Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (mek) h e s abat 2017



Yüklə 305,18 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix11.04.2018
ölçüsü305,18 Kb.
#37078
  1   2   3   4   5   6   7   8   9


 

Azərbaycan Milli Elmlər Akademiyası 

Mərkəzi Elmi Kitabxana (MEK) 

 

H E S A B A T  2017 

 

MEK 2017-cı ildə bir sıra sahələrdə birinciliyə imza atdı. 

2017-cı ildə Azərbaycanda İLK DƏFƏ olaraq: 

 



Milli Rəqəmsal Yaddaş (MRY) bazası elmiləşdi. İşlək səviyyəyə gətirilmiş MRY 

layihəsi çərçivəsində elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısının birinci 

hissəsi hazırlandı, AMEA elmi müəssisələrinin əksəriyyəti tərəfindən MRY bazasına 

milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı təqdim olundu, 

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu Milli 

Rəqəmsal Yaddaş layihəsinə dəstək verdi.  

 

 



Sərbəst Elektron Resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyi 

AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və 

təlimsonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəlilədi. 

 



Azərbaycan Mətbuat Şurası ilə AMEA rəhbərliyi bir araya gəlib Azərbaycanda elm 

sahəsində baş verən yeniliklərin, kəşflərin və elmin inkişafı proseslərinin media 

vasitəsilə ictimaiyyətə çatdırılmasının, təbliğ edilməsinin əhəmiyyəti, informasiyanın 

toplanılmasının, sistemləşdirilməsinin və etibarlı qorunub saxlanılmasının yolları 

barədə razılaşmaya gəldi.  

 



Azərbaycan kitabxanalarında mühafizə  olunan və  2016-cı ildə MEK-də aşkarlanıb 

rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya 

hazırlandı və kitabxana istifadəçilərinə təqdim olundu.  

 

Hesabatın  sənədləşdirilməsi:  Hesabat  MEK-in  AMEA  vitse-prezidenti  akademik  İsa 

Həbibbəylinin  sədrliyi  ilə  keçirilmiş  9  yanvar  2018-ci  il  tarixli  ümumi  iclasında  müzakirə 

edilmişdir. MEK İdarə Heyətinin 9 yanvar 2018-ci il tarixli iclasında düzəlişlərlə təsdiq edilmiş 

(protokol  əlavə  olunur),  AMEA  RH  Elm  və  Təhsil  şöbəsinə  çap  və  elektron  formatda  təqdim 

olunmuşdur.  

 

Təşkilatın kateqoriyası: AMEA Rəyasət Heyəti nəzdindəki təşkilat. 

 

Hazırki hesabat kitabxanalar üçün ənənə halı almış sənəd, oxucu və ya baş tutmuş beynəlxalq və 



yerli  tədbirlərin  sayı  üzərində  deyil,  kitabxananın  2016-2019-cu  illər  üçün  MEK  İdarə  Heyəti 

tərəfindən müəyyən edilmiş məramı və strateji hədəfləri üzərində qurulmuşdur. Əldə edilmiş 

nəticələr  ardıcıl,  2016-cı  ildə  əldə  edilmiş  nəticələrin  planlaşdırlmış  və  məntiqi  davamıdır, 

yeniliklər ilə fərqlənir.  Hesabata siyahılar, rəqəmlər və faktlar əlavə olunur. 



 

 

 

 

 


 

Mərkəzi  Elmi  Kitabxananın  İdarə  Heyəti  tərəfindən  2016  –  2019-cu  illər  üçün  təsdiq 

edilmiş məramı, iş prinsipləri və əsas strateji hədəfləri:    

MEK-in MƏRAMI 

Azərbaycanın  qədim  tarixinin  və  zəngin  mədəniyyətinin,  Azərbaycan  Respublikasının 

müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, 

Azərbaycan  dilinin  informasiya  resurslarında  istifadə  imkanlarının  genişləndirilməsi,  müasir 

elmi  araşdırmaların  aparılması  üçün  informasiya  təminatının  yaxşılaşdırılması,  Azərbaycanın 

milli-tarixi  irsini  təşkil  edən  və  yeni  yaranan  bütün  növ  mövcud  sənədlərin  toplanılıb 

saxlanılması,  eləcə  də  dünya  tarixi  və  mədəniyyətinin  istifadəçilərə  təqdim  olunması  yolu  ilə 

dövlət  və  milli  maraqlara  uyğun  oxucu  icmasını  formalaşdırmaq  və  akademik  icmanın 

mərkəzinə çevrilməkdir

 

MEK-in İŞ PRİNSİPLƏRİ 

1.MEK  AMEA-nın  bir  hissəsidir,  AMEA-ya  uyğun  olaraq  formalaşır  və  formalaşdırır. 

MEK  bütün  kitabxanaların  inkişaf  prosesində  keçməli  olduğu  üç  mərhələdən  birinci  (kitab 

fondlarının,  oxucu  sayının  və  yerləşdiyi  məkanın  sahəsinin  artırılması)  və  ikinci  (oxucuların 

diqqət mərkəzinə gətirə biləcəyi xüsusi xidmətlər, müxtəlif meyarlar əsasında sənəd toplularının 

formalaşması və s.) başa vurmuş  və  üçüncü (akademik oxucu icmasının formalaşdırılması) 

mərhələyə daxil olmuşdur.  

2.İnformasiya  və  xidmətlər  bütün  əhali  qrupları  üçün  açıq  və  əlçatandır.  MEK  18  yaşına 

çatmış  bütün  Azərbaycan  vətəndaşları  üçün  açıqdır.  MEK  akademik  ictimaiyyət  də  daxil 

olmaqla  fəaliyyətini  mandatına  uyğun  olaraq  bütün  kitabxana  istifadəçiləri  ilə  interaktiv 

qarşılıqlı  anlaşma  əsasında  həyata  keçirir,  oxucuların  tələblərinə  və    ehtiyaclarına  köklənmiş 

müasir şəkildə AMEA Rəyasət Heyətindən başlayaraq tələbə istifadəçilərə qədər bütün sorğuları 

dərhal araşdırıb cavablandırır.  



3.Şəffaflıq  və  hesabatlılıq.  Kitabxanaya  çap  və  ya  elektron  formatda  daxil  olan  hər  bir  sənəd 

(kitab, jurnal, marka, xəritə, əlyazma və s.) dərhal aktlaşdırılır, MEK saytında yerləşdirilir. MEK 

barəsində  bütün  məlumatlar  saytda,  sosial  şəbəkələrdə,  sosial  kanallarda  açılmış  səhifədə  və 

mediada əks olunur. 



4.Peşəkarlıq və operativlik.  İstifadəçilərə daha operativ və  yüksək keyfiyyətli xidmətin təmin 

edilməsi  məqsədilə  MEK  əməkdaşları  informasiya  təminatının  müasir  metodlarını  və 

istiqamətlərini daim araşdırır, eyni zamanda peşəkarlıqlarını həm fərdi, həm də ümumi komanda 

şəklində mütəmadi olaraq artırırlar.  



5.Qənaətçillik.  MEK  dövlət  büdcəsinin  hətta  mühafizə  olunan  büdcə  xətlərini  də  qənaətlə 

işlədir. Mühafizə olunmayan xətlər üzərində isə (tədbirlərin keçirilməsi, kitabların alınması və s.) 

xərclər minimal dərəcəyə çatdırılır və mövcud resurslar səfərbər olunur.    

 

STRATEJİ HƏDƏFLƏR (2016-2019) 

1.VİS (Vahid İdarəetmə Sistemi) platformasının bütün komponentlərinin (fond, oxucu, yazışma, 

sənədləşmə, maliyyə, insan resursları, e-avadanlıq, inventar) tam hazırlanıb istifadəyə verilməsi.  

2. Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərinin 

işlək səviyyəyə gətirilməsi.  



Yüklə 305,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə