Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 261,98 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix14.01.2018
ölçüsü261,98 Kb.
#20679
  1   2   3   4   5   6   7   8   9


 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



FOLKLOR İNSTİTUTU 

 

 

 

 

 

Əlyazması hüququnda 

 

 

 

 

ÜLKƏR QƏZƏNFƏR QIZI ƏLƏKBƏROVA 

 

 

 

 

 

TÜRK XALQLARI FOLKLORUNUN TOPLANMASI VƏ 

TƏDQİQİNDƏ Q.N.POTANİNİN ROLU 

 

 

 

10.01.09 - Folklorşünaslıq 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

 

AVTOREFERATI 

 

 

 

BAKI - 2012 


 

Dissertasiya  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor 



İnstitutunda yerinə yetirilmişdir. 

 

 



Elmi rəhbər:  

filologiya üzrə elmlər doktoru 



   Allahyarov Kamil Hüseyn oğlu 

 

 



Rəsmi opponentlər: 

filologiya üzrə elmlər doktoru 

  

Mustafayeva Flora Davud qızı 

 

 



filologiya üzrə fəlsəfə doktoru 

Rəsulov Rüstəm Kamal oğlu 

 

 



Aparıcı müəssisə: 

Bakı Dövlət Universiteti 

 

 



 

Müdafiə «_25___» _04_ 2012-ci il saat ____- da, Azərbaycan Milli 

Elmlər  Akademiyasının  Folklor  İnstitutu  nəzdində  fəlsəfə  doktoru  elmi 

dərəcəsi  almaq  üçün  təqdim  olunan  dissertasiyaların  müdafiəsini  keçirən 

FD.01.201 - Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. 

 

 



Ünvan: AZ 1000, Bakı, İçəri şəhər, 8-ci Kiçik Qala döngəsi 31. 

 

 



Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi 

Elmi Kitabxanasında tanış olmaq olar. 

 

 

Avtoreferat «____» ___________ 2012-ci ildə göndərilmişdir. 



 

 

Dissertasiya Şurasının 



elmi katibi, filologiya üzrə 

fəlsəfə doktoru:             

 

  Xəlilov Rza Zeynal oğlu 




 

30 


НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 

ИНСТИТУТ ФОЛЬКЛОРА 

 

   



 

   

На правах рукописи 

 

 

 

 

 

УЛЬКЕР КАЗАНФАР кызы АЛЕКБЕРОВА 

 

 

 

 

 

 

РОЛЬ Г.Н.ПОТАНИНА В СОБИРАНИИ И ИССЛЕДОВАНИИ 

ФОЛЬКЛОРА ТЮРКСКИХ НАРОДОВ 

 

 

10.01.09 - Фольклористика 

 

 

 

 

 

АВТОРЕФЕРАТ 

 

диссертации на соискание ученой степени 

доктора философии по филологии 

 

 

 

 

 

 

Баку - 2012 

 



TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Qriqori  Nikolayeviç  Potaninin  (1835-1920) 

Mərkəzi  Asiya  xalqlarından  topladığı  folklor  mətnləri  və  həmin  mətnlərlə 

bağlı yazdığı əsərlər elmə təmənnasız xidmətin məhsuludur. O, bu xidmətə 

bütün  ömrünü  həsr  etmişdir.  Onun  topladığı  folklor  materialları,  onlara 

yazdığı  elmi-nəzəri  şərhlər  informativlik  baxımından  bu  gün  də 

əhəmiyyətini  itirməmişdir.  Folklorşünaslar  ümumtürk  mifologiyasında  bir 

çox  obrazların,  motiv  və süjetlərin  varlığı  və xüsusiyyətləri  haqqında onun 

topladığı  folklor  materiallarından  və  nəzəri  araşdırmalarından  məlumat 

alırlar. Materialların zənginliyinə, variantların çoxluğuna görə onun əsərləri 

hələ uzun illər folklorşünasların əsaslandığı mənbələrdən biri olacaqdır. Nə 

Q.N.Potanindən  əvvəl,  nə  də  ondan  sonra  öz  orijinallığı,  yeniliyi  və 

təkrarsızlığı  ilə  diqqəti  cəlb  edən  bu  qədər  zəngin  folklor  nümunələrini 

toplamaq heç kimə nəsib olmamışdır. 

Avropa  elmi  Sibir  və  Monqolustanda  yaşayan  xalqların  folkloru  ilə 

geniş  miqyasda  ilk  dəfə  bu  əsərlər  vasitəsilə  tanış  olmuşdur.  Görkəmli 

folklorşünas şərhlərlə birlikdə ümumi həcmi yetmiş dörd çap vərəqi olan üç 

yüzdən  çox  folklor  mətni  nəşr  etdirmişdir.  Onun  Monqolustanın  Şimal-

Qərbində  məskunlaşmış  türk  xalqlarından  topladığı  etnoqrafik  materiallar, 

sözün həqiqi mənasında, bənzərsizliyi ilə seçilir. 

Q.N.Potaninin  müqayisəli  folklorşünaslıq  və  beynəlxalq  süjetlərin 

müəyyənləşdirilməsi  sahəsindəki,  xüsusən  də  Avropa  və  slavyan  eposla-

rının  Şərq  mənşəyi  haqqındakı  mülahizələri  dünya  folklorşünaslığının 

mühüm araşdırmalarındandır. Bu araşdırmaları sayəsində o, «etnoqrafiya və 

folklorşünaslıq  elmini  təsvirçilikdən  çıxardaraq  konseptual  yüksəkliyə 

qaldırmış,  ayrı-ayrı  tarixi  fraqmentləri  deyil,  bütövlükdə  Avrasiyanın 

mədəni-tarixi prosesini onun obyektinə çevirmişdir»

1



Məhsuldar  elmi  fəaliyyətinə  baxmayaraq,  Q.N.Potaninin  şəxsiyyəti 



və  fəaliyyəti  birtərəfli  araşdırılmışdır. Tədqiqatçılar  onun  daha  çox  səyyah 

və  etnoqrafçı  tərəflərinə  diqqət  yetirmiş,  alimin  folklorşünaslıq  fəaliyyəti 

demək  olar  ki,  kölgədə  qalmışdır.  Ona  görə  də,  Q.N.Potaninin 

folklorşünaslıq  fəaliyyətinin  öyrənilməsinə,  Mərkəzi  Asiya  xalqlarının 

folklorunun toplanması və tədqiqində xidmətlərinin sistemli araşdırılmasına 

böyük ehtiyac yaranmışdır. 

_________ 

1.  С.В.Селиверстов.  Г.Н.Потанин:  cибирское  областничество  между 

западничеством  и  евразийством  (вторая  половина  ХIХ  -  начало  ХХ  в.)  // 

Вестник Томского государственного университета, 2007, № 300, с.112 




Yüklə 261,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə