Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
  1   2   3   4   5   6   7   8   9   10


 

 



 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  MİLLİ  ELMLƏR AKADEMİYASI 

 

MƏRKƏZİ  ELMİ  KİTABXANA 

 

 

H E S A B A T 

 

 

27 sentyabr 2015 – 27 sentyabr 2016 

 

 

 

 

 

 

Bakı - 2016 

 

 


 

 



STRATEJİ  HƏDƏFLƏR  

Yaxın  tarixə ekskurs: 2015-ci ilin sentyabr ayında MEK-in açılış tədbirində iştirakçıların diqqətinə 

MEK-in 9 ay ərzində atdığı addımlar və əldə etdiyi nəticələr yığcam tezis formasında çatdırıldı: 

Cəmi  7  aya  kitabxana  fondları  əsas  binadan  yeni  binaya  köçürüldü  və  3  aya  istifadəçilərin 

xidmətinə hazırlandı; sentyabr ayının 30-u MEK kitabxana 

xidmətinə

 başladı; yeni Nizamnamə və 

Struktur  hazırlandı;  Kitabxana-Xidmət  şöbəsinin  Əsasnaməsi  və  Vəzifə  öhdəlikləri  hazırlandı  və 

tətbiqinə  başlanıldı;  MEK  tərkibində  İnformasiya  Resursları  Mərkəzi  yaradıldı;  işə  qəbul  üzrə  test 

sistemi  hazırlandı  və  tətbiq  olundu;  Milli  Rəqəmsal  Yaddaş  (MRY)  layihəsi  başlandı;  Vahid 

İdarəetmə Sisteminin (VİS) “Kitab” və “İstifadəçilər” komponentlərinin birinci qeydiyyat modulları 

istifadəyə  verildi;  daxil  olan  informasiya  vahidlərinin  konveyer  üsulu  ilə  emalı  başlandı;  yeni 

konsepsiyalı 2 dilli dinamik sayt yaradıldı; daim yenilənən Facebook səhifəsi yaradıldı; özündə elmi 

mənbələri  cəm  edən  böyük  sayda  xarici  e-resurslar  açıq  istifadəyə  verildi;  MEK  fondları  müxtəlif 

kolleksiyalar və çağdaş ədəbiyyat ilə zənginləşdirildi; könüllülər qrupu Vikipediyada 2000-dən artıq 

redaktə gedişatı etdi; sosial yönümlü proqramlar həyata keçirildi. 

 

2015-ci  ilin  oktyabr  ayında  Mərkəzi  Elmi  Kitabxananın  İdarə  Heyəti  növbəti    dörd  il  üçün 

(2016 – 2019) məram  və 5 əsas hədəf müəyyən etdi:    

MEK-in 

məramı 

Azərbaycanın  qədim  tarixinin  və  zəngin  mədəniyyətinin,  Azərbaycan 

Respublikasının  müstəqillik  illərində  qazanılmış  siyasi,  iqtisadi,  sosial  və  mədəni  nailiyyətlərinin 

təbliğ 


edilməsi, 

Azərbaycan 

dilinin 

informasiya 

resurslarında 

istifadə 

imkanlarının 

genişləndirilməsi, 

müasir 

elmi 


araşdırmaların 

aparılması 

üçün 

informasiya 



təminatının 

yaxşılaşdırılması,  Azərbaycanın  milli-tarixi  irsini  təşkil  edən  və  yeni  yaranan  bütün  növ  mövcud 

informasiya 

vahidlərinin 

toplanılıb  saxlanılması,  eləcə  də  dünya  tarixi  və  mədəniyyətinin 

istifadəçilərə  təqdim  olunması  yolu  ilə  oxucu  icmasını  formalaşdırmaq  və  akademik  icmanın 

mərkəzinə  çevrilməkdır. 

Strateji  hədəflər: 

1.

VİS (Vahid  İdarəetmə  Sistemi)  platformasının  bütün  komponentlərinin  (kitab,  oxucu,  yazışma, 



sənədləşmə,  maliyyə,  insan  resursları)  tam  hazırlanıb  istifadəyə  verilməsi.   

2. 


Milli  Rəqəmsal  Yaddaşın  qeydiyyat,  rəqəmsallaşdırma 

və qorunub  saxlanılma  proseslərinin  işlək  səviyyəyə 

gətirilməsi.   

3.

Peşəkar heyətin  formalaşması.   



 

4.

Beynəlxalq  əməkdaşlığın  və ictimaiyyətlə  əlaqələrin 



qurulması.   

5. 


İnformasiya  təhlükəsizliyinin  təmin  olunması.   

Uğursuz  kitabxanalar kitab 

fondlarını zənginləşdirir, yaxşı ki- 

tabxanalar  xidmətlər sistemi 

qurur, möhtəşəm kitabxanalar  isə 

icmanı formalaşdırır. 

R.David Lankes 

 



 

 



Müəyyən  edilmiş  hədəflərə  mərhələ-mərhələ  addımlar  atılır,  paralel  olaraq  yeni  ideya  və  təşəbbüslər 

formalaşır  və  MEK  heyəti  onları  da  həyata  keçirir.  Hesabatda  əksini  tapmış  “İş  prinsipləri”,  “Əldə 

edilmiş  nəticələr”,  “Təşəbbüslər”,  “Çətinliklər”,  “MEK  rəqəmlərdə  və  faktlarda”  məhz  bu  hədəflərə 

aid  olan,  hesabat  üçün  qruplaşdırılmış  və  MEK  əməkdaşlarının  nöqteyi-nəzərindən  əhəmiyyət  kəsb 

edən məlumatlardır. 

 

İŞ PRİNSİPLƏRİ 



1.MEK  AMEA-nın  bir  hissəsidir,  AMEA-ya  uyğun  olaraq 

formalaşır  və  formalaşdırır.  Hazırda  kitabxananın  inkişaf 

sürəti  və  istiqaməti  kitab  fondlarının,  oxucu  sayının  və  ya 

yerləşdiyi  məkanın  sahəsinin  artırılmasına  (“

A

”  səviyyəsi) 

deyil, 

addım-addım  oxucuların  diqqət  mərkəzinə  gətirə 



biləcəyi 

xüsusi 


xidmətlərə, 

müxtəlif  meyarlara  əsasən 

formalaşdırılmış  sənəd  toplularına  (“

B

”  səviyyəsi)  və  nəhayət,  oxucu  icmasının  formalaşmasına 

yönəldilib  (“

C

”  səviyyəsi).  Bu  prinsiplə  çalışmaq  üçün  MEK  oxucu  zövqünün  formalaşması, 

cəmiyyətdə  mütaliə  meylinin  artırılması,  MEK-də  saxlanılan  mənbələrin  araşdırılması  meyllərinin 

artması  kimi  təsir  imkanları  üzərində  çalışır,  oxucu  auditoriyasından  könüllü  tərəfdaşlar 

(vikipediyaçılar,  açıq  mütaliə  tərəfdarları,  kitab  fondlarının  formalaşmasında  iştirak  edən  ziyalılar, 

araşdırıcılar  və  s.) formalaşdırır.

 

2.İnformasiyanın  və  xidmətlərin  bütün  istifadəçilər  üçün  əlçatar  olması.  MEK  bir  il  ərzində 

fəaliyyətini  mandatına  uyğun  olaraq  akademik  ictimaiyyət  də  daxil  olmaqla  bütün  kitabxana 

istifadəçiləri  ilə  interaktiv  qarşılıqlı  anlaşma  əsasında  qurub,  oxucuların  tələblərinə  və    ehtiyaclarına 

köklənmiş  müasir  şəkildə,  AMEA  Rəyasət  Heyətindən  başlayaraq  tələbə  istifadəçilərə  qədər  bütün 

sorğuları  dərhal  araşdırıb  və  cavablandırıb.  MEK  18  yaşına  çatmış  bütün  Azərbaycan  vətəndaşları 

üçün  açıqdır. 



3.Şəffaflıq  və  hesabatlılıq.  Kitabxanaya  daxil  olan  hər  bir  sənəd  dərhal  aktlaşdırılır,  MEK  saytında 

yerləşdirilir,  MEK  barəsində  bütün  məlumatlar  saytda,  sosial  şəbəkələrdə,  sosial  kanallarda  açılmış 

səhifədə  və mediada  əks olunur. 

4.Peşəkarlıq  və  operativlik.  İstifadəçilərə  daha  operativ  və  yüksək  keyfiyətli  xidmətin  təmin 

edilməsi  məqsədilə  MEK  əməkdaşları  informasiya  təminatının  müasir  metodlarını  və  istiqamətlərini 

daim  araşdırır,  eyni  zamanda  peşəkarlıqlarını  həm  fərdi,  həm  də  ümumi  komanda  şəklində 

mütəmadi  olaraq  artırırlar.   



5.Qənaətçillik.   

 

 



 

 

Ağıllı insanlar planlara, müdrik 



insanlar isə prinsiplərə 

dayaqlanır.  

                          Raheel Farooq

 



Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə