Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə1/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
  1   2   3   4   5   6   7   8   9   10   11


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_____________________________________________

NİZAMİ GƏNCƏVİ



FOLKLOR

BAKI - 2013

REDAKTORU: Muxtar KAZIMOĞLU (İMANOV)

filologiya üzrə elmlər doktoru


TƏRTİB EDƏNİ: Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru

Nizami Gəncəvi və folklor, Bakı, “Nurlan”, 2013, 214 səh.
Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Ni­zami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqa­lələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstər­məklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur.

Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan ol­masının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçi­rilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır.


folklorinstitutu.com


F 3202050000 Qrifli nəşr

098 - 2013

© Folklor İnstitutu, 2013.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin
SƏRƏNCAMI
2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam olmuşdur.

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnamə­sin­də yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inki­şafına təkan vermişdir.

Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yu­bileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağ­lı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xa­tirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni ir­simizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ baş­la­yır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Hey­dər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edi­lən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi­nin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaş­dırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdı­rıl­ması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayın­da Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sə­nət­karın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadr­ların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin tək­milləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxiv­lə­rində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mə­dəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhə­miyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbay­cançılıq məfkurəsi işığında tədqiqini gözləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu mad­də­sinin 32-ci bəndini rəhbər tutaraq, Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gən­cəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Na­zirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azər­baycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sə­rən­camdan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il.

Seyfəddin RZASOY

seyfeddin_rzasoy@mail.ru


NİZAMİ GƏNCƏVİNİN

MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA
Hər bir xalqın milli düşüncə tarixində elə şəxsiyyətlər olur ki, onlar öz fəaliyyətləri ilə etnik sistemin fövqünə qalxırlar. Be­lə şəxsiyyətlərin adı öz xalqına daim şöhrət gətirir: onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar əsrlər boyunca öz ya­şam gücünü, milli mövcudluq impulslarını həmin şəx­siy­yət­lərin adından və əməlindən alır. Onların yaradıcılığı, qoyub getdikləri mənəvi irs özlərindən çox sonralar da öz xalqı üçün etnoener­getik düşüncə qaynağı rolunu oynayır. XII əsr Azər­bay­can şairi Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradı­cı­lığı, ölməz «Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzi­nəsi ki­mi həm onu yaradan və yetirən xalqı, həm də ümumən bəşəriy­yə­ti etnokosmik yaşam gücü ilə qidalandırır. Nizaminin adı, mil­li və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son za­man­larda Rusiyada və İranda yenidən qızışan mübahisələr də məhz bununla bağlıdır.

Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan şərqşünaslığı Nizamini həm bir yaradıcılıq feno­me­ni, həm də bir ədəbi şəxsiyyət kimi dəyərləndirməyin, onun ta­rixi və müasir dəyərlər sistemindəki yerini müəyyənləşdirməyin universal modelini tapıb ortaya qoya bilmədi. Bu cəhətdən XX əsr şərqşünaslığı, əslində, ziddiyyətlərin möhkəmləndirilməsi və bir sıra digər özünəməxsusluqları ilə tarixdə qaldı.

Sovet şərqşünaslığının Nizamiyə yanaşması daim siyasi kon­­yukturaya əsaslandı. Onun istər milli kimliyi, istərsə də ya­radıcılığının bədii-estetik mahiyyəti bütün hallarda ideoloji-si­yasi müstəvidə dəyərləndirildi. Sovet şərqşünaslığı sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, Nizamini də İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqşü­nas­lığının, kapitalist ideologiyasının əksinə olaraq, onun da adı­nın qabağında «Azərbaycan şairi» yazırdı. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü bu şəhərdə keçirmiş, ya­radıcılığında doğma yurdunu, onun təbiətini, insanlarını böyük coşqunluqla tərənnüm etmiş, «türklüyü» xüsusi bədii-estetik dü­şüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə sisteminin nüvə­sinə yerləşdirmiş Nizami haqqında bu çılpaq və sadə həqiqət so­vet şərşünaslığında, o cümlədən Azərbaycan sovet nizamişü­nas­lığında heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, kon­yuktur həqiqət olaraq qaldı.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişü­naslığı daim yaranmış fürsətdən istifadə etməyə çalışdı. «Niza­mi» adı Sovet Azərbaycanında milli ədəbiyyatın simvoluna çev­rildi, şairin adına verilmiş küçələr, mədəniyyət sarayları, ra­yon, sa­lınmış xiyabanlar, qoyulmuş heykəllər onun öz vətəni­ni­nə bağ­lılığını hər zaman təsdiqləyən de-fakto sənədlərə çevril­diyi ki­mi, ədəbiyyatşünaslıqda da Nizami «bumu» yaşandı: Ni­zami Azərbaycan ədəbiyyat tarixinin əsas probleminə və prio­ritet təd­qiqat istiqamətinə çevrildi. Sənətkara Azərbaycan və bü­töv SSRİ miqyasında möhtəşəm yubileylər keçirildi, yubiley tən­tənələri müttəfiq respublikalarda da davam etməklə bütöv SSRİ-nin ədəbi məkanında Nizamini məhz Azərbaycan şairi ki­mi ta­nıt­dırdı. Şairin əsərləri orijinalda, Azərbaycan dilində, o cüm­lə­dən SSRİ xalqlarının dillərində dəfələrlə kütləvi tirajla çap olun­du. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan niza­mişünaslığı öndə gedirdi və bu fəaliyyət fonunda milli ədəbiy­yat­şünaslığımızın xüsusi bir sahəsi – «nizamişünaslıq» elmi ya­ranaraq inkişaf etdi.

Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» ideoloji qarşıdurma modelindən Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə edirdi. Bu model Azər­baycan nizamişünaslarına Nizamini fars, İran şairi hesab edən nə­həng Qərb şərqşünaslarının yaradıcılığına, o cümlədən bu mə­sələdə xüsusi fəallıq edən İran alimlərinə sərbəst tənqidi müna­sibət bəsləməyə imkan verirdi. Qərb alimlərinə sovet ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının daşıyıcıları» damğasının vurulması bundan istifadə edən Azər­baycan ədəbiyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca – milli, məzmunca – so­sia­list» modelindən kənarda qalıb, haqqında danışılması yasaq olan məsələlərindən də söz açmağa şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alimləri şairin yaradıcılığında daha çox sosial ideal­ların təcəssümünə fikir verən sovet alimərindən fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Araslı, Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə Araslı, Çingiz Sadıqoğlu, Xəlil Yusiov və başqa nizamişü­nas­ların yaradıcılığına (bax: 1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, on­ların şairlə bağlı çox incə və həssas milli nöqtələrə toxunduq­larının şahidi olarıq. Ancaq sovet nizamşünaslarının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara Niza­mi­nin milli və ədəbi kimliyi məsələsini bütün çılpaqlığı ilə qoy­ma­ğa imkan vermirdi. Məsələn, bu problemin qoyuluşu Məhəm­məd Əmin Rəsulzadənin Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan şairi Nizami» əsərindəki səviyyəyə gedib çatmırdı (bax: 7; fəl.e.d. Yadigar Türkelin çevirməsində yeni nəşri üçün bax: 8). Hal­buki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoy­duğu məsələlərdən sətiraltı şəkildə Azərbaycan nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alimləri dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, Nizaminin Azərbaycan xalqına və ədə­biyyatına mənsubiyyətini özünəməxsus yollarla gerçəklik fak­tına çevirə bildilər.

Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet döv­ləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, ümumsovet ma­raqları ortadan qalxıb. Bundan istifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizminin milli və ədəbi kimliyi məsələsini də Rusiyanın keçmiş sovet respublikalarından olan Azərbay­can­la münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi iqtisadi potensialı ilə hər gün daha da artan xətlə güclənən Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevir­mək istəyirlər.

İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər fərqlidir. Burada həm siyasi, həm də milli faktorlar var. İranın Qərblə, Amerika ilə hər gün daha da gərginləşən hazırkı siyasi duru­mun­da onu daha da çətin vəziyyətə salmaq istəyən daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın qonşusu olan Azərbaycanla münasibətlərini korlamaq, bu ölkələri düşmən etmək istəyirlər. Təbii ki, qonşu dövlətdə İran-Azərbaycan münasibətlərinin bü­tün dialektik mahiyyətini dərk edənlər var. Türk və fars etnosu­nun yaratdığı İran siyasi fenomeni, İranın xüsusilə son minillik­dəki siyasi tarixinin məzmun və mahiyyətcə birmənalı olaraq türklərlə bağlılığı müasir Azərbaycan və İran dövlətlərini vahid tale müstəvisində qovuşduran ilahi dialektikadır. Azərbaycan (o cümlədən Türkiyə) elə dövlətdir ki, onu İrana düşmən olmağa heç nə məcbur edə bilməz. Bu gün İranla «can bir qəlbdə olan» Ermənistan onu öz mənafeyi naminə fikirləşmədən qurban verər. Ona görə müasir İranda və dünyada onun Azərbaycanla candan və qandan gələn qardaşlığını düşmənçiliyə çevirmək istəyən qüvvələr var və bu niyyət xüsusilə Ermənistanın İrana münasi­bətdə yeritdiyi xarici siyasətin heç də gizlədilməyən əsasını təş­kil edir. Nizaminin azərbaycanlı olmaması haqqında son dövr­lərdə İrandan gələn səslərin arxasında erməni məkrinin durduğu da aydın görünür.

Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsub­lu­ğu, yaxud məsələnin daha geniş aspekti kimi, onun milli və ədə­bi kimliyi məsələsi tədqiqatçılardan bu problemin həllinin uyğun metodoloji modelinin tapılmasını tələb edir. Mövcud yanaşma­larda kifayət qədər ağıllı məqamlar, aktual tezislər, ciddi pos­tu­latlar olsa da, problemin həllinin metodoloji sistemi bugünə qədər ortaya qoyulmamışdır. Bu, bir məqalənin həllə edəcəyi məsələ olmasa da, onun ümumi konturlarına toxunmaq, əsas tezislərindən bəhs etmək mümkündür.



Birincisi, bu məsələdə ilk növbədə milli kimliklə ədəbi kimliyin münasibətlərini aydınlaşdırmaq lazımdır. Çünki bunlar heç də həmişə biri-birini təsdiq etmir. Bu baxımdan:

milli kimlik – yaradıcı şəxsin milli-etnik mənsubiyyəti;

ədəbi kimlik – onun hansı milli-ədəbi maraqları təmsil etməsidir.

İnsanın milli etnik mənsubiyyəti də onun milli kimliyini heç də həmişə təyin etmir. L.N.Qumiloyun dediyi kimi, bir insa­nın milləti onun etnik-bioloji mənsubiyyəti ilə yox, özünü milli baxımdan kim olaraq dərk etməsi (milli özünüdərklə) müəyyən­ləşir. Bu halda Nizaminin milli-etnik mənsubiyyəti, yəni onun bioantropoloji subyekt olaraq Azərbaycan türkü, yoxsa fars ol­ması şairin öz yaradıcılığından boy verən milli kimliyini təsdiq, yaxud inkar etmir. Bu cəhətdən Nizami yaradıcılığında aydın ifa­dələnmiş, onun insan konsepsiyasının əsas bədii-estetik kon­septi səviyyəsinə qədər inkişaf etdirilmiş türk milli kimliyi açıq şəkildə boy verir. Türklük Nizami yaradıcılığının ruhuna hop­muş, yaratdığı bədii dünyanın ab-havasına, rəng-ruhuna çevril­miş­dir. Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Mar­rın şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk mi­yayəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.

İran-fars alimlərinin bu etirafı, əslində, Nizaminin milli kim­liyini açıq şəkildə ortaya qoyduğu kimi, onun milli-etnik mən­subiyyətini də aydınlaşdırır. Yaradıcılığı «türk ətri saçan» şair bütün varlığı ilə türklüyə bağlı olmuş və o, türklüyü həm fəlsəfi-ilahi, həm də bədii-estetik konsept səviyyəsində mənalan­dırmışdır.

İkincisi, türklük Nizami üçün dərk olunmuş etnik özü­nüi­fadə modeli idi. «Xosrov və Şirin» əsərində Azərbaycan hökm­darı Məhinbanunun qardaşı qızı Şirin sevdiyi fars şahzadəsi Xos­rovdan ötrü çılğın hərəkətlərə yol verəndə bibisi ona deyir:

Əgər o – Aydırsa, biz – Afitabıq (Günəşik – S.R.),

O – Keyxosrov, bizsə – Əfrasiyabıq (9, s. 119).

Bu beyt təkcə Nizaminin yox, eləcə də Azərbaycan xalqı­nın milli kimliyinin, milli varlığının, bu xalqın dünyanın hara­sından başlayıb harasına getdiyinin «manifesti», milli «bəyanna­məsidir». Bu beyt eyni zamanda Nizami şəxsiyyətinin etnik-mə­dəni varlığımızın hansı qaynaqlarına bağlı olduğunu, şairin nə qədər aydın milli-ideoloji düşüncəyə malik olduğunu parlaq şə­kildə ortaya qoyur.

Beytdə İran-Turan (fars-türk) kimliyinin iki mühüm sə­viy­yəsi ifadə olunub:

1. Təbii-kosmoqonik kimlik: Ay-Günəş (Afitab);

2. Etnik-siyasi kimlik: Keyxosrov-Əfrasiyab.

Bu qoşalıqda türk mifoloji düşüncəsinin əsas elementləri modelləşib. Ay (gecə, qaranlıq) astral obraz olaraq Keyxosrovun işarəsidirsə, Günəş (gündüz, işıq) Əfrasiyabın rəmzidir. Keyxos­rov İran əsatirlərinin qəhrəmanı olmaqla fasrların siyasi əcdad­la­rı, ideoloji eponimləri sırasındadır. Əfrasiyab da Turan qəhrə­manı, türklərin siyasi hakimiyyət şəcərəsinin ən mühüm mifoloji obrazıdır. Nizami Ay obrazını Keyxosrovun simasında İran döv­lətçilik ənənəsinin simvolu, siyasi atributu kimi verirsə, Günəşi də Əfrasiyabın timsalında türk dövlətçilik ənənəsinin ideoloji simvolu, siyasi atributu kimi təqdim edir.

Göründüyü kimi, Nizaminin bu beytində türk etnik-mədəni varlığının, türk mifoloji yaradılış modelinin ən mühüm ünsürləri bədiiləşmişdir. Bu bədiiləşmə heç bir halda beytdə təqdim olu­nan milli kimlik informasiyasının ənənədən gəlməməsi, siyasi-ideoloji düşüncənin tarixinə sərbəst bədii fantaziya müstəvisində yanaşılması kimi yanlış təsəvvürlər yarada bilməz. Belə ki, Əf­ra­siyabın hün-türk sərkərdəsi Alp Ər Tunqa olduğu məlumdur. Hun türklərində siyasi hakimiyyət Günəşə bağlıdır və bu mə­nada Əfrasiyab//Alp Ər Tunqa öz mifoloji yaradılış kimliyi ilə günəşi təmsil edir. Bu baxımdan, Nizaminin sözü gedən beyti on­dakı milli kimlik informasiyasını möhtəşəm türk tarixinin hun dövrünə, yəni özündən 1300 il, bizdən isə 2000 il qabaqdakı tarixə bağlayır (bu barədə geniş şəkildə bax: 10, s. 152-155).

Üçüncüsü, istər İranda, istərsə də Azərbaycanda hələ bu günə qədər yaradıcı subyektin ədəbi kimliyinin düzgün təyinet­mə modeli tapılmamışdır. Bu, birbaşa «İran ədəbiyyatı tarixi» və «Azərbaycan ədəbiyyatı tarixi» konseptləri ilə bağlı məsələdir. Azərbaycan ədəbiyatşünaslığında tarixi Azərbaycan ərazisi ilə hər hansı formada bağlı olan avestadilli, midiyadilli, mannadilli, albaniyadilli, ərəbdilli, farsdilli, azərbaycandilli nə və kim varsa, hamısı Azərbaycan ədəbiyyatı elan edilib. O cümlədən İran ədə­biyyatşünaslığında fasr dilində yazan əksər yaradıcı subyektləri, xüsusilə Azərbaycan şairlərini İran ədəbiyyatı saymaq ənənəsi var. Hər iki ənənə yanlışdır.

Şərq ədəbiyyatı tarixində ərəb dilində yazmaq ənənəsi ol­duğu kimi, fars dilində yazmaq ənənəsi də olmuşdur. Bu, bütün ərəbdilli şairlərin ərəb ədəbiyyatına mənsub olması demək ol­ma­dığı kimi, bütün farsdilli şairlərin də fars ədəbiyyatına mənsub olması demək deyil. Nizami fars dilində yazmışdır. Bu halda o, birmənalı şəkildə farsdilli ədəbiyyatın nümayəndəsidir. Ancaq farsdilli ədəbiyyat heç də tamamilə fars ədəbiyyatı demək deyil. Burada farsların fars etnopoetik düşüncə modelində yaratdıqları fars ədəbiyyatı sayıldığı kimi, Nizami və onun kimi Azərbaycan şairlərinin fars dilində, lakin türk etnopoetik düşüncə modelində yaratdıqları da Azərbaycan ədəbiyyatıdır. Belə olmasaydı, İran mütəxəssisləri Nizamini formal olaraq İran ədəbiyyatı tarixinə daxil etsələr də, onu «türk ətri saçan» («türk iyi gələn») sənətkar kimi öz milli ruhlarına yad hesab etməzdilər.



Dördüncüsü, Nizami nə onun yaradıcılığında təcəssüm olu­nan ümumbəşəri və milli ideallar, nə də mənsub olduğu döv­rün ədəbi məkanı baxımından ona bu gün dar milli maraqlar, məkrli siyasi niyyətlər müstəvisində yanaşan rus şovinistlərinin və İran ermənisifət siyasətbazlarının dərk edə biləcəyi fenomen deyil. O, ümumbəşəri şairdir. Öz yaradıcılığında bütün dünya xalqlarının, ümumən insanlığın mənafeyini güdən, yaratdığı mil­li obrazlar gülşənində türklüyü bədii-estetik gözəlliyin etalonuna çevirən Nizami tərənnüm etdiyi bu ümumbəşəri və ümumilli idellara görə dünya ədəbiyyatının faktına çevrilmişdir. Onu dar milli çərçivəyə sığışdırmaq istəyən hər kəs (o cümlədən bu id­dia­ya düşə biləcəyimiz halda bizlər də) bu həqiqətlə razılaşma­lıdır. Nizamini nə farsdilli Şərq ədəbiyyatı tarixindən, nə fars­dil­li Azərbaycan ədəbiyyatı tarixindən, nə də öz milli-etnik düha­sını fars dilində gerçəkləşdirməklə, bu dildə yaranan ədəbiyyata Firdovsidən tamamilə fərqli olaraq ümumbəşəri dəyərlər gətir­di­yi, Firdovsinin yaratdığı dar millətçilik ideyaları içərisində bo­ğulan ədəbiyyata onun ehtiyacı olduğu ümummilli ideyaları bəxş etdiyi fars ədəbiyyatı tarixindən ayırmaq olmaz.
ЯДЯБИЙЙАТ

1. Араслы Щ. Шаирин щяйаты. Бакы, 1967

2. Алиев Р. Поэма о бессмертной любви. Баку, «Язычы», 1991

3. Рцстямова А. Низами Эянъяви: щяйаты вя сяняти. Бакы, «Елм», 1979

4. Алиев Г. Темы и сюжеты Низами в литературах народов Востока. Москва, «Наука», 1985

4. Араслы Н. Низами вя тцрк ядябиййаты. Бакы, «Елм», 1980

5. Сасаниан Ч. Низаминин «Лейли вя Мяънун» поемасы. Бакы, «Елм», 1985

6. Йусифов Х. Шяргдя Интибащ вя Низами Эянъяви. Бакы, «Йазычы», 1982

7. Рясулзадя М.Я. Азярбайъан шаири Низами. Бакы, 1991

8. Рясулзадя М.Я. Азярбайъан шаири Низами. Бакы, «Тякнур», 2011

9. Эянъяви Н. Хосров вя Ширин. Тяръцмя едяни Рясул Рза. Изащларын мцяллифи М.Султанов. Бакы, «Йазычы», 1983

10. Рзасой С. Оьуз мифинин парадигмалары. Бакы, «Сяда», 2004



SEYFADDİN RZASOY

ABOUT NIZAMI GANJAVIS NATIONAL

AND LITERARY BELONGING

SUMMARY

In the article it is analyzed the theoretical and methodological sides of national and literary belonging of the XII century poet Nizami. The world famous poet Nizami lived and created in Ganja city of Azerbaijan. It is clearly reflected in his literary activities. In spite of all these historical and biographical facts, problem about national belonging of the poet has been on the agenda, in the eve of 870 annual of Nizami in Russia and Iran. Another basic argument in their hand except unscientific and lying facts is that Nizami has written all poems in the Persian language.

According to the author of given article, in this question it is necessary to distinguish a national and literary belonging from each other. Poets writing in the persian language shows his belonging to persian literature. It is necessary to consider this fact, that in the twelfth century not only the Persian poets, but also poets from many other eastern countries, including the Azerbaijan poets have written in the persian language. Just owing to this persian poets works giant East literature has been created.

Playing exclusively large role in development of east literature Nizami is the azerbaijan-turkic poet not only according to his natio­nality, but also ethnic-cultural thinking. Being Turkic was the realized model of ethnic self-expression. Proceeding from these positions he is not only the poet of Azerbaijan and East literature, but also he is Per­sian literature poet. Bringing his modern universal and humanistic ideas to the Iranian literature, poet has simultaneously released it from narrow national (antiarabian, antiturkic and antiislam) ideas of Fir­dovsi.



Key words: Nizami, literature, folklore, Azerbaijan literature, Persian literature East literature, being turkic

СЕЙФЕДДИН РЗАСОЙ

НАЦИОНАЛЬНОЙ И ЛИТЕРАТУРНОЙ ПРИНАДЛЕЖНОСТИ НИЗАМИ ГЯНДЖЕВИ

РЕЗЮМЕ

В статье анализируются теоретические и методологические стороны вопроса национальной и литературной принадлежности поэта XII века Низами. Всемирно известный поэт Низами жил и творил в Азербайджане, в городе Гяндже, что четко отражено и в инициале Низами, и в его творчестве. Не смотря, на существующие многочисленные историко-биографические материалы, в преддве­рии 870-летие поэта в России и Иране опять поднялся вопрос национальной принадлежности Низами. Кроме околонаучных и псевдонаучных «фактов», главным аргументом их является то, что Низами написал все свои поэмы на персидском языке. По мнению автора данной статьи, в этом вопросе надо различать национальные и литературные принадлежности поэта. То, что Низами писал на персидском языке, это указывает его принадлежность персоязыч­ной, а не к персидской литературе. Надо учитывать тот факт, что в двенадцатом веке не только персидские поэты, но и поэты много других восточных народов, в том числе азербайджанский народ писали на персидском языке, чьими трудами был создан огромная персоязычная литература Востока. Низами, игравший исключи­тельно большую роль в развитии восточной литературы, не только по своей национальности, но и по своему этническо-культурному мышлению был азербаджанско-тюркским поэтом. Понятие тюрка была для Низами осознанной моделью этнического самовыражения. Исходя из этого положения, Низами является персоязычным поэтом не только азербайджанской и восточной литературы, но и персоя­зычной иранской литературы. Низами, приносящий собой совре­менные общечеловеческие и гуманистические идеи персид­ской литературы, одновременно освободил ее от узких националь­ных (антиарабских, антитюркских и антисламских) идей Фирдовси, чьим великим трудом «Шахнаме» персидская литература не могла осво­бодиться от фольклорных традиций.



Ключевые слова: Низами, литература, фольклор, азербай­джанская литература, персидская литература, восточная литература, понятие тюрка
Ramazan QAFARLI,

filologiya üzrə elmlər doktoru,

AMEA Folklor İnstitutu
Nİzamİ POEZİYASINDA məkan, zaman və kəmİyyət vəhdətİ: DİNİ-MİFOLOJİ

DÜŞÜNCƏ KONTEKSTİNDƏ
Nizami epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uy­ğun şəkildə qurur. Həmin struktura əsasən bütün yaranışların – is­tər maddi, istərsə də mənəvi quruluşu eynidir. Söhbət varlıq­la­rın za­hiri görünüşündən, həcmindən, ölçüsündən deyil, təbiətin­dən, tər­kibindən, fəaliyyət sistemini formalaşdıran əlamətlərin­dən ge­dir. Doğrudur, mifik təsəvvürlərdə dünyanın meydana gəlməsi ila­hi qüvvələrlə əlaqələnir. Müəyyən prinsip və ardıcıl­lıqla var­lıqlar – göy, ulduzlar, günəş, ay, yer, dağ, çay, dəniz, məxluqat mü­hüm dörd ünsürün – su, od, torpaq və havanın vəhdətindən əmələ gəlir. Bütün varlıqlar durğun­luqdan çıxdığı nöqtədən uzaq­laşıb təzədən ora başlanğıca can atır. Onları hə­rəkətə gətirən qüv­və Nizamidə eşqdir. Bu strukturda canlıla­rın, xüsusilə, insanın doğulması böyük əhəmiyyət kəsb edir. Ağıl, şüur, daha doğrusu, mənəvi aləm Adəm vasitəsi ilə göydən yerə endirilir, bundan sonra Yaradıcı öz funksiyasının cüzi bir his­səsini bəşər oğluna gü­zəştə gedir. İnsanlar artıb çoxaldıqca ağlın meydanı da genişlənir, fikirlər haçalaşır, qarşıdurmalara gətirib çıxardır. İnsan özünü dərk etdikcə, onda böyüklük, iqtidarlıq meylləri artır. İddiaları ya­tağına sığmayıb hərisliyə, şəhvətə dö­nür. Öz Yaradıcısına doğru can atanların bəziləri dünyanın naz-nemətinə uyub yollarını azırlar. Onda Tanrı insanların arasından birini seçib peyğəm­bərlik zirvə­sinə qaldırır və onu ideyalarının daşıyıcısına çevirir.

Beləcə dünyada hər şey başlanğıcdakı dünya modelinin analoqu kimi eyni formada doğulub inkişaf edir. Nizami poema­sının quruluşunun həmin strukturla üst-üstə düşən tərəfləri çoxdur. Diqqət yetirsək, görərik ki, başqa əsərlərinin girişində olduğu kimi «Leyli və Məcnun»da da yaxşı, yaxud pisi, xeyir, yaxud şəri meydana gətirən Allahdır. Tövhid və nət hissələrində Tanrının dünyayaratmada gördüyü bütün işlər İslam mifologi­yasına və Azərbaycan türklərinin ilkin inanclarına əsasən verilir. Sonra şair Allahın yer üzündəki seçmə insanlarından bəhs açır. Adəmdən başlayaraq Məhəmmədə qədər olan əksər peyğəmbər­lərin Musa, Yaqub, Süleyman, Davud, Yusif və İsanın həya­tının ibratəmiz mə­qamlarını poetik dillə diqqət mərkəzinə çəkir. Şair bir növ göylə yer arasında körpü yaradan həmin müqəddəs insanların fəa­liyyə­tin­dən ibrət aynası kimi faydalanır. Ümumiy­yətlə, Nizaminin mə­həbbət dastanını ilkin təsəvvürlərdəki struk­turla müqayisə etdikdə məqsədli şəkildə onları təkrarladığının şahidi oluruq.




Sıra

dünyaqurmanın əsas məqamları

nİzamİdə əksİ

1

Əbədilik.

Sözün əzəli.

2

Yaradıcı və adları.

Tövhid.

3

Qərar. Proses.

«Kun\\Ol» əmri.



Nət. Münacat.

4

Ünsürlər arasında əla­qə­lərin və münasi­bət­lərin qurulması.

Məkan, zaman, kəmiyyət vəhdəti.

5

Dünyanın quruluşu.

Vahid - əkizlik - üç dünya - dörd yön - yeddi qat - doqquz göy

6

Yaranışlar.

Göy, yer, dağ, dəniz, Günəş, Ay...

7

İlk insanın Yer üzünə gəlməsi.

Adəm.

8

Allahın seçimləri: peyğəm-bərlər.

Sitayiş. Merac.

9

Dünyanı idarə edən qüvvə.

Məhəbbət. Varlıqların öz baş­lanğıcına və insanların haqqa - öz yaradıcıcısına çatmaq təşəbbüslə-rindən doğur.

10

Təbiət.

Yerin faunası və florası əmələ gəldikcə, məkan və zaman mü­cərrədlikdən çıxıb konkretləşir.

11

Cəmiyyət.

İqtidarlar, sənətkarlar və rəiyyət qarşılaşdırılır. Mənəvi amilin – bədii sözün yaşadılması üçün birincilər mədh edilir.

12

Dünya daimidir \\ Dünya fanidir.

İnsanın maddi tərəfi – bədən, cism dəyişsə də (torpağa çevrilsə də), mənəvi göstəriciləri - söz və yaxşı ad həmişə qalır//Həyat şirin görünsə də, ölüm haqq sayılır.

13

Zaman daim irəliyə doğru addımlayır.

Keçmişə qayıtmaq mümkün deyil.

14

Hər şey kəmiyyətlə taraz-lanır.

Rəqəmlərin sakrallığı ilə dünya-qurmanın mərhələləri və əsas strukturları işarələnib özünü təsdiqləyir.

15

Sözün qüdrəti.

Hikmət və mövizəyə (nəsihətə) meydan verilir. Şair özü və ailə­si haqqında açıqlamalar edir.

6


Sözün müqəddəsliyi: «Qurani-Kərim»

«Leyli və Məcnun» dastanının əsas mətni:

  1. İnsan doğulur,

  2. boya-başa çatır,

  3. təlim-təhsil alır,

  4. özünü dərk edir,

  5. sevib-sevilir,

  6. eşqi cəmiyyətdə inkar edilir,

  7. şərlə qarşılaşır,

  8. mübarizə aparır,

  9. acı-ağrı çəkir,

  10. gerçək aləmin naz-nemətindən əlini üzür,

  11. vüsala yetir,

  12. dünyasını dəyişir,

  13. haqqa qovuşur!..

Aparılan müqayisəni daha aydın görmək üçün «Dünya­qur­manın əsas məqamlarını göstərən sxem»in «Leyli və Məcnun» kitabının strukturu ilə üst-üstə düşən cəhətlərini nəzərdən keçirək.

dünyaqurmanın əsas məqamlarını

göstərən sxem

Əbədİlİk – Yaradıcı – Vahİd – Ad





Qərar. Proses. Söz:

«Kun\Ol» əmri



Dörd ünsür: su, od, torpaq, hava

Ünsürlər arasında əlaqələrin və münasibətlərin qurulması





Dünyanın quruluşu



Yaranışlar



Göy, ulduzlar, Günəş, Ay





Yer, dağ, dəniz



Məkan, zaman və kəmiyyətin vəhdəti





Bitkilər, heyvanlar



Sözün müqəddəsliyi: «Qurani-Kərim»


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə