Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 

Əlyazması hüququnda 

 

 



 

 

LEYLA FAİQ qızı KƏRİMOVA 



 

 

 

 

M.A.ERSOY VƏ S.VURĞUN POEZİYASINDA MİLLİ-MƏNƏVİ 

İDEALLAR 

 

 

 

5716.01- Azərbaycan ədəbiyyatı 

  5717.01- Türk xalqları ədəbiyyatı 

 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

 

A V T O R E F E R A T I 

 

 

 



 

 

 

B A K I   -   2 0 1 7 


 

Dissertasiya  işi  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 



Azərbaycan və dünya ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.  

 

Elmi rəhbər: 



           Elman Hilal oğlu Quliyev 

           filologiya üzrə elmlər doktoru, professor 

 

Rəsmi opponentlər:        Əsgər  Adil oğlu Rəsulov 

 

 



                        filologiya üzrə elmlər doktoru, professor 

 

 



 

                        Qurban Fərman oğlu Bayramov 

 

 

 



           filologiya üzrə fəlsəfə doktoru 

 

 



 

 

          

 

 

 



 

 

Aparıcı müəssisə:             Bakı Slavyan Universitetinin  



 

 

 

            Azərbaycan ədəbiyyatı kafedrası 

 

 

Müdafiə  “_____”  _____________  2017-ci  il  saat  “_____”  -  da 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun  nəzdində  filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə 

fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilən  dissertasiyaların 

müdafiəsini  keçirən  D.01.131  -  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcəkdir. 

 

Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti 115, AMEA Nizami 

adına Ədəbiyyat İnstitutu, Elektron Akt Zalı, IV mərtəbə 

 

 



Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq 

olar. 


 

Avtoreferat “______”____________2017-ci ildə göndərilmişdir. 

 

 

 



Dissertasiya Şurasının  

elmi katibi, filologiya  

üzrə fəlsəfə doktoru:         

           İsmixan Məhəmməd oğlu Osmanlı 


 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ



 

İŞİN  

Mövzunun  aktuallığı.  Türk  dünyasının  böyük  şairləri  sırasında 

Səməd Vurğun və Mehmet Akif Ersoyun özünəməxsus mövqeyi vardır. Bu 

dahi şəxsiyyətlər hər zaman millətini və xalqını sevmiş və millətinin rifahı 

naminə  əllərindən  gələni  əsirgəməmişlər.  Hər  zaman  vətənpərvərlik 

mövqeyi nümayiş etdirən bu dəyərli ziyalılar xalqın milli mənafeyinə zərbə 

vuracaq amillərlə mübarizə aparmışlar. Böyük ədiblərimiz vətənin hər qarış 

torpağını əziz tutmuş və xalqına bağlılığı ilə seçilmişlər. Xalqının mübariz 

keçmişi  və  gələcəyi  ilə  fəxr  edən  bu  dəyərli  sənətkarlar  vətənin  igid 

övladlarını da vəsf etməyi unutmamışlar. Səməd Vurğun poeziyasında bir 

sıra  milli-mənəvi  dəyərlər  tərənnüm  olunduğu  kimi,  Mehmet  Akif  Ersoy 

poeziyasında da bu tendensiya müşahidə olunur. Həm Səməd Vurğun, həm 

də  Mehmet  Akif  Ersoy  hər  zaman  xalqının  taleyini  düşünən  insanlar 

olmuşlar. Bu nəhəng simaların hər ikisi təxminən eyni zaman kəsiyində öz 

dövlətinin  himnlərinin  sözlərini  yazmışlar.  Səməd  Vurğun  yeni  yaranan 

Sovet  Azərbaycanının,  Mehmet  Akif  Ersoy  isə  yeni  yaranmış  Türkiyə 

Cümhuriyyətinin  himninin  söz  müəllifi  olmuşdur.  Lakin  müxtəlif  ideoloji 

tələb,  baxış  və  prinsiplər  himnlər  arasında  fərqlər  yaratsa  da,  Sovet 

Azərbaycanı  üçün  yazılmış  himnin  sözlərində  milli  duyğulara  xidmət 

göstərən bəzi sətiraltı məna və məqamların yer aldığı inkar edilməzdir. Hər 

iki  sənətkar  yaradıcılıq  dönəmində  öz  vətənpərvərlik  ideyalarını  nəzmə 

çəkməyi  müvəffəqiyyətlə  bacarmışdır.  Səməd  Vurğunun  və  Mehmet  Akif 

Ersoyun  yaradıcılığına  yeni  müstəvidə  yanaşılması  bugünkü  gündə  çox 

zəruridir. Müstəqillik illərinədək Səməd Vurğun haqqında yazılan tədqiqat 

əsərlərində onun sovet vətənpərvərliyi mövzusunda yazdığı əsərlərin təhlili 

ön  planda  olmuşdur.  Eləcə  də  Mehmet  Akif  Ersoyun  vətənpərvərlik 

duyğularını  özündə  əks  etdirən  əsərlərinin  tədqiq  olunması  Azərbaycan 

ədəbiyyatşünaslığında geniş yer almamışdır. Bu mənada hər iki sənətkarın 

yaradıcılığının  milli-mənəvi  ideallar  kontekstində  araşdırılması  bugünkü 

ədəbiyyatşünaslığımızın aktual problemlərindən biridir.  

Tədqiqatın  obyekti  və  predmeti.  Dissertasiyanın  əsas  tədqiqat 

obyektini  Mehmet  Akif  Ersoyun  və  Səməd  Vurğunun  epik  və  lirik 

poeziyası,  dissertasiyanın  predmetini  isə  hər  iki  şairin  milli-mənəvi  ideal 

kontekstində  araşdırılması  təşkil  edir.  Hər  iki  sənətkarın  millilik  və 

vətənpərvərlik konsepsiyasının aydınlaşdırılması, eyni zamanda şairlərin bu 

problem  daxilində  mülahizə  və  qənaətləri  də  dissertasiyanın  predmetinə 

daxildir.  



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə