Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda



Yüklə 289,64 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü289,64 Kb.
#77272


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

 

Əlyazması hüququnda 

 

 

RAMİN NOVRUZƏLİ OĞLU ALLAHVERDİYEV 

 

 

AZƏRBAYCAN TƏQVİM MİFLƏRİNİN SEMANTİKASI 

 

  

10.01.09 - Folklorşünaslıq 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

A V T O R E F E R A T I 

  

         

 

B A K I – 2012 


 

Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının Folklor 



İnstitutunda yerinə yetirilmişdir.  

 

        Elmi rəhbər:                   Filologiya üzrə fəlsəfə doktoru, dosent 

                                                 Seyfəddin Gülverdi oğlu Rzayev

 

         

        Rəsmi opponentlər:        Filologiya elmləri doktoru 

                                         Xatirə Bədrəddin qızı Bəşirli 



 

                                        Filologiya üzrə fəlsəfə doktoru  

                                        Adil Savalan oğlu Cəmilov 

 

Aparıcı müəssisə:          Azərbaycan Dövlət Pedoqoji Universitetinin  

                                        Azərbaycan ədəbiyyatı tarixi kafedrası 

 

 



Müdafiə  “___”____________  2012-ci  ildə  saat    _______  

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Folklor  İnstitutu  nəzdində 

fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  olunan 

dissertasiyaların 

müdafiəsini  keçirən  FD.01.201  Dissertasiya 

Şurasının iclasında keçiriləcəkdir. 

 

Ünvan: Az-1000, Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi 31.  

 

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış 



olmaq olar. 

 

Avtoreferat _________________ 2012-ci ildə göndərilmişdir. 

 

 

FD.01.201. Dissertasiya Şurasının 



elmi katibi filologiya üzrə                                 Rza Zeynal oğlu 

fəlsəfə doktoru, dosent:                                      Xəlilov 




 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 



 

Mövzunun aktuallığı.  Azərbaycan folklorşünaslığında təqvim 

miflərinin  araşdırılması  bütövlükdə  Azərbaycan  türklərinin  mifoloji 

sisteminin  daha  dərindən  öyrənilməsi  baxımından  aktual  elmi 

problemdir.  Ümumtürk,  o  sıradan  Azərbaycan  türk  mifik 

görüşlərinin  əsas  nüvəsini  təşkil  edən  zamanla  (zaman-məkan 

kontinuumu  ilə)  bağlı  əsatiri  görüşlərin  tədqiqata  cəlb  olunması 

vahid ümumtürk mifoloji sisteminin öyrənilməsi nöqteyi-nəzərindən 

də  olduqca  aktual  bir  məsələdir.  Azərbaycan  təqvim  miflərinin 

tədqiq  olunması  bu  ortaq  vahid  mifoloji  sistemin  sistemdaxili 

qarşılıqlı  münasibətlərinin,  təsir  istiqamətlərinin,  orijinal  yerinin 

müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirə bilir. 

Zamanla  bağlı  əsatiri  dünyagörüşlərin  müncərləşdiyi  təqvim 

mifləri  bu  və  ya  digər  etnosun  bütövlükdə  yaşam  tərzinin  həmin 

etnosun  mifoloji  məfkurəsində  müəyyənləşmiş kodlarla, simvollarla 

ifadə  olunduğu  mürəkkəb  işarələr  sistemidir.  Həmin  işarələr 

sisteminin  semantik  qatlarının  araşdırılması  onu  yaradan  etnosun 

etnik-psixoloji,  əxlaqi-mənəvi,  mədəni  və  s.  bu  kimi  spesifik 

xüsusiyyətlərinin  öyrənilməsi  prizmasından  vacib  bir  məsələ  olaraq 

qalmaqdadır.  

Təqvim  mifləri  ümumilikdə  mifoloji  sistemin  tərkib  hissəsi 

olduğundan onun semantik laylarının üzə çıxarılması bütövlükdə bu 

sistemin  öyrənilməsinə  yönəldilmiş  lazımi  məsələ  kimi  də  son 

dərəcə önəmlidir.  

Bəşər  tarixində  şüurun  ilkin  inkişaf  mərhələsi  hesab  olunan 

mifik  təfəkkürün  məhsulu  sayılan  mifoloji  işarələr  sisteminin 

dərindən  öyrənilməsi  ondan  sonra  gələn  təfəkkür  mərhələlərinin 

(dini,  bədii,  fəlsəfi  düşüncənin)  materiallarının  asan  başa  düşülməsi 

baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  İlkin  formalaşan  dini 

görüşlərdə,  eləcə  də  sonrakı  formalaşmış  dinlərdə  özünü  göstərən 

mifoloji  təfəkkürün  bu  və  ya  digər  arxetipləri,  simvolları  məhz 

mifoloji  sistemin  dərindən  öyrənilməsi  nəticəsində  anlaşılır.  O 

cümlədən,  müasir  bədii  yaradıcılıqda,  bədii  əsərlərdə  bir  sıra 

təhtəlşüuri  olaraq  simvollar  şəklində  əksini  tapan  arxetiplərin  də 



 

anlaşılması  mifoloji  sistemin  dərindən  öyrənilməsinin  zəruriliyini 



ortalığa qoyur. 

Vahid  mifoloji  sistemin  aparıcı  tərkib  hissəsi  olan  təqvim 

miflərinin  müxtəlif  elementləri,  simvolları  təfəkkür  tərzinin, 

xüsusən,  xalq  bədii  təfəkkürünün  sonrakı  inkişaf  mərhələlərində 

müxtəlif folklor janrlarına səpələnmiş halda aşkarlanır. Ona görə də 

miflərin  semantik  laylarının  üzə  çıxarılması  üçün  aparılan  digər 

tədqiqatlar  kimi  bu  tədqiqat  da  qeyd  etdiyimiz  folklor  janrlarına 

səpələnmiş  mifoloji  elementlərin,  simvolların  əsatiri  məzmununun, 

mifoloji  köklərinin  aşkara  çıxarılması  baxımından  son  dərəcə 

əhəmiyyətlidir. 

 Təqvim  mifləri  birbaşa  mövsüm  mərasimləri  ilə  vəhdət  təşkil 

etdiyindən,  başqa  cür  ifadə  etsək,  təqvim  mifləri  mövsüm 

mərasimlərinin mətn (işarələr sistemi) şəkli olduğundan, bu mənada 

birincinin  araşdırılması,  elə  ikincinin  tədqiq  olunaraq  öyrənilməsi 

deməkdir.  Belə  ki,  ritual  simvolların  semantik  laylarını  aşkara 

çıxarmaqdan  ötrü,  o  cümlədən,  həmin  ritual  simvollarla  ritual 

subyektlərinin  (ritual  icraçılarının)  qarşılıqlı  münasibətlərinin  və 

bunun  fonunda  ortaya  çıxmış  digər  semantik  qatların  dərindən 

araşdırılması  üçün  təqvim  miflərinin  tədqiqi  məsələsi  qaçılmaz  bir 

zərurətə  çevrilir.  Burada  ritual-mif  kontekstinin  öyrənilməsi  də 

təqvim  miflərinin  tədqiq  olunmasından  keçir.  Göründüyü  kimi, 

bütün  bu  qeydlərimiz  Azərbaycan  folklorunda  təqvim  miflərinin 

hərtərəfli öyrənilməsi məsələsinin aktuallığını bir daha təsdiqləyir.  

 Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  

Azərbaycan  türklərinin  kosmoqonik,  təqvimi,  zaman  məfhumu 

(zaman-məkan  kontinuumu)  ilə  bağlı  əsatiri  görüşlərinin  əks 

olunduğu  mifoloji  mətnlər  (eləcə  də  ümumtürk  mifoloji  mətnləri), 

həmçinin  Azərbaycan  folklorunun  nağıllar,  dastanlar,  əfsanələr, 

bayatılar, atalar sözləri, tapmacalar, inanclar və s. digər janrları təşkil 

edir.  


Dissertasiyanın  predmeti  kimi  isə  Azərbaycan  mifoloji 

məfkurəsində təqvimi, zamanla (zaman-məkan kontinuumu ilə) bağlı 

əsatiri, 

ritual-mifoloji 

görüşlər 

nəzərdə 


tutulur. 

Novruz 


mərasimlərinin 

ritual 


simvollarının, 

bu 


simvollarla 

ritual 



 

subyektlərinin  (icraçılarının)  münasibətlərinin  öyrənilməsi  də 



araşdırmanın predmetinə daxildir.  

Araşdırmanın  məqsəd  və  vəzifələri.  Azərbaycan  türklərinin 

təqvimlə,  zamanla  (zaman-məkan  kontinuumu  ilə)  bağlı  mifoloji 

görüşlərini  öyrənmək,  həmçinin  ümumtürk  mifoloji  sistemində  bu 

mifik  baxışların  tutduğu  yeri  müəyyənləşdirmək,  eləcə  də  ritual-

mifoloji  görüşləri  özündə  müncərləşdirən  mifik  mətnləri  və  digər 

faktiki  folklor  materiallarını dərindən təhlil  edərək təqvim (Novruz)  

mərasimlərinin  bütövlükdə  ritual-mifoloji  mahiyyətli  semantik 

laylarını  praktiki  özünü  doğrultmuş  və  hal-hazırda  dünya 

folklorşünaslıq  elmində  geniş  istifadə  edilən  elmi-nəzəri  metodların 

(psixoanalitik, semiotik, strukturalist, müqayisəli-tarixi və s.) köməyi 

ilə  üzə  çıxarmaq  tədqiqat  işinin  başlıca  məqsədidir.  Bu  başlıca 

məqsədə çatmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur: 

Zaman  məfhumunun  (zaman-məkan  kontinuumunun)  əks 

olunduğu  Azərbaycan  və  ümumtürk  mifoloji  mətnlərini,  eləcə  də 

digər  folklor  materiallarını  öyrənmək,  araşdırma  zamanı  onlardan 

(həmçinin  müqayisə üçün  bir çox qədim  dünya  xalqlarının zamanla 

bağlı  mifoloji  görüşlərinin  əks  olunduğu  mətnlərdən  də  lazım 

gəldikdə nümunələr gətirməklə) maksimum yararlanmaq; 

Bu  faktoloji  materialların təhlili  və tədqiqi zamanı elmi-nəzəri 

mülahizələrdən 

(metodlardan) 

yerində 


məqsədyönlü 

şəkildə 


bəhrələnmək. 

Dissertasiya  probleminin  öyrənilmə  dərəcəsi.

 

Təqvim 



mifləri  ilə  bağlı  məsələlər  milli  folklorşünaslığımızda araşdırılarkən 

tədqiqatçılar  ən  çox  Novruz  mərasimləri  və  onların  adət-

ənənələrindən  bəhs  etmişlər.  Burada  mifoloji  təfəkkürdə  təqvimi 

görüşlərin  əsasını  təşkil  edən  zamanla  bağlı  məsələlərə  ya 

toxunulmamış,  yaxud  da  ötəri  toxunulmuşdur.  Təqvim  miflərindən 

bəhs  edən  araşdırıcıların  diqqətindən  yayınmış  məsələlərdən  biri  də 

on  iki  heyvanı  təmsil  edən  qədim  türk  təqvim  sistemidir.  Novruz 

mərasimləri 

ilə 

bağlı 


mifoloji, 

təqvimi 


görüşlərə 

diqqət 


yönəldiyindən bu məqam tədqiqatçıların nəzərindən yayınmışdır. 

Novruz  bayramı,  onun  adət-ənənələri  haqqında  isə  bir  sıra 

tədqiqatçılar bu  və  ya digər  formada  yazmışlar. Y.V.Çəmənzəminli, 

M.Təhmasib,  M.Seyidov,  Ə.Sultanlı,  H.İsmayılov,    B.Abdulla, 




 

M.Qasımlı,  N.Rzayev,  M.Allahverdiyev,  A.Nəbiyev,  F.Bayat, 



S.Rzasoy,  Ş.Albalıyev,  Ə.Şamil,  A.Xəlil,  C.Qasımov  və  digər 

tədqiqatçılar  Novruz  mərasimlərini  müxtəlif  aspektlərdən  tədqiqə 

cəlb  etmişlər.  Bizdən  öncə  bu  səpkidə  aparılan  bütün  araşdırmaları 

təqdirəlayiq  hal  kimi  dəyərləndirməklə  yanaşı  qeyd  etməliyik  ki, 

həmin  tədqiqatlar  Novruz  mərasimlərinin  müxtəlif  məqamlarını 

işıqlandırsa  da,  məsələnin  sistemli  şəkildə  dissertasiya  işi 

səviyyəsində  işlənilməsi  zərurəti  qalmaqdadır.  Bu  tədqiqat  işinin 

yazılması  da  həmin  zəruri  ehtiyacı  müəyyən  mənada  ödəmək  üçün 

nəzərdə tutulur.   

 Tədqiqatın  elmi  yenilikləri.  Araşdırmada  aşağıdakı  konkret 

yeni  mülahizələr,  fikirlər,  tezislər  irəli  sürülür.  Birinci  fəsil  üzrə 

mifik  təfəkkürdə  zaman  məfhumunun  maddiləşərək  modellər 

şəklində 

qavranılması 

və 

təqdim 


olunması 

məsələləri 

müəyyənləşdirilir. İkinci fəsildə isə təqvim (Novruz) mərasimlərinin 

ritual-mifoloji semantikası aydınlaşdırılır. Bütövlükdə tədqiqat işinin 

qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrinin  tələblərinin  həyata 

keçirilməsinin  məntiqi  yekunu  kimi  dəyərləndirilən  dissertasiya  

yeniliklərini aşağıdakı ümumi müddəalar təşkil edir: 

  

  Azərbaycan  və  ümumtürk  mifik  təfəkküründə  Zaman 



məfhumu  maddiləşərək  modelləşir.  Yəni  maddi  varlıqlar 

görkəmində dərk olunur, bu maddi varlıqların modelləri kimi 

qavranılır və təqdim edilir.  

  Canlı  maddi  varlıqlar  şəklində  maddiləşərək  qavranılan 

Zaman  modelləri  bioloji  təsnifata  uyğun  olaraq  üç  yerə 

bölünür. 

  Zamanın zoomorfik modelləri; on iki heyvanı təmsil edən on 

iki  illik  qədim  türk  təqvim  sistemi  Zamanın  türk  mifik 

təfəkküründə  on  iki  heyvan  görkəmində  modelləşməsinin 

təzahürü  kimi  aydınlaşdırılır.  Hər  bir  zoomorfik  zaman 

modelinin  ayrılıqda  mifoloji  semantikası,  xüsusilə,  zaman-

məkan kontinuumu ilə bağlı semantik layları üzə çıxarılır. 

  Zamanın 

antropomorfik 

modelləri; 

insan 


şəklində 

qavranılaraq  modelləşən  zaman  modellərinin  mifoloji 




 

semantikası,  xüsusilə,  zaman-məkan  kontinuumu  ilə  bağlı 



semantik laylar müəyyənləşdirilir. 

  Zamanın  bitkisəl  modeli;  Dünya  Ağac  şəklində  qavranılan 

zaman  modelinin  zaman-məkan  kontinuumu  ilə  bağlı 

mifoloji semantikası üzə çıxarılır. 

  Cansız  varlıqlar  görkəmində  modelləşən  Zaman  modelləri, 

məsələn Ay, Günəş, Dan ulduzu, Ülkər, alma, ərik obrazında 

qavranılan 

zaman 


modellərinin 

mifoloji 

semantikası 

müəyyənləşdirilir. 

  Azərbaycan 

xalqının 

folklor 

məfkurəsində 

Zaman 

məfhumunun məxsusi poetik modelləri müəyyən edilir.    



  Mifoloji  təfəkkürdə  on  iki  sayının  Zaman  məfhumunun 

(zaman-məkan  kontinuumunun)  simvolu  kimi  işarələnməsi 

aşkarlanır  və  onun  kosmoqonik  tamlığın  işarəsi  olması 

müəyyənləşdirilir. 

  İkinci 

fəsildə 


Novruz 

mərasimlərinin 

ritual-mifoloji 

mahiyyətini təşkil edən arxaik, arxetipik  semantik  laylar üzə 

çıxarılır. 

  Folklorumuzun 

digər 

janrlarında 



və 

yazılı 


klassik 

ədəbiyyatımızda  Novruz  mərasiminin  hansı  şəkildə  əksini 

tapdığı göstərilir. 

  Novruz mərasimləri və onun adətləri haqqında orta əsr yazılı 

mənbələrindəki  məlumatların  saf-çürük  edilməsi  nəticəsində 

Novruz bayramının bir sıra qaranlıq məqamlarına işıq salınır. 

  Çərşənbələrin adlandırılması məsələsinə aydınlıq gətirilir. 

  Çərşənbələr arxaik rituallar kimi nəzərdən keçirilərək onların 

ritual-mifoloji 

əsasını 


təşkil 

edən 


semantik 

laylar 


müəyyənləşdirilir. 

  Novruz  mərasimlərinin  ritual  simvollarından  olan  Tonqal 

(od)  və  Su  simvollarının  bir  sıra  arxaik  semantik  layları, 

mifoloji funksiyaları aşkara çıxarılır. 

  Novruz mərasimlərinin ritual simvolları ilə ritual subyektləri 

arasındakı  münasibət  və  bu  qarşılıqlı  münasibətdən  doğan 

mifoloji funksiyalar aydınlaşdırılır. 



 

  Novruz  mərasimlərinin,  çərşənbələrin  əsasını  təşkil  edən 



ritual  simvolların  təhlili  nəticəsində  ritualın  zamandan 

asılılığı nəzəri mülahizəsi irəli sürülür. 

  Novruz mərasimlərinin, çərşənbə rituallarının  “ol zamanda”, 

ilkin  başlanğıc,  mifik  zamanda  yaradılış  (kosmoqoniya) 

aktını,  Xaosdan  Kosmosa  keçid  aktını  reaktuallaşdıran 

(yenidən  canlandıran)  arxaik  rituallar,  yaxud  onların  qalığı 

olması tezisi sübuta yetirilir. 

 

 Dissertasiyanın  nəzəri-metodoloji  əsasları.  Dissertasiya 

işinin  nəzəri-metodoloji  əsaslarını  müasir  elm  sahələrində  geniş 

şəkildə istifadə olunan, praktiki olaraq özünü doğrultmuş elmi-nəzəri 

metodlar  təşkil  edir.  Konkret  olaraq,  psixoanalitik  (Z.Freyd, 

K.Yunq),  strukturalist  (K.Levi-Stos,  R.Karnap,  L.Tondl  və  b.), 

semiotik  (F.  De.  Sössür,  Ç.Pirs,  A.Qreymans,  R.Bart,  V.Terner  və 

b.)  elmi-nəzəri  metodlardan  təqvimi,  zamanla  bağlı  görüşləri  əks 

etdirən  mifoloji  mətnlərin,  eləcə  də  digər  folklor  materiallarının 

təhlilində yerində və məqsədyönlü şəkildə istifadə olunur.  

Habelə,  tədqiqat  zamanı  antropoloji  məktəbin  (E.Taylor, 

A.Lanq, C.C.Frezer və b.) aktual mülahizələrindən, müqayisəli-tarixi 

metodun  (E.Taylor,  C.C.Frezer,  N.Konrad  və  b.)  əsas  tezislərindən 

də istifadə edilmişdir. 

Bütün  bu  elmi-nəzəri  metodlardan  yerində  və  məqsədyönlü 

faydalanmaq  dissertasiyada  qarşıya  qoyulmuş  əsas  məqsəd  və 

vəzifələrin  müvəffəqiyyətlə  yerinə  yetirilməsinə  və  nəticədə  lazımi 

elmi yeniliklərin üzə çıxarılmasına zəmin yaratmışdır. 

 Dissertasiyanın nəzəri və praktiki əhəmiyyəti. Araşdırmanın 

nəzəri əhəmiyyəti ondan ibarətdir ki, burada irəli  sürülən bəzi nəzəri 

mülahizələr  təqvimi  görüşlərin  araşdırılmasında,  xüsusilə,  zaman 

(zaman-məkan  kotinuumu)  məfhumunun  öyrənilməsi  baxımından 

yeni  bir  yanaşma  istiqaməti  müəyyənləşdirir.  Bu  istiqamət  mifoloji 

təfəkkürdə 

zaman 

anlayışının 



maddi 

varlıqlar 

görkəmində  

maddiləşərək  modelləşməsi  tezisi  üzrə  araşdırılmasını  nəzərdə  tutur 

və  mifik  düşüncənin  təqdim  etdiyi  ayrı-ayrı  zaman  modellərinin 

zamanla  (zaman-məkan  kontinuumu  ilə)  bağlı  mifoloji  semantik 

laylarının,  funksiyalarının  üzə  çıxarılması  mülahizəsini  irəli  sürür. 



 

Eləcə  də  təqvim  (Novruz)  mərasimlərinin,  çərşənbə  rituallarının 



araşdırılması,  ritual  simvollarının  semantik  laylarının  aşkar 

olunması,  həmin  ritual  simvolları  ilə  ritual  subyektləri  (icraçıları) 

arasındakı  münasibətlərin  çözülməsi  və  s.  zamanı    meydana  çıxan 

nəzəri  mülahizələr  də  bu  səpkidə  aparılan  digər  tədqiqatlar  üçün 

faydalı ola bilər. 

Dissertasiyanın  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  burada 

araşdırılan  məsələlər  ali  məktəblərin  filologiya  fakültəsində  folklor 

nəzəriyyəsi  dərslərində,  habelə  fəlsəfə  fakültəsində  şüurun  inkişaf 

mərhələləri,  zaman  məsələləri  ilə  bağlı  mövzuların  keçirilməsi 

zamanı, eləcə də mifologiya sahəsi üzrə, ələlxüsus da zaman anlayışı 

ilə əlaqəli tədqiqat aparan araşdırıcılar üçün yararlı ola bilər. 

Tədqiqatın  aprobasiyası.  Dissertasiya  işi  Azərbaycan  Milli 

Elmlər 


Akademiyasının 

Folklor 


İnstitutunda 

hazırlanmışdır.  

İndiyədək  dissertasiyanın  ayrı-ayrı  hissələrini  əhatə  edən  məqalələr 

müxtəlif jurnal və məcmuələrdə çap edilmişdir. 



Dissertasiyanın  quruluşu.  Dissertasiya  “Giriş”,  iki  fəsil, 

“Nəticə” və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 



 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanın  “Giriş”  hissəsində  mövzunun  aktuallığı 

əsaslandırılır,  tədqiqatın  obyekti  və  predimeti,  məqsəd  və  vəzifələri 

göstərilir,  problemin  öyrənilmə  dərəcəsi  müəyyənləşdirilir,  elmi 

yenilikləri  sadalanılır,  işin  nəzəri-metodoloji  əsasları,  nəzəri  və 

praktiki  əhəmiyyəti,  aprobasiyası  və  quruluşu  haqqında  məlumat 

verilir. 

Bütövlükdə 

“Mifoloji 

təfəkkürdə 

zaman 

və 


təqvim” 

adlandırılan  birinci  fəsil  üç  yarımfəsilə  ayrılır.  “Zamanın  mifoloji 

təfəkkürdə  modelləşməsi”  kimi  təqdim  olunan  birinci  yarımfəsildə 

zamanın ümumtürk və milli mifoloji təfəkkürümüzdə maddi varlıqlar 

şəklində  qavranılması  və  modelləşməsi  məsələsi  araşdırılır.  Aydın 

məsələdir  ki,  zaman  məfhumunun  mifoloji  düşüncədə  qavranılması 

həmin  düşüncə  tərzinin  spesifik  xüsusiyyətləri  çərçivəsində  baş 

verir.Y.M.Meletinski bu xüsusiyyətlərdən ətraflı şəkildə bəhs edərək 

yazır:  “Mifoloji  təfəkkürün  bəzi  xüsusiyyətlərinin  nəticəsidir  ki, 



 

10 


“ibtidai”  insan  hələ  özünü  onu  əhatə  edən  ətraf  aləmdən  aydın 

şəkildə ayırmamış və təbiət obyektlərinə öz məxsusi xüsusiyyətlərini 

köçürmüş,  onlara  həyat,  insani  hisslər,  şüurlu,  məqsədli  təsərrüfat 

fəaliyyəti,  insan  fiziki  görkəmində  çıxış  etmək  imkanı,  sosial 

təşkilata  malik  olmaq  və  bu  kimi  xüsusiyyətləri  şamil  etmişdir.  Bu 

“ilkin  ayırdedilməzlik”  insanın  özünün  təbii  aləmlə  vəhdətini 

instiktiv duymasının, təbiəti  stixik dərketməsinin  deyil,  məhz  insanı 

təbiətdən keyfiyyətcə ayırd etməyi  bacarmasının nəticəsidir”

1



Beləliklə,  ətraf  mühiti,  orada  baş  verənləri  sinkretik  şəkildə 



qavrayan mifoloji təfəkkür zaman anlayışına da bu sinkretik qavrayış 

prizmasından  yanaşır.  Buna  görə  mifik  düşüncədə  zaman  anlayışı 

ayrıca  mücərrəd  bir  proses  kimi  qavranılmır  və  maddi  olan 

varlıqların fonunda dərk olunur. O.M.Freydenberqin təbirincə desək, 

“Zaman  ibtidai  şüurda  müəyyən  hissələrə  malik  olan  məkan 

görkəmində  təsəvvür  olunmuş;  məkan  isə  əşyalar  görkəmində 

qavranılmışdır”

2

.  Deməli,  mifoloji  təfəkkürdə  zaman  maddiləşərək 



müəyyən  maddi  varlıqlar  formasında  modelləşir.  Bu  halda  mifik 

məfkurədə  zamanın  modelləşməsi  maddi  olan  varlıqların  fonunda 

gerçəkləşir. 

Maddi  varlıqların  canlı  və  cansız  olmaqla  iki  yerə  bölünməsi 

zamanın  mifoloji  təfəkkürdə  modelləşməsinin  də  bu  iki  istiqamət 

əsasında  təsnifləndirilməsini  şərtləndirir.  Birincisi  zamanın  canlı 

varlıqlar,  ikincisi  isə  cansız  varlıqlar  görkəmində  modelləşməsidir. 

Canlı  varlıqların  üçlü  (bitki,  heyvan,  insan)  təsnifinə  uyğun  olaraq, 

mifoloji  təfəkkürdə  zamanın  modelləşməsi  üç  istiqamdə  özünü 

göstərir: 

1. Zamanın zoomorfik modelləşməsi;  

2. Zamanın antropomorfik modelləşməsi; 

3. Zamanın biomorfik (bitkisəl) modelləşməsi. 

                                                

1

  Мелетинский  Е.М.  Поэтика  мифа.  Москва,  Издательство 



«Наука», 1976, с. 164-165 

2

  Фрейденберг  О.М.  Миф  и  литература  древности.  Москва, 



Главная  редакция  восточной  литературы  издательства  «Наука», 

1978, с.20 

 



 

11 


Təqvim  miflərində  zamanın  zoomorfik  obrazda  modelləşməsi 

özünü  geniş  şəkildə  göstərir.  Mifoloji  təfəkkürdə  zamanın  canlı 

maddi  varlıq  kimi  qavranılması  həm  də  zoomorfik  mifoloji 

modellərlə  xarakterizə  olunur.  Birinci  yarımfəslin  “Zoomorfik 

modelləşmə”  başlıqlı  hissəsində  qədim  türk  xalqlarının  istifadə 

etdikləri  on  iki  heyvanı  təmsil  edən  on  iki  illik  təqvim  sistemi 

əsasında  zamanın  (zaman-məkan  kontinuumunun)  on  iki  heyvan 

görkəmində  qavranılması  və  modelləşməsi  müəyyənləşdirilir. 

Təqvimin  illərinin  hər  birini  təmsil  edən  on  iki  zoomorfik  zaman 

modelinin  ayrı-ayrılıqda  zamanla  (zaman-məkan  kontinuumu  ilə) 

bağlı arxaik semantik layları üzə çıxarılır.  

“Antropomorfik 

modelləşmə” 

başlıqlı 

hissədə 

zaman 


məfhumunun  mifoloji  təfəkkürdə  insan  şəklində  qavranılması  və 

təqdim  olunmasından  bəhs  olunur.  Bu  səpkidə  mifoloji  mətnlərin 

araşdırılması  müəyyən  edir  ki,  zaman  anlayışı  mifopoetik 

məfkurəmizdə həm də insan görkəmində modelləşir.  

Araşdırmamız göstərir ki, milli mifoloji mətnlərimizdə və digər 

folklor  nümunələrimizdə  zamanın  antropomorfik  modelləri  geniş 

yayılmışdır.  Burada  zamanın  həm  nisbətən  böyük,  həm  də  kiçik 

hissələri, 

başqa 

sözlə 


desək, 

fəsillərin, 

ayların, 

günlərin 

antropomorflaşmasının 

şahidi 


oluruq. 

Məsələn, 

Süleyman 

peyğəmbərlə  bağlı  bir  nümunədə  göstərilir  ki,  peyğəmbər  “...üzüyü 

verir qıza taxır barmağına. Gedir, günorta gəlir, görür ki, burda orta 

yaşdı kadın oturubdu. Buna heş nə demir, çıxır gedir. Bir də axşam 

gəlir ki, burda bir qoja arvad oturuf. Çox ayna-bəynə baxır, qoja diir: 

-A oğul, nə gəzirsən? 

-Burda  bir  cavan  qız  var,  mən  onunla  əhd-peyman  eliyif  iş 

üçün gəlmışəm. 

-Diir ki, o, mənəm. Səhər elə cavan qız oluram, günortalar orta 

yaşlı kadın oluram, axşam da bax belə qoja oluram”.

3

  

 Ümumiyyətlə foklor nümunələrinə görə “Qoca qarı”, “Qartmış 



qarı”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Boz Çillə (Ay)”, “Xıdır Nəbi”, 

                                                

3

 Azərbaycan  folkloru antologiyası. 12-ci kitab (Zəngəzur folkloru). 



Bakı, “Səda” nəşriyyatı, 2005, s. 217 

 



 

12 


“Xızır”,  “Kosa”,  “Oğuz”  kimi  insan  obrazları  zamanın  müəyyən 

kəsimlərinin  modelləri  olaraq  təqdim  olunur.  Bu  modellər  zaman-

məkan kontinuumu ilə ilişgili semantik qatları özündə müncərləşdirir 

ki, həmin semantik laylar da burada aşkara çıxarılır.  

Birinci  yarımfəslin  “Biomorfik  (bitkisəl)  modelləşmə”  adlı 

hissəsində  zaman-məkan  kontinuumunun  Dünya  Ağacı  modelində 

qavranılması və təqdim olunması müəyyənləşdirilir.  Məlum olur ki, 

Azərbaycan  türklərinin  mifoloji  təfəkküründə  kainatın  zaman  və 

məkan  bölgüsü  Dünya  Ağacının  timsalında  (kökləri  –  keçmişi  və 

xtonik aləmi, gövdəsi – indini və aralıq məkanı, budaqları – gələcəyi 

və səmanı simvolizə edir) qavranılır.  

Cansız  varlıqlarla  zamanın  modelləşməsi  də  mifoloji 

görüşlərimizdə  əksini  tapır.  Günəş,  Ay,  Dan  Ulduzu  kimi  astral 

cisimlər,  həmçinin  alma,  ərik  meyvələri  (predmetləri)  zamanın 

modelləşdiyi maddi varlıqlar olaraq özünü göstərmiş olur.  

Zaman  anlayışı  milli  folklorumuzda  metaforik  şəkildə  əksini 

tapır  ki,  bu,  poetik  modellər  olaraq  meydana  çıxır.  Yəni 

folklorumuzda xalqın  birbaşa həyat tərzinin ən önəmli hadisələri ilə 

uyuşdurularaq  qavranılan  zaman  məfhumu  müxtəlif  spesifik  poetik 

modellərlə  ifadə  olunur.  Əgər  mifoloji  təfəkkürdə  zaman  məfhumu 

canlı  və  cansız  maddi  varlıqlar  şəklində  maddiləşmiş  formada 

qavranılaraq  bitkisəl,  zoomorfik,  antropomorfik  və  əşyəvi  modellər 

kimi  təqdim  olunurdusa,  sonrakı  inkişaf  mərhələsində  metaforik 

düşüncə  süzgəncindən  keçərək  dərk  edilir  və  poetik  modellərlə 

göstərilir. Artıq burada zamanın diskretikliyi anlaşılır, ayrı-ayrı vaxt 

hissələri, kəsikləri ən səciyyəvi xüsusiyyətləri ilə nəzərə çatdırılır. 

Məsələn, aylar özünəməxsus poetik  modellərlə təqdim olunur:  

fevral – boz ay, mart – çıxçömbəl, oğlaqqıran ay, aprel – leysan, may 

–  ağlargülər,  iyun  –  vaynənə,  iyul  –  qorabişirən,  avqust  –  quyruq 

donan  (bəzi  yerlərdə  quyruq  doğan),  elqovan,  sentyabr  –  solyan, 

oktyabr – elköçdü, noyabr – qırovdüşən və s

4

.  



                                                

4

  Abdulla  B.  Azərbaycan  mərasim  folkloru.  Bakı,  Qismət,  2005,  s. 



154  

 



 

13 


Zamanın  kiçik  vahidlərindən  olan  günlər  də  spesifik  şəkildə 

adlandırılır: 1-ci gün – süt günü, 2-ci gün – süt gününün dannası, 3-

cü  gün  –  dannasının  dannası,  4-cü  gün  –  qatıqlı  aş  bişən  gün,  5-ci 

gün küçik südə düşən gün, 6-cı gün – oba bırdan köçən gün, 7-ci gün 

gənə gəldi süt günü

5

 .  



Əsatiri  düşüncədə  saylar  işarə  kimi  xüsusi  semantik  yükə 

malikdir. Mifoloji təfəkkürə görə, say zaman-məkan kontinuumunun 

işarəsi  kimi  də  özünü  göstərir.  Mifik  düşüncədə  hər  bir  sakral 

rəqəmin  öz  mifoloji  semantikası,  funksiyası  var  və  ümumi  say 

sisteminin  bir  ünsürü  kimi  daşıdığı  semantikadan  savayı  hər  biri 

ayrıca sırf özünəməxsus mifoloji məzmun tutumuna malikdir. On iki 

sayı  bu  baxımdan  əsatiri  düşüncədə  özünün  spesifik  mifoloji 

funksiyaları ilə diqqəti cəlb edir. 

On iki rəqəmi ilə bağlı, demək olar ki, bütün əsatiri mətnlər bu 

sayın  ən  ilkin  mifoloji  məzmunu  haqqında  mühim  bir  tezis  irəli 

sürməyə  əsas  verir.  Əsatiri  düşüncədə  on  iki  sayının  mifoloji 

funksiyalarının  müəyyənləşdirilməsi  nəticəsində  gəlinən  qənaətimiz 

belədir ki, mifik təfəkkürdə on iki sayı hər şeydən öncə kosmoqonik 

tamlığın,  mükəmməl  bütövlüyün,  bitkinliyin,  tam  yekunlaşmış 

kosmik  yaradılışın,  bir  sözlə  dünyanın  tamam  formalaşmış 

modelinin,  kosmosun  bu  və  ya  digər  formada  birbaşa  işarəsidir. 

İlkin  və  əsas  olan  semantika  budur.  Bu  mifik  məzmun  sonralar 

zaman-zaman  digər  təfəkkür  formalarında  transformasiya  olunmuş 

şəkildə müxtəlif semantik variasiyalar halında özünü büruzə verir. 

Digər  sakral  rəqəmlər  kimi  on  iki  sayının  da  mifik  köklərinin 

mifoloji  mətnlərdə,  eləcə  də  digər  folklor  nümunələrində,  sonrakı 

dini  görüşlərdə  (dinlərdə)  və  etnosun  müxtəlif  rituallarında,  ayin-

mərasimlərində  qorunub  saxlanılmasını  nəzərə  alaraq  həmin  sayla 

bağlı araşdırmalarımızı üç istiqamət üzrə aparırıq: 

1.  Mifoloji  görüşlərdə  (zaman-məkan  kotinuumunun 

işarəsi  kimi,  mükəmməl  tamlığın  işarəsi  kimi,  əbədi 

                                                

5

 

Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Şərq-



Qərb, 2008, s. 323 

 



 

14 


həyat  işarəsi  kimi)    və  digər  folklor  nümunələrində 

(janrlarında); 

2.  Dini  (həmçinin  dini-fəlsəfi)  görüşlərdə,  dünyəvi 

dinlərdə,  səmavi  kitablarda  (Tövratda,  Bibilyada, 

İncildə, Qurani-Kərimdə); və 

3.  Müxtəlif  rituallarda  (yaxud  arxaik  ritual  qalıqlarında), 

ayinlərdə, mərasimlərdə, müasir adət-ənənələrdə. 

  

  “Təqvim 



mərasimlərinin 

ritual-mifoloji 

semantikası” 

adlandırılan 

ikinci 

fəsil 


Novruz 

mərasimlərinin, 

çərşənbə 

rituallarının,  o  cümlədən  həmin  mərasimlərlə  bağlı  simvolların 

ritual-mifoloji  mahiyyətinin  elmi  prinsiplərlə  üzə  çıxarılması  kimi 

vacib  məsələləri  ehtiva  edir.  Bu  fəslin  “Təqvim  mərasimləri  və 

Novruz”  başlıqlı  hissəsində  Novruz  bayramının  konkret  yazılı 

mənbələrdə  hansı  şəkildə  əks  olunması  araşdırılır.  Ö.Xəyyam, 

Ə.Biruni, A.Oleari, F.Kotov, J.Şardən və digər alimlərin, səyyahların 

Novruz  mərasimləri  ilə  bağlı  yazdıqları  dəyərli  məlumatlardan 

yararlanmaqla  bu  bayramın  tarixi  izləri  öyrənilir,  həmin  yazılı 

məlumatlardan  bayramın  ümumi  ritual-mifoloji  semantik  laylarının 

aşkar edilməsində köməkçi mənbə kimi istifadə olunur.  

Bayramın  tarixi  şəxslərlə  əlaqələndirilməsi  məsələsi  də 

aydınlaşdırılır. Məlum olur ki, Novruz bayramının müəyyən əfsanəvi 

və  hətta  tarixi  şəxsiyyətlərlə  əlaqələndirilməsi  mifoloji  təfəkkürün 

təsirinin,  yəni  demiurq,  mədəni  qəhrəman  (daha  arxaik  qatda 

allahlar)  funksiyalarının  həmin  şəxslərin    əfsanələşdirilmiş 

obrazlarına transformasiya edilməsindən başqa bir şey deyildir. Yəni 

əslində  real  tarixi  şəxslər,  hökmdarlar  və  ya  müqəddəs  hesab 

edilənlər,  birbaşa  demiurqların  mifoloji  funksiyalarını  yerinə 

yetirirlər.  Bu  funksiyalar  isə  onların  invariantın  transformativ 

variantları  olduğunu  təsdiqləyir.  Şərq  xalqlarının  dünyagörüşündə 

yer  tutan  Cəmşid  obrazı  əslində  tarixi  şəxsiyyət  yox  mədəni 

qəhrəmandır  və  bu  mədəni  qəhrəmanla  Novruzun  əlaqələndirilməsi 

mifoloji  düşüncənin  məntiqinə  uyğundur.  Digər  tarixi  şəxsiyyətlə 

(Həzrət  Əli)  Novruzun  əlaqələndirilməsi  isə  arxetipin  təsiri 

nəticəsində 

həmin 

real 


şəxsiyyətin 

əfsanələşdirilməsindən, 




 

15 


mifləşdirilməsindən  sonra  baş  verir  ki,  burada  real  şəxsdən  yox 

transformativ mifik obrazdan danışa bilərik.  

 Tədqiqat nəticəsində müəyyənləşdirilir ki, Novruz bayramı hər 

hansısa  bir  dini,  dini-fəlsəfi  təlimlərin  (atəşpərəstlik  və  s.)  əsasında 

formalaşmamışdır. Əksinə bu bayram arxaik bir ritual olaraq özünün 

ritual  simvolları  və  bir  sıra  digər  mifoloji  görüşləri  ilə  sonralar 

formalaşmış  dini  görüşlərə,  dini-fəlsəfi  təlimlərə  təsir  etmişdir. 

Ritualın tonqal (od), su kimi ritual simvolları sonrakı dini təlimlərdə 

(eləcə  də  dinlərdə)  bu  təlimlərin  ideologiyasına  uyğunlaşdırılaraq 

mənimsənilmişdir.  

Novruz mərasimləri şifahi və yazılı ədəbiyyatımızda da xüsusi 

yer  tutur.  Bu  mərasimin  ritual-mifoloji  motivli  ayinləri,  adətləri 

şifahi  xalq  ədəbiyyatımızın  bir  sıra  janrlarında,  o  cümlədən, 

kristallaşmış  məzmun  forma  vəhdətinə  malik  olan  bayatılarımızda 

özünəməxsus  formada,  demək  olar  ki,  detalbadetal  əks  olunur. 

Məsələn: 

Mən aşiqəm alışar, 

Zəhmət çəkər çalışar, 

Novruz günü gələndə 

Küsülülər barışar. 

  

Ordan axan arxdımı? 



Üzündə duvaxdımı? 

Novruz gəlib yetişdi, 

Ayrı duran vaxtdırmı?! 

 

Mən aşiqəm üzülər,  



Qara gözlər süzülər, 

Novruzun süfrəsinə 

Yeddi nemət düzülər. 

 

Atı çapdım cilovla, 



Balıq tutdum tilovla, 

Açdım Novruz süfrəsin, 

Bayram keçdi plovla. 

 



 

16 


Mən aşiqəm oyular, 

Həm doğranar, soyular. 

Novruzun süfrəsinə. 

Mütləq balıq qoyular. 

 

Uca dağın qaşı var, 



Ətəyində daşı var. 

Novruzun süfrəsində 

Zəfəranlı aşı var

6

.  



 

Novruz  mərasimi  ilə  bağlı  müxtəlif  ayinlərin,  adətlərin 

keçirilməsi  və  digər  məqamlar  kifayət  qədər  açıq-aydın  şəkildə 

böyük klassiklərimizin əsərlərində özünə bu və ya digər formada yer 

tapa  bilmişdir.  Bu  barədə  ədbiyyatşünaslarımızdan  F.F.Qasımzadə 

“Novruz  –  bahar  bayramı”  adlı  kitabında  Xəqani  Şirvaninin 

şeirlərindən,  Nizami  Gəncəvinin  “İsgəndərnamə”,  “Leyli  və 

Məcnun”  “Xosrov  və  Şirin”  poemalarından,  Qazi  Bürhanəddinin 

qəzəllərindən, 

Kişvərinin 

yaradıcılığından, 

M.Füzulinin, 

M.V.Vidadinin, M.P.Vaqifin əsərlərindən, M.Ə.Sabirin satirasından, 

M.Müşfiqin  “Bayram  axşamı”  şeirindən,  H.Cavidin  və  başqa 

görkəmli  şair  və  yazarlarımızın    əsərlərindən  müxtəlif  nümunə 

parçaları  gətirməklə  Novruz  bayramının  yazılı  klassik  və  son  dövr 

ədəbiyyatımızda  necə  əks  olunmasını  göstərmişdir.  Həmçinin, 

müəllif XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan” ında, orta 

əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz yaradıcılıqlarında 

Novruz  bayramını  vəsf  və  mədh  etdiklərini  də  qeyd  edir.  Eləcə  də 

M.F.Axundovun  komediyalarında  “Hekayəti-molla  İbrahimxəlil 

kimyagər”,  “Hekayəti-müsyö  Jordan  həkimi-nəbatət  və  dərviş 

Məstəli  şah  –  caduguni-məşhur”,  “Sərgüzəşti-vəziri-xani  Lənkəran” 

dramlarında  Novruz  bayramı  ilə  bağlı  məqamların  əks  olunduğuna 

da diqqətimizi yönəldir

7



                                                

6

  Novruz  bayramı  ensiklopediyası.  Bakı,  Şərq-Qərb,  2008,  “Səda” 



nəşriyyatı, 2008, 145-146. 

 

7



 Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı, 1989, s. 41-55 


 

17 


Ə.Cavadın  yaradıcılığında  Novruz  mərasimləri  xüsusi  yer 

tutur.  O,  öz  etnoqrafik  etüdlərində  “Çillə  şərqisi”,  “Yaza  xitab”, 

“Böyük  Çillə”,  “Kiçik  Çillə”,  “Xıdır  Nəbi”,  “Yel  Baba”,  “Qarının 

borcu”,  “Boz  ay”,  “Dördatlı  Yencə  Gün”,  “Dörd  çərşənbə” 

şeirlərində  Novruz  və  qış  mərasimləri  ilə  bir  sıra  mərasimi,  əsatiri 

məqamları poetik dillə təqdim edir. 

 “Çərşənbələr  təqvim  mərasimləri  kimi”  başlıqlı  hissədə 

çərşənbələrin  adlandırılması  məsələsinə  aydınlıq  gətirilir.  Onların 

qədim  dini-fəlsəfi  təlimlərin  təsiri  altında  “Od  şərşənbəsi”,  “Su 

şərşənbəsi”,  “Yel  çərşənbəsi”,  “Yer  çərşəbəsi”  kimi  adlandırılaraq 

təqdim  və  təbliğ  edilməsinin  folklorşünaslığın  elmi  prinsipləri 

baxımından  əsassız  olduğu  müəyyən  edilir.  Folklorşünaslıq 

prinsipləri  nöqteyi-nəzərindən  çərşənbə  rituallarının  xalqın,  etnosun 

özünün  adlandırdığı  kimi  (“Yalançı  çərşənbə”,  “Əzəl  çərşənbə”, 

”Xəbərverən  çərşənbə”,  “Ölü  çərşənbə”si,  “İlaxır  çərşənbə”  adları 

ilə) təqdim olunması və təbliği məqsədəuyğun hesab edilir. 

Çərşənbələrin  “ab-atəş-xak-bad”  düzümünü  təbliğ  edən 

mülahizələrlə  tanış  olduqdan  sonra  məlum  olur  ki,  çərşənbə 

rituallarının  ritual-mifoloji  əsaslarına  elmi  prinsiplər  çərçivəsində 

yanaşılmamış,  çərşənbələrlə  bağlı  görüşlərin,  inancların  əksini 

tapdığı  orijinal  mifoloji  mətnlərə  və  digər  folklor  nümunələrinə 

lazımınca istinad edilməmiş (və yaxud bu və ya digər müəllif onu öz 

istədiyi 

kimi 


təqdim 

etməyə 


çalışmış), 

habelə 


müasir 

folklorşünaslıqda  istifadə  edilən  elmi-nəzəri  metodlardan  yerində, 

çox  hallarda  ümumiyyətlə  istifadə  olunmamışdır  və  təbii  ki,  bütün 

bunların  nəticəsində  düzgün  olmayan,  qeyri-elmi  qənaətlərə 

gəlinmişdir.  

Burada çərşənbələrlə bağlı “ab-atəş-xak-bad” düzümünü təbliğ 

edən  mülahizələr  həm  də  onu  göstərdi  ki,  bu  məsələyə  fəlsəfi 

müstəvidə yanaşıldığından çərşənbələrin ritual-mifoloji mahiyyətinin 

izah  olunmasına  cəhd  edilərkən  quru  fəlsəfəçiliyə  yol  verilir.  Məhz 

bu səbəbdəndir ki, çərşənbələrin adlandırılması məsələsində də dini-

fəlsəfi,  fəlsəfi  görüşlərə  əsaslanılır.  Belə  ki,  şərq  və  antik  fəlsəfi 

məktəblərin  filosofları  materiyanın  və  yaxud  substansiyanın  dörd 

əsas  ünsürdən  (su,  torpaq,  od  və  hava)      yaranması  (yardılması) 

konsepsiyasını  irəli  sürürdülər  Elə  çərşənbələrin  dörd  ünsürlə 




 

18 


əlaqələndirilməsi  və  adlandırılması  məsələsində  də  həmin  fəlsəfi 

tezislərin  açıq-aşkar  təsiri  göz  qabağındadır.  Halbuki,  şüurun 

dialektik  inkişafına  uyğun  olaraq  müəyyənləşdirilən  tarixi  şüur 

pilləsində müəyyən mərhələni təşkil edən fəlsəfi təfəkkürün məhsulu 

olan  hansısa bir  fəlsəfi konsepsiya ondan qabaq meydana gəlmiş  və 

formalaşmış  mifoloji  şüur  (təfəkkür)  mərhələsinin  məhsulu  sayılan 

ritual-mifoloji  görüşlərin  əsasında  dura  bilməz.  Bu  yerdə  akademik 

R.Mehdiyevin  fikirləri  yerinə  düşür:  “Mifoloji  şüur  dini  və  fəlsəfi 

şüurdan  daha  qədim  şüur  tipidir.  O,  sinkretikdir  və  dinin  bədii 

yaradıcılıq 

başlanğıcının, 

əxlaqi 


norma 

və 


məqsədlərin 

elementlərinin bölünməmiş vəhdəti kimi çıxış edir”

8

.  


Mərasimin  ritual  simvolları  olan  tonqal  (od)  və  su 

simvollarının  da  müxtəlif  semantik  layları  üzə  çıxarılır.  Zaman 

məfhumu  ilə  münasibət  kontekstində  aydın  olur  ki,  tonqal  və  su 

ritual  simvolları  zamanla  birbaşa  əlaqəli  olub  ondan  asılıdır.  Bu 

ritual  simvollar  üst  semantik  qatda  şər,  mənfi,  demonik  qüvvələri 

qovan, kənarlaşdıran bir vasitə kimi başa düşülür. Alt semantik qatda 

isə  Kosmoqonik  (yaradılış)  aktın,  Xaosdan  Kosmosa  keçid  aktının 

reaktuallaşdırılmasında (yenidən canlandırılmasında)  iştirak edən və 

Xaosun 

aradan 


qaldırılması 

mifoloji 

funksiyasını 

özündə 


cəmləşdirən əsas ritual simvolları kimi anlaşılır.  

Həmçinin  tonqal  (eləcə  də  su)  ritual  simvolunun  mifoloji 

məkanla  bağlı  semantik  layı  da  aşkarlanır.  Məlum  olur  ki,  həmin 

ritual  simvol  mifoloji  məkana  münasibətdə  sərbəst  olub,  özünü 

birbaşa  yaradılış  aktının  (Xaosdan  Kosmosa  keçidin)  baş  verəcəyi 

ilkin mifoloji məkan (dünyanın mərkəzi) kimi təqdim edir.  

Ritual  subyektlərinin  (icraçılarının)  həmin  ritual  simvolları 

(tonqal,  su)  ilə  qarşılıqlı  münasibəti  əsatiri  qatdakı  demiurqun 

kosmoqoniya  aktını  bərpası  kimi  daha  bir  arxaik  semantik  layı 

müəyyənləşdirməyə imkan verir.  

Çərşənbələrlə  bağlı  əski  (ritual-mifoloji)  görüşlərin  əksini 

tapdığı  mifoloji  mətnlərin  və  digər  folklor  materiallarının,  elmi-

nəzəri metodların köməyi ilə təhlilə cəlb olunmasının nəticəsi olaraq 

                                                

8

 Mehdiyev R. Fəlsəfə. Dərslik. Bakı, Şərq-Qərb, 2010, s. 11 



 


 

19 


belə  bir  tezis  irəli  sürülür:  çərşənbələr  ilkin  mifoloji  görüşləri 

özündə 

reaktuallaşdıran 

(yenidən 

canlandıran) 

arxaik 

rituallardır,  yaxud  onların  qalığıdır.  Bizim  gəldiyimiz  qənaətə 

görə, bütün çərşənbə ritualları mahiyyət etibarilə eyni məqsədə, 

yəni 

“ol 

zaman”da 

(ilkin 

başlanğıc, 

mifik 

zamanda) 

kosmoqoniya 

(yaradılış) 

aktının 

yerinə 

yetirilməsini   

reaktuallaşdırmağa yönəlir. Bütün çərşənbələrdə, demək olar ki, 

oxşar  adətlərin  icra  edilməsini  nəzərə  alsaq,  deyə  bilərik  ki, 

bütövlükdə  çərşənbə  ritualları  eyni  mifoloji  funksiyanın 

daşıyıcısı olub, eyni ritual-mifoloji mərama xidmət edir.  

Araşdırma onu da müəyyənləşdirməyə imkan verdi ki, Novruz 



bayramı “ol zamanda”, ilkin başlanğıc zamanda, mifik zamanda 

kosmoqoniya  (yaradılış)  aktının,  Xaosdan  Kosmosa  keçid 

aktının 

yerinə 

yetirilməsini 

reaktuallaşdıran 

(yenidən 

canlandıran)  arxaik  ritualdır,  yaxud  arxaik  ritualların  qalığı, 

müasir  variantıdır.  Bu  bayramın  əsas  mahiyyəti  ritual  olaraq 

yaradılış aktının reaktuallaşmasını təmin etməkdir. 

Dissertasiyanın 

“Nəticə” 

hissəsi 


aparılmış 

tədqiqatın 

yekunlaşması  və  elmi  nəticənin  məzmunundan  irəli  gələn 

ümumiləşdirmələrdən 

ibarətdir. 

Həmin 


ümumiləşdirmələrdə 

dissertasiya işində aparılan araşdırmaların qısa xülasəsi verilmişdir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

20 


Dissertasiya  işinin  əsas  müddəaları  müəllifin  aşağıdakı 

məqalələrində 

və 

elmi 

konfrans 

materiallarında 

əks 

olunmuşdur: 

 

1.  Zamanın  mifoloji  təfəkkürdə  modelləşməsi.  Azərbaycan 

şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər  (otuz  üçüncü  kitab). 

Bakı, Nurlan, 2010, s. 144-152. 

2.  Mahmud Kaşğarinin “Divanü Luğat-it-türk” kitabında təqvim 

mifləri.  “Klassik  Azərbaycan  filologiyası  və  müasir 

problemlər”  mövzusunda  Cəfər  Xəndanın  100  illik 

yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. 

Bakı, ADPU nəşriyyatı, 2010, s. 233-236.  

3.  Türk  zoomorfik  təqvim  modelinin  mifoloji  semantikası. 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər  (otuz 

dördüncü kitab). Bakı, Nurlan, 2010, s. 103-121. 

4.  Zamanın  mifoloji  təfəkkürdə  modelləşməsi  məsələsi. 

Azərbaycan 

xalqının 

özünütəsdiqində 

ədəbiyyat 

və 


incəsənətin  yeri.  Beynəlxalq  konfransın  materialları.  Bakı, 

Elm nəşriyyatı, 2010, 361-362. 

5.  Mahmud Kaşğarinin “Divanü Luğat-it-türk” kitabında təqvim 

mifləri. 

Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının 

aspirantlarının  elmi  konfransının  materialları.  Bakı,  Elm, 

2010, s. 487-489. 

6.  Mifoloji  təfəkkürdə  zamanın  antropomorfik  modelləşməsi. 

Filologiya  məsələləri.  №  2.  Bakı,  Elm  və  Təhsil,  2011,  s. 

390-395. 

7.  Çərşənbə ritualları. Azərbaycan  şifahi xalq ədəbiyyatına dair 

tədqiqlər (otuz beşinci kitab). Bakı, Nurlan, 2011, s. 111-123. 

8.  Zaman məfhumunun folklorda poetik modelləri. Azərbaycan 

Milli 

Elmlər 


Akademiyasının 

doktorantlarının 

elmi 

konfransının materialları. Bakı, Elm, 2011, s. 314-319. 



9.  Mifik 

təfəkkürdə 

zamanın 

Dünya 


ağacı 

modelində 

qavranılması.  “Dədə  Qorqud”.  Elmi-ədəbi  toplu  III  (40) 

buraxılış, Bakı, “Nurlan” nəşriyyatı, 2011, s. 90-96. 




 

21 


10. Azərbaycan  türklərinin  təqvim  mərasimlərinin  mifoloji 

kökləri.  Filologiya  məsələləri.  №  10.  Bakı,  Elm  və  Təhsil, 

2011, s. 300-305. 

11. Кaлендарные обряды и обычаи тюрко-огузского мира (на 

основе азербайджанского фольклора). Вестник КазГЮУ. 

Серия  «Филологические  науки».  №  14.  Астана,  2011,  с. 

44-48. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  



 

 

 



 

 

 

 

 

 


 

22 


Р.Н.Аллахвердиев 

 

СЕМАНТИКА АЗЕРБАЙДЖАНСКИХ 

КАЛЕНДАРНЫХ МИФОВ 

 

РЕЗЮМЕ 



 

        Диссертационное 

исследование 

посвящено 

изучению 

семантики 

азербайджанских 

календарных 

мифов. 

Многослойные, 



мифологические 

семантические 

ярусы  

календарных  мифов  выявляются  в  контексте  мифологических 



мировоззрений  национальных,  общетюркских  и  в  древних 

народах 


мира. 

В 

том 



числе, 

определяется 

место 

в 

мифологической системе и в специфике календарных мифов.  



       Диссертация  состоит  из  введения,  двух  глав,  заключения  и 

списка использованной литературы. 

       Во  введении  обосновывается  актуальность  темы,  научная 

новизна,  цель,  задачи  и  методы  исследования,  теоретическая  и 

практическая значимость работы. 

       В  первой  главе  «В  мифологическом  мышлении  время  и 

календарь» 

рассматривается 

вопрос 

материализации 



и 

восприятия  понятия  времени  разных  моделей  в  национальном 

общетюркском мышлении. Здесь объясняется что первобытный 

человек  воспринимает  внешней  мир  в  синкретической  форме. 

Поэтому 

понятие 


времени 

(пространственно-временной 

континуум) воспринимается в образе различных животных (как 

зооморфические  модели),  в  виде  растений,  особенно  в  виде 

Мирового  Дерева  (как  биоморфические  модели),  также  в  виде 

неодущвленных существ (Луны, Солнца, яблок, абрикосов).  

       В этой главе также определяется, что в нашем фольклорном 

мышлении  понятие  времени  (Календарь)  представляется  как 

поэтическая 

модель. 


Здесь 

выявляются 

мифологические 

семантические ярусы двенадцати чисел, связанных со временем 

(пространственно-временной континуумом).  

     Во  второй  главе  «Ритуально-мифологическая  семантика 

календарных  мифов»  рассматриваются  такие  важные  вопросы, 



 

23 


как  установление  ритуально-мифологической  сути  символов 

праздника  Новруза, ритуала Чаршенбы и т.д.   

      Здесь 

исследуется 

отражение 

праздника 

Новруза 

в 

конкретном  письменном  источнике.  Эти  источники  исполь-



зуется  выявление  ритуально-мифологических  семантических 

ярусов  праздника  Новруз.  Освещается  связь  этого  праздника  с 

историческими личностями. Как архаичный ритуал определяют-

ся  направления  воздействия  религозно-философских  взглядов 

символов ритуала праздника Новруз.  

     Объясняется  также  вопрос  названия  Чаршенбы,  выявляется 

ритуально-мифологическая 

семантика 

символов 

«огонь» 


(костер) и «вода». 

      В  исследовании  устанавливается,  праздник  Новруз  это  - 

архаический  ритуал  или  это  -  современный  вариант  данного 

архаичного  ритуала,  который  реактуализирует  выполнение 

космогонии,  или  же  является    переходным  актом  из  Хаоса  в 

Космос в первобытном, мифическом времени («время оно»).  

      В заключении представлены основные выводы, и обобщения  

вытекающие из  содержания диссертации.  

        

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


 

24 


R.N.Allahverdiyev  

 

SEMANTICS OF CALENDAR MYTHS OF AZERBAIJAN 



 

SUMMARY 

 

The  thesis  dedicates  learning  of  semantics  calendar  myths  of 

Azerbaijan.    The  mythological  semantics  layers  of  the  calendar 

myths  had  been  discovered  in  the  mythological  view  of  national, 

Turks  and  people  of  old  world.  Also  have  been  defined  specific 

characters of calendar myths in the mythological system. 

The  thesis  consisted  of  introduction,  two  chapters  and 

conclusion  part.  Required  explanations  regarding  current  interests, 

academic  modernity,  purpose  and  methods  of  the  work  and 

theoretical  and  practical  importance  of  the  work  are  given  in  the 

introductory part.  

In  the  first  chapter  titled  “Time  and  calendar  in  the 

mythological  thinking”  were  investigated  problem  of  mastering 

Time conception materialize as form different models in the turk and 

national  mythological  thinking.  Here  were  explained  that,  in  the 

mythological  thinking  the  time  conception  are  master  in  the 

syncretise  form,  because  according  to  the  mythological  thinking 

Time conception were perceived in the image of deferent animals (as 

the  zoomorphic  models),  in  the  image  of  man  (as  the 

anthropomorphic  models)  in the  image of plant especially  image of 

Wold  Tree  (as  biomorphic  models),  also  in  the  image  of  lifeless 

being (The Sun, The Moon, an apple, an apricot).  

In  this  chapter  were  determined  that  The  Time  (Calendar) 

conception presents as poetics models in the folklore thinking.  

In  here  discover  the  mythological  semantics  layers  of  the 

number of twelve connected with time (time-place continuum). 

In  the  second  chapter  named  “Time  and  calendar  in  the 

mythological thinking” mythological semantic layers of the calendar 

myths discover in the context of mythological meetings of the people 

of  national,  all-Turkish  and  old  world.  In  this  chapter  are  defined 




 

25 


ritual-mythological  semantics  of  the  calendar  ceremonies,  Novruz 

holiday and “Thershanbe” rituals.   

 Problem  of  the  connecting  with  historical  personalities  of  the 

holiday  is  defined.  It  is  clarified  problem  of  naming  of  the 

“Thershanbe” rituals. It is revealed different semantic layers of ritual 

symbols of Novruz bonfire (fire) and water. In the thesis are defined 

that  Novruz  holiday  is  primary  beginning  of  the  Time,  of  the 

cosmogony (of the creation act) in the mythic time or reactualication 

(realization) archaic rituals carrying out of the act of to passage from 

Chaos to the Cosmos, or  it is modern variant of the archaic ritual. 

Required generalizations regarding the concept of the thesis are 

took part in the conclusion chapter. 

 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

26 


НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙЖАНА 

ИНСТИТУТ ФОЛЬКЛОРА 

 

 

 



На правах рукописи 

 

 

 

РАМИН НОВРУЗАЛИ оглы АЛЛАХВЕРДИЕВ 

 

 

 

 

 

СЕМАНТИКА АЗЕРБАЙДЖАНСКИХ  

КАЛЕНДАРНЫХ МИФОВ 

 

 

 

 

10.01.09 – Фольклористика 

 

 

 



А В Т О Р Е Ф Е Р А Т 

 

 

 

Диссертации на соискание ученой степени 

доктора философии по филологии 

 

 



 

 

БАКУ - 2012 



Yüklə 289,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə