Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
  1   2   3   4   5   6   7   8   9   ...   42
23658

AZƏRBAYCAN  MİLLİ  ELƏMLƏR  AKADEMtYASI
NAXÇIVAN  BÖLMƏSİ
HACl  FƏXRƏDDİN SƏFƏRLİ
ORDUBAD ŞƏHƏRİNİN
««
MUSƏLMAN EPIQRAFIKASI 
ABİDƏLƏRİ
Bakı- 2009


AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 05 yanvar 
2009-cu il tarixli qərarı (JV
2
- 1
14)
 ilə çapa tövsiyə edilmişdir.
Elmi redaktoru: 
M.S.Nemət, Azərbaycan  MEA-nm
müxbir üzvü 


Elmi məsləhətçilər: 
I.Ə.Həbibbəyli,  Azərbaycan  MEA-nm
həqiqi üzvü

I.M.Hacıyev, Azərbaycan MEA-nm 
həqiqi üzvü
Rəvcilər: 
V.H.Əliyev, AM EA-nm  müxbir üzvü
H.Q.Qədirzadə, AMEA-nm müxbir üzvü
Kitab  Ordııbad  şəhərində  qeydə  almmış  XIV-XX  əsrlərə 
aid  müsəlman  kitabələrinin  tədqiqinə  həsr  olunmuşdur.  Əsərdə 
Ordubad  şəhərinin  tarixinə  qısa  nəzər  salmmış,  epiqrafik 
abidələrin 
Azərbaycanm 
orta 
əsrlər 
dövrü 
tarix 
və 
mədəniyyotinin 
müxtəlif 
problemlərinin 
öyrənilməsində 
əhəmiyyəti  açıqlanmış,  176  ədəd  kitabə  haqqmda  iımumi 
məlumat  verilmişdir.  Mətnlərinin  Azərbaycan  dilındə  tərcüməsi 
verilmiş  kitabələrin  fotosu  və  qrafik  təsvirləri  də  daxil  edilmiş.. 
kitab  tarixçilər,  aspirant  və  magistrlər,  ali  məktəblərin  tarix 
fakultəsinin tələbələri i'ıcün nəzərdə tutulmuşdur.
ISBN: 
978-9952-29-043-4
© H.F.SƏFƏRLİ 
“M BM ” - 2009


M U N D Ə R IC A T
M üəllifdən.......................................................................... 
4
G ir iş .....................................................................................  13
O rdubad şəhərinin  tarixi  haqqında qısa m əlum al.......  18
Müsəlman  kitabələri  tarix-mədəniyyət  abidəsi  kimi....  54
Kitabələr haqqm da  ümumi m o lu m a t............................   66
Ş ə rh lə r.................................................................................   114
Ə dəbiyyat...........................................................................   141
Şəkillərin  siyahısı..............................................................   146
Foto şəkillərdən ibarət a l b o m ........................................  156
%
3


IVTÜ ƏLLİFDƏN
Böyiik və kiçikliyinddn asılı 
olmayaraq  bütün  abichlər 
diqqət mərkəzində olmalıdır!
Heydər Əlivev.
Müasir  dövrdə,  ermənilərin  Azərbaycana,  o  cümlədən 
onun  ayrılmaz  tərkib  hissəsi  olan  qədim  Naxçıvan  diyarma 
ərazi  iddialarmın  gücləndiyi  bir  vaxlda,  Naxçıvanla  bağlı 
kütləvi  tirajla  qəzetlər,  jurnallar  buraxıldığı,  konfranslar 
keçirildiyi,  müxtəlif  cəmiyyətlər  yaradıldığı,  hətta  hərbi 
dəstələr  təşkil  edildiyi  bir  zamanda  Naxçıvan  tarixinin  ayrı- 
ayrı  problemlərinin  hərtərəfli,  obyektiv  və  dərindən  tədqiq 
edilməsi,  bölgənin  ermənilərlə  heç  bir  əlaqəsi  olmadığmı 
tutarlı,  heç bir şübhə doğurmayan  faktlarla  siıbuta yetirmək 
Azərbaycan  tarixşünaslığı  qarşısmda  duran  mühim  və 
aktual  məsələlərdən  biridir.  Məhz  bunu  əsas  götürərək 
Azərbaycan  xalqmın  ümumilli  lideri  Heydər  Əliyev  özünün 
bir  sıra  çıxış  və  məruzələrində,  xüsusi  ilə  2002-ci  ilin 
avqustunda  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisində 
keçirilmiş  və  AM EA  Naxçıvan  Bölməsinin  yaradılmasına 
həsr  olunmuş  müşavirədəki  çıxışmda  Naxçıvamn  tarixinin 
bütün  dövrlər üzrə  obyektiv surətdə,  elmi  əsaslara söykənən 
faktlar  əsasmda  tədqiq  edilməsini  və  xalqımıza,  beynəlxalq 
ictimaiyyətə  çatdırmasmı  Azərbaycan  tarixçiləri  qarşısında 
vacib və təxirəsalınmaz bir vəzifə  kimi qoymuşdur.
Erməni  alimləri  Naxçıvanm  xəyali  və  uydurma  «Böyiık 
Ermənistan»m  tərkib  hissəsi  olduğunu  iddia  edərkən  hər 
cür  saxtakarlığa  əl  atır,hətta  ərazidə  oıta  əsr  Azərbaycan 
sənətkarları  tərəfındən  yaradılan  tarix-memarlıq abidələrini, 
möhtəşəm  türbəlori,  körpüləri,  karvansarayları,  hətta 
məscidləri  belə  erməni  memarlığına  mənsub  abidələr  kimi 
qələmə  verirlər.  Bununla  kifayətlənməyərək  onlar  bölgədə
4


mövcud 
olan 
bütün  maddi 
və  mənəvi 
mədəniyyət 
nümunələrini, 

cümlədən 
Azərbaycan 
hökmdarları 
tərəfındən  müxtəlif  zam anlarda  zərb  etdirilən  sikkələri, 
qədim  zam anlardan  bəri  bütün  dünyada  şöhrət  qazanmış 
xalçaları,  geyimləri,  bəzəkləri  və  s.  utanm adan  özlərinə 
məxsus nümunələr olduğunu sübut etməyə çalışırlar.
Tarixi 
abidələr 
(türbələr, 
körpülər, 
məscidlər, 
karvansaraylar,  hamamlar,  qalalar,  istehkamlar,  mülki 
tikintilər,  qəbirüstü  xatirə  abidələri  və  s.)  hər  bir  xalqm 
torpağa  vurduğu  m öhürdür.  Çünki,  dünyaya  gələn  hər  bir 
insan,  öm rünü  başa  vurduqdan  sonra  dünyasmı  dəyişir. 
Ancaq  onun  yaratdığı  hər  hansı  bir  əsər,  memarlıq  abidəsi 
uzun m üddət yaşayır,  gələcək  nəsillərə  öz mənsubiyyəti,onu 
yaradan  sənətkar  və  s.  haqqm da  dəyərli  məlumatlar 
çatdırır.  Sanki,  görkəmli  Azərbaycan  memarı  Əcəmi 
Əbubəkr  oğlu  Naxçıvani  məhz  bunu  nəzərə  alaraq  Möminə 
xatun tiirbəsinin üstündə  belə bir beyt yazmışdır:
«Biz gedirik,  ancaq qalır ruzigar,
Biz ölürük, əsəı* qalır yadigar!»
Həqiqətən,  Möminə  xatun  türbəsinin  yaradıcısı  Əcəmi 
Naxçıvani  öz  ömriınü  çoxdan  başa  vursa  da,  hətta  qəbrinin 
yeri  belə  unudulsa  da,onun  yaratdığı  bu  möhtəşəm  əsər 
1186-cı  ildən  bəri,  822  ildir  ki,  Naxçıvan  şəhərinin 
mərkəzində  əzəmətlə  ucalır,  seyr  edənləri  heyran  edir, 
müəllifınə  rəhmət  oxutdurur.  Artıq  H açadağla  birlikdə 
Naxçıvanın 
rəmzinə 
çevrilmiş 
bu 
türbə 
müsəlman 
intibahmm  ən  möhtəşəm  abidələrindən  biıi  olmaqla 
bölgənin  qədim  zam anlardan  bəri  hansı  xalqa  mənsub 
olmasım təsdiq edən ən sanballı nümunədir.
Naxçıvan  ərazisi  bölgəııin  aborigen  sakinləri  olan 
müsəlman 
türklərinə 
aid 
tarixi 
abidələrlə, 
maddi- 
mədəniyyət  nümunələri  ilə  çox  zəngin  olduğu  halda  orada
5


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə