Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə1/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
  1   2   3   4   5   6   7   8   9   ...   340


 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU 

 

 

İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN 

 

 

 

 

DÜNYANI BƏZƏYƏN  

ABBASIN TARİXİ 

 

(Tarixe-aləmaraye-Abbasi) 

 

 

 

 

 

“ŞƏRQ-QƏRB” 

 

Bakı – 2010 


 

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix 



İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur 

 

Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi: 



Yaqub Mahmudov  Əməkdar elm xadimi, AMEA-nın  

müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

Fars dilindən çevirən: 



Şahin Fərzəliyev (Şahin Fazil) tarix elmləri doktoru, professor 

 

Rəyçilər: 



Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvü, 

 filologiya elmləri doktoru, professor 

 

Vaqif Piriyev tarix elmləri doktoru, professor 

 

Tofiq Cahangirov filologiya üzrəfəlsəfə doktoru, dosent 

 

İsgəndər  bəy  Münşi  Türkman.  Dünyanı  bəzəyən 



Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). 

Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh. 

 

"Dünyanı  bəzəyən  Abbasın  tarixi"  Azərbaycan  tarixini 



öyrənmək  üçün  qiymətli  ilk  mənbədir.  İsgəndər  bəy  Münşi  Şah 

Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. 

Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk 

mənbəyə  dönə-dönə  istinad  etmişlər.  "Dünyanı  bəzəyən  Abbasın 

tarixi"  əsərinin  başlanğıc  hissəsi  O.Ə.Əfəndiyev  və  N.S.Musalı 

tərəfindən  dilimizə  tərcümə  olunmuş  və  2009-cu  ildə  nəşr 

olunmuşdur.  Hazırkı  tərcümə  isə  əsəri  bütövlükdə  əhatə  edir  və 

Azərbaycan  tarix  elminin  mənbə  bazasının  zənginləşməsi 

baxımından çox mühüm hadisədir. 

 

ISBN 978-9952-34-620-6 

 

© AMEA Tarix İnstitutu, 2010  



© "Şərq-Qərb Nəşriyyat evi, 2010 

 

 




 

BÖYÜK AZƏRBAYCAN TARİXÇİSİNİN  



MƏŞHUR ƏSƏRİ DOĞMA DİLİMİZDƏ 

 

İsgəndər 

bəy 

Münşinin 



"Tarixe-aləmaraye-Abbasi" 

("Dünyanı  bəzəyən  Abbasın  tarixi")  əsərinin  Şahin  Fazil 

tərcüməsinə 

 

ÖN SÖZ 

 

Azərbaycan 



Milli 

Elmlər 


Akademiyasının 

Tarix 


İnstitutunda  Azərbaycan  tarixinin  indiyədək  öyrənilməyərək  qalan 

çoxsaylı  problemlərinin  tədqiq  olunması  diqqət  mərkəzinə 

götürülmüşdür. 

Azərbaycanın 

müxtəlif 

tarixi 


dövrlərdə 

itirilmiş 

torpaqlarının  tarixinin  araşdırılaraq  bugünkü  nəsillərə  olduğu  kimi 

çatdırılması tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir. 

Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və 

saxtalaşdırılmış səhifələri də yenidən yazılır. 

Tarixçilərimiz  yuxarıda  göstərilən  şərəfli  və  mürəkkəb 

vəzifələri  həyata  keçirərkən  son  dərəcə  ağır  çətinliklərlə  üz-üzə 

qalırlar.  Başlıca  çətinlik  ilk  mənbələrin  qıtlığıdır.  Daha  doğrusu, 

müxtəlif  xarici  dillərdə  olan  və  dünyanın  bir  çox  ölkələrində 

saxlanılan  ilk  mənbələrin  ölkəmizə  gətirilərək  nəşr  olunmasına  və 

tədqiqatçılara 

çatdırılmasına 

indiyədək 

lazımınca 

diqqət 


yetirilməmişdir. Bu bir yana qalsın, hətta ölkəmizdə saxlanılan arxiv 

sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütləsinə 

çatdırılmamışdır. 

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  Tarix  İnstitutu 

xarici ölkələrin arxiv  və kitabxanalarmda saxlanılan ilk mənbələrin 

Azərbaycana  gətirilərək  nəşr  olunması  kimi  çox  mühüm  bir 

layihənin həyata keçirilməsinə başlamışdır. 

Az  vaxt  içərisində  Tarix  İnstitutunda  bu  layihənin  həyata 

keçirilməsi sahəsində mühüm uğurlar qazanılmışdır. 

"Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi  Böyük 

Britaniyanın arxiv sənədlərində" (Bakı, 2008), "Azərbaycan xalqına 

qarşı  1918-ci  il  mart  soyqırımı"nın  I  cildi  (Bakı,  2009),  "İrəvan 

əyalətinin  müfəssəl  dəftəri"  (Bakı,  2009),  "İrəvan  əyalətinin  icmal 

dəftəri"  (Bakı,  2009),  İsgəndər  bəy  Münşinin  "Tarixe-aləmarayi  - 

Abbasi"  əsərinin  doğma  dilimizə  tərcüməsi  (Bakı,  2009),  "Gəncə-



 

Qarabağ əyalətinin icmal dəftəri"  (Bakı, 2010),  "Azərbaycan tarixi 



arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət 

Hərbi Tarix Arxivinin sənədləri" (Bakı, 2010), "Azərbaycan xalqına 

qarşı 1918-ci il Mart soyqırımı. III cild. Xatirələr" Sənədlər toplusu 

(Bakı,  2010),  "Azərbaycan  tarixi  arxiv  sənədlərində  (1917-1920-ci 

illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri" 

(Bakı,  2010),  "Azərbaycan  xalqına  qarşı  1918-1920-ci  illər 

soyqırımı. II cild, I kitab. Gəncə quberniyası", "Azərbaycan xalqına 

qarşı  1918-1920-ci  illər  soyqırımı.  II  cild,  2-ci  kitab.  İrəvan 

quberniyasında  soyqırımı"  və  digər  nəşrlər  institut  əməkdaşlarının 

Azərbaycan tarix elminə mühüm töhfələridir. 

Azərbaycanın  görkəmli  orta  əsr  tarixçisi  İsgəndər  bəy 

Münşinin fars dilində yazdığı "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı 

bəzəyən Abbasın tarixi") əsərinin bütöv halda doğma dilimizdə işıq 

üzü  görməsi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix 

İnstitutunda  icra  olunan  "Azərbaycan  tarixinə  dair  ilk  mənbələrin 

nəşri"  layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti 

uğur, həm də ən mühüm nailiyyətlərdən biridir. 

İsgəndər  bəy  Münşinin  adı  yuxarıda  qeyd  olunan  əsərinin 

ana  dilinə  çevrilərək  geniş  oxucu  kütləsinə  təqdim  olunması,  hər 

şeydən  əvvəl,  qədim  tarixçilik  ənənələrinə  malik  olan  xalqımızın 

orta əsrlərdə də möhtəşəm tarix əsərləri yaratdığını sübut edir. Başqa 

sözlə,  Azərbaycan  xalqı  A.A.Bakıxanovun  "Gülüstani-İrəm"indən 

çox-çox  əvvəl  də  tariximizə  dair  qiymətli  ilk  mənbələr  yaratmaq 

ənənəsinə və bu cür ilk mənbələri ərsəyə gətirən İsgəndər bəy Münşi 

kimi görkəmli tarixçilər yetirmək dühasına malik olmuşdur. 

Azərbaycanın  orta  əsrlər  tarixini,  xüsusilə  Səfəvi 

imperiyasının  tarixini  araşdırmaq  üçün  son  dərəcə  qiymətli  ilk 

mənbə  olan  "Tarixe-aləmaraye-Abbasi"nin  doğma  dilimizə  bütöv 

halda tərcüməsi Azərbaycan tarix elminə çox mühüm töhfədir. 

Yeri  gəlmişkən,  böyük  Azərbaycan  tarixçisi  İsgəndər  bəy 

Münşinin  məşhur  əsərinin  ana  dilimizə  tərcüməsinin  özü  də  bir 

tarixdir.  Bu  əsəri  hələ  1939-1950-ci  illərdə  Muxtar  Əfəndizadə, 

F.Babayev  və  A.Qasımov  Azərbaycan  dilinə  çevirməyə  təşəbbüs 

göstərmişlər.  Hazırda  "Tarixe-aləmaraye-Abbasi"nin  Muxtar 

Əfəndizadə  tərəfindən  tərcümə  edilmiş  285  səhifəsi,  F.Babayev 

tərəfindən dilimizə çevrilmiş 102 səhifəsi və A.Qasımov tərəfindən 

tərcümə  olunmuş  27  səhifəsi  Tarix  İnstitutunun  Elmi  Arxivində 

saxlanılır (Bax: inventar №№ 934,910, 2078). 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə