Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
  1   2   3   4   5   6   7   8   9   ...   102



 
Azərbaycan Milli Elmlər Akademiyası 
Akad.Z.M.Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu 
 
 
 
 
 
“Vətən tarixi” seriyası 
 
 
 
 
 
ORTA ƏSR ƏRƏB MƏNBƏLƏRĠNDƏ 
AZƏRBAYCAN TARĠXĠNƏ AĠD 
MATERĠALLAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2005 
 
 



 
Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına 
ġərqĢünaslıq Ġnstitutu Elmi ġurasının qərarı ilə çap olunur 
 
 
“Vətən tarixi” seriyasının redaksiya heyəti: 
G.BaxĢəliyeva (sədr). 
F.Əsədov (məsul redaktor). 
ġ.Mustafayev, C.Ġskəndərli, E.Ağayeva, 
S.Süleymanova, H.Əkbərov, 
P.Əfəndiyeva, G.Qafqazlı, Z.Qurbanova 
 
 
Orta  əsr  ərəb  mənbələrində  Azərbaycan  tarixinə  aid  materiallar.  – 
Bakı: “Nurlan”. – 2005. – 336 s. 
 
 
Oxucuların istifadəsinə təqdim olunan bu kitab orta  əsr ərəb müəlliflərinin 
(Kufi,  Təbəri,  Bəlazuri,  Yəqubi  və  QəlqəĢəndi)  əsərlərindən  Azərbaycanın  orta 
əsrlər  tarixinə  aid  seçilmiĢ  material  əsasında  tərtib  olunmuĢdur.  Əsər  həm 
mütəxəssislər, həm də geniĢ oxucular üçün faydalı olan məlumatlarla zəngindir. 
 
 
 
 
4603000000 – 467 
N – 098 – 2005 
 
Qrifli nəĢr  
 
“Nurlan”, 2005 
 
AMEA akad. Z.M.Bünyadov  
Adına Şərqşünaslıq İnstitutu, 2005 
 
 
 
 
 
 



 
 
Ön söz 
 
Ərəb  tarixi  ədəbiyyatı  dedikdə,  ərəblərin  öz  əsil-nəsəbi,  dövlət  və 
hökmdarları,  habelə  digər  xalqlar  və  onlarla  olan  münasibət  və  əlaqələri  haqda 
“tarixi  məlumatlar”ı  özündə  əks  etdirən  əsərlər  nəzərdə  tutulur.  Bu  əsərlərin  janr 
müxtəlifliyi  islamaqədərki  qəbilə  rəvayətləri,  Məhəmməd  peyğəmbərin  və  onun 
əshabələrinin həyat tarixçəsi, erkən islam və ərəb istilalarının tarixi, xilafət və onun 
vilayətlərinin  tarixi  ilə  bağlı  olaraq  meydana  gəlib.  Ərəb  ədəbiyyatının  tarixi 
janrlarına tərcümeyi-hallar və Ģəcərə tarixini də aid edirlər.
1
 
Ərəb tarixi ədəbiyyatının ilk və daha yetkin formaları arasındakı hədd fərqi 
iki müxtəlif istilahın mövcudluğunda öz əksini tapıb; bu istilahlar isə “tarixi bilik” 
məfhumunu  ərəb  dilində  “ilm  əl-əxbər”  və  “ilm  ət-tarix”  ibarələri  ilə  ifadə  edir. 
“Əl-əxbər”  əslində  əlamətdar  hadisə  haqqında  xəbərlər  deməkdir:  o,  “hekayət” 
yaxud da “tarixi lətifə” kimi tərcümə olua bilər. Bu janr hadisələrin nə xronoloji, 
nə də  müəyyən ardıcıllıqla verilməsini  nəzərdə tuturdu. Ġslam  meydana  gəldikdən 
sonra  “əl-əxbər”  Məhəmməd  peyğəmbər  və  onun  əshabələrinin  iĢ  və  əməlləri 
haqqında  hekayətlər  kimi  əlavə  məna  kəsb  edir,  baĢqa  sözlə,  Peyğəmbərin 
əməllərinə münasibətdə “əl-əxbər” istilahı “hədis” sözünün sinonimimə çevrilir.
2
 
“Tarix”  sözü  isə  IX  əsrdən  baĢlayaraq  intiĢar  edir;  o,  bir  neçə  məna 
xüsusiyyətinə:  tarixin  qeydiyyatı,  hadisələrin  Ģərhi  və  zəmanənin  əksi  kimi 
xüsusiyyətlərə  malikdir. Bu sözə nə islamaqədərki ədəbiyyatda rast gəlinir, nə də 
Quranda qeyd olunur, lakin o, “hökm”, “ittiham” kimi ümumi məna daĢıyan cənubi 
ərəb kökü ilə birbaĢa etimoloji əlaqəyə malik olduğunu biruzə verir.
3
 Ümumiyyətlə, 
“ilm  ət-təvarix”  anlayıĢını  müsəlman  icmasının  inkiĢafı  haqqında,  daha  doğrusu, 
xronoloji  olaraq  Peyğəmbərin 
622-
ci  ildə  Məkkədən  Mədinəyə  etdiyi  mühacirət 
hadisəsindən  baĢlanan  ərəb  tarixi  ənənəsinin  müsəlman  dövrü  üzrə  olan  bir  bilik 
kimi baĢa düĢmək gərəkdir. 
Ərəb  qəbilə  ənənəsinə  məxsus  abidələrdə  Azərbaycana  aid  hər  hansı 
məlumat  axtarmaq  əbəs,  boĢ  bir  iĢ  olardı,  çünki  bizim  ərazilərdə  ərəb  qəbilələri 
kompakt,  yığcam  Ģəkildə  məskun  olmayıb.  Amma  bunun  baĢ  verdiyi  ölkələrdə, 
məsələn, Misirdə bu qəbilə rəvayətləri ölkə haqqında mövcud yerli qədim xəbərləri 
mənimsəyib  özününküləĢdirərək
4
 müsəlman  aləminin  bu  parçasının  ərəb  birliyi 
ölkələrinə  çevrilməsini  təsbit  etmiĢdi.  Beləliklə  ölkəmizin  tarixini  tədqiq  edib 
araĢdıranlar  üçün  ərəb  ədəbiyyatı  yalnız  xilafət  dövrünün  baĢlanması,  daha 
                                                           
1
 
К.А.Бойко. Арабская историческая литература в Испании. М. 1977. С. 8 
2
 Franz Rosenthal. A History of Muslim Historiography. Leiden. 1968. P.11 
3
 Yenə orada, s. 12-13:
 
4
 
К.А.Бойко. Арабская литература в Египте. М.. 1991. С.6 



 
doğrusu,  müsəlman  yürüĢləri  haqqında,  xilafət 
tərkibində  vilayətlərin 
tarixinə 
dair tarixi əsərlərin yaranması ilə əlaqədar qiymətli məlumatlar verir. 
Ərəb tarixĢünaslığının, yəni «ilm ət-tərix»in ilk müsəlman icması və islam 
dini  tarixi  ilə  sıx,  üzvi  bağlılığı  ərəb  tarixçilərinin  məlumatlarının  xüsusi 
əhəmiyyətini və mötəbərliyini təmin etmiĢdir. Quran orta əsr ərəb kitabçılığının ilk 
abidəsidir.  Bu  müəzzəm  kitab  möminlərin  həyatının  müxtəlif  sahələrini  tənzim 
edib  qaydaya  salır,  həm  də  özündə  çoxlu  tarixi  məlumatları    ehtiva  edir,  amma 
demək  lazımdır  ki,  həmin  məlumatlarda  qeyd  olunan  hadisələrin  nə  xronoloji 
tarixi,  nə  də  təfsilatı  verilir.  Belə  vəziyyət    Quranda    mövcud    olan    qaranlıq,  
müəmmalı  yerlərin,  о cümlədən  müəyyən tarixi  hallara  iĢarə edən  məqamların  
izah  edilməsi  zərurətini  ortaya  çıxarır.  Nəticədə  Quranın  dini  Ģərhi,  baĢqa  sözlə 
«təfsiri» meydana gəlir. Ən görkəmli təfsir abidələrindən biri də ət-Təbərinin (839-
923)  məĢhur  «Təfsir  ət-Təbəri»  əsəridir.  Əsər  çap  olunmuĢ  halda  30  cilddən 
ibarətdir. 
Müsəlman  dini  icmasının  erkən  tarixinin  ayrı-ayrı  məqamlarını  izah  edib 
anlatmaq, habelə Quranın qoyduğu müəyyən qaydaları açıqlayıb Ģərh etmək həvəsi 
Peyğəmbərin  (hədis)  və  onun  əshabələrinin  (əxbər)  iĢ  və  əməlləri  haqqında 
hekayətləri toplayıb qələmə almağa təkan verir. Onların arasında həm həqiqi, həm 
də  uydurma  rəvayətlər  vardı.  Deyilənlərə  görə,  istifadədə  milyon  yarım  hədis 
mövcud idi. Odur ki, ravilər silsilələrini yoxlayıb müəyyən etmək yolu ilə hədisləri 
dəqiq  təsnif  edib,  həqiqi  olub-olmadığının  təhlilinə  ehtiyac  yaranır.
5
 Bu  minvalla 
səhih,  dürüst  tarixi  məlumatları  qələmə  almaq  üçün  lazımi  Ģərait  yaranmıĢ  olur. 
Bununla  əlaqədar  30  cildlik  təfsirin  müəllifi  Mühəmməd  ibn  Cərir  ət-Təbərinin 
həm  böyük  bir  tarixçi  kimi,  həm  də  islamın  ilk  üç  əsrlik  tarixini  əhatə  edən  ən 
mötəbər  əsərin  -  «Peyğəmbərlərin  və  padĢahların  tarixi»  salnaməsinin  müəllifi 
kimi tanınması heç də təsadüfi deyil. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycana  dair  məlumatlar  yalnız  tarixi 
ədəbiyyat  nümunələrində  deyil,  həm  də  orta  əsr  ərəb  coğrafiyaĢünaslarının 
əsərlərində  də  mövcuddur.  Lakin  ərəb  coğrafi  ədəbiyyatı  özünəməxsus  janr 
xüsusiyyətlərinə  və  fərqli  mənĢəyə  malik  olub.  Əslində  o,  böyük  bir  imperiyanı 
idarə  etmək  üçün  tələb  olunan  əməli  biliklərə  artan  ehtiyacdan  doğmuĢ  və  onun 
əsasını  yunan  coğrafiyaĢünaslarının  əsərləri  təĢkil  etmiĢdir.
  6  
Milli  elmimizdə 
akademik  Z.M.Bünyadovdan
7
 baĢqa  ərəb  coğrafi  ədəbiyyatında  Azərbaycana  dair 
                                                           
5
 
А.Б.Халидов.  Рукописная  книга  в  арабской    культуре.  –  В.  кн.:  Рукописная  книга  в  культуре 
народов Востока. М.. 1987. С. 260
 
6
 
И.Ю.Крачковский.  Арабская  географическая  литература.  –  Избранные  Сочинения.  Т. 4.  М..  – 
Л.. 1957.с. 20-21
 
7
 
З.М.Буниятов.  Азербайджан  в  VII-IX  вв.  Баку.  1965.cc.  19-25.  Bu  böyük  əsərin  göstərilən 
hissəsində ərəb coğrafiyaĢünaslarının Azərbaycana dair məlumatları xarakterizə olunur



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə