Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
  1   2   3   4   5   6   7   8   9   ...   40


Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutu 
 
 
 
 
Məhəbbət Mirzəliyeva 
Kamilə Vəliyeva 
 
 
 
 
 
 
MAŞIN TƏRCÜMƏSİNİN NƏZƏRİ 
PROBLEMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm və təhsil» 
Bakı – 2016 
 
 


Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik 
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur 
 
 
 
Redaktor: 
 
Məsumə Məmmədova 
   
 
Texniki elmləri doktoru, professor 
 
Rəyçilər:  
 
Məsud Mahmudov 
   
 
Filologiya elmləri doktoru, professor 
 
İlham Tahirov 
   
 
Filologiya elmləri doktoru, professor 
 
 
 
Məhəbbət  Mirzəliyeva,  Kamilə  Vəliyeva.  MAŞIN  TƏRCÜMƏ-
SİNİN NƏZƏRİ PROBLEMLƏRİ. Bakı, «Elm və təhsil», 2016, 120 s. 
 
 
 
 
Monoqrafiya  maşın  tərcüməsinin  nəzəri  məsələlərinə 
həsr  olunmuşdur.  Eyni  zamanda  süni  intellektin  mühüm 
problemlərindən  biri  olan  təbii  dillərin  kompüterdə  tanın-
ması, kompüter vasitəsi ilə dillərin öyrənilməsi məsələləri-
nə toxunulmuşdur. 
 
 
 
 
Monoqrafiya tətbiqi dilçiliyin, süni intellektin aktual problemləri 
ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur 
 
 
ISBN 978-9952-8142-8-4 
 
«Elm və təhsil», 2016 


ÖN SÖZ 
 
Əziz oxucular! 
Sizə təqdim edilən əsəri yazmaqda məqsəd kompüter dilçi-
liyinin  əsas  istiqamətləri  haqqında  yığcam,  sadə  şəkildə  məlu-
mat vermək, necə deyərlər onun əlifbası ilə tanış etməkdir. Kom-
püter dilçiliyinin Azərbaycanda 60-cı illərdən başlamasına bax-
mayaraq,  çox  təəssüf  ki,  bu  sahə  üzrə  hələ  də  mütəxəssis  cüzi 
saydadır. Buna başlıca səbəb isə kompüter dilçiliyinin qarşısına 
qoyduğu  məsələlərin  həlli  üçün  filoloji  biliklərdən  əlavə,  riyazi 
biliklərə  malik  mütəxəssislərin  yoxluğudur.  Məhz  iki  sahənin 
(humanitar  və  texniki)  qovuşuğundan  yaranmış  kompüter  dilçi-
liyi üzrə tədqiqat işinin aparılması üçün yüksək hazırlıqlı, riyazi 
məntiqi,  çoxluqlar  nəzəriyyəsini,  alqoritmləri,  proqramlaşdır-
manı, bir sözlə informasiya texnologiyalarını bilən mütəxəssislə-
rin olması ən vacib amillərdəndir. Bu cür səviyyəli mütəxəssis-
lərin  yetişdirilməsi  ilk  növbədə  ali  məktəblərin  öhdəsinə  düşür. 
Acınacaqlı haldır ki, bu vaxta qədər zəngin ali məktəbləri olan 
respublikamızda hələ də uyğun kafedralar açılmamış, dərs vəsa-
itləri  yazılmamışdır.  Hal-hazırda  bütün  ağırlıq  elmin  vurğunu 
olan, yeniliyə, axtarışlara meyl edən gənclərin çiyinlərinə düşür. 
Unutmamalıyıq  ki,  elmlə  məşğul  olan  tədqiqatçı  əsas 
keyfiyyətləri: ilk növbədə elmə məhəbbət, fədakarlıq, səbir, cəsa-
rət, dözümlülük, qarşıya çıxan çətinliklərdən, maneələrdən qorx-
mamaq, ruhdan düşməmək inamını özündə aşılamalıdır. 
Ümidvarıq ki, kifayət qədər sadə və konkret şəkildə yazıl-
mış  bu  əsər,  kompüter  dilçiliyi  üzrə  tədqiqat  aparmaq  istəyən-
lərin arzusunun yerinə yetirilməsində rol oynayacaqdır. 
 
Elm fədailərinə uğurlar diləyi ilə,  
Müəlliflərdən 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 

I FƏSİL 
KOMPÜTER DİLÇİLİYİNİN MÜASİR İSTİQAMƏTLƏRİ 
üasir dövrdə informatika və linqvistikanın qovu-
şuğunda yaranan kompüter dilçiliyi sürətlə inki-
şaf  edən  elm  sahələrindəndir.  O,  tətbiqi  dilçili-
yin bir qolu olub informatikanın linqvistik əsas-
larını  kompüter proqramları  vasitəsilə dil və  tə-
fəkkürün, eləcə də dilin modelləşdirilməsini öyrənir və bununla 
informasiyanın  təqdimində  ümumi  dili  yaratmaq  və  təkmilləş-
dirmək, süni intellektin əsas məsələlərindən sayılan təbii dillərin 
interfeysini,  informasiya  sistemlərinin  modelləşdirilməsi  kimi 
məsələlərin həllini qarşısına məqsəd qoyur. 
Hələ  XX  əsrin  60-cı  illərində  başlanmış  kompüter  dilçili-
yinin əsas problemləri nəzəri linqvistik modellərin hazırlanması-
na yönəlmişdi. Lakin sonralar tədqiqat obyekti daha geniş yöndə 
statistik metodların tətbiqi ilə maşın təliminə, mətnlərin emalına, 
bir sıra evristik məsələlərin həllinə istiqamətləndi. Bu istiqamət-
də aparılan araşdırmalara Hindistanın Mumbai şəhərində keçiri-
lən konfrans materialları bariz nümunə ola bilər.
1
  
Yuxarıda  qeyd  etdiyimiz  kimi  kompüter  dilçiliyi  süni  in-
tellektin probleminə daxil olan insanın intellektual fəaliyyətində 
təbii dillərin riyazi modelini hazırlayan bir elm sahəsi olduğun-
dan, təbii ki, burada əsas vurğu kompüter sistemi üçün dilin tət-
biqinə və işlənməsinə düşür ki, bununla əlaqədar onun əsas isti-
qamətləri aşağıda sadalanan məsələlərə yönəlir: 
1.
 
Təbii  dilin  emalı  (ing.  natural  language  processing) 
(Burada  mətnin  sintaktik,  morfoloji,  semantik  təhlili  nəzərdə 
tutulur); 
                                                           
1
 Толдова С.Ю., Ляшевская О.Н. Современные проблемы тенденции компьютер-
ной лингвистики. ВЯ, 1,2014 http:\\coling 2012- iitb.org 



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə