Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə1/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
  1   2   3   4   5   6   7   8   9   ...   114
57270

Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik institutu 
_________ Türk dilləri şöbəsi_______
Monoqrafiya
türk dilləri şöbəsinin 40 illik yubileyinə 
həsr olunur.
QIPÇAQ  QRUPU TÜRK DİLLƏRİNİN 
LEKSİKASI
-   й ж
-
Bakı - 
2012


3  cildlik  “Türk  dillərinin  tarixi-müqayisəli  leksikologiyası 
məsələləri”
 
monoqrafiyası  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
İ.Nəsimi  adma Dilçilik İnstitutu  Elmi  Şurasının qərarı  ilə çap olunur.
Məhəbbət Mirzəxan  qızı MİRZƏLİYEVA
filologiya elmləri doktoru
Kamilə Abdulla qızı  VƏLİYEVA
filologiya elmləri doktoru
Roza Hüseyn qızı EYVAZOVA
filologiya elmləri  doktoru
Aynel Ənvər qızı MƏŞƏDİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent, 
doktorant
Günel Əmirxan qızı MİRZƏYEVA
kiçik elmi  işçi, doktorant
“Türk  dillərinin  tarixi-müqayisəli leksikologiyası  məsələləri
” . 
I I I  cild. 
-
  Qıpçaq qrupu türk dillərinin  leksikası.  Bakı, “Nurlan”- 2012,  468 səh.
Bu  monoqrafiyada  qıpçaq  qrupu  türk  dillərinin  lüğət  tərkibi,  dialekt  və 
terminoloji  leksikası  öyrənilir, TÜRKün tarixi  yaddaşını  siləkələyə biləcək ono- 
mastik  faktlar (toponim,  antroponim  və  etnonim  şahidlər)  aşkarlanır,  TÜRKün 
maddi,  mənəvi  və  mədəni  aləmini  işıqlandıran  məişət  leksikası  araşdırılır,  bu 
dillərin  zənginləşməsinə  xidmət  göstərən  alınmaların  tarixi  inkişaf yolu  izləni­
lir. Kitab 40  illik yubileyini keçirən türk dilləri şöbəsinin  əməkdaşlarının qıpçaq 
qrupu  tü rk   dillərinin  zəngin  m ateriallarına  söykənən,  bu  dillərin  leksikası- 
nm m üxtəlif sahələrinə həsr olunan araşdırmalarının toplusudur.
Əsərdən  türkoloqlar,  dilçi-magistr və aspirantlar, eləcə də  filoloq-tə­
ləbələr faydalana bilərlər.
Elmi redaktor: 
Rəyçilər:
Məsul şəxslər
460200Q000 
Qriflinəşr 
H - 098 - 2012
©Türk dilləri şöbəsi, 2012
AMEA İ. Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
TÜRKÜN MÜQƏDDƏS TARİXİNƏ İŞIQ 
SALMAQ ELMİN SABAHININ  ƏSL 
TƏM İNATÇILARI -  XXI ƏSR GƏNCLİYİNİN 
MƏNƏVİ BORCUDUR
«ИСТОРИЯ ЕСТЬ ОРУДИЕ ОХРАНЫ ИСТИНЫ ОТ 
НАСЕДАЮЩЕГО СОЧИНИТЕЛЬСТВА» 
Мурад АДЖИ. Европа, тюрки. Великая степь.
H
əqiqətin  keşikçisi  olan  qoca  Tarix  yalnız  saxtalaş- 
dınlmadıqda, təhrif olunmadıqda,  saf qəlbin və pak 
vicdanın  işığında  yazıldıqda,  danılmaz  elmi  dəlil 
və faktlara söykəndikdə,ən qədim etibarlı mənbələrdən, əvəz­
siz  qaynaqlardan,  qiymətli  salnamə  və daş  kitabələrdən,  zən­
gin  əlyazmaları  xəzinəsindən bəhrələndikdə  əsl  T arix   hesab 
oluna bilər.
Bu mənada türk xalqlarının mövcudluq  tarixinin,  onla­
rın  təşəkkül,  inkişaf və  formalaşma  yolunun  dönə-dönə  xü­
susi tədqiqatların obyektinə çevrilməsi zəruri və labüddür.
Təəssüf ki, uzun illər boyu TÜRKün tarixini əslən türk­
lər deyil,  adətən qeyri-türklər araşdırıb-yazmışlar.  Bu proses­
də  milli  maraqların  yaratdığı  dolaşıqlıqlar,  məqsədyönlü  si­
yasi  hiyləgərliklərin  nəticəsi  olan  anlaşılmazlıqlar,  olanları 
danıb,  olmayanları  qabartmaqla tarixin  səhnəsində hegemon­
luq  qazanmaq uğrunda aparılan mübarizələr türklərin tarixin­
də istər-istəməz öz dərin  izini qoymuş, “ağ ləkələri’in m eyda­
na  çıxmasına  və  zaman-zaman  saxta  tarixlərin  yazılmasına, 
nəticədə  Türkün  taleyinin  qırılmasına,  zamanın  təlatümləri­
nin  Yer üzünə pərən-pərən saldığı türk ellərinin  «yadlaşma»- 
sma,  hətta  türk  övladlarının  bəzən  biri-birini  tammamasma
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 3


Məhəbbət Mirzəliyeva.  Türkün müqəddəs Tarixinə işıq salmaq Elmin sabahının
əsl təminatçıları -  X X I əsr gəncliyinin mənəvi borcudur
_______________________
gətirib  çıxarmışdır.  Bununla  da,  unutdurulmağa  çalışılan  şə­
rəfli bir Tarixin faciəli  tarixinin bu  gün də  ibrət götürm ədiyi­
miz  acı  dərsləri  ilə  artıq  üz-üzə  qalmışıq.  Bu  başıbəlalı  «ta­
rix»  dilçi-türkoloqların  da  elmi  araşdırmalarının  düzgün  isti­
qamət  almasına  mane  olmuş,  türk  xalqlarının,  eləcə  də  türk 
dillərinin keçdiyi keşməkeşli  yolu zülmətə bürümüşdür.  Təd­
qiqatçıları  çaşbaş  salan bu  zülmət  isə  əsl  tarixi  həqiqətin  aş­
karlanmasına imkan verməmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Türkün möhtəşəm  Tarixi­
nin «öyrənilməsi»  rus imperiyasının hiyləgər siyasətinin  m ü­
hüm tərkib hissəsini təşkil etmişdir.  Bu,  əslində Rusiyanın öz 
maraqlarına xidmət edən  (cavab  verən)  böyük  bir  siyasət  ol­
muşdur.  Rus  dövləti  ən  ağıllı,  müdrik  ziyalılarını  bu  siyasəti 
həyata  keçirmək  məqsədi  ilə  zaman-zaman  səfərbər  edə  bil­
miş, onların zəkasının gücü və qələminin qüdrətindən Türkün 
möhtəşəm tarixinə kölgə  salmaqda,  Türkün tarixdəki m övqe­
yini  və  rolunu  kiçildərək  danmaqda  məqsədəuyğun  istifadə 
etmişdir.
Şübhəsiz,  vicdan  və  ləyaqətləri  ilə  elmə  xidmət  edən, 
təqib  olunmalarına  baxmayaraq,  Tarixi  Həqiqəti  demək  əz­
mində  olan  cəsarətli  türkoloq  alimlər  də  az  olmamışdır.  L a­
kin  «pantürkizm,  «panislamizm»  damğalan,  zindanlar,  sür­
günlər,  işdən qovulmalar,  vəzifələrini  itirmə qorxusu  öz  işini 
görürdü.  Son  nəticədə  “avam,  naşı  siyasət  üzündən  saysız- 
hesabsız  maraqlı  işlər  o  zamanlar  elmdən  kənarda  qalm ış­
dır”1.
Bütün  bunlar  əsrlərin  dərinliyində  itib-qalmış  və  açıl­
masına  imkan  verilməyən  Tarixi  Həqiqətin  sirr  olaraq  sax­
1 М урад А дж и.Е вропа,  тю рки,  В еликая  степь.  М осква, 1998,с. 16
Q ıpçaq qrupu  türk dillərinin  leksikası, səhifə 4
lanması  ilə  nəticələnmişdir.  Təsadüfi  deyildir  ki,  türk  dillə­
rinin istər tarixi, istər coğrafi, istərsə də linqvistik prinsiplərlə 
aparılmış  təsnifatlarında  (bölgülərində)  bir  natamamlıq,  bir 
naqislik hökm sürür.
Əlbəttə,  türk  xalqlarının  tarixinə  kölgə  salan  bu  xoşa­
gəlməz  durum  artıq  davam  edə  bilməz.  Şərəf və  ləyaqət  ün­
vanımız olan Ulu Əcdadımızı ehtiramla yad edib Türkün mü­
qəddəs Tarixinə  işıq  salmaq elmin  sabahının əsl təminatçıları 
-   XXI  əsr  gəncliyinin mənəvi  borcudur.  Bu,  həm  də  bu  gün 
türk  xalqlarının  müstəqil  dövlətlərə  sahib  olduğu  bir  dövrdə 
tarixi vəzifədir.
Şübhəsiz,  türkologiyanın  qoca  Şərqdə  ən  nüfuzlu  mər­
kəzi  olan Bakıda,  85  il  bundan  əvvəl  I  Türkoloji  Qurultayın 
keçirildiyi  bu  şəhərdə,  sovet  dövründə  türkoloji  ənənələri  ilə 
öncül mövqe qazanmış paytaxtımızda müstəqil Azərbaycanın 
şarı-şöhrətli  Türkün  Şərəfli  Tarixini  dünyaya  bəyan  edə  bi­
ləcək istedadlı və həm də cəsarətli türkoloq-tarixçiləri,  türko­
loq-dilçiləri,  türkoloq-ədəbiyyatşünasları,  türkoloq-filosof­
ları,  türkoloq-sənətşünasları,  bir sözlə,  geniş profilli əsl tür­
koloq alimlər ordusu meydana gələcək.
Məhz bu,  ağsaçlı  Tarixin həqiqətin  keşikçisinə  dönəcə­
yi  möhtəşəm M əqam  olacaqdır.  Sözsüz ki,  bu tarixi Məqamı 
yaşamağa  «böyük  bir  keçmişi  olan  və  yaşı  bilinməyən» 
Azərbaycanımızın mənəvi haqqı vardır.  Çünki  «heç bir yerdə 
türk  adət-ənənələri  Azərbaycanda  olduğu  qədər  güclü  de­
yildir.  Azərbaycan  nəhəng  mədəni  və  iqtisadi  imkanları  olan 
nadir  ölkədir.  Əcdadların  Avropada  unudulan  mədəniyyəti 
burada qorunub saxlanmışdır.”1
АМ ЕЛ İ. N əsim i adm a D ilçilik  İn stitutu nu n  tü rk  dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri,III cild, Bakı, 2012
1  М урад А дж и.Европа, тю рки,  Великая степь.  М осква, 1998,с. 13
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, sə h ifə 5


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə