2
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
GENETİK EHTİYATLAR İNSTİTUTU
R.T. ƏLİYEV, M.Ə. ABBASOV,
V.R. RƏHİMLİ
STRES VƏ BİTKİLƏRİN
ADAPTASİYASI
Azərbaycan Milli Elmlər Akademiyasının
Aqrar Elmlər Bölməsinin 19. 11. 2013-cü il
tarixli 6 saylı qərarı ilə nəşr olunur.
BAKI – “ELM” – 2014
3
Elmi redaktor: AMEA-nın həqiqi üzvü,
biologiya elmləri doktoru,
professor İradə Məmməd qızı Hüseynova
Rəyçilər:
biologiya elmləri doktoru,
professor Ellada Mirəli qızı Axundova
biologiya elmləri doktoru,
professor Ziya Qəhrəman oğlu Əbilov
R.T. Əliyev, M.Ə. Abbasov, V.R. Rəhimli.
Stres və bitkilərin adaptasiyası. Bakı: “Elm”, 2014,
348 səh.
İSBN 978-9952-453-90-9
Stres amillər canlı orqanizmlərin, xüsusilə, bitkilərin həyat fəaliyyə-
tinə mənfi təsir etməklə onların inkişafını məhdudlaşdırır və məhsuldarlı-
ğını aşağı salır. Bu baxımdan stres amillərin bitkilərə təsirinin öyrənilməsi
və adaptasiya mexanizmlərinin aşkar edilməsi hüceyrədə stresin tənzim-
lənməsində mühüm rol oynayır. Kitabda quraqlıq və şoranlıq stres amillə-
rinin bitkilərə, xüsusilə kənd təsərrüfatı bitkilərinə təsiri, stresə davam-
lılığın fizioloji-genetik əsasları və qiymətləndirilməsi haqqında geniş mə-
lumat verilmişdir. Eyni zamanda buğda, arpa və qarğıdalı bitkiləri üzərin-
də müəlliflər tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələri də geniş
şərh olunmuşdur. Əldə edilmiş təcrübi nəticələr bitkilərin stresə davamlılıq
mexanizminin aydınlaşdırılmasında faydalı ola bilər.
Kitabdan universitetlərin biologiya və kənd təsərrüfatı ixtisasları üz-
rə təhsil alan tələbə, magistr və doktorantları, həmçinin elmi-tədqiqat ins-
titutlarının bitki fiziologiyası, molekulyar biologiya, genetika və seleksiya
sahəsində çalışan tədqiqatçı- mütəxəssisləri istifadə edə bilərlər.
© “Elm” nəşriyyatı, 2014
4
G İ R İ Ş
Müasir dünyada baş verən qlobal iqlim dəyişiklikləri
yer kürəsində ekoloji vəziyyətin ağırlaşmasına, quraqlıq və
duzluluq kimi stres amillərin inkişafına, bir sıra qiymətli bit-
ki növlərinin məhv olmasına səbəb olmuşdur ki, bu da gələ-
cəkdə insanların qida məhsullarına olan təlabatının ödənil-
məsində ciddi çətinliklərin yaranmasına gətirib çıxara bilər.
Buna görə də, əlverişsiz torpaq iqlim şəraitində becərilə bi-
lən, müxtəlif streslərə, o cümlədən, quraqlıq və şoranlığa da-
vamlı bitki genotiplərindən istifadə etməklə, daha məhsuldar
və stres amillərə davamlı yeni bitki sort və formalarının ya-
radılması qarşıda duran aktual problemlərdəndir. Bu prob-
lemin həlli üçün səhralaşma və şoranlaşma proseslərinin qa-
rşısının alınması ilə yanaşı, stres amillərə davamlı gen mən-
bələrinin üzə çıxarılması, davamlılığın molekulyar-genetik
əsaslarının tədqiqi və davamlılıq mexanizmlərinin müəyyən-
ləşdirilməsi dünya elmində ən vacib istiqamətlərdən sayılır.
Bioloji baxımdan stres bitkinin normal inkişafını zəiflə-
dən və ya onu mənfi istiqamətdə dəyişən xarici mühit şərai-
tindəki hər hansı bir dəyişiklik kimi qəbul edilir [248]. Bio-
tik (patogen, digər orqanizmlərlə rəqabət və s.) və abiotik
(quraqlıq, duzluluq, radiasiya, yüksək və aşağı hərarət və s.)
streslər, bitkilərin fizioloji fəaliyyətində dəyişikliklərə səbəb
olur, hüceyrədə gedən biosintetez prosesini zəiflədir, normal
həyat fəaliyyətini pozur və son nəticədə bitkilərin ölümünə
səbəb ola bilir [249].
Hazırda yer üzərində istifadə olunan torpaq sahələrinin
stres amillərə görə təsnifatında, təbii stres amili olan quraq-
lıq 26%-dən çox sahəni əhatə edir. Bunun ardınca 20%-lə
duzluluq stresi və 15%-lə soyuqluq və ya şaxta stresləri
5
gəlir. Digər streslər isə 29% təşkil edir. Yalnız 10%-lik bir
sahə hər hansı bir stresin təsirinə məruz qalmır [134]. Qu-
raqlıq stresi inkişafa və məhsuldarlığa təsir edən ən geniş ya-
yılmış mühit amillərindən biri olmaqla, bitkilərdə bir çox
fizioloji, biokimyəvi və molekulyar cavablar induksiya edir
və bitkilər əlverişsiz mühit şəraitinə adaptasiya olunmaq
üçün tolerant mexanizmlərı formalaşdırırlar [113]. Bu mexa-
nizmlərin öyrənilməsi, əlverişsiz xarici mühit amillərinə qar-
şı davamlı bitki sort və formalarının yaradılmasında böyük
nəzəri və təcrübi əhəmiyyət kəsb edir.
Bütün canlı orqanizmlər, o cümlədən bitkilər öz həyat
fəaliyyəti dövründə daima yaşadıqları ətraf mühit amillərinin
təsirinə məruz qalırlar. Orqanizmlərin xarici mühit amillə-
rinə cavab reaksiyaları ümumi xarakter daşıyır. Bu amillər
təbii şərait dəyişmələri (quraqlıq, duzluluq, radiasiya, yüksək
və aşağı temperatur və s.), infeksion amillər (viruslar, bakte-
riyalar və s.) və ya digər antropogen amillər ola bilər. Bitki-
lərin yaşaması və öz həyat fəaliyyətini davam etdirməsi üçün
onlar dəyişilmiş xarici mühit amillərinə qarşı adaptasiya
olunmalıdırlar. Təkamül prosesində orqanizmlərin xarici mü-
hit amillərinə qarşı müxtəlif adaptasiya yolları yaranmış, la-
kin bu amilləri dərk etmək və onlardan müdafiə olunmaq
mexanizmlərı hələ tam aydınlaşdırılmamışdır [42, 69, 70].
Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir
ki, bitkilər əlverişsiz mühit şəraitinə – stresə adaptasiyada
müəyyən rol oynayan müxtəlif genlərin induksiyası da daxil
olmaqla, bir sıra biokimyəvi və fizioloji dəyişikliklərlə cavab
verirlər [42, 48]. Lakin stres amillərə qarşı həmin cavab re-
aksiyaları genotipdən, stresin təsir müddətindən, bitkinin in-
kişaf fazasından, həmçinin toxuma və hüceyrənin tipindən
asılı olaraq müxtəlifdir. Stres şəraitində bitkilərin tolerantlığı,
Dostları ilə paylaş: |