Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
  1   2   3   4   5   6   7   8   9   10




AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

Əlyazması hüququnda 

 

 

RÖYA MƏFTUN qızı MÜRŞÜDOVA 

   

   

ÇAĞDAŞ AZƏRBAYCAN VƏ ALMAN ƏDƏBİYYATINDA 

ROMAN JANRI (1980-2005-Cİ İLLƏR) 

 

   


5716.01 – Azərbaycan ədəbiyyatı 

5718.01 – Dünya ədəbiyyatı (Alman ədəbiyyatı) 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  

almaq üçün təqdim olunmuş dissertasiyanın 

 

A V T O R E F E R A T I 



 

 

 

 



Bakı-2017 

 

 

 


.  


Elmi rəhbər:                          Bədirxan Balaca oğlu Əhmədov                   

                                                 filologiya üzrə elmlər doktoru, professor 

                                                                 



Rəsmi opponentlər:                Rəhim Nadir oğlu Əliyev  

                                                  filologiya üzrə elmlər doktoru 



                                                         

                                                   Akif   Bayramov 

                                                   filologiya üzrə elmlər doktoru, professor 

                                             

Aparıcı təşkilat:                     Azərbaycan Dövlət Pedaqoji 

                                                 Universitetinin Azərbaycan və dünya                  

                                                 ədəbiyyatı kafedrası 

 

 

Müdafiə  “      ”--------------  2017-ci  il  tarixdə,  saat  “      ”-  da 



Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  Gəncəvi  adına  Ədəbiyyat 

İnstitutunun  nəzdində  filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə 

fəlsəfə    doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilən  dissertasiyaların 

müdafiəsini  keçirən  D.01.131  –  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcək. 

 

 



Ünvan:  Az-1143,  Bakı  şəhəri,  H.Cavid  prospekti  115,  AMEA 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalı, IV mərtəbə 

 

 

Dissertasiya  ilə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 



olmaq mümkündür. 

 

 



Avtoreferat  “      ”----------------2017-ci ildə göndərilmişdir. 

 

 



D.01.131-Dissertasiya Şurasının elmi katibi,  

filologiya üzrə fəlsəfə doktoru:                             İsmixan Məmməd oğlu 

                                                                                           Osmanlı 

 




TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

 

  Mövzunun  aktuallığı.  Tarixin  öz  mürəkkəbliyi  və  gərgin 

dramatizmiilə  səciyyələnən  ictimai-siyasi  prosesləri  hər  zaman  bədii 

ədəbiyyata  təsir  göstərmiş,  onun  humanitar  ideya  istiqamətləri  və 

meyllərinin  müəyyənləşdirilməsində  əhəmiyyətli  yer  tutmuşdur.  Sosial  və 

ictimai  həyatın,  insanın  mənəvi  dünyasının  problemləri  bədii  yaradıcılığın 

müxtəlif  janrlarında  ifadə  olunmuş,  ədəbiyyat  onların  həlli  yollarına 

yönəldilmişdir.  Ədəbiyyatın  digər  janrları  ilə  müqayisədə  roman  istər 

ədəbi-fəlsəfi,  istərpsixolji,  istərsə  də  sosial  problemləri  əks  etdirmək 

baxımından yaradıcı şəxsqarşısında daha geniş imkanlar açır. Yaşadığımız 

dünyanın  dərk  olunmasıbaxımından  müasir  romanların  tədqiqi  və  təhlili 

vacib məsələlərdəndir. 

  Son dövrlərin humanitar düşüncəsi bütün dünyada baş verən ictimai-

siyasi  hadisələrin,  sosial,  mənəvi  problemlərin  yenidən  dəyərləndirilməsi 

istiqamətindədir.  “Çoxqütblü  dünya  modelinin  yaranması,  müxtəlif  milli 

ənənələr  arasında  sərhədlərin  itməsi  qlobal  masştabda  elə  problemlərin 

yaranmasına səbəb olur” ki, onların həlli multikulturalist müstəvidə həyata 

keçirilir.  Qloballaşmanın  yeni  pilləsini  yaşayan  və  inteqrasiyaların 

qaçılmaz olduğu çağdaş dönəmdə bədii təfəkkürün çərçivəsi də genişlənir, 

yeni  yanaşmalar  və  təmayüllər  meydana  çıxır.  Dünya  ölkələri  və  xalqları 

arasında  yaxınlaşma  cəhdi  istər  ictimai,  istər  iqtisadi,  istərsə  də  mədəni-

mənəvi sahələrdə inteqrasiyanı sürətləndirərək elə bir həddə çatdırıb ki, bu 

planetar  təfəkkürün  formalaşmasına  gətirib  çıxarıb”

1

.  Məhz  “planetar 



təfəkkürün”, qlobal fikrin, ümumi tendensiyaların formalaşmasının nəticəsi 

olaraq  müxtəllif  milli  ədəbiyyatların  qarşılıqlı  və  əlaqəli  şəkildə 

öyrənilməsi zərurəti meydana çıxmışdır. 

  Bədii 


ədəbiyyatın 

bəşəri 


hadisə 

olması 


müqayisəli 

ədəbiyyatşünaslığın ortaq predmetlərinin  ortaya çıxmasına, eyni  zamanda, 

qlobal  düşüncəyə  lokal  münasibətin  öyrənilməsinə  əlverişli  şərait  yaradır. 

Bu  baxımdan  Azərbaycan  və  alman  ədəbiyyatının  qarşılıqlı  şəkildə 

öyrənilməsi,  komparativistikanın  digər  sahələrində  olduğu  kimi,  həmin 

sferada  da  uyğun,  ortaq,  ümumi  və  fərqli  cəhətlərin  ortaya  çıxarılmasına 

imkan  verir.  XX  və  XXI  əsrin  qovuşağında  milli  ədəbiyyatların  yalnız  öz 

sərhədləri dairəsində tədqiqinin qlobal humanitar düşüncəyə zidd olduğunu 

diqqətə  alsaq,  Azərbaycan  və  alman  nəsrinin  qarşılıqlı  şəkildə 

                                                           

1

Bayram A. Qərb ədəbiyyatı Azərbaycan filoloji fikrində. Bakı: Nurlan, 2006,  s. 5.



 

 



Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə