Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
  1   2   3   4   5   6   7   8   9   ...   138



 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
A.
 
  BAKIXANOV ADINA TARİX İNSTİTUTU 
 
XEYİRBƏY QASIMOV 
 
 
 
 
 
 
ORTA ƏSRLƏRDƏ  
AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“ASPOLİQRAF” 
BAKI - 2008



 
 
AMEA A.Bakıxanov adına Tarix İnstitutu Elmi 
Şurasının qərarı ilə çap olunur 
 
 
Elmi  redaktoru:  Oqtay Əfəndiyev 
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 
 
Rəyçilər: Yaqub Mahmudov 
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 
 
Şahin Fərzəliyev 
 tarix elmləri doktoru, professor 
 
Tofiq Nəcəfli  
tarix elmləri namizədi 
 
Xeyirbəy Qasımov  
Q 23 Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, “Aspoliqraf”, 2008, 448 s. 
 
Əsərdə  orta  əsrlərdə  Azərbaycan  mədəniyyətinin  təkamülünün  başlıca 
mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, milli mədəniyyət tarixinin mühüm 
və  aktual  problemləri  araşdırılır.  Orta  əsrlərin  Azərbaycan  mədəniyyət  faktları 
dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji prosesləri kontekstində tədqiq olunur. 
 
 
Q  0503010000     2008                                                       © “Aspoliqraf”, 2008                          
           053



 
 
MÜNDƏRİCAT 
ÖN SÖZ 
GİRİŞ 
I FƏSİL.  
Başlıca mənbələrin və elmi ədəbiyyatın icmalı, Azərbaycanın  
islamaqədərki mədəni təkamül prosesinə ümumi bir baxış 
§ 1Başlıca mənbələr 
§ 2. Problemin tarixşünaslıqda, elmi ədəbiyyatda tədqiqi səviyyəsi 
§3. Azərbaycan mədəniyyətinin islamaqədərki təkamül prosesinə ümumi bir baxış 
II FƏSİL.  
Azərbaycan mədəniyyəti VII-XII əsrlərdə 
§1. Azərbaycan dövrün ictimai-siyasi münasibətlər sistemində 
§2. Azərbaycan mədəniyyətinin başlıca inkişaf istiqamətləri 
III  FƏSİL.  
XIII-XIV əsrlərdə Azərbaycanın mədəni həyatı 
§1. Dövrün ictimai-iqtisadi və siyasi mühitinə dair 
§2. XIII-XIV əsrlərdə Azərbaycanın mədəni həyatı 
IV  FƏSİL.  
Azərbaycan mədəniyyəti XV əsrdə 
§1. Dövrün ictimai-siyasi, iqtisadi mühitinə ümumi baxış 
§2. Azərbaycan mədəniyyəti XV əsrdə 
V  FƏSİL.  
Azərbaycan mədəniyyətinin təkamülündə  
yüksəliş və kamillik mərhələsi (XVI əsr) 
§1. Dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji mühitinə ümumi nəzər 



 
§2. Azərbaycan ədəbiyyatı 
§3. Azərbaycan ədəbi dili 
§4. Dinin rolu, mövqeyi və maarif 
§5. Memar


§6. Təsviri incəs
ə
nət və x
ə
ttat


§7. Dekorativ və tətbiqi incəsənət növləri 
§8. Folklor və musiqi 
§9. Fəlsəfə və elm 
VI FƏSİL
 
XVII-XVIII 
ə
srlərdə Azərbaycan mədəniyyəti 
§1. Azərbaycan m
ə
dəniyy
ə
ti XVII 
ə
srdə 
Dövrün ictimai-iqtisadi, siyasi mühitin
ə
 ümumi
 
baxış 
Azərbaycan əd
ə
biyyatı 
Azərbaycan ədəbi dili 
Maarif 
Memarlıq 
Təsviri incəsən
ə
t və xəttatlıq 
Dekorativ və tətbiqi sənət sahələri 
Folklor və musiqi
 
Elm 
§ 2. Azərbaycanın mədəni həyatı XVIII yüzillikdə 
Nəticə 
İstifadə olunmuş mənbələr və ədəbiyyat 
Резюме
 
Summary 
 
 



 
MƏDƏNİYYƏT TARİXİMİZƏ DAİR 
QİYMƏTLİ TƏDQİQAT 
 
Xeyirbəy Sabir oğlu Qasımovun 
“Orta əsrlərdə Azərbaycan mədəniyyəti” 
monoqrafiyasına 
 
ÖN SÖZ 
 
Azərbaycan  xalqı  öz  tarixi  torpaqlarında  qədim  və  zəngin  mədəniyyət 
yaradıb.  Bizim  mədəniyyətimiz  ayrı-ayrı  tarixi  dövrlərdə  Qafqaz  xalqlarının  və 
digər qonşu ölkələrin mədəni inkişafına güclü təsir göstərib. “Kitabi-Dədə Qorqud” 
xalq  qəhrəmanlıq  eposunun  bütün  tarixi  Azərbaycan  torpaqlarında  yayılması  ilə 
mədəniyyətimiz  Erkən  İntibah  dövrünə  qədəm  qoydu.  Bundan  sonra  bütün  orta 
əsrlər boyunca xalqımız dünya mədəniyyəti tarixinə bir-birinin ardınca bir-birindən 
qüdrətli dahi şəxsiyyətlər bəxş etdi. Lakin... 
...Lakin  zaman-zaman  yurdumuzdan  talanıb  müxtəlif  ölkələrə  aparılan, 
dünya  muzeylərini  bəzəyən  maddi  və  mənəvi  mədəniyyət  incilərimiz  İran 
mədəniyyətinin nümunələri kimi təqdim olunmağa başladı. Bu ədalətsizlik indi də 
davam edir. 
Bundan daha dözülməz və demək olar ki, hər gün qarşılaşdığımız daha bir 
ədalətsizlik,  daha  bir  reallıq  da  var.  Çağdaş  dövrdə  bu  ədalətsizlik  bizi  daha  çox 
narahat  edir:  XIX  yüzilliyin  20-30-cu  illərində  Rusiya  müstəmləkəçilərinin 
torpaqlarımıza köçürüb gətirdikləri və 1918-ci ildə Azərbaycan ərazisində - İrəvan 
xanlığı  ərazisində  dövlət  yaratmağa  nail  olmuş  ermənilər  bütün  dünyada 
Azərbaycan mədəniyyətinin ən nadir nümunələrini öz mədəniyyətləri kimi təqdim 
edirlər. Qarşımızda çox çətin və çox şərəfli vəzifə durur: Doğma mədəniyyətimizə 
sahib  çıxmaq  və  saxtakarlara,  mədəniyyət  oğrularına  qarşı  mübarizə  aparmaq. 
Bunun  üçün  isə  mədəniyyət  tariximizi  dərindən  araşdırılmalı,  tədqiqat  işlərini 
genişləndirməliyik! Bu gərəkli iş bir an belə dayandırılmamalıdır! 
Azərbaycan  xalqının  yaratdığı  zəngin,  çoxşaxəli  və  təkrarsız  mədəni 
dəyərlərin  mühüm  bir  hissəsi  orta  çağların  payına  düşür.  Orta  əsr 
mədəniyyətimizin dahiləri, onların yaratdıqları nadir sənət inciləri, erkən və inkişaf 
etmiş Azərbaycan intibahı ümumdünya mədəniyyətinin qızıl səhifələridir. Bu qızıl 
səhifələri dünya tarixinə həkk etmiş Azərbaycan xalqı ümumdünya mədəniyyətinin 
inkişafına güclü təsir göstərmişdir. 
Təbiidir  ki,  son  50-60  il  ərzində  orta  çağlar  tariximizin  araşdırılması 
gedişində  mədəniyyət  məsələləri  də  diqqətdən  kənarda  qalmamışdır.  Orta  çağlar 
Azərbaycan  mədəniyyətinin  öyrənilməsində  sənətşünaslar,  filosoflar,  dilçi  və 
ədəbiyyatşünas alimlər də nəzərəçarpan işlər görmüşlər. Bununla belə, mədəniyyət 
tariximizə  dair  bütün  dövrləri  əhatə  edən  ümumiləşdirilmiş  əsərlərin  yazılmasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə