • Konkret müəssisənin istehsal etdiyi məhsulları alan istehlakçılar ;

Bu proses aşağıdakı sxemdə göstərilmişdir :



Məhsul haqqında məlumatı olmayanlar

Məhsul haqqında məlumatı olan, lakin onu əldə edə bilməyən istehlakçılar

Rəqabət aparan firmaların müştəriləri

Konkret müəssənin müştəriləri


Sxem 1. Ayrı-ayrı məhsulların satış bazarı
Sxemdə konkret müəssisənin bazardakı mövqeyi (xüsusi çəkisi) əyani olaraq göstərilmişdir. Bazarda müəssisənin istehsal etdiyi məhsulun satışının ümumi həcminin tutduğu xüsusi çəki araşdırılır.

Əmtəə bazarının tədqiqat obyekti bütövlükdə əhali kütləsi ilə xarakterizə edilir və bütün bunlar müşahidə obyekti (ölkə əhalisi, ayrı-ayrı regionlar, şəhərlər, istehlakçıların orta yaş qrupları və s.) hesab olunur.

Ayrı-ayrı məhsullar bazarının tədqiqat predmeti müəyyən iqtisadi və sosial şərtlər çərçivəsində bu məhsullara olan tələb və təklifin nisbəti ilə xarakterizə edilir. Əmtəə bazarının tədqiqat obyekti və predmeti haqqında baxışlar tədqiqatın problematikasını müəyyənləşdirməyə imkan verir.

Hər hansı əmtəə bazarının tədqiqi həmişə müəyyən problemin mövcud olması baxımından meydana çıxır və onun həll olunmasına doğru istiqamətlənir. Problemin və tədqiqat məqsədinin müəyyən edilməsinin mühüm əhəmiyyət daşımasını xüsusi qeyd etmək zəruridir. Çəkilmiş xərclər müqabilində müəyyən nəticələrə nail olunması bunlardan xeyli dərəcədə asılıdır.

Bazar tədqiqatının problematikası bazar probleminin mahiyyəti və xarakteri ilə şərtlənir. Bazar probleminin konkret təzahürü ayrı-ayrı məhsullara olan tələblə müqayisədə təklifin həddən artıq yüksəldilməsi və ya əksinə, təklifin tələbdən geri qalması və bazarda əmtəələrin çatışmamazlığı ilə xarakterizə olunur.

Bütün bazar problemləri onun miqyasından asılı olaraq ümumi və xüsusi olmaqla təsnifləşdirilir.

Ümumi bazar problemləri bütövlükdə bazar çərçivəsində tələb və təklif arasındaki mütənasibliyin pozulması ilə xarakterizə edilir. Bundan əlavə ümumi bazar problemləri həm də əmtəə təklifinin ümumi həcmi ilə əhalinin məcmu ödəniş qabiliyyətli tələbi arasında tərs mütənasiblik nəticəsində yaranır. Hal-hazırki dövrdə ümumi bazar probleminin mövcudluğu xalq təsərrüfatı proporsiyalarının pozulması, informasiya prosesləri, əhalinin miqrasiyası ilə bilavasitə əlaqədardır.

Xüsusi bazar problemləri ayrı-ayrı əmtəə bazarında tələb və təklif arasında uyğunsuzluğun yaranması ilə xarakterizə olunur. Bu problemin əsasını təklif olunan məhsulun assortimenti və keyfiyyətində, əhalinin ödəniş qabiliyyətli tələbinin strukturundakı uyğunsuzluq, müxtəlif proporsiyalarda (iqtisadi rayon və şəhər) tələb təklif arasında mütənasibliyin pozulması təşkil edir.

Problemin ardıcıl olaraq işlənməsi onun dəqiqləşdirilməsini tələb edir. Ümumi problər yalnız şəraiti diktə edir və qərarlar qəbul edilmir. Bu və ya digər əmtəə bazarında problem situasiyasının yaradılması bilavasitə tələb və təklif arasında disproporsiyanın mövcudluğu ilə əlaqədardır. Yaranmış şəraitdə tələbin artımı və müəyyən məhsula olan tələbata təsir edən faktorlar nəzərə alınmalıdır.

Bazarın tədqiq edilməsi iki müstəqil istiqamətə bölünür. Bu problemlər əmtəə resurslarının mövcudluğu şəraitində xalq təsərrüfatı proporsiyalarının müəyyənləşdirilməsi ilə əlaqədardır. Bu cür strateji fəaliyyətin spesifik cəhətləri bazarın müxtəlif elementlərini, tədqiqatın sahələrarası xarakter daşımasını, orta müddətli dövrdə bazarın inkişaf perspektivləri ilə bağlı məcburi praqnoz hesablamalarını, əmtəə bazarının regional xüsusiyyətlərinin əks etdirilməsini əhatə edir.

Tədqiqatlar çərçivəsində öyrənilən problemlərə misal olaraq aşağıdakıları göstərmək olar :

Yüngül sənaye məhsulları sahəsində moda və tələb :



  • qarşılıqlı asılılığın öyrənilməsi və qiymətləndirilməsi ;

  • yüngül sənaye məhsullarının saxlanması və ərazinin komplektləşdirilməsi ;

  • yüngül sənaye məhsullarına olan tələbə milli, sosial-demoqrafiq, iqlim və s. faktorların təsiri ;

Mədəni-məişət və təsərrüfat təyinatlı məhsullar sahəsində-unifikasiya, məhsulun rəqabət qabiliyyəti və istehsalın ixtisaslaşması :

  • mədəni məişət məhsullarına və yeni məhsullara olan istehlak tələbatının inkişaf qanunauyğunluğu ;

  • tələbatın kompleksliyi ;

  • xüsusilə ev təsərrüfatları sferasında məhsullara olan tələbata təsir edən faktorların öyrənilməsi ;

Əmtəələrin reallaşdırılması prosesinin yüksəldilməsinin zəruriliyi, tələb və təklif arasında dispraporsiyaların aradan qaldırılması ilə əlaqədar problemin digər növ müxtəlifliyi də mövcuddur.

Taktiki xarakterli işlədilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir :



  • tədqiqatın məqsədi və bu baxımdan konkret tədbirlərin müəyyənləşdirilməsi ( məhsul buraxılışının genişləndirilməsi və ya ixtisar edilməsi, assortimentlərin yeniləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi, qiymətlərin dəyişməsi ) ;

  • bazar şəraitində mümkün ola bilən dəyişikliklər nəzərə alınmaqla bazarın inkişaf istiqamətlərinin göstərilməsi ;

  • xüsusi operativ tədbirlər tələb olunan kəskin bazar şəraitinin tədqiq edilməsi ( budcə kəsirinin yaradılması və s. )

Əmtəə bazarının tədqiq edilməsi ilə bağlı problemləri xarakterizə edərkən tədqiqatın həyata keçirilməsinə əsas tələblərin müəyyən edilməsinin zəruriliyi qeyd edilir. Əmtəə bazarının əsas probleminin araşdırılması əldə edilmiş informasiyaların təhlili əsasında həyata keçirilir. Bu zaman tədqiqatçılar problemi doğuran şəraiti öyrənirlər. Bundan əlavə xüsusi proqramın həlli üçün çoxsaylı informasiyalar tələb olunur.

Məlumatların sistemli şəkildə toplanması bazarın vəziyyəti haqqında informasiyaların işlənməsi və təhlili prosesidir. Bu da bazar tədqiqatına olan əsas tələblərdən biri hesab olunur. İnformasiya sistemi dedikdə müəyyən dövr ərzində əmtəə bazarının vəziyyətinin xarakterizə edən və inkişaf istiqamətləri ilə bağlı proqnozlara imkan verən informasiya mənbələrinin məcmusu başa düşülür. Bazar haqqında əsas informasiya mənbələrinə aşağıdakılar daxildir :



  • dövlət statistikası ;

  • sahəvi uçot və statistika ;

  • topdan və pərakəndə satış ticarətindən daxil olan informasiyalar ;

  • xüsusi tədqiqatın məlumatları ;

Əmtəə bazarında xüsusi yer tutan problemlər bir qayda olaraq bazar şərtləri əsasında müəyyən edilməklə kompleks xarakter daşıyır. Əmtəə bazaarının tədqiq edilməsinə olan əsas tələblər kompleks yanaşma ilə xarakterzə edilir və bir-biri ilə qarşılıqlı əlaqəya və asılılığa malik bazar elementlərinin hərtərəfli öyrənilməsinin zəruriliyini müəyyənləşdirir. Bu cür yanaşma bazar elementlərinin əsas tərkib hissəsini əhatə edir (məhsul buraxılışının, məhsul göndərişinin təhlili, istehlak tələblərinin strukturunun, satış kanalları və formalarının, bazara təsir edən vasitələrin öyrənilməsi ).

Əmtəə bazarı ilə bağlı problemləri öyrənərkən tədqiqatçı təklif olunan məhsullara istehlakçıların müxtəlif reaksiyaları ilə qarşılaşır. Bu və ya digər məhsullar müxtəlif zövqə malik istehlakçı qrupları üçün nəzərdə tutulmuşdur. Konkret istehlakçı qrupuna istiqamətlənmiş məhsullar və burada fərqlərin nəzərə alınması marketinq konsepsiyasının xarakterik cəhəti hesab edilir. Əmtəə bazarının tədqiq edilməsinə ən mühüm tələblər ayrı-ayrı regional qrupların və istehlakçı qruplarının xüsusiyyətlərinin nəzərə alınmasına imkan verən differensial yanaşma ilə xarakterizə edilir.

Əmtəə bazarının tədqiq edilməsi problematikası nəzərdən keçirildikdə “ nəyin öyrənilməsi? ”, “ necə öyrənilməsi? ” və “ hansı vəzifələrin həll edilməsi? ” məsələlərinin həlli ön plana çəkilir. Bazarın əmtəə strukturunun öyrənilməsinin ümumi modeli aşağıdakı sxemdə göstərilmişdir.


Nə öyrənilir?

Tələb və təklif arasında münasibət

Hansı məsələlər həll edilir ?

Bazar konyukturunun qiymətləndirilməsi

Bazarın tutumunun müəyyənləşdirilməsi

Bazarın seqmentləşdirilməsi


Necə öyrənilir ?

Sistemlilik

Komplekslilik

Differensiallıq


Sxem 2.
Bazarın tədqiq edilməsi iki istiqamətdə həyata keçirilir : konkret zaman və məkan çərçivəsində bu və ya digər bazar parametrlərinin qiymətləndirilməsi və əhəmiyyətli praqnozların əldə edilməsi. İlk növbədə bazarın cari stuasiyası qiymətləndirilir, sonra isə bazarın tutumu müəyyənləşdirilir və onun seqmentləşdirilməsi həyata keçirilir.

2. Bazar konyukturunun qiymətləndirilməsi
Bazar tədqiqatının ümumi məqsədi əhalinin müəyyən növ məhsullara olan tələbatının tam təmin edilməsi və istehsal edilən məhsulun səmərəli satışı üçün zəruri şərait yaratmaqdan ibarətdir. Bazarın öyrənilməsi ilə əlaqədar yuxarıda adı çəkilən bu birinci dərəcəli vəzifələrə ilk növbədə məhsullara olan tələb və təklifin cari vəziyyətinin və bazar konyukturunun təhlili aid edilir. Bazarın konyukturu müəyyən dövr ərzində bazarda fəaliyyət göstərmək üçün zəruri olan şərtlərin və şəraitin məcmusunu əks etdirir. Bazarın konyukturu müəyyən növ məhsullara olan tələb və təklifin mütənasibliyi və həmçinin qiymətlərin səviyyəsi ilə xarakterizə edilir.

İqtisadi ədəbiyyatda bazarın konyukturunun tədqiq edilməsinin üç səviyyəsinə diqqət yetirilir : ümumi iqtisadi, sahə və əmtəə.

Bütün bunlarla əlaqədar konyukturun öyrənilməsi bazarın cari vəziyyəti ilə sıx bağlıdır. Bu baxımdan tədqiqatın proqramı müəssisə səviyyəsində qəbul edilmiş komissiya qərarlarının əsaslandırılmasına yönəldilir. Bu isə konkret əmtəə bazarının konyukturunun tədqiq edilməsinə gətirib çıxarır. Ona görə də ümumi iqtisadi vəziyyət və satışın sahəvi şərtləri nəzərə alınmalıdır.

Əmtəə bazarının konyukturunun öyrənilməsində əsas məqsəd sənaye və ticarət fəaliyyətinin bazarın vəziyyətinə nə dərəcədə təsir göstərməsini, yaxın gələvəkdə onun inkişafı ilə əlaqədar hansı tədbirlərin görülməsini, istehsal müəssisəsinin mövcud imkanlarından daha səmərəli istifadə edilməklə əhalinin əmtələrə olan tələbatının təmin edilməsi istiqamətlərini müəyyənləşdirçəkdən ibarətdir.

Məhsul istehsalı və satışının idarə edilməsi üçün aşağıdakı operativ qərarların qəbul edilməsi nəzərdə tutulur :


  • müxtəlif informasiya vasitələrindən istifadə ;

  • bazarın konyukturunu xarakterizə edən praqnoz göstəricilərin retrospektiv təhlillə uyğunlaşdırılması ;

  • təhlil və praqnozlaşmanın müxtəlif metodlarının tətbiq edilməsi ;

İnformasiya toplanması bazarın konyukturunun öyrənilməsinin ən mühüm mərhələsi hesab edilir. Tədqiqat zamanı müxtəlif mənbələrdən əldə edilmiş müxtəlif informasiya növlərindən istifadə edilir. Bu baxımdan ümumi, kommersiya və xüsusi informasiyalar fərqlənir.

Ümumi informasiyaya bazar şəraitini xarakterizə edən məlumatlar daxildir. Ümumi informasiyanın əldə edilmə mənbəyinə dövlət və sahə standartlarının məlumatları, rəsmi uçot və hesabat formaları daxildir.

Kommersiya informasiyalarına istehsal edilmiş məhsulun satqı ilə bağlı tərəf müqabilindən alınmış və müəssisənin işgüzar sənədləşdirilməsinə cəlb edilən məlumatlar, ticarət təşkilatlarının ərizə və sifarişləri, müəssisə, təşkilat və ticarət müəssisəsinin bazarın öyrənilməsi ilə bağlı ticarət materialları ( əmtəələrin topdan və parakəndə satış təşkilatında hərəkəti ilə bağlı materiallar, assortimentin cari formada dəyişdirilməsi ilə bağlı təkliflər ) daxildir.

Xüsusi informasiya bazarının öyrənilməsi ilə bağlı xüsusi tədbirlər nəticəsində əldə edilmiş məlumatları (ticarət və sənaye mütəxəssislərindən sorğu, satış-vergi və s. ) və həmçinin elmi-tədqiqat materiallarını özündə əks etdirir.

Xüsusi informasiyalı məlumatların əldə edilməsi çox əhəmiyyətlidir. Həmin məlumatları heç bir digər kanallarda almaq mümkün deyil. Ona görə də bazarın konyukturunun öyrənilməsində əsas diqqət xüsusi informasiyaların əldə edilməsinə yönəlmişdir.

Əmtəə bazarına və ya müəssisənin satış bazarına müştəri cəlb etmək üçün xüsusi informasiya mənbələri yaradılır : mağazalar, baza məntəqələri, ticarət vasitəçiləri şəbəkəsi, xüsusiləşdirilmiş istehlakçılar təbəqəsi və s.

Baza məntəqələri şəklində mağazalar şəbəkəsi ticarətin firma mağazaları hesabına formalaşır, müqavilə əsasında razılaşdırılmaqla tələbatın inkişaf səviyyəsinin müşahidə edilməsini və satış zonasında məhsulun satışını həyata keçirir.

Ticarət vasitəçiləri şəbəkəsi məhsulları iri partiyalarla əldə edən alıcıların ödənış qabiliyyətli tələblərinin müşahidə edilməsini həyata keçirir. Bunun üçün bazarın öyrənilməsi ilə bağlı xidməti təşkil edir. Ticarət vasitəçiləri bir qayda olaraq topdansatış və pərakəndə ticarət müəssisələri formasında fəaliyyət göstərirlər.

İstehlak şəbəkəsi istehlakşıların məcmusunu əhatə etməklə bazarın öyrənilməsi xidmətini təşkil edir. Bu isə daha çox bazarın istehlakçılar əsasında seqmentləşdirilməsi ilə müəyyən edilir. İstehlak şəbəkəsinin tədqiq edilməsi istehlakın dəyişmə tendensiyasının və istehlakçıların qiymətləndirilməsinin müəyyən edilməsinə imkan verir. İstehsal şəbəkəsi bir sıra əsas elementlər üzrə formalaşdırılır ( şəxsi gəlirlərin səviyyəsi ).

Əmtəə bazarının konyukturunun öyrənilməsi istehsal və məhsul göndərişinin, pərakəndə ticarətin həcminin və strukturunun, müəssənin anbardakı əmtəə ehtiyatlarının, topdansatış və pərakəndə ticarəti xarakterizə edən göstəricilərin təhlilinə əsaslanır. Bazarın konyuktur tədqiqinin informasiya təminatında başlıca məqsəd əhalinin tələblərinin və əmtəə təklifinin inkişaf xüsusiyyətlərinin və əsas qanunauyğunluğunun kəmiyyət və keyfiyyət xarakteristikasını əldə etməyə, bazar konyukturunun formalaşması faktorlarının araşdırmağa imkan verən göstəricilər sisteminin yaradılmasıdır. Bu göstəricilərə aşağıdakılar aid edilir :



  • müxtəlif assortimentdə əmtəə istehsalı ;

  • əmtəə assortimentinin yeniləşdirilməsi ;

  • xammal, material və istehsal gücləri ilə təminat ;

  • müxtəlif assortimentdə əmtəə ehtiyatları (o cümlədən müəssədə və ticarət təşkilatda ) ;

  • əmtəələrin korlanması və reklam fəaliyyəti ( məhdud və yüksək tələbata malik əmtəələrin siyahısı ) ;

  • müxtəlif assortimentdə əmtəələrin satışı ( o cümlədən topdansatış və pərakəndə satış və firma mağazaları ) ;

  • müəssələrin bazardakı xüsusi çəkisisnin dəyişməsi ;

  • rəqabət aparan firmaların bazardakı xüsusi çəkisinin dəyişməsi ;

  • məhsul göndərilməsi ilə bağlı tələbatların yerinə yetirilməsi ;

  • istehlakçıların tələblərinin dəyişdirilməsi ;

  • müxtəlif assortimentli məhsullara olan təmin edilməmiş tələbin həcmi ;

  • qiymətin dinamikası ;

  • aşağı qiymətlər üzrə məhsul satışı ( qiymətlərin mövsüm ilə aşağı salınması və s. ) ;

Müəssisələrdə fəaliyyət göstərən xidmət strukturu məhsulları iri partiyalarla alan alıcıların sifarişlərini və tələbatlarını nəzərə alıb əmtəə istehsalı ilə bağlı məlumatları təhlil edir. Eyni zamanda pərakəndə ticarətdə əmtəələrin hərəkəti haqqında məlumatların da təhlili həyata keçirilir. Bu məlumatların təhlili əmtəəyə olan tələbin inkişaf tendensiyası haqqında kifayət qədər etibarlı nəticələrə gəlməyə imkan verir. Təhlil olunan müxtəlif assortimentli məhsulun hər bir satışının xüsusi çəkisinin müqayisəsi ilk növbədə tələbin mikrostrukturunun tədqiq edilməsinin, əmtəələrin assortimentinin bazarın tələbatına uyğunluq dərəcəsini müəyyən etməyə imkan verir.

Əmtəə bazarının konyukturunun öyrənilməsi zamanı əsas vəzifə təkcə bu və ya digər bazarın mövcud vəziyyətini müəyyənləşdirmək deyil, həmçinin bir-iki rüb, hətta bir ildən sonrakı dövr ərzində bazarın ehtimal olunan inkişaf xarakteristikasını araşdırmaqdan da ibarətdir. Hesabat və plan məlumatlarının uyğunlaşdırılması əsasında bazarın konyukturunun proqnozlaşdırılan göstəricilərinin təhlilindən əldə edilən nəticələr mümkün ola biləcək disproporsiyaların aradan qaldırılmasına və həmçinin müsbət proseslər üzrə inkişaf istiqamətinin seçilməsi ilə bağlı tədbirlərin hazırlanmasına imkan verir.

Öz xarakterinə görə bazar konyukturunun proqnoz göstəriciləri qısamüddətli proqnozlar hesab edilir. Bu spesifika bilavasitə onunla bağlıdır ki, bir tərəfdən qısamüddətli proqnozların dəqiqliyi haqqında etibarlı informasiyanın əldə edilməsi səviyyəsi yüksək olur, digər tərəfdən isə illik proqnozlarla müqayisədə rüblük göstəricilərin variyasiyası daha yüksək olur.

Mövcud şəraitdə proqnoz şərtləri və onun proqnozlaşdırılan dövrdə inkişaf tendensiyası nəzərə çarpacaq dərəcədə dəyişdirilmir. Məlum faktorların, şəraitin və tendensiyaların fəaliyyətinin mümkün olan nəticələri müəyyənləşdirilir və bu nəticələrin müəyyənləşdirilməsi təhlil edilir. Bu zaman isə əmtəələrin həcmi, satışın strukturu və anbar ehtiyatları göstərilir.

Konyukturun proqnoz göstəricilərinin xüsusiyyətlərini nəzərə almaqla təhlil zamanı iqtisadi-statistik metodlardan, həmçinin proqnozlaşma metodlarından da istifadə edilir. Bu zaman təhlil yolu ilə struktur göstəricilərinin müəyyənləşdirilməsi həyata keçirilir. Konyuktur göstəricisinin proqnozlaşdırılması zamanı istifadə olunan proqnozlaşdırma üsullarına indeks, qrafik və qruplaşdırma metodları aid edilir. Dinamikanın təhlili əsasında inkişaf tendensiyaları və əmtəə resurlarının və əhalinin alıcılıq fondlarının inkişafının mövcud qanunauyğunluğu nəzərə alınmaqla onun yekun perspektivdə əhatə dairəsi müəyyənləşdirilir.

Bazar konyukturu göstəricisinin ehtiyatlar əsasında hesablanması çoxvariantlı xarakter daşıyır. Bu isə aşağıdakı xüsusiyyətlərlə müəyyənləşdirilir.



  • hər hansı hesablanmış kəmiyyət ehtimal xarakteri daşıyır və birmənalı xarakterə malik olmur, meəyyən interval çərçivəsində həyata keçirilir ;

  • bu və ya digər göstəricilər müxtəlif metodlardan istifadə əsasında hesablanır ki, bunlar da müxtəlif yekun məlumatları əldə etməyə imkan verir ;

  • hesablamalar o halda aparıla bilər ki, o, müxtəlif şərtlər və müxtəlif faktorlar nəzərə alınmaqla həyata keçirilsin.

Bazar konyukturunun tədqiq edilməsinin nəticələri müxtəlif analitik sənədlər formasında təqdim edilə bilər :

  1. İcmal hesabatı və ya məruzə. Bu xalq istehlakı malları bazarının ən ümumi sənədi hesab edilir. Bu sənəddə ümumi iqtisadi və sahə göstəricilərinin dinamikası, bazar konyukturunun xüsusi şərtləri ətraflı təhlil edilir. Bu zaman konyuktur göstəricisinin proqnozu verilir. Bu proqnozlar daha çox xarakterik tendensiyalara malik olur və ayrı-ayrı məhsullar bazarının konyukturu ilə qarşılıqlı əlaqəsi əsasında təzahür edir.

  2. Bazar konyukturunun tematik icmalı. İcmal xarakterli məlumatlara konkret şəraitin və ayrı-ayrı əmtəə bazarının spesifik xüsusiyyətlərini əhatə edən sənədlər aid edilir. Bu sahədə konkret əmtəə bazarına xas olan aktual problemlər meydana çıxır.

  3. Operativ konyuktur informasiyası. Bazar konyukturunun xüsusi prosesləri haqqında operativ informasiyaları özündə əks etdirən sənədlər bu sahədə mühüm yer tutur. Operativ informasiyaların əsas mənbələrinə ticarət müxbirlərinin məlumatları, mütəxəssislərin ekspert qiymətləndirilməsi aid edilir.

Əmtəələrin satış bazarının konyuktur sxeminə diqqət yetirək. Konyuktur məlumatları və icmalı aşağıdakı bölmələrdən ibarət ola bilər :

I bölmə. Cari dövrdə bazar konyukturunun qiymətləndirilməsi. Bu cür qiymətləndirmə aşağıdakı məlumatların təhlili əsasında həyata keçirilir :

- konkret müəssisədə məhsul istehsalı haqqında informasiyalar ;

- konkret müəssisədə məhsulun satışı və daşınması haqqında informasiyalar ;

- daşınan malların ritmik xarakter daşıması ;

- xüsusi müşahidələrin nəticələri ;

- məhsulun yeniləşdirilməsi ilə bağlı məlumatlar ;

- məhsulun keyfiyyətinin yüksəldilməsi ilə bağlı məlumatlar ;

Əmtəələrin satış bazarının konyuktur göstəricisinin müqayisəsi aşağıdakı formada həyata keçirilir :


Əmtəələrin satış bazarının konyuktur göstəricisinin müqayisəsi

Sxem 3.

Göstəricilər

Tələbin xarakteristikası

İstehsal

Satış

Ehtiyatlar

Ar-tım

Sabit-lik

Azal-ma

Ar-tım

Sabit-lik

Azal-ma

Ar-tım

Sabit-lik

Azal-ma

+

+

+

+

+

+

+







Məhdud tələb

+

+







+




+

+




Stabil tələb

+



















+

+

Yüksək tələb




+

+

+

+

+




+

+

Əmtəə qıtlığı

Konyuktur icmalda əmtəələrin siyahısı formasında göstərilmiş göstəricilərin təhlilinin yekunu əks etdirilir.

Müəssisənin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi məhsulun daşınmasının gedişini, məhsulun keyfiyyətinin yoxlanılması haqqında informasiyanın təhlilinin yekunlarını əhatə edir.

II bölmə. Bazarın əsas göstəricilərinin proqnozları

Bu bölmə bir-iki rüb ərzində bazarın konyukturunun inkişafının əsas istiqamətlərinə həsr edilir. Bu bölmədə proqnozlaşdırılan dövrdə bazarın konyukturunun inkişafının əsas tendensiyaları əhatə olunur :



  • hansı məhsular bazarda azlıq təşkil edə bilər və bu qıtlığı necə aradan qaldırmalı ;

  • məhsul satışında və əmtəə ehtiyatlarının yaradılmasında hansı dəyişikliklər baş verə bilər ;

  • bazar konyukturunun dəyişməsinin təsiri altında müqavilə öhdəliklərinin yerinə yetirilməsində hansı çətinliklər yarana bilər ;

İki rüb ərzində bazarda əmtəələrə olan tələbat və əmtəə təklifinin nisbətinin proqnozlaşdırılması istehsalın gözlənilən həcminin, məhsul istehlakının proqnozunun və əmtəə ehtiyatlarının zəruri səviyyəsinin balans formasında uyğunlaşdırılmasına əsaslanır.

III bölmə Təklif və rəylər.

Bu bölmədə aparılan təhlilin nəticələrini əhatə etməklə aşağıdakıları özündə əks etdirir :



  1. Satış bazarının normallaşdırılması üçün qəbul edilməsi zəruri olan tədbirlərin siyahısı. Bunlara aşağıdakılar daxildir :

  • məhsulun göndərilməsi qrafikinin təkmilləşdirilməsi ;

  • birbaşa əlaqələr üzrə məhsul təklifi ;

  • satış zonasının dəyişdirilməsi ;

  • reklam ;

  • texniki xidmət ;

  1. İxtisar olunması zəruri olan məhsul buraxılışının siyahısı.

  2. Artırılması zəruri olan məhsul buraxılışının siyahısı.

Bazarın konyuktur tədqiqatı müəssisənin marketinq fəaliyyəti çərçivəsində həyata keçirilir. Təbiidir ki, bu prosesin müntəzəm olaraq həyata keçirilməsi üçün müvafiq olaraq ixtisaslaşmış mütəxəssislərin mövcudluğu zərurilik kəsb edir.

Bundan əlavə bazarın konyukturunun tədqiqatına həmçinin xüsusiləşdirilmiş tədqiqat təşkilatları da cəlb edilə bilər.



3. Bazar tutumu

Bazar tutumunun müəyyənləşdirilməsi bazar tədqiqatının ən mühüm vəzifəsi hesab edilir. Əmtəə bazarının tutumu dedikdə müxtəlif qiymət nisbətləri səviyyəsində müəssisənin istehsal etdiyi konkret məhsulun reallaşdırılmasının mümkün olan həcmi başa düşülür. Bazarın tutumu əhalinin tələblərinin həcmi və əmtəə təklifinin mövcud kəmiyyəti və ölçüsü ilə xarakterizə edilir. Hər bir müəyyən dövr ərzində bazar kəmiyyət və keyfiyyət xarakteristikasına malik olur və onun həcmi satışın və alınan məhsulun natural və dəyər göstəriciləri ilə ifadə edilir.

Ekspert əməliyyatçılarının hazırladığı və həyata keçirdiyi şəraitdə milli əmtəə bazarının tutumunun müəyyən edilməsi üçün məhsulun görünən istehlakı anlayışı tətbiq edilir. Bu zaman ölkələrin xüsusi istehsalından ixrac edilən məhsullar çıxarılır və uyğun olaraq anoloji məhsul idxala əlavə edilir.

İqtisadi ədəbiyyatlarda bazar tutumunu iki səviyyəsi fərqləndirilir : potensial və real. Bazarın həqiqi tutumu real səviyyə hesab edilir. Potensial səviyyə ictimai istehlakla müəyyən edilir və reallaşdırılan məhsulun adekvat həcmini əhatə edir. Bundan əlavə marketinq fəaliyyətində potensial bazar termini də geniş istifadə edilir. Ümumiyyətlə bütünlükdə götürdükdə bazarın real tutumu müvafiq olaraq onun potensial tutumuna uyğun gəlmir. Bazarın tutumunun hesanlanması məkan və zaman xarakterinə malik olur.

Bazarın tutumu bir çox faktorların təsiri altında formalaşır. Müəyyən şəraitdə bu faktorların hər biri bazarın fəaliyyətini stimullaşdırır, onun imkanlarını təmin edir, hətta onun tutumunu məhdudlaşdıra bilir. Bütünlükdə bazar tutumunu xarakterizə edən faktorların məcmusu iki qrupa : ümumi və spesifik faktorlara ayrılır.

Ümumi faktorlara sosial-iqtisadi faktorlar aid edilir ki, bu da hər hansı məhsullar üzrə bazarın tutumunu müəyyənləşdirir. Bu faktorlara aşağıdakılar daxildir :



  • əmtəə təklifinin həcmi və strukturu ;

  • buraxılan məhsulun assortimenti və keyfiyyəti ;

  • bu və ya digər məhsulun idxalının həcmi ;

  • əhalinin həyat səviyyəsi və istehlakı ;

  • əhalinin alıcılıq qabiliyyəti ;

  • əmtəələrin qiymətlərinin nisbəti ;

  • əhalinin sayı, cins və yaş tərkibi ;

  • bazarın doydurma (əmtəələrlə təmin edilmə dərəcəsi) dərəcəsi ;

  • satış, ticarət və serviz xidmətinin təşkili ;

  • bazarın coğrafi yerləşməsi ;

Bundan əlavə hazırkı şəraitdə bazarın vəziyyətinə ərazinin yerləşməsi, yeni pul vahidinin tətbiqi, kommersiya strukturlarının yaradılması, informasiya, yeni gömrük məhdudiyyətinin tətbiq edilməsi və s. əhəmiyyətli dərəcədə təsir göstərir.

Spesifik faktorlar ayrı-ayrı əmtəə bazarının inkişafı ilə müəyyən edilir. Hər bir bazar üçün xarakterik olan faktorlar mövcud olur. Bu halda təsir dərəcəsinə görə spesifik faktorlar kompleks məhsullar üzrə tələb və təklifin formalaşması və inkişafı üçün müəyyən əhəmiyyət kəsb edir. Spesifik faktorlara aşağıdakılar aid edilir :



  • məhsula olan tələbin həcmi və tərkibi ;

  • təbii-iqlim şəraiti ;

  • moda və zövqün dəyişməsi ;

  • milli-məişət ənənələri ;

  • nail olunan təminat səviyyəsi ;

  • əsas vəsaitlərin maddi və mənəvi köhnəlmə müddəti ;

  • mənzil təsərrüfatının inkişafı ;

  • satışın rasionallaşdırılması ;

  • enerji daşıyıcılarının qiymətlərinin artımı (uzunmüddətli istifadə məhsulları üçün) ;

Ayrı-ayrı əmtəə bazarında tələb və təklifin inkişafını müəyyən edən faktorların məcmusu bir-biri ilə mürəkkəb dialektik qarşılıqlı əlaqəyə malik olur. Bu zaman bir faktorun fəaliyyətinin dəyişməsi digər faktorların da dəyişməsinə gətirib çıxarır. Bir faktorun xüsusiyyəti onunla xarakterizə edilir ki, o, ümumi tutumun dəyişməsinə səbəb olur və həmçinin bazarın strukturunu dəyişdirir. Eyni zamanda elə hallar da müşahidə edilir ki, o, ümumi tutumun dəyişdirmir, onda heç bir struktur dəyişiklikləri yaranmır. Bazarın tədqiq edilməsi prosesində faktorlar sisteminin fəailiyyət mexanizminin araşdırılması zəruridir. Bu və ya digər əmtəə bazarında tələb və təklifin həcmi və strukturuna təsir edən amillər öyrənilir.

Tədqiq olunan bazarda səbəb-nəticə əlaqələrinin araşdırılması məlumatların sistemləşdirilməsi və təhlili əsasında həyata keçirilir. Məlumatların sistemləşdirilməsi qruplaşdırma və analitik cədvəllərin təhlil olunan göstəricilərinin, qrafiklərin və diaqramların araşdırılması ilə bağlıdır. Bu isə kəmiyyət və keyfiyyət qiymətləndirilməsinin həyata keçirilməsi üçün informasiya təhlilinin hazırlıq mərhələsini əhatə edir.

Məlumatların işlənilməsi və təhlili statistik metodlardan, xüsusi qruplaşdırma, indeks və s. metodlardan istifadə əsasında həyata keçirilir. Səbəb-nəticə əlaqələri və onların asılılığı korrelyasiya-reqressiya təhlili əsasında aparılır.

Müxtəlif faktorların qarşılıqlı əlaqəsi baxımından səbəb-nəticə əlaqələri bazarın inkişaf modelini hazırlamağa və onun tutumunu müəyyən etməyə imkan verir. Bu modelin hazırlanması işçi hipotezinin dəqiqləşdirilməsinə imkan verir. İşçi hipotezinin dəqiqləşdirilməsi tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə imkan verir və ilkin fəaliyyət mərhələsində formalaşır. İnformasiya mənbələrinin dərin və ətraflı təhlili bazarın inkişaf perspektivləri haqqında ilkin təsəvvürlərin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olur. Hipotezin dəqiqləşdirilməsi iqtisadi vəzifələrin formalarını özündə əks etdirir. Bütün bunların əsasında bazarın inkişaf modelləri və proqnozları hazırlanır.

Bazarın inkişaf modeli real fəaliyyət şərtlərini özündə əks etdirir və mövcud bazarın daxili strukturunu və səbəb-əlaqələrini sxematik olaraq ifadə edir. Bazarın inkişaf modeli müasir mərhələdə bazarın əsas elementlərinin inkişafının xarakterizə edilməsinə imkan verir. Bu da müvafiq göstəricilər sisteminin köməyi ilə həyata keçirilir.

Bazarın inkişafının modeli əsas göstəriciləri əhatə edən funksiyalar sistemini özündə əks etdirir. Hər bir bazar sistemi üçün müxtəlif saylı funksiyalar və göstəricilər mövcud olur. Bu göstəricilərə tələb və təklif funksiyası da daxil olur.

Bazarın inkişaf modelinin tərtib edilməsi zamanı bir sıra metodoloji məsələlər meydana çıxır. Bu baxımdan aşağıdakıarı qeyd etmək zəruridir.

Birincisi, əmtəə bazarının inkişafına çoxsaylı faktorların təsirinin nəzərə alınması gələcək dövrdə inkişaf tendensiyasını əhəmiyyətli dərəcədə dəyişdirir. Bazarın inkişaf modelinin bir neçə variantlarda hazırlanmasının və bunlardan ən optimal variantının seçilməsinin zəruriliyini müəyyənləşdirir.

İkincisi, bazarın inkişaf modelinin hazırlanması zamanı problemin tərkib hissələrindən biri əmtəə qruplarının dərəcələrinin müəyyənləşdirilməsidir. Bu zaman isə əsas məsələ əmtəə bazarının tutumunun proqnozlarının hansı səviyyədə - bütövlükdə əmtəə qrupları, növlər, tiplər və modellər üzrə dəqiq müəyyənləşdirilməsindən ibarətdir. Bunlar eyni zamanda proqnozların verilməsi müddətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan proqnozlaşmanın bir neçə variantları fərqləndirilir :


  • konyuktur proqnozlaşma müddəti (3 – 6 ay ) ;

  • qısamüddətli proqnozlaşma (1 – 2 il ) ;

  • ortamüddətli proqnozlaşma ( 3 – 5 il ) ;

  • uzunmüddətli proqnozlaşma ( 5 – 10 il ) ;

  • perspektiv proqnozlaşma ( 10 ildən çox ) ;

Proqnozlaşma müddəti nə qədər qısa olarsa, bu və ya digər faktorların bazarın inkişafına təsir dərəcəsinin düzgün qiymətləndirilməsi də asan olur. Uzunmüddətli proqnozlaşma dövründə isə hazırlanan modellərin variantlarının sayı artır.

Proqnozlaşma dövrünün uzunmüddətliyi əmtəə qrupunun aqreqasiya dərəcəsindən asılıdır. Proqnozlaşma müddəti nə qədər qısa olarsa əmtəə qruplarının aqreqasiyasızlaşdırılması da yüksək dərəcədə olur. Uzunmüddətli proqnozların əmtəələrin növləri və tipləri üzrə qurulması daha məqsədəuyğun hesab edilir.

Modellərin variantlarının qruplaşdırılması zamanı mühüm amil kimi proqnozlaşma metodlarının seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümumi təsnifləşdirilmiş əlamətlər proqnoz informasiyalarının alınması qaydasını müəyyən edir. Perspektiv dövrdə bazarı xarakterizə edən əsas informasiya mənbələri aşağıdakılar hesab edilir :


  • insan təcrübəsi və intuisiyası ;

  • tendensiyaların, proseslərin və inkişaf qanunauyğunluqlarının ekstropolyasiyası bu isə keçmiş və indiki dövr haqqında kifəyət qədər məlumatların olması ilə xarakterizə edilir ;

  • gözlənilən və arzuolunan inkişaf tendensiyalarını əhatə etməklə tədqiq edilən proseslərin modeli ;

Bununla əlaqədar olaraq proqnozların hazırlanmasının bir-birini tamamlayan üç növü mövcuddur.

1. Anketləşmə - proqnoz xarakterli qiymətləndirmə aparmaq məqsədi ilə ekspertlər tərəfindən əhalinin fikirlərinin öyrənilməsi prosesidir. Anketləşmə metodlarında inkişaf proseslərinin qanunauyğunluqları zəruri məlumatların olmadığı hallarda belə formal xarakter daşımır. Mütəxəssilərin biliklərinə və intuisiyalarına əsaslanan ekspert metodları bazarın proqnoz tədqiqatlarında, xüsusi ilə bazar tutmunun və yeni məhsulun qiymətləndirilməsində geniş tətbiq edilir. Ekspert qiymətləndirilməsinin ən geniş yayılmış metodlarından biri proqnozların hazırlanması və əsaslandırılması ilə bağlı bu və ya digər prosedurları özündə əks etdirən “Delfi” metodu hesab edilir. Bu prosedurlar aşağıdakılarla xarakterizə olunur :



  • sorğuların anonimliyi ;

  • əvvəlki mərhələdəki sorğuların nəticələri ilə yeni variantların hazırlanması əsasında tənzimlənən əks əlaqələrinin olması ;

  • cavabların qrup xarakteri daşıması ;

Tənzimlənən əks əlaqələr sorğuların bir neçə turda keçirilməsi vasitəsilə həyata keçirilir. Onların hər birində sualların xarakteristikası və ekspertlərin məlumatlarının nəticələri göstərilir. Qrup sualar ekspertlərin suallarının işlənilməsi və nəticələrinin təhlili yolu ilə formalaşır. Onların hazırlanmasının yekun kriteriyaları göstərilən sualların bir-biri ilə yaxınliğı ilə əlaqədardır.

“Beyin hücumu” metodu adını almış metod ekspertlərin fəaliyyətinin təşkili üzrə “Delfi” metodundan prinsipial olaraq fərqlənir. Bu zaman qərarların qəbul edilməsi müşavirələrin və diskusiyaların gedişində mütəxəssilərin kollektiv yaradıcılıq məhsulu kimi nəzərdə tutulur. Bu proseslər müəyyən qaydalar və nəticələrin növbəti təhlili əsasında həyata keçirilir. Bu metoddan yalnız kritik siyuasiyalarda, daha doğrusu, perspektiv dövrdə inkişaf proseslərinin kifayət qədər real variantlarının olmadığı şəraitdə istifadə olunur.

Əmtəə bazarının tədqiq edilməsində ən mühüm faktor zaman faktoru hesab edilir. Zaman faktorunu iqtisadi ədəbiyyatlarda çox zaman treid də adlandırırlar. Ekstropolyasoya tendensiyasının prosedurası proqnozlaşdırmanın treid modelinin seçilməsini nəzərdə tutur. Əhalinin tələbinin əsas inkişaf tendensiyalarından asılı olaraq proqnozlaşmanın treid modelinin seçilməsi sxemi aşağıdakı cədvəldə göstərilmişdir :

Sxem 4.

Proqnozlaşdırmanın treid modelinin seçilməsi sxemi




Tələbin təmin edilməsi dərəcəsi və onun inkişafının əsas tendensiyaları

Bazarın inkişaf hipotezləri

Proqnozlaşma modeli, qrafik təsviri

1

Əsas etibarı ilə təmin edilir və müntəzəm olaraq artır

Məlumatın assortimentinin yeniliklərinin artım tendensiyası saxlanılır

Birbaşa y = a0 + at + t



2

Təmin edilir və artır, lakin artım tempi zəifləyir

Bazar doydurulur təmin edilmə səviyyəsi rasional normalara yaxınlaşır, tələbatın artımının zəifləmə tendensiyası saxlanılır

Loqarifmik funksiya

y = a0 + atlogt





3

Təmin edilir və azalır

Əmtəələr digər əmtəə bazarı ilə sıx əlaqəyə malik olur və əhalinin müəyyən kontingentləri tərəfindən alınır, sayı müəyyən qədər azalır. Bu tendensiya gələcəkdə də saxlanılır

Hiperbola

y = a0 + at / t






4

Təmin edilmir və bu sürətlə artır, artım tempi eynidir

Bazar doydurulmur, tələbin artım tempi saxlanılır

Göstərici funksiya

y = a0 + aty





5

Nəzərəçarpacaq dərəcədə təmin edilmir, istehlakın artım tempinin artdığı şəraitdə bu da artır

Bazar doydurulmur, əmtəələr qıtlıq xarakteri daşıyır, istehsal yüksək templə artır və müəyyən dövrdə bu tendensiya saxlanılır

2-ci qaydada parabola

y = a0 + atty + att2





3. Analitik modelləşdirmə bazarın formalaşması və inkişafı gedişində daxili və xarici əlaqələri əhatə edən modellərin qurulması və istifadə edilməsi prosesidir. Bu qrup modellərdən keçmiş haqqında informasiyanın minimum xarakter daşıdığı və bazar haqqında kipotetik təsəvvürlərin olmadığı hallarda istifadə edilir. məhz bütün bunlar bazarın gələcək vəziyyətini qiymətləndirməyə, onun inkişafının alternativ variantlarını müəyyənləşdirməyə imkan verir. Proqnozlaşmaya bu cür yanaşma məqsədli metod adlanır.

Proqnozlaşmanın sahəvi metodlarından istifadə edilməsi buraxılan məhsulun bazarda müəyyən xüsusi çəkiyə nail olunmasına və istehlakçıların tələbatlarının ödənilməsinin arzuolunan səviyyəsinə imkan verən məqsədlərin qiymətləndirilməsindən başlanır. Bu məqsədlərə nail olunması üçün zəruri olan sahələrlə əks əlaqə müəyyənləşdirilir. Bu sahədə ən mühüm vəzifə bazarda müəssisələrin fəaliyyət göstərməsi ilə bağlı senarilərin hazırlanması, əmtəə, qiymət, satış və reklam siyasəti ilə bağlı rəy və təkliflərin öyrənilməsindən ibarətdir. Bu baxımdan metodların bu və ya digər dərəcədə fərqləndirilməsi şərti xarakter daşıyır. Praktikada isə bu metodlar bir-biri ilə qarşılıqlı əlaqəyə malik olur və bir-birini tamamlayır. Lakin bununla belə müəyyən hallarda bu metodlardan heç biri özlüyündə tələb olunan etibarlılıq dərəcəsini və proqnozların dəqiqliyini təmin etmir.

Bu metodlar bir-biri ilə uyğunlaşdırılmış hallarda tətbiq edilərsə, səmərəli təsirə malik olur. Proqnozlaşmanın müxtəlif metodlarının uyğunlaşdırılmasına misal olaraq normativ adaptasiya modellərini göstərmək olar. Normativ adaptasiya modeli iqtisadi şəraitdən asılı olaraq əhalinin müxtəlif mədəni-məişət və təsərrüfat təyinatlı predmetlərlə təmin edilməsi ilə bağlı mümkün olan variantların hesablanması zamanı həyata keçirilir.

Bazar tutumunun müəyyənləşdirilməsi üzrə görülən işlər (bazarın vəziyyətini və onun formalaşdırılması faktorlarını, həmçinin onlara təsir edən daxili və xarici faktorların dəyişməsi də nəzərə alınmaqla ) əmtəə bazarının çoxvariantlı inkişaf proqnozlarını əks etdirən kompleks analitik icmallar əsasında həyata keçirilir.

Nəticə

Yuxarıda deyilənlərə diqqətlə nəzər saldıqda aydın olur ki, əmtəə birjaları dünya təsərrüfatının ayrılmaz bir hissəsidir. Ümumiyyətlə beynəlxalq əmtəə birjaları dünya təsərrüfatının ayrı-ayrı subyektlərini vahid məkanda birləşdirir. Müasir dünya iqtisadiyyatında əmtəə birjaları ilk növbədə dövlətlər və əksər müəssisələr üçün əmtəə, xammal və resurs bazarı hesab edilir. Təsadüfi deyildir ki, beynəlxalq əmtəə birjalarının iqtisadi münasibətlərdə rolu, onların yerinə yetirdiyi xidmətlərin formasında asılı olaraq xarici iqtisadi və ticarət əlaqələrinin yaradılması üçün şərait yaradır. İnkişaf etmiş ölkələrdə formalaşmış və inkişaf etmiş əmtəə birjalarının ən vacib məqsədlərindən biri zəif inkişaf etmiş ölkələrə bu sahədə yardımlar göstərməkdir. Əsas problemlərdən biri də dünya bazarına çıxmaq üçün dünya standartına uyğun əmtəə istehsal olunmasıdır. Bunun üçün isə zəif inkişaf etmiş ölkələrə yüksək texnika, texnologiya gətirməklə, istehsalı tam dəyişdirmək mümkündür. Bu ki istiqamət üzrə olmalıdır:

1. Kəmiyyət göstəricilərinin yüksəldilməsi. (daxili və xarici bazarların tələbatına uyğun);

2. Keyfiyyət göstəricilərinin yüksəldilməsidir ki, bu da beynəlxalq standartlara cavab verməlidir;

Bu baxımdan birja ticarətinin inkişafında yaxın və uzaq xarici ölkələrinin təcrübələrindən istifadə etməklə, birja ticarətinin dövriyyəsinin xüsusi çəkisini artırmaq lazımdır. Çünki dünya təcrübəsi göstərir ki,dünyanın inkişaf etmiş əmtəə birjaları dünya iqtisadiyyatının inkişafında aparıcı yerləri özlərində saxlayırlar.

Yuxarıda göstərilən məsələlər əmtəə bazarını əhatə edir. Bazar tədqiqatı ilk növbədə bazarın əmtəə strukturunun öyrənilməsini zəruri hesab edir.



Ədəbiyyat siyahısı

  1. Sahibkarlıq, marketinq və biznes-plan tədqiqatları - İsgəndərov R.Ə. Bakı, 1999

  2. Sahibkarlığın əsasları - Niftullayev V. Bakı 2006

  3. Marketinq : ilk addım - Armstronq Kotler, 7-ci nəşr, 2005

  4. Bazar iqtisadiyyatının əsasları - Feyzullabəyli F.L.

  5. İqtisadi nəzəriyyə - Vəliyev T.S. , Babayev Ə.P. Bakı 2001

  6. www.firststeps.az

  7. www.robtex.com

  8. www.iqtisad.net

  9. www.aseu.az




Yüklə 176 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə