Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 126,05 Kb.
tarix26.09.2017
ölçüsü126,05 Kb.
#2236
növüReferat

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU


Əlyazması hüququnda


MƏHƏMMƏDRZA ZAKİR ABBASƏLİ SƏMƏD OĞLU

İSLAMDA, XRİSTİANLIQDA VƏ YƏHUDİLİKDƏ

CƏZA QANUNLARININ MÜQAYİSƏLİ TƏHLİLİ
7213.01 – Dinşünaslıq
Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş dissertasiyasının


A V T O R E F E R A T I


BAKI – 2014

Dissertasiya AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində yerinə yetirilmişdir.
Elmi rəhbər: Vasim Məmmədəli oğlu Məmmədəliyev

Akademik

Rəsmi opponentlər: Əsədulla Cüci oğlu Qurbanov

Fəlsəfə üzrə elmlər doktoru, professor

Ceyhun Valeh oğlu Məmmədov

İlahiyyat üzrə fəlsəfə doktoru


Aparıcı müəssisə: AMEA Fəlsəfə və hüquq İnstitutunun

Dinşünaslıq və mədəniyyətin fəlsəfi

problemləri şöbəsi
Müdafiə “ “___________ 2015-ci il, saat AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəzdində yaradılmış birdəfəlik Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: Bakı, Az1001, İstiqlaliyyət küçəsi, 26.


Dissertasiya işi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq mümkündür.
Avtoreferat:________________2014-cü ildə göndərilmişdir.
Dissertasiya Şurasının elmi katibi

Ilahiyyat üzrə fəlsəfə doktoru Z.A.Əbilova




İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. İstər dindarlar və istərsə də dinsizlər üçün dinlərin və onlarla bağlı mövzuların, xüsusən də cəza məsələsinin öyrənilməsi və araşdırılması hər zaman aktual olmuş və xüsusi əhəmiyyət daşımışdır. İnsanın öz düşüncəsində, gündəlik yaşayışında və inancında hər zaman daxili bir əminliyə ehtiyac duyduğu üçün o, həmişə İlahi bir qüvvə axtarışında və ehtiyacında olmuşdur.1  Bu baxımdan mövzunun aktuallığı onunla izah olunur ki, burada İbrahimi dinlərdə (yəhudilik, xristianlıq və islamda) ən aparıcı məsələlərdən biri olan cəza məsələsi təhlil edilir və araşdırılır. Gəlinən nəticə ondan ibarətdir ki, səmavi dinlərdə bu məsələ fərqli ölçülərdə ələ alınsa da, onların hamısında bu sahədə mövcud olan qanunlar bir-birinə çox yaxındır. İslam dini yəhudiliyin ilkin formasını təsdiq etsə də, onun müqəddəs kitabının və hökmlərinin heç də hamısını bu günkü vəziyyətdə müdafiə etmir. Buna baxmayaraq, bu iki din bir cəhətə görə bir-birinə bənzəyirlər. Bu cəhət hər iki dində şəriətə – yəni dini qanunlara dəyər verilməsi ilə bağlıdır. Dünyanın mövcud fəal dinlərindən heç birində şəriətə islamda və yəhudilikdə verildiyi qədər əhəmiyyət və önəm verilməmişdir. Bu iki dindəki şəriət hökmlərinin çox oxşar olması onların qarşılıqlı əməli araşdırılması üçün münasib bir şərait yaradır. Təbii ki, bu prosesdə lazımi elmi tədqiqatların aparılması və onların nəticələrindən əməli faydalanma da böyük önəm daşıyır.

Mövzunun əhəmiyyətli olması bir də onunla bağlıdır ki, müsəlmanların müqəddəs kitabı “Quran”da Bəni-İsrailin tarixi, təlimləri, şəriəti, şəxsiyyətləri, eləcə də dini ilə əlaqədar çoxlu ayələr mövcuddur.

İslam dini ilə yəhudi dini arasında hüquqi baxımdan da bir çox oxşarlıqlar vardır. Müqəddəs mətnlərin (Əhdi-ətiq) qa­nun­lar külliyyatı olması, hökmlərin oradan götürülməsi qaydası, on­ların şərhi və izahı, ədalət, günahlandırma və cəza –bütün bun­ların hamısı çox əhəmiyyətli hüquqi mövzulardır və hər iki din­də onların bir çox oxşarlıqları diqqəti cəlb edir2. İslam kə­lam­larında ardıcıl olaraq səmavi adət-ənənələrin davamlı ol­ma­sı düşüncəsi yer almışdır. Müsəlman mütəfəkkirləri səmavi dinlərin vəhdətdə olduğunu düşünürlər. Təkallahlı (İbrahimi) din­lərin yaranmasının kökü birdir. Quranın “Şura” surəsinin 13-cü ayəsində də bu məsələyə təkid edilir: “(Ya Peyğəmbər!) Al­lah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ay­rı­lı­ğa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy bu­yur­duğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini din­də sizin üçün də qanuni etdi)”.

Bu ayədən çıxış edərək səmavi dinlərin yaxınlığı ilə bağlı əhə­miyyətli tədqiqatların həyata keçirilməsi zəruridir.



Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti sə­ma­vi dinlərdir; cəza məsələsinin onlarda qoyuluşu və həlli yol­la­rıdır. Araşdırmanın predmeti isə “Bibliya”da və “Quran”da ifa­də olunmuş cəza məsələlərinin bir-birinə oxşar və bənzər tə­rəf­lərini, eləcə də onlar arasındakı fərqləri üzə çıxartmaqdan iba­rətdir. 

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi konk­ret misallar əsasında səmavi dinlərdə cəza və onu do­ğu­ran günahların araşdırılması və onların bir-birinə nə dərəcədə ya­xın və oxşar olmasının ortaya çıxarılmasıdır. Xristianlıqda pro­seslər elə inkişaf etmişdir ki, nəticədə bu dində şəriət və hü­quqi hökmlər sıradan çıxmışdır. Lakin islam və yəhudi din­lə­ri arasında əlaqələrdə, xüsusən də hüquq məsələlərində diq­qə­təlayiq bağlılıqlar və oxşarlıqlar mövcuddur. Yəhudi dinində fiqh və hüquqla əlaqəli ehkamlarda cəzaların rolu çox əhə­miy­yə­tlidir. Tövratda və Talmudda müxtəlif günahlara dair hökm­lər, çoxsaylı cəzalar, günahlara baxılması və onların sübuta ye­ti­rilməsi üçün ədalətli məhkəmələr, eləcə də bu məsələlər ilə bağ­lı ətraflı izah və şərhlər vardır. Tövratın bir çox yerlərində yə­hudilər günah işlətməməyə və günahdan çəkinməyə ça­ğı­rı­lır. Əks təqdirdə hər cür qanun pozuntularının, yəni günah­kar­la­rın necə lazımsa cəzalandırılacağı bildirilir. Məsələn, Töv­rat­da cəzası edam olan bir çox günahlar göstərilmişdir. Yəhudi hü­quqşünasları bu məsələdə heç nədən çəkinməmişlər. İs­lam­da da cəza hökmlərinə xüsusi diqqət ayrılmışdır. Belə məlum olur ki, bu iki din arasında cəza hökmləri ilə bağlı müəyyən fərq­lər olsa da, onlar arasındakı oxşarlıqlar da kifayət qədərdir. Bu dissertasiyada məqsəd və niyyət cəza məsələsinin islam və yəhudi dinində tutduğu yer və onlar arasındakı oxşarlıq və ya­xın­lıqları, eləcə də fərqləri əməli olaraq araşdırmaqdır. Bunun üçün müqayisələrin aparılması və nəticələrin çıxarılması zə­ru­ri­dir. Tədqiqatın bu yöndə aparılması üçün Quran, hədis, icma və ağıl, eləcə də Bibliya və Talmuddan istifadə olunmuşdur. Çün­ki tək mənbəyə istinad və digər mənbələrə etinasızlıq bir çox həqiqətlərdən kənarlaşmağa və yanlış nəticələrə gətirib çı­xarır.

Tədqiqatın vəzifəsi isə üç səma dinində-yhudilik, xris­tian­lıq və islamda cəza mə­sələlərini müqayisə edərək və diqqət­lə araşdıraraq vahid məqsəd­lə­rə və dəyərlərə nail olmaqdır.   



Tədqiqatın elmi yeniliyi. Dinlərin müqayisəli araş­dırıl­ma­sı təqribən bir əsr bundan öncə başlamışdır. Lakin indiyə qə­dər dinlərdə hüquq mövzusu, xüsusən də cəza məsələsi və onun əməli və müqayisəli araşdırılması bu dissertasiyada ol­du­ğu kimi mükəmməl və əhatəli bir şəkildə tədqiq edilməmişdir. Dissertasiyada təkcə cəzaları doğuran günahlar araşdırılmır, həm də məsələlərə o dövrün şəraiti və düşüncəsi baxımından qiy­mət verilir. Həmçinin cəzaların növü, kəmiyyət və key­fiy­yə­ti də diqqətə alınır. Bu baxımdan cəzaların mahiyyəti, real­lı­ğı, say və tərkib hissələri, eləcə də onların necə icra edilməsi “Quran”a və “Bibliya”ya görə şərh olunur, onlar arasında mü­qa­yisə və paralellər aparılır. Əslində bu tədqiqatda təkcə cə­za­lar və onların verilməsi sadalanmır, həm də onların ayrı-ayrı din­lərdəki izahı və müqayisəsi həyata keçirilir.

Əlbəttə, araşdırmada əsas mənbə olaraq Quran və Bib­li­ya­dan istifadə edilmişdir. Bunlarla yanaşı islam hədisləri və Tal­mud da istinad olunmuş mənbələrdəbdir. Həmçinin tarixi mən­bə­lərə, o cümlədən Con Boyer Nossun “Dini icmaların tarixi”, Robert Ernest Hyumun “Dünyanın canlı dinləri”, Hüseyn To­fi­qinin “Böyük dinlərlə tanışlıq”, Elen Entermenin “Yəhudi eti­qadları və ayinləri” əsərlərinə müraciət edilmişdir. İstilah və terminlərin düzgün verilməsi üçün bir çox terminoloji ədə­biy­yatdan və lüğətlərdən, o cümlədən Əliəkbər Dehxudanın “Lü­ğətnamə”, Raqib İsfəhaninin “Qurana dair proqram”, Mə­həm­məd Üməranın “Qərb ilə İslam arasında istilah davası” əsər­lərindən yararlanmışıq. Eləcə də dini hökmlərin şərhi və təf­siri məsələlərində Abrahamm Kohenin “Talmud xəzinəsi”, Adin Eştayn Saltezin “Talmuda baxış”, Məhəmməd Səbzevari Nə­cəfinin “Talmud qaydaları”, Məhəmməd Tusinin “Quranın təf­sirinə dair bəyan”, Nemətullah bin Mahmud Naxçıvaninin “İlahiyyata giriş və qeyb aləminin açarı”, Məhəmməd Sadiqi Teh­raninin “Quranın təfsirində bəlağət”, Məhəmməd bin İs­ma­yıl əl-Buxarinin “Buxarinin doğrusu” və Müslüm bin əl-He­cac əl-Qüşeyrinin hədis kitablarından və s. istifadə olun­muş­dur.



Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Bu gün dün­ya­nın müxtəlif ölkələrində çoxsaylı cəza qanunları vardır. On­lar möhkəm əsaslara və qaydalara söykənirlər. Bu cəza qa­nun­la­rı son əsrlərdə yeni formalaşma prosesi keçsələr də, onların bir qismində dini qanunların təsiri çox aydın bir şəkildə hiss olu­nur. Bu baxımdan hazırkı tədqiqatın gəldiyi mühüm nəzəri nəticələrdən biri də budur ki, bu günkü cəza qanunvericiliyinin bir çox üsul və prinsiplərinin, o cümlədən, cəzaların qanuni ol­ma­sı, cəzaların şəxsi olması, günah və cəzanın nisbəti və s. ki­mi prinsiplərinin kökündə səmavi dinlərin hökmləri dayanır. Bu­nun ortaya qoyulması ona gətirib çıxarır ki, bəşəriyyət dinin dəyəri və effektivliyini dərindən dərk edir və bu reallıqdan da­ha çox faydalanmağa çalışır. Bu tədqiqat həm də dinin xu­ra­fat­dan başqa bir şey olmadığını və dinlərin möhtəviyyatlarının elm və düşüncə ilə uzlaşmadığını iddia edən şəxslərə tutarlı bir ca­vabdır.

Əslində nəzəri və praktiki  baxımdan önəmli rol oy­na­dı­ğı­na görə bu tədqiqat xüsusi əhəmiyyət daşıyır. Yəni ayrı-ayrı sa­hələrin tədqiqatçıları, dərslik tərtib edən müəlliflər, müxtəlif peşələr üzrə mütəxəssislər və eləcə də tələbələr bu tədqiqatdan əməli olaraq faydalana bilərlər. Bundan başqa, kütləvi in­for­ma­siya vasitələri əməkdaşlarının, eləcə də geniş oxucu küt­lə­lə­rinin bu tədqiqatın nəticələrindən bəhrələnmək imkanları var­dır.



Tədqiqatın metodu. Araşdırmada səmavi dinlərin mü­qəd­dəs kitablarına, ilkin mənbələrinə və bu yöndə aparılmış təd­qiqatlara istinadən tarixi-müqayisəli və nəzəri yanaşma me­to­dundan istifadə olunmuşdur.

Tədqiqatın mənbələri. Bu tədqiqat şəxsi araşdırmalar, el­mi-kütləvi nəşrlər, arxivlər, kitabxanalar, eləcə də, sahə ilə bağ­lı keçirilən tədbirlər və internet saytlarından əldə olunan ma­teriallar əsasında aparılmışdır. Bu baxımdan Azərbaycanda AMEA Əlyazmalar İnstitunun, BDU-nun ilahiyyat fa­kültə­si­nin, İranda isə Şiraz Quran Elmləri İnstitutunun, Qum Din və Məz­həblər Universitetinin, Tehran Universitetinin, eləcə də Ame­rika Birləşmiş Ştatlarının müvafiq kitabxanalarının mənbə və materiallarından istifadə edilmişdir. Həmçinin yəhudilik və xristianlığın əsaslı mənbələrini araşdırmaq üçün Livanın Bey­rut şəhərində yerləşən Cozef Universitetində tədqiqat işləri apa­rılmışdır.     

Tədqiqatın aprobasiyası. Dissertasiya AMEA Məhəm­məd Füzuli adına Əlyazmalar İnstitutunda yerinə yetirilmişdir. Dissertasiyanın əsas müddəa və nəticələri müxtəlif elmi-nəzəri konfrans materiallarında, elmi jurnallarda dərc olunmuş mə­qa­lə və tezislərdə öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya işi giriş, 2 fəsil, nə­ticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Bi­rinci fəsildə mövzu ilə bağlı ümumi məlumat verilmiş, Bib­li­yada və Quranda mövcud olan cəza qanunlarının ümumi prin­siplərindən bəhs edilmiş, ikinci fəsildə isə Bibliya və Qu­ran­dakı cəza sistemləri şərh olunmuşdur. 

 

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU


Dissertasiyanın giriş his­sə­­sində mövzunun aktuallığı əsas­lan­dırılır, tədqiqatın məqsəd və vəzifələri müəyyən edilir, elmi ye­ni­­liklər, nəzəri və təcrübi əhəmiyyəti, dis­ser­tasiyanın ap­ro­ba­siyası və quruluşu müəyyənləşdirilir.

Bibliya və Quran cəza hökmlərinin əsas mənbələri ki­mi” adlanan birinci fəsil dörd yarımfəsildən ibarətdir. “Cəza qa­nunvericiliyinə görə dinlərin müqayisəli öyrənilməsi” ad­lanan birinci yarımfəsildə deyilir ki, dinşünaslıq qədim za­man­lardan insanların diqqətini cəlb etsə də, dinlərin bir elm sa­həsi kimi müqayisəli şəkildə öyrənilməsi nisbətən son­ra­kı dövrlərə aid olmuş və inkişaf etmişdir.3 Müqayisəli din­şü­nas­lıq və ya “dinlər elmi” sosial elmlərin bir qoludur.

Dinşünaslar kəlam, fəlsəfə, tarix, ədəbiyyat, mə­də­niy­yət sa­həsində diqqətəlayiq işlər görsələr də, şəriətlərin  və dini hü­qu­qun, xüsusən də cəza hüququnun müqayisəli araşdırıl­ma­sı məsələsinə az diq­qət yetirmişlər. Əslində müxtəlif istiqa­mət­li müqayisəli dinşünaslıq nisbətən yeni bir elmi sahə ol­du­ğu üçün onun araşdırmasında hələlik əsaslı nəzəri nəticələr yox­dur. Halbuki belə tədqiqatlar dinlərə münasibətdə əsaslı də­yişikliklər yarada bilər. 

Müqayisəli dinşünaslıq dinləri, onların bütün yön və cəhətləri ilə müqayisəli bir şəkildə öyrənən elmi ehtiva edən bir istilahdır.4 Dinlərin ayrı-ayrı sahələri bir-biri ilə ciddi şə­kildə bağlı olsalar da, onların hər birinin özünəməxsus xü­su­siy­yətləri həm də onları bir-birindən fərqləndirir. Din­şü­nas­lı­ğın vacib sahələrindən olan şəriət (dini hüquq) insanın hüquq və vəzifələri ilə bağlı hökm və göstərişləri əhatə edən möv­zu­la­rın araşdırılması ilə məşğul olur. Bu baxımdan dinlərdə cəza hü­ququ müqayisəli dinşüaslıqda maraq doğuran və bir çox sual­lara cavab verə biləcək bir sahədir. Dinlərin araş­dırıl­ma­sı iki tədqiqat üsulu ilə, yəni daxili və xarici araşdırma üsulu apa­rılır. Daxili üsulda araşdırmaçı daxili bir inancla tədqiqatla məşğul olur, dini müdafiəyə qalxır, dinin əleyhinə yönəlmiş hər cür fikir və düşüncələrə tutarlı cavab verir. Ancaq xarici üsul­da birbaşa yalnız elmi tədqiqata əsaslanılır, burada mə­sə­lə­yə kəlam elmi baxımından yanaşılmır, yəni dinə bağlılıq və tərəfkeşlik bu zaman heç bir rol oynamır. Xarici üsulda insan ağ­lı və təcrübəsi əsas götürülür. Müxtəlif dinlərin müqayisəli öy­rənilməsi bitərəf və müstəqil dinşünas tərəfindən həyata ke­çi­rilməlidir. Çünki bu zaman araşdırıcı öz dininin əhəmiyyətli özə­lliklərini qabartmaqla və digər dinlərin zəif tərəflərini or­ta­ya qoymaqla ədalət prinsipinə riayət etməyə bilər. Əlbəttə, din­lərin elmi araşdırılmasında ehtimal olunan belə ten­den­si­ya­lar­dan qaçınılmalıdır. Başqa dinlərin tənqidi dəyərləndirilməsi sonsuz dərəcədə çətin və incə bir məsələdir. Bu iş təd­qi­qat­çı­nın şəxsi iradəsi və ləyaqətinə o dərəcədə bağlıdır ki, o, tənqidi fərasətini başqa dinlərə münasibətdə yüksək düşüncə və an­la­yış­dan qaynaqlanan real hisslərlə ifadə etməlidir. Dinlərin müqayisəli öyrənilməsinin məqsədi bu dinlərin zəif və güclü tərəflərinin vurğulanması deyil, onların da­şı­yı­cıları­nın bir-birilərinə daha çox yaxınlaşdırılması üçün müxtəlif din­lərin qərəzsiz bir şəkildə müqayisəsi və öyrənilməsidir.



Birinci fəslin ikinci yarımfəsli “Yəhudi, xristian və is­lam şəriətləri” adlanır. Hüquq bölməsində şəriət 3 mövzu ət­ra­fında cərəyan edir. Birinci mövzu şəxsiyyətlə, onun evli ol­ma­sı və boşanması, mal sahibi və ya varis olması; ikinci iq­ti­sadi sövdələşmə və özəl müqavilələrdə iştirakı, yəni ticarət və ica­rə məsələləri; üçüncü isə cinayət məsələlərini əhatə edir.

İkinci yarımfəslin birinci bölməsi “Yəhudi şəriəti” ad­la­nır. Bəni-İsrail tayfası arasında şəriətin banisi Musadır (ə). O, əsas qanunları Tövratda bəyan etmişdir. Ona görə də Musa Bə­ni-İsrail xalqının mürşidi, yol göstərəni və qanuni isti­na­dı­dır. Yəhudi alimlərinin bir tərəfdən Talmudun tərtibində və di­gər tərəfdən Tövratın şərh edilməsində və araşdırılmasında gös­tərdikləri səylər bu məsələnin nə dərəcədə əhəmiyyətli ol­ma­sını göstərir. Yəhudiliyin başlıca mənbələri onarın mü­qəd­dəs kitabı olan Bibliyadan və Talmuddan ibarətdir. Qanun və şəriət kimi başa düşülən5 Tövrat 5 kitabdan ibarətdir: 1. “Ya­ra­dılış” kitabı. Bu kitab dünyanın və insan xilqətinin yaranışını rəvayət edir. 2.“Çıxış” kitabı. Kitabda Musanın təvəl­lü­dün­dən, ona peyğəmbərlik verilməsindən və Bəni-İsrailin Misirdən çıx­masından danışılır. 3. “Levililər” kitabı. Burada Levi xanə­da­nından olan kahinlərdən söhbət açılır. Bu kitabda əsas hü­qu­qi məsələlər V, XVIII, XXI, XXIV, XXV və XXVII fəsillərdə şərh olunmuşdur. 4. “Ədədlər” kitabı. Kitabda Bəni-İsrail xal­qı­nın Sina dağında sərgərdan olmasından, onun siyahıya alın­ma­sından, bəzi hüquqi və fiqhi qanunlardan söhbət açılır. 5. “Qa­nunun təkrarı”. Bu kitabda Bəni-İsrailin Musanın (ə) ölü­mü­nə qədərki tarixindən savayı, həm də əvvəlki kitablarda bəhs olunan hökmlərin təkrarı verilmiºdir.

“Peyğəmbərlər kitabı” adlanan müqəddəs kitabın ikinci hissəsi 8 hissədən ibarətdir. Onlarda Yeşuadan başlamış Ye­ze­ke­lə qədər böyük peyğəmbərlərdən və 12 bölmədə isə kiçik pey­ğəmbərlərdən bəhs olunur. “Yazılar” və ya “Məktublar” mü­qəddəs kitabın üçüncü hissəsi təqribən miladdan 100 il ön­cə formalaşmışdır. Bu hissədə də, çox az yerlərdə hüquqi mə­sə­lələrdən bəhs olunur.  

Yəhudi hüquq sistemi dini mahiyyət daşıyır və bu ma­hiy­yət onu qeyri-dini hüquq sistemlərindən ayırır. Yəhudi hüququ dini olma özəlliyindən başqa həm də milli olma özəl­li­yi­nə sahibdir. Bu özəllik də onu başqa dini hüquq sistemlərindən ayırır. Yəni yə­hu­di­li­yin müqəddəs kitabında bütün mü­ra­ciət­lər əsasən Bəni-İsrai­lə ünvanlanmışdır. Haxam ənənəsinə görə,  613 vacib hökmdən ibarət olan Tövratdakı bütün va­ci­ba­tı və qadağaları-haramları aşağıdakı ümumi mövzular üzrə qrup­­laşdırmaq olar: inanclar və ibadətlər, müamilat, cəza, məh­­kəmə və şahidlik. 

İkinci yarımfəslin ikinci bölməsi “Xristianlıq şəriəti” ad­lanır. İbrahimi dinlərin bir çox müddəaları ortaqdır. Bu bağ­lılıq yəhudilik ilə islam arasında bir cür, xristianlıqla islam ara­sında isə başqa cürdür. Əslində xristian şəriəti yəhudilik şə­riə­tinin davamı olaraq bilinməlidir. Çünki onların ibadəti yə­hu­dilərin ibadətindən nümunə götürmüş və onlar ibrinin mü­qəd­dəs kitabından qaynaqlanan İsanın (ə) təlimini düşü­nür­dü­lər. Xristianların müqəddəs kitabı (Bibliya) “Əhdi-ətiq” və “Əh­di-cədid” adlı iki hissədən və 66 kitabdan təşkil olun­muş­dur. İlk xristianlar üçün yəhudiliyin müqəddəs mətnləri şəriət baxımından etibarlı və keçərli idi. İsa (ə) öz çıxışlarında də­fə­lərlə bildirmişdir ki, o, yeni şəriət gətirmək üçün gəlməmişdir. Onun gəlişinin məqsədi insanları Musanın (ə) şəriətinə təşviq etməkdir. Əslində İsanın (ə) dövründə yeni bir şəriətə ehtiyac da yox idi, yəni bunun üçün tarixi şərait yetişməmişdi. Lakin yəhudilərlə xristianlar arasındakı ayrılıqlar və İsanın (ə) yə­hu­di­lər tərəfindən öldürülməsi düşüncəsi bu iki dinin daşı­yıcı­la­rı­nın tarixdə heç zaman bir sırada yer almalarına imkan ver­mə­mişdir. Ona görə də xristian alimləri hüquq və hökmlərlə bağlı müstəqil iş aparmış, müqəddəs kitab və Roma hüququndan ya­rarlanmışlar. Nəticədə bir neçə əsrdən sonra, miladi 1150-ci ildə Qransianus tərəfindən kilsənin ilk qanun külliyyatı hazır­lan­mışdır.6 Xristianlığın ikinci banisi adlandırılan Paul bu din­dən şəriətin uzaqlaşdırılması üçün çox səylər göstərdi. Onun fik­rincə azadlıq üçün şəriətə və dini qaydalara əməl et­mə­yə eh­tiyac yoxdur7, bəşərin nicat yolu şəriətə və dini gös­təriş­lə­rə itaət deyildir. Çünki əgər belə olsaydı, İsanın (ə) öz canı­nı fəda etməsinə ehtiyac qalmazdı. 

Xristianlıqda meydana gələn sekulyarizm, yəni dünyəvilik – şəriətə və dini mətləblərə qarşı müxalifət deməkdir və o, dün­yəvi və mülki (ürfi) qayda-qanunların tərəfdarı olmağı nə­zərdə tutur. Zaman keçdikcə, siyasi və iqtisadi dəyişikliklər baş verdikcə “sekulyar” ifadəsi də yeni mənalarda və məq­səd­lər­də istifadə edilmişdir.



İkinci yarımfəslin üçüncü bölməsi “İslam şəriəti” ad­la­nır. İstilah etibarilə “fiqh” “şəriət elmi” deməkdir. “Fəqih” şə­riət hökmlərinə müfəssəl dəlillər əsasında aydınlıq gətirən din alimidir. Burada “dəlillər” dedikdə islamın əsas qaynaqları olan dörd dəlil, yəni Quran, sünnə, icma və ağıl nəzərdə tu­tu­lur. Lakin bəzi islam məzhəbləri ağıl əvəzinə “qiyas”ı (mü­qa­yi­sə metodunu) dördüncü dəlil hesab etmişlər.

Fiqh və üsul elmində Quran şəriət hökmlərinin isbatının ən mühüm dəlili və islam hüququnun ilk qaynağı hesab olu­nur. Kitab islam dininin əsasıdır, Allahın kəlamıdır. Qurandan və sünnədən sonra icma və ya fəqihlərin fikir birliyi müsəlmanların mühüm qaynaqlarından biri hesab olunur. Sün­ni məzhəbi baxımından “qiyas” islam fiqhinin dördüncü mən­bə­yi sayılır. Şiə fəqihləri mətnlərin anlaşılmasında və hökm­lə­rin çıxarılmasında ağlı islam fiqhinin dörd dəlilindən biri he­sab etmişlər.

İslam qaynaqlarından, xüsusilə də Qurandan istifadə et­mək­lə ortaya çıxarılan təklifi-hökmlər aşağıdakı 5 qismə ay­rı­lır: 1. Vacib: Bu əməlləri yerinə yetirmək zəruridir və bunlara qar­şı çıxanlar cəzalandırılmalıdır. 2. Haram: Bu əməlləri tərk et­mək lazımdır və bu kimi hökmlərə qarşı çıxanlar da cə­za­landırılmalıdır. 3. Məkruh: Bu əməlləri tərk etmək arzuolunan ol­sa da, bu əməlləri yerinə yetirmək günah sayılmır. 4. Müs­tə­həb: Bu əməlləri etmək savabdır, amma onları etməməyin mü­qa­bilində də cəza verilmir. 5. Mübah: bir işin icrasının və ya tərk edilməsinin caiz olmasıdır.

Birinci fəslin üçüncü yarımfəsli “Mücazat” (cəzalar)” ad­lanır. “Mücazat lüğətdə yaxşılığın və ya pisliyin qarşılığında ve­rilən əvəzdir”. Bu, “bir hadisədən sonra baş verən və o ha­di­sə ilə əlaqəli olaraq ortaya çıxan başqa bir hadisədir”. “Mü­ca­zat” ifadəsi eyni zamanda “üqubət” (cəza) adı ilə də ifadə olu­nur8. Hüquq istilahında “mücazat” cürbəcür məzmunlar və iba­rələrlə təbir edilmişdir.

Bibliyanın şəriətində cəzaların əsl hədəfi “Tanrının məm­nu­niyyəti”dir. Yəhudi cəza hüququnda cəzalar insan mənə­viy­ya­tının yüksəldilməsi və onu şəriətə yaxınlaşdırılması hə­dəf­lə­rini güdən müqəddəs bir funksiyanın daşıyıcılarıdırlar. Siyasi ba­xımdan, cəza qanununun icrasının çəkindiricilik hədəfi yə­hu­di hüququnda ən mühüm hədəf sayılır. Məqsəd təqsirkarın şiddətlə cəzalandırıldığını eşidən və görən insanlar məhz bu cəzalar səbəbindən bu cür əməllərə bulaşmaqdan qorxsunlar.

İlahi ədalət ideyası Allahın bütün peyğəmbərlərinin mühüm və başlıca təlimlərindən biridir. Əhdi-ətiqdə (“Töv­rat”da) Tanrının ədalətinə işarə edilmişdir. İbranilərin ilk baş­çı­sı İbrahim Tanrını “bütün yer üzünə ədalət bəxş edən” deyə ad­landırır.

İslam cəza nizamında mühüm hədəflərdən biri insanları gü­nah işləməkdən çəkindirməkdir. Amma bu hədəf mütləq su­rət­də cəzaların icrası üzərində qurulmamış, bəlkə də, daha üm­də şəkildə çəkindirici cəza qanunlarının mövcudluğu üzərində tər­tib olunmuşdur. Cəza qanunları gərək elə olsun ki, ic­ra­sın­dan öncə fərdləri günah əməllərə bulaşmaqdan çəkindirmək üçün təsir göstərə bilsin. Cəzaların icrasında əsas hədəf in­san­la­rın hüququnun müdafiəsi, onlara qarşı təcavüzün qarşısını al­maq və ədaləti təmin etməkdir. Əgər mənafelərin, hüquqların və öhdəliklərin tarazlaşdırıldığı bir cəmiyyətdə bu dəyərlərə qar­şı təcavüz baş verərsə, o zaman bu təcavüzün aradan qal­dı­rıl­ması üçün ədalət öz gücünü göstərər. Bunu cəzanın ədaləti (“criminal justice”) adlandırmaq mümkündür.



Birinci fəslin dördüncü yarımfəsli Bibliya və Quranda cəzaların qanuniliyi (məşruiyyəti)” adlanır. İbrahimi din­lər­də cəza nizamının ortaya çıxması Tövratın nazil olması və Mu­sanın (ə) şəriəti ilə başladı.9 Cinayət müqabilində cəzalara dair ilk hökm Tövratda gəlmişdir və qəsdən adam öldürən şəx­sə qarşı qisas hökmünün qanuniliyi haqqındadır. Müqəddəs ki­tabda qadağanedici ayələrin təkcə edama layiq günahlar üçün deyil, bəlkə hətta cəzalarının qamçılama olduğu günahlar və həm­çinin hətta pul cəriməsi ilə cəzalandırılması mümkün gü­nah­lar üçün də mövcud olması lazımdır.

İslamda cəzaların ən mühüm xüsusiyyəti onların qanu­ni­li­yi­dir. İstilah etibarilə onlara “mücazathayi-şəri” deyirlər. İslam şəriəti baxımından bir əməlin günah hesab olunması üçün Qu­randa və ya sünnədə açıq-aşkar hökmün mövcud olması gərəkdir ki, bu əməli törətməyin qarşılığında cəza təyin olun­sun.

Bibliyada fərdlərin qanun qarşısında bərabərliyi haqqında deyilir: Musa özünü İsrail oğullarının iddiaları, müşkülləri və şi­kayətləri qarşısında tənga gördüyü zaman onlar arasındakı qarşılıqlı iddiaların və məhkəmə çəkişmələrinin həlli üçün qə­bi­lədən bilikli, təcrübəli və müdrik adamları seçərdi ki, onlar ara­sında qazılıq etsinlər və onların qarşılıqlı iddialarını həll et­mək­lə məşğul olsunlar. O, bu iş üçün həmin adamlara tap­şı­rar­dı: “Məhkəmə zamanı heç kimin tərəfini saxlamayın. Böyüyə və kiçiyə münasibətdə eyni qaydada qazılıq edin. İnsanlardan qorxmayın. Çünki siz Tanrı tərəfindən məhkəmə edirsiniz”.10

İslamın cəza nizamında bütün fərdlər qanun qarşısında bir-biri ilə bərabərdirlər. Mənşə, dil, millət, rütbə və s. kimi mə­sələlərə görə fərqlənmək fərdlərin bir-birindən üstünlü­yü­nün meyarı hesab olunmur.

Bibliyada cəzaların şəxsi olmasına əsasən deyilir ki, məh­ku­miyyətin və cəzaların nəticələri gərək sadəcə təqsirkar şəxsə qarşı tətbiq olunsun və onun bəlaları heç vəchlə müqəssirin ya­xın­larına və digər şəxslərə sirayət etməsin. İslamın cəza hüqu­qu­nun mühüm qaydalarından biri də budur ki, cinayət mə­su­liy­yəti fərdidir. Yəni yalnız günahı işləmiş şəxs məsuliyyət da­şı­yır. Heç bir kəs başqasının günahı üçün cəzalandırılmaz. Bib­liyada günahla cəza arasında tənasüb üsulu cəzaların bəzisi barəsində açıq-aydın şəkildə bəyan edilmişdir: “İnsanlar ara­sın­da münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Ha­kim­lər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza ver­sin­lər”.11 İslam hüququnda hələ peyğəmbərin fəaliyyətinin əv­vəllərindən təkid edilmiş təməl məsələlərdən biri də günahla cəza arasındakı tənasüb üsuludur. Bu üsula əsasən, günahın zərər gücü nə qədər çox olarsa, onun cəzası da bir o qədər çox ol­malıdır və günahın şiddəti nə qədər az olarsa, onun cəzası da gü­naha mütənasib surətdə bir o qədər az olar.

Yəhudi dinini təşkil edən əsas ünsürlərdən biri “qöv­miy­yət və milliyyət” olmasına baxmayaraq, Tövratda bəzi hallarda ümumən insani kəramət haqqında deyilir ki, insanın öl­dü­rül­məsi caiz deyil. Çünki insan Tanrıya bənzər şəkildə ya­ra­dıl­mış­dır. İnsanı öldürmüş hər heyvan öldürülməlidir. İslama gö­rə insan Allahın yer üzündə canişini kimi tanıdılmışdır.12 Qu­ran onun kəramətini açıq-aydın bəyan edir. İslam şəriəti bu xü­su­siyyətləri nəzərə alaraq, insan həyatının bütün sferalarını əha­tə edən hüquq və mükəlləfiyyətlərin bəyanı üçün hökmlər çı­xarmış, bunlara riayət etməyi öz ardıcılları üçün vacib bil­miş­dir.



Dissertasiyanin ikinci fəsli “Bibliya və Quranda cəza sis­temi” adlanır. İkinci fəslin birinci yarımsəfli “Bibliya və Quranda cəzaların növləri” adlanır. İbrahimi dinlərdə cə­za­lar müxtəlif ölçülərə malikdirlər. Bəşəri qanunlardakı cəza­lar­dan fərqli olaraq, İbrahimi dinlərdə günahkar (müqəssir) üçün maddi cəzalardan başqa, İlahi cəzalar da nəzərdə tutulmuşdur. Belə ki, günahkar fərd əgər qanunun əlindən qurtulsa belə, heç vaxt İlahi cəzadan qurtuluş tapa bilməz. Bu üzdən dinşünaslar cəzaları üç qrupa ayırırlar: 1.Qərarla verilmiş (qanuni) cəzalar –bəşəri cəmiyyətdə İlahi qanunlar əsasında təyin olunmuş cəza qərarlarını əhatə edir. 2. İnsanın əməllərinin dünyəvi nəticəsi və mükafatı olan cəzalar. 3. Günahın özünün təcəssümü olan və ondan ayrılmayan axirət cəzaları.

Yəhudi məhkəmələrində 23 qazıdan ibarət xüsusi məh­kə­mə vardı ki, o, edama layiq günahları araşdırırdı. Tövratda qətl, adam oğurluğu, cadugərlik, küfr söyləmək, ərli qadınla zi­na etmək, atanı və ananı vurmaq, atanı və ananı lənətləmək, heyvanla yaxınlıq etmək, nişanlı qızla zorla zina etmək və s. ki­mi 36 günah üçün edam cəzası nəzərdə tutulur. Tövratda iki edam üsulu – daşqalaq və yandırmaq – açıq-aşkar qeyd olun­muşdur. Qılıncla və asmaqla qətl etmək cəzaları da az hallarda caiz görülür. Talmudda ölümə məhkumların edamı üçün 4 üsul sadalanır: daşqalaq, yandırmaq, boyun vurmaq və boğmaq. Tövratda daşqalaq 17 günah üçün nəzərdə tutulmuşdur: Başqa tanrılar (bütlər) üçün qurban vermək, cadugərlik, küfr söy­lə­mək, başqa tanrılara pərəstiş etmək, oğulun ataya qarşı baş qal­dırması və fitnə çıxarması, izdivac etmiş qızın bakirə çıx­maması, nişanlı qızla zina etmək, öküzün buynuz vurması ilə in­sanın ölümü, şənbə gününə qarşı hörmətsizlik və s. Tal­mud­da isə heyvanla cinsi yaxınlıq, ərli qadınla zina etmək, məh­rəm­lərlə zina etmək, homoseksuallıq, ölülərin ruhlarının çağı­rıl­ması, falçılıq və cindarlıq vasitəsilə öncəgörənlik etmək və qeybdən xəbər vermək günahlarına görə daşqalaq layiq görü­lür.

Tövratda açıq-aydın bəyan edilmiş edam cəzaları iki cür­dür: daşqalaq və yandırmaq. Tövrat bəyan edir ki, daşqalağın ic­rası üçün ümumi camaat toplanmalı, daha sonra “ölkə xalqı onu daşqalaq etməlidir”. İlk daşlar şahidlərin vasitəsilə gü­nah­ka­ra atılmalıdır, sonra isə bütün camaat. Talmud ölüm məh­kum­larının edamı üçün rəsmən 4 üsul tanıyır. Bu üsullar şiddət sırası ilə aşağıdakılardan ibarətdirlər: daşqalaq, yandırmaq, bo­yun vurmaq və boğmaq. Bəlkə də, talmudilərin yəhudi ayininə gətirdikləri daşqalaq üsulu bir yenilik və bidətdir ki, özləri ona əməl etmişlər. Bu üsula görə, camaatın məhkumu daşqalaq ye­rində, irili-xırdalı daşlardan ibarət xüsusi bir çuxur hazır­la­nır­dı, “məhkumu hündür yerdən aşağıya tullayırdılar və sonra onun üstünə böyük bir daşı atırdılar”, bu minvalla da onu öl­dürürdülər. Talmud adətində daşqalağın başqa bir forması da bəyan edilmişdir. Yandırmaq cəzası isə Tövratda iki cür güna­hın müqabilində icra olunur: 1. Kahin qızının zina etməsi. 2. Ki­şinin öz anası ilə yatması. Talmudda bəyan olunur ki, bu gü­nah kişinin öz qızı, nəvəsi, arvadının qızı və nəvəsi, arva­dı­nın anası və nənəsi ilə yatmasına da şamil edilir.

Yəhudi ayinində qılıncla boyun vurmaq cəzası iki halda tət­biq olunurdu: a) Bütpərəstliyə üz tutmuş kəslər üçün. b) Qəsdən adam öldürmək. Yəhudi ayinində boğmaq Tövratda göstərilmiş bu günahlar üçün nəzərdə tutulub: atanı və ananı vurmaq, adam oğurluğu, ərli qadınla zina, kahin qızı ilə zina və s.

Bibliyada dara çəkmək cəzası təqsiri çox və günahı böyük olan şəxslərə qarşı tətbiq edilirdi. Bəzən Tövrat öz qayda-qa­nun­larına əməl edən qeyri-yəhudi qövmlərin arasında bu cəza­nın icrasından söz açmış, bəzən bu edam qeyri-yəhudi qanunu kimi İsrail xalqı arasında icra olunmuş, bəzən də bu cəza qa­nun­dan kənar və məhkəmənin hökmü olmadan padşah tərə­fin­dən icra olunmuşdur. Musa (ə) şəriəti əsasında dara çəkmək Töv­ratda yalnız bir halda xatırladılmışdır: bəzi günahlarda edam hökmünün icrasından sonra daha çox ibrət olsun deyə edam olunmuş şəxsin cəsədini dar ağacından asırdılar.

Bibliyada can qisası (qatilin edamı) qəsdən törədilmiş qətl və qəsdən vurulmuş yara müqabilində verilən cəzadır. Hər­çənd Quran qisası qəsdən adamöldürmə cinayətinin cəzası elan et­mişdir və qatilin öldürülməli olduğunu bildirmişdir, amma edam üsulunu qeyd etməmişdir. Quranda edam üçün gös­tə­ril­miş tək üsul dar ağacından asmaqdır. Daşqalaq, boyun vur­maq, yandırmaq, boğmaq və s. kimi üsulların adı çəkilmə­miş­dir. Keçmiş zamanlardan indiyə kimi müsəlmanlar arasında ix­tilaf mövzusu olmuş məsələlərdən biri də daşqalaq hökmüdür. Daşqalaq barəsində müxtəlif rəylər və fikirlər mövcuddur. Bə­ziləri bu üsulun qanuniliyini önə sürmüşlər, bəziləri isə qa­nu­ni­liyi şərtləndirən zərurəti nəzərə alaraq, daşqalağa layiq gü­na­hın isbatının qeyri-mümkün olduğunu hesab etmişlər. Çünki onların fikrincə, islam bu cür günahların isbatı üçün çox sərt şərt­lər qoyduğundan, bunların sübut edilməsi çox çətin və im­kan­sızdır. Quranın heç yerində ərli qadınla zina etməyin cəza­sı­nın daşqalaq olduğu zikr edilməmişdir. Peyğəmbər (s) za­ma­nın­da daşqalağın icrası hadisəsi bir və ya iki haldan artıq baş ver­məsə də, sünnilərin və imamiyyə şiələrinin qaynaqlarında daş­qalaq hökmünün isbatı üçün rəvayətlər gözə dəyir. Bəzi islam hüquqşünasları onlara istinad edərək, daşqalağın möv­cud­luğunu isbat edirlər, bəziləri isə bu rəvayətlərə qarşı müx­tə­lif iradlarını və şübhələrini irəli sürürlər. Yəhudi və mü­səl­man qanunvericiliyində daşqalağın həm oxşar, həm də fərqli cə­hətləri vardır. Oxşarlıqlar: a) İslam hədislərində daşqalaq üsu­lu Tövratda yazılan üsulla oxşardır. b) Həm Tövrata, həm də islam hədislərinə görə, daşı atan ilk şıxslər şahidlər olma­lı­dır­lar. c) Hər iki ayində zinakarın cəzalandırılması İlahi hü­quq­dan hesab olunur və bağışlanmır. d) Tövratda və Quranda ərli qadının zinası müqabilində daşqalaq barədə heç bir ayə yoxdur. Fərqlər: a) Daşqalağın icrası üsulu islam hədislərində və Talmudda tamamən fərqli şəkildə əks olunmuşdur. b) İs­la­ma görə daşqalağa layiq günah ərli kişi ilə ərli qadının zi­na­sı­dır. Amma yəhudi ayinində 18 günah daşqalaqla cəzalandırılır. c) İslam zinanın isbatı üçün xüsusi şərtlər qoyduğu halda, yə­hu­di ayinində bu yoxdur. d) Yəhudi ayinində heyvanlar və ölü­lərin tabutları da daşqalaq edildikıəri halda, islamda bu cür hökm mövcud deyildir. e) İslamda zinanın sübutu halında daş­qalaq cəzasının təyin ediləcəyi hökmü daha çox günahdan çə­kindiricilik və qorxuduculuq xarakteri daşıyır. Amma yəhudi ayinində daha çox səy göstərilir ki, bu günah sübuta yetirilsin və hökm icra olunsun. ə) Yəhudilərdə daşqalaq hökmünün ic­ra­sı mütləq şəkildə günahkarın ölümü ilə nəticələnməlidir. Am­ma islamda bu hökmün icrası bəzən günahkarın daşqalaq məkanından qaçışı ilə nəticələnə bilər və belə olan halda onu buraxarlar.

Yandırmaq cəzası barəsində Quranda heç bir ayə yoxdur. Amma sünnədə yandırmaq cəzasının yalnız kişi cinsindən olan iki şəxsin bir-biri ilə homoseksual əlaqəsi müqabilində təyin olunduğu göstərilir. “Qılıncla boyun vurmaq” cəzasın Quranda olmasa da sünnədə ana, bacı, bibi, xala, qardaş qızı və bacı qı­zı ilə zina və qeyri-qanuni əlaqəyə, homoseksualizmə, qadın ho­moseksualizmi, şərab içmək, silahlı basqın etmək, dindən çıx­maq və s. günahlar qarşılığında verildiyi göstərilir.14 Qu­ran­da quldurluğa və yolkəsənliyə qarşı dar ağacından asmaq və qi­sas cəzalarının əsas hədəfi insanların nicatı və ictimai hə­ya­tın əmniyyəti üçün sabitliyin təmin olunmasıdır.15

Yəhudi dinində bədən üzvlərinə yara vurulmasının, yarıl­ma­sının və kəsilməsinin cəzası qisasdır. Tövratda açıq-aydın şə­kildə çox hallarda “göz əvəzinə göz” qanunu təkid edil­miş­dir. İslamda da belə cinayətlər üçün verilən cəzalar da ci­na­yət­kar­dan bədən üzvlərinin qisasının alınması nəzərdə tutulur. Töv­ratda cəzası dəqiq göstərilməyən hər bir qadağanı poz­ma­ğın cəzası cəza şallağı ilə verilir. Quranda bu cəza qeyri-qa­nu­ni cinsi əlaqə (zina) üçün 100 şallaq və digərinə qarşı zina böh­tanı atmaq müqabilində isə 80 şallaq elan olunmuşdur. Töv­ratda yalnız bir yerdə əl kəsmək cəzası təyin edilmişdir. Qu­randa əl kəsmək cəzası iki günah oğurluq və quldurluq ba­rə­sində qeyd edilmişdir. Tövratda həbs müvəqqəti saxlanma mə­nasında 3 mövzuda zikr edilmişdir: a) İstintaqın sonunadək müttəhimin müvəqqəti saxlanması. b) Bir hökumət təşəbbüsü olaraq həbs. c) Fərdləri qayda-qanunlarla razılaşmağa vadar etmək üçün tətbiq olunan üsullardan biridir. Talmuda görə isə belədir: 1. Cəzası qəfil ölüm və ya “karet” olan günahı üç dəfə işləmiş kimsə həbsə məhkum olunar. 2. Qəsdən adamöldürmə halında, əgər məhkəmə müttəhimin bu cinayəti qəsdən törətdiyini sübuta yetirməyi bacarmasa və beləliklə, onu edama məhkum edə bilməsə, amma onun qatil olduğuna inan­sa, o zaman müqəssirlərin qanundakı boşluqlardan sui-istifadə et­mələrinin qarşısını almaq üçün onu həbs cəzasına məhkum edər.Qurana əsasən zindanlar cinayətlərə görə 3 növə ayrıldı: 1. Borcunu ödəyə bilməyənlər üçün xüsusi zindan. 2. Oğrular üçün məxsusi zindan. 3. Digər xatakarlar üçün nəzərdə tu­tul­muş zindan. Həbs haqqında çox sayda rəvayətlər (hədislər) də mövcuddur.

Yəhudi cəza hüququnda sürgün cəzasının 2 forması gös­tə­ri­lir: a) Öldürmək qəsdi olmadan kimisə qətlə yetirmiş şəxs­lə­rə qarşı tətbiq olunur; b) Qovulmaq cəzası (məhrumiyyət). Be­lə bir hökmün verilməsi ilə məhkumun cəmiyyətlə əlaqəsi şid­dətlə məhdudlaşdırılır və müqəssir cəmiyyətin üzvləri ilə heç cür əlaqə saxlaya bilmir. Bu ən yüngül forması günahkarın cə­miy­yətdən qısamüddətli, ən şiddətli forması isə günahkarın cə­miyyətdən uzunmüddətli qovulmasını nəzərdə tutur.

“Nidui” ve “herem”e layiq görülən günahlar. Nidui cəzası daha çox kiçik günahlara görə təyin edilir. Talmud alimləri bir ali­mə qarşı təhqir, məhkəmə məmuruna hörmətsizlik, məh­kə­mə­nin qərarlarına itaət etməmək, yəhudi ruhanilərinin öyüd­lə­ri­nə etinasızlıq, maliyyə cəzalarını ödəməmək, təhlükə tö­rə­dən it saxlayan adamın ona yetərincə nəzarət etməməsi, qonşunun öncəlik haqqına riayət etmədən yad adama (yəhudi olmayana) tor­paq satmaq, bir qeyri-yəhudi məhkəməsinin hökmü əsa­sın­da pul əldə etmək, az əhəmiyyətli mövzularda edilən söhbətlər və bu mövzulara dair içilən andlarda Allahın adını çəkmək, in­sanları Allahın adına təhqir söyləməyə təhrik etmək, kor ada­mın yolu üzərində maneə yaratmaq və s. 24 günahı “ni­dui”yə layiq hesab etmişlər. Herem cəzası daha ağır günahlar müqabilində verilirdi. Məsələn, dul qadınlara və yetimlərə zülm etmək, yalan (batil) and və rüşvət, qazının hökm çı­xar­maq­dan imtina etməsi və s. Nidui və herem cəzaları o zaman ləğv olunur ki, günahkar tövbə etsin, Allah yoluna qayıtsın.

Quranda quldurluq yeganə günahdır ki, onun üçün sürgün cə­zası zikr edilmişdir. İslamda sürgün cəzası qətl və əx­laq­sız­lıq günahları üçün zikr edilmişdir: Burada aşağıdakı cəhətləri nəzərə almaq lazımdır: a) Əvzai, Şafei və b. kimi bəzi sünni alim­ləri iki kişinin bir-birilə homoseksual əlaqəsinin (livat) cə­za­sının sürgün olduğunu bildirmişlər. Amma şiə fəqihlərinin ço­xu livat üçün bu cəzanı qəbul etməmişlər. b) İslam fiqhində zina, homoseksualizm (livat) və lezbiyanlıq kimi qeyri-qanuni cinsi əlaqə yaratmaq məqsədi ilə qadınlar və kişilər arasında vasitəçilik edənləri, bəzi hallarda qazı günahkarı sürgün cə­za­sı­na da məhkum edə bilər. c) “Müxənnəs” o kəsdir ki, özünü əxlaq, rəftar və söhbətdə qadın kimi aparar, onlar kimi paltar geyər, onlar kimi danışar və homoseksual əlaqədə olar. d) Bu­rada nəzərdə tutulan zina ərsiz qadının və subay kişinin etdiyi zinadır.

Yəhudi hüququ bəzi günahlar üçün maliyyə cəzasını nə­zər­də tutmuşdur. Bu cəza bəzən bir şəxsin digərlərinə yetirdiyi cis­mani zərərlərə, bəzən də oğurluq və əmanətə xəyanət kimi əm­lakın və maliyyə vəsaitinin ziddinə olan günahlara qarşı tət­biq olunur. Qətl barədə Tövratın hökmü budur ki, ölüm cə­za­sı­na layiq qatilin canı üçün fidyə almayın, çünki o öl­dürül­mə­li­dir. Qətldən başqa, qalan günahlar üçün fidyə ödəmək müm­kün­dür. Tövratdakı bədən üzvü qisası qanunununa əsasən soy­da­şına xəsarət və zərə yetirmiş şəxs 5 növ fidyə ödəyə bilər: a) Cismani xəsarət. b) Zərərçəkmişin məruz qaldığı dərd və əziy­yət müqabilində nə qədər məbləğ tələb olunursa zərərvurmuş həmin məbləği fidyə olaraq verməlidir. c) Dərman xərcləri. d) Zərərçəkmişin işsiz qaldığı müddətə görə təzminat. e) Həqarət və təhqir etməyin təzminatı. Tövratda bəzi günahlar mü­qa­bi­lin­də miqdarı bəlli olan pul cəzası təyin edilmiş, bəzi hallarda isə maliyyə cəzasının ölçüsü təyin edilməmiş və zərərçəkmiş şəx­sin öhdəsinə buraxılmışdır.Tövratda maliyyə təzminatı ye­rinə bəzən zərər yetirilmiş malın cinsindən təzminat təyin edi­lir.

İslamda maliyyə cəzaları diyat, ərş, kəffarə və tavan kimi tiplərə bölünür. Diyət və ya qanbahası müəyyən bir maliyyə cəzasına deyilir və aşağıdakı günahlar zamanı tətbiq olunur: a) Adam öldürməyin fidyəsi. Adam öldürmək 3 cür baş verə bi­lər: qəsdən, qəsd olmadan və qəsd olmadan adam öldürmək özü də iki yerə ayrılır: tam xəta üzündən və qəsdə bənzər qətl. Əgər qətl xəta üzündən baş veribsə, gərək o, öldürdüyü ada­mın ailəsinə fidyə ödəsin. b) Bədən üzvlərinin kəsilməsi ci­na­yə­tinin (əl, ayaq, barmaq, qulaq, burun və s. kəsmək) fidyəsi. Bir kamil insanın canının fidyəsi 100 dəvə olduğu üçün bədən üzvlərinin fidyəsinin ölçüsü də bu miqdarla tənzimlənir. Bəzi hallarda fidyənin miqdarının təyin edilməsi qazının öhdəsinə bu­raxılmışdır. d) Yara fidyəsi. Əgər bir şəxs digərinin bə­də­ni­nə yara vurubsa, ona müəyyən miqdarda fidyə ödəməlidir. e) Ərş – bir fidyə və maliyyə cəzanın miqdarının müəyyən­ləş­di­ril­məsi qazının ixtiyarına buraxılmışdır. f) Kəffarə. Kəffarə is­lam şəriətində cəzanın aradan qaldırılmasına və ya onun yün­gül­ləşdirilməsinə gətirib çıxaran bir ibadətdir.

Bibliyada İlahi cəzalar. Bəzi hallarda Tanrı cəzaların icra­sı­nı məhkəmələrin üzərinə qoymayaraq, özü günahkarları cə­za­landırır. Bu cəza ilk baxışda günahın axirətdə veriləcək cə­za­sını xatırlatsa da, əslində onun icra yeri axirət deyil, bu dün­ya­dır. Digər tərəfdən, bu İlahi cəzalar məhkəmə cəzaları ilə də əvəz edilə bilər. Yəhudi dininə görə İlahi cəza qətidir və qa­çıl­mazdır. Onun icra tərzləri çeşidlidir və növləri saysızdır. Töv­rat­da İlahi cəzaya məruz qalmış fərdlərin adları çəkilmişdir: Qabil bunun bir nümunəsidir. O, öz qardaşını öldürdüyü üçün qisasa məruz qalmasa da, İlahi cəzaya düçar olur. Tövratda İla­hi cəzaya uğramış digər şəxslərin də adları qeyd olun­muş­dur. Bibliyada bütün qövm üçün İlahi cəzalar. Nuh qövmünün cəzalandırılması İlahi cəzaların bir örnəyidir. Tövratda deyilir ki, Tanrı ataların günahının intiqamını onların düşmənlərinin əli ilə ta üçüncü və dördüncü nəslədək onların övladlarından və xələflərindən alacaq.

Quranda bu dünyadakı İlahi cəzalardan söz edilmişdir, am­ma Tövratda bu məsələ fərqli bir şəkildə açıqlanmışdır. Qu­rana görə İlahi cəzalar insanın əməllərinin nəticəsidir, insanın yaxşı və pis əməllərinin nəticəsi onun özünə qayıdar. Bir ada­mın yaxşı əməlinin savabı onun övladlarına və xələflərinə də çatar, onun pis işlərinin təsiri isə özündən sonrakı nəslinə ye­ti­şər. Amma Allah günahların çoxunu özünün əfv və rəhmət qə­lə­mi ilə bağışlayacaqdır.

İkinci fəslin ikinci yarımsəfli “Bibliya və Quranda in­sa­nı cəza məsuliyyətindən azad edən səbəblər” adlanır. Bib­liyada insanı cəza məsuliyyətindən azad edən səbəblər. İkrah. Yəhudi cəza hüququnda ikrah 5 qismə bölünür: 1. İcbar (məcbuetmə, zorlama); 2. Ölümlə təhdid; 3. İşgəncə; 4. İztirar (çarəsizlik); 5. Mövzu (fakt) yanlışlığı və agahsızlıq (anlaq­sız­lıq). Yəhudi ayinində 3 günah vardır ki, əgər insan hətta ölüm­lə təhdid edilsə belə, onlara əməl etməməli, ölməyi üstün tut­ma­lıdır. Bu günahlar bütpərəstlik, ərli qadınla və ya öz məh­rəm­ləri ilə zina etmək və qətl törətmək. Bütün bunlarla yanaşı, hüquqi qaydaya əsasən əgər bir yerdə bu hökmə əməl etmək mümkün olmasa və bu günahlardan biri ölümdən qaçmaq üçün törədilərsə, günahkar cinayət məsuliyyəti daşımır. İşgəncə bir tərəfdən cismi icbara (məcburetməyə) gətirib çıxarır və axırda zərərçəkmiş ixtiyarını əldən verməyə məcbur olur. Tövratda bəyan edilmişdir ki, ilk başdan haram elan edilmiş və aqibəti cəza olan qeyri-qanuni əməllər “iztirar (çarəsizlik) halında” tö­rədilibsə, cəza məsuliyyətinə səbəb olmaz. Yəhudi ayinində ik­rahın daha az əhəmiyyətli forması anlaqsız və qeyri-iradi şə­kil­də baş vermiş hər bir əmələ görə şəxs cinayət məsuliyyəti da­şımır.

Tövratın anadangəlmə karların və lalların, divanələrin və uşaq­ların cinayət məsuliyyəti barəsində susmasına bax­ma­ya­raq, Talmud hüquqşünasları bu etiqaddadırlar ki, bu üç qrup ağıl­dan məhrumdur. Onlar hesab edirlər ki, kar və lal şəxslər qa­nun qarşısında uşaqlarla bərabər fərz olunmalıdırlar. Yəhudi hüquqşünasları sərxoş halda törədilmiş əməl cinayət məsu­li­y­yətindən azad edən amillər sırasında hesab edilmir.

Yəhudi hüququnda “qanundan xəbərsiz olmaq” o kəslərə şamil edilir ki, onlar nəinki törətdikləri əməlin günah olduğunu bilməmişlər, tam əksinə olaraq, əməllərinin qanuni olduğuna inan­mışlar və bu düşüncə ilə günah işləmişlər. Belə şəxslər cə­zaya məruz qalmazlar. Yəhudi ayinində tövbə etmək, əsas eti­barilə cəzanın aradan qalxmasına səbəb olmaz. Əlbəttə, yə­hu­di alimlərinin fikrincə, “herem” cəzaları kimi az hallarda tövbə cə­zaların götürülməsinə təsir edə bilər. Quranda isə ikrah və icbar cəza məsuliyyətindən azad edən səbəblərdir. İkrah odur ki, biri digərini təhdid və icbar (məcburetmə) ilə özünün is­tə­mə­diyi bir işə vadar etsin. Çünki təhdid və qorxu ikrahda in­sa­nın iradəsini məhdudlaşdırar, icbardakı təhdid və qorxu isə in­sa­nın öz iradəsini itirməsinə səbəb olur. Quran qətldən başqa cə­za məsuliyyətini “ikrah edənin” üzərindən qaldırmışdır. “İz­tirar” ifadəsi elə bir ehtiyac içində olmağı nəzərdə tutur ki, onun qarşısında dözmək mümkün deyildir. İztirar bir qayda olaraq, xəstəlik, aclıq, susuzluq kimi amillərdən, zəlzələ, yan­ğın, sel və s. kimi təbii fəlakətlərdən qaynaqlanır. Bu halda in­san ölüm qorxusu altında elə bir işə təşəbbüs göstərə bilər ki, adi vəziyyətdə heç vaxt belə etməzdi. Bu hallarda törədilən gü­nahlar əksər qanunlarda onun naçar və iztirar vəziyyətində olmağı nəzərə alınar. Tövbə isə şəriətdə günahı tərk etmək, onu törətməyə görə peşman olmaq, günahı təkrarlamamaq ba­rə­də qəti niyyət və iradənin müvcudluğu və insanın öz-özünü islah etməsi üçün zəmin hazırlaması anlamlarındadır. İslama gö­rə Allah tövbə edənləri sevər, bəndələrin tövbəsini qəbul edir və onları pisliklərindən və günahlarından keçər. İslamda qa­nundan bixəbər olan insanın cəzalandırılması əqlən yaramaz və qəbahətli bir işdir, amma bu heç də cəza məsuliyyətini tamamilə ortadan qaldırmaz. Çünki o zaman hər kəs qanundan xəbərsiz olduğunu iddia edər. İslam fiqhində qanun qarşısında cahil (bilgisiz) olmaq üçün aşağıdakı şərtlər zikr olunmuşdur: 1. Müsəlmanlığı yeni qəbul etmiş, müsəlmanlar ara­sın­da yaşamamış, onların mədəniyyətindən və qanunlarından xə­bər­dar olmayan şəxslər; 2. Müsəlmanlardan uzaqda boya-başa çatmış şəxslər; 3. Əvvəllər divanə olmuş, sonra sağalmış və bu səbəbdən haramlardan agah olmadan harama əl atmış şəxslər. Müsəlman hüquqşünasları insanın məsuliyyət daşıması üçün onun həddi-büluğa çatması və ağıl sahibi olması vacib şərtdir. Buna görə də uşaq və ya divanə günah iş tutsa və ya pis əməl törətsə, onlara günahkar və müqəssir gözü ilə baxılmaz.

Dissertasiyanın əsas məzmunu müəllifin aşağıdakı əsər­lə­rin­də öz əksni tapmışdır:



  1. The significance of archeology in the Quran. Attended the Second International Congress of the Society of South Asian Archaeology Held in Shiraz, Iran from 25th May 2008 to 29th May 2008, hosted by The Islamic Azad University of Kazeroun.

  2. فكرة العقوبة فى الشريعة الاسلامية. Certification of Presentation in the 2nd International seminar on Islamic thought (ISOIT2)? 6-7th October 2009? Universiti Kebangsaan Malasia, p.1.

  3. Xristianlıq şəriətinə dair. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dövlət və din ictimai fikir toplusu. 6(20), Bakı 2010, s.222.

  4. The role of Virtual Universities in the promotion and development of islamic education. International conference on Islamic education 2010 (ICIED 2010), s.1037.

  5. Darvish, Farangis: Study of the concept of Asceticism in the Islamic mysticizm: Based on the mystics texts. The world of Islam: History, Society, Culture. Тезисы докладов II Международной научной конференции 28-30 октября 2010г. Москва, Российский университет дружбы народов 2010, с.217.

  6. Yəhudi hüququnda edam hökmünə qısa baxış. – Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin elmi məcmuəsi. №15. Bakı, 2011, s.195.

  7. Yəhudi şəriətinin yazılı və şifahi mənbələri. – Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin elmi məcmuəsi. №19. Bakı, 2013, s.317.

Zakir Abbasali M.S.
The comparison of punishment laws in Islam, Christianity and Judaism
Summary
In the introduction the actuality and scientific novelty of the theme is grounded, the aim, tasks and theoretical-methodological basis have been determined.

In the first chapter titled “Bible and Koran as main sources of punishment orders” the main aspects of comparative religions, Jewish, Christian and Islamic shariat and their similar and different features, aims of punishments, the God`s justice, protection of human rights and some issues connected with legitimacy of punishments have been investigated.

In the second chapter titled “Punishment system in Bible and Koran” punishment kinds including throwing stones, burning, neck cutting with sword, drown, gallows, revenge, exile, financial indemnity, kaffara and others are investigated on base of the shown saint books, which punishments are given for crimes have been commented according to the samples from the given sources. Besides, the reasons liberating the man from punishment in Bible and Koran have been widely investigated.

In the conclusion the results of the carried out investigations have been summarized.


НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

ИНСТИТУТ РУКОПИСЕЙ имени МУХАММЕДА ФИЗУЛИ
На правах рукописи


МУХАММЕДРЗА ЗАКИР АББАСАЛИ САМЕД ОГЛЫ

СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ НАКАЗАНИЙ В ИСЛАМЕ, ХРИСТИАНСТВЕ И ИУДАИЗМЕ
7213.01 – Религиоведение

А В Т О Р Е Ф Е Р А Т
диссертации на соискание ученой степени доктора

философии по философии


БАКУ - 2014

1 عمارة تجيب. الانسان فى ظل الاديان. القاهرة، ١٩٧٦، ص. ٥٠.

2 سليمانى حسين. عدالت كيفرى در ايين يهود (مجموعة مقالات). قم، ١٣٨٤ﻫ.، ص. ٢٨.

3 شبلى الدكتور احمد. مقارنة الاديان اليهودية. القاهرة، ١٩٨٨، ص. ٢٤.

4 فنايى ابو طالب و ابراهيميان محمد. دين شناسى تطبيقى. تهران، ١٣٧٨ش.، ص. ٣.

5 Süleymani Hüseyn. Göstərilən əsər, s.45.

6 على باشا صالح. سر كذشت قانون. تهران، ١٣٨٣ ش.، ص. ٤٤٤.

7 باير ناس جان. تاريخ جامع الاديان. تهران، ١٣٨٢س.، ص. ٦١٣־٦١٦.

8 مرعشلى نديم و اسامه. الصحاح فى اللغة و العلوم. لبنان. ١٩٧٤، حرف "ع".

9 مطهرى فر امير. قبض و بسط اندشه كيفرى در اديان ابراهيمى. تهران، بى تاريخ، ص. ١٢٠.

10 الكتاب المقدس. تكرار قانون ١⁄١٧.

11 الكتاب المقدس، كتاب قانون، ١־٢.

12 القران، سورة البقرة، ٣٠.

14 العاملى محمد بن جمال الدين. اللمعة الدمشقية. الجلد التاسع، بيروت، ١٩٨٣، ص. ٦٢

15 شمس ناترى محمد ابراهيم. بررسى تطبيقى مجازات اعدام، قم، ١٣٧٨س.، ص. ١١٩


Yüklə 126,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə