Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
  1   2   3   4   5   6   7   8   9   ...   35


 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU
 
_______________________________________________ 
 
AĞAVERDİ XƏLİL 
 
 
 
 
 
 
TÜRK XALQLARININ 
YAZ BAYRAMLARI  
VƏ NOVRUZ 
 
 
 
 
 
 
 
 
BAKI-2013 


 

 
 
 
 
 
Elmi redaktor:  
  
 
Rəyçi:                  
 
 
 
 
 
 
Ağaverdi  Xəlil.  Türk  xalqlarinin  yaz  bayramları  və 
Novruz, Bakı, Elm və təhsil, 2013. 
 
 
 
 
X
 
3202050000
 
Qrifli nəşr 
     098 - 2013 
 
     
 
 
        © Folklor İnstitutu, 2013. 


 

NOVRUZUN BAYRAM STATUSU 
 
BMT-nin  Baş  Məclisinin  64-cü  sesiyasının  fevralın  24-
də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz bey-
nəlxalq  günü”  kimi  təsdiq  edildi.  Azərbaycanın  təşəbbüsü  ilə 
hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, 
Qırğızıstan,  Tacikistan,  Türkmənistan,  Türkiyə,  Albaniya, 
Hindistan və Makedoniya da qoşulub. 
 
ƏSKİ TÜRKLƏRİN BAYRAM ANLAYIŞI  
 
Hər  bir  xalqın  həyatında  əlamətdar  günlərin  qeyd  olun-
ması ənənəsi vardır. Türk xalqlarının əlamətdar günləri bildi-
rən  anlayışları  vardır.  Bunların  içində  “toy”/”tuy”/”tuyun”/ 
”düyün”,  “şölən”,  “yəğma”  və  s.  anlayışlarla  yanaşı  “bay-
ram”/”bəyrəm”  sözü  də  işlənməkdədir.Xalqın  həyatındakı  ən 
əlamətdar  günlərdən  biri  də  bayramlardır.  Hər  xalqın  özünə 
görə  bayram  adət  və  ənənələri  olduğu  kimi  bayram  anlayışı-
nın  da  öz  dilində  mənası  vardır.  XI  əsrdə  Kaşqarlı  Mahmud 
bu sözü “bedhrem” kimi “Divan”ında izah etmiş və oğuzların 
onu “bayram” şəklində işlətdiklərini qeyd etmişdir. Kaşqarlı-
nın verdiyi izaha görə “bayram əylənmə, gülmə halıdır”. 
Baharın  gəlişi,  havaların  istiləşməsi,  qarların  əriməsi, 
təbiətin  canlanması  bütün  insanları  olduğu  kimi  türklərə  də 
dərin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif 
mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan 
bayram  M.  Kaşqarlının  „Divan“ında  „Bedhrem“  (bayram)  –
bir  yerin  işıqlarla  və  çiçəklərlə  bəzənməsi  və  orada  sevinc 
içində əylənilməsidir“-şəklində izah edilmişdir.  
Bayram 
sözünün 
əski 
türkcədə 
forması 
olan 
“bedrem”/”bezrem”  heç  şübhəsiz  ki,  “bezemek”  felindən 


 

olmalıdır.  Əskidən  də  keçirilən  bir  sıra  törənlərdə 
dekorasiyadan  istifadə  olunması  məlumdur.Törən  keçirilən 
yer  bəzədilir  və  təntənəli  vəziyyətə  gətirilir.  Əskidən  də 
mövcud  olan  “bəzrəm”lər  türk  xalqlarının  dillərində  indi  də 
az  dəyişikliklə  işlənməkdədir.Məsələn,  tatar  türklərinin 
dilində  indi  də  bu  söz  “bəyrərm”  şəklindədir.Bayram  adında 
zənginləşmək anlamı da vardır. 
Bayram  yeri  çiçəklərlə  bəzədilir,  çıraq  və  məşəllərlə 
işıqlandırılırdı  ki,  bura  ürəyaçan  bir  yer  olsun  (Kaşqarlı  M. 
1939  1941:I,  III,  480  176).  Buradakı  işıqlandırma  qeydinə 
görə  bayramın  axşam  vaxtı  da  davam  etməsini,  çiçəklərlə 
bəzədilməsi  qeydi  isə  bayramın  baharda  keçirilməsi 
ehtimalını irəli sürməyə imkan verir. 
Tarixi  qeydlərə  görə  türklərin  hunların  zamanından 
bayram və şənlik keçirdikləri məlumdur.Ayrıca olaraq, hunlar 
beşinci  ayda,  yəni  yazda  “Lunq-cinğ”  adlanan  yerdə  böyük 
bir  bayram  keçirərmişlər.Bu  bayramlarda  xalq  inancları  ilə 
bağlı adətlər yerinə yetirilir, müxtəlif yarışlar təşkil edilir, dini 
adət  olaraq  dünyanı  yaradan  “Gök  Tanrı”  və  müqəddəs 
sayılan “yer” üçün at qurban edilərdi (De Groot 1921: 59). 
Qurban  mərasiminin  ardınca  cıdır  yarışları  başlanırmış. 
Belə yarışlar payız mövsümündə də təkrarlanırmış. (Eberhard 
1942: 76). 
Hunlaraın  keçirdiyi  mərasimlərə  bənzər  bayram  və 
şənliklərin  keçirilməsi  Göytürklər  dönəmində  də  rast  gəlinir. 
Belə ki, o dönəmdə türklərin hər il müəyyən zamanda “əcdad 
mağarasında 
“ 
atalarına 
qurban 
kəsirdilər. 
Bayram 
mərasimlərini  isə  beşinci  ayın  ikinci  yarısında  “Gök  Tenqri” 
və 
“ıduk 
yer, 
suv” 
üçün 
qurban 
kəsmələ 
başlanırmış.Qurbandan  sonra  da  kollektiv  şəkildə  şənlik 


 

olurdu.Bu  zaman  oyun  oynar,  kımız  içər,  nəğmələr 
söyliyərlərmiş. (Eberhard 1942: 87; Liu Mau-tsai 1958: 42). 
450-ci  ildə  uyğur  türklərinin  Çinin  şimalında  böyük  bir 
bayram  mərasimi  keçirmələri  haqqında  araşdırmalarda 
məlumatlara  rast  gəlinir.Onların  bu  bayramda  “Gök 
Tenqri”ye  qurban  kesmeleri,  sonra  da  nəğmə  söyləyərək 
şənlik etmələri qeyd olunur (Eberhard 1942: 73). 
840-cı  ildən  sonra  Tarım  hövzəsinə  gəlib  oturaq  həyata 
keçən  uyğurlar  Buddizmi  qəbul  etsələr  də  əski  ənənələrini 
unutmamışdılar.X  əsrin  əvvələrində  uyğur  kağanını  ziyarət 
edən  Çin  elçisi  Vanq-yen-tenin  məlumatına  görə,  uyğurlar 
üçüncü  ayın  doqquzunda,  yəni  martın  9-da  bir  şənlik 
keçirirlərmiş.  Bu  şənliyin  əsas  əyləncəsi  bir-birilərinin 
üzərinə  su  atmak  olduğu  qeyd  göstərilir.  (İzgi  1989:  60  vd.). 
Heç  şübhəsiz  ki,  əyləncənin  əsas  komponenti  olan  su,  heç 
şübhəsiz  ki,  onun  yağış  diləyi  ilə  bağlı  arxaik  ritualdan 
qaynaqlanmışdır.  
Türklərin  erkən  xalq  təqvimləri  ili  (yılı)  ikiyə 
bölürdü:yaz 
və 
kış.Nisbətən 
sonrakı 
dövrlərin 
xalq 
təqvimlərində isə bu dördə qədər genişlənir:yaz, yay, küz, kış. 
Göründüyü kimi, yaz yayla, kış isə küzlə şəkillənmişdir. Təbii 
ki, bu ilk növbədə iqlim şərtləri ilə əlaqəli olmuşdur. Bundan 
asılı  olaraq  mövsüm  ikiyə  və  ya  dördə  bölünmüşdür.Bu 
bölünmənin 
əlamətləri 
özünü 
“bahar”ın 
şəkillənərək 
“ilkbahar”  və  “sonbahar”  anlayışlarında  da  göstərir. 
Azərbaycan  dilində  “yaz”  və  “payız”  sözləri  də  bir-birilə 
əlaqəlidir.Yaza  bahar  da  deyilir.  Bu  mənada  yaz  ilk  bahar 
olur.  Payız  isə  sonbahara  uyğun  gəlir.  S.Vurğunun  məşhur 
“Ceyran”  şeirində  “Elə  ki  sonbahar  ilk  büsat  qurur” 
misrasında  da  işlənmişdir.Payızın  hərfi  mənası  “pa-e-yaz” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə