Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 182,44 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü182,44 Kb.
#21249


 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  



ZOOLOGİYA İNSTİTUTU 

Əlyazması hüququnda 

 

SAMİRƏ MİRSƏDİR QIZI MUSAYEVA 

 

LӘNKӘRAN TӘBİİ VİLAYӘTİNDӘ YAYILAN PULCUQLULARIN 



(SQUAMATA: REPTİLİA) HELMİNTLӘRİNİN NÖV MÜXTӘLİFLİYİ, 

ONLARIN YAYILMASININ LANDŞAFT-EKOLOJİ 

XÜSUSİYYӘTLӘRİ VӘ FORMALAŞMASI YOLLARI 

 

2429.01 - Parazitologiya 



 

Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 



A V T O R E F E R A T I    

 

BAKI -2014 

   


 


 



 



Dissertasiya 

işi 

AMEA 

Zoologiya 

İnstitutunun 

“Helmintologiya” laboratoriyasında yerinə yetirilmişdir. 

 

Elmi rəhbər:                                    b.ü.f.d., b.e.i.   Q. H. Fətəliyev 

 

Rəsmi opponentlər:                        1. t.e.d., prof. R.Ə.Çobanov 

                                                         2. b.ü.f.d. A.M.Həsənova   

 

 

           Aparıcı 

təşkilat: 

Azərbaycan 

Elmi 

tədqiqat 

Baytarlıq 

İnstitutunun “Parazitologiya” laboratoriyası 

 

       Müdafiə “_13___” “ __06___” 2014-cü il saat ____AMEA Zoologiya 



İnstitutu 

nəzdində 

(D.01.071) 

Dissertasiya 

Şurasının 

iclasında 

keçiriləcəkdir. 

 

Ünvan: Bakı ş. 370073, A. Abbasov küçəsi, keçid 1128, məhəllə 504. 



Fax: (99412) 539 73 71 

      Dissertasiya  ilə  AMEA  Zoologiya  İnstitunun  kitabxanasında  tanış 

olmaq olar. 

Avtoreferat “___” “___________” 2014-cü il tarixində göndərilmişdir. 



 

 

 

Dissertasiya şurasının elmi katibi,  

biologiya üzrə fəlsəfə doktoru                                         E. İ. ƏHMƏDOV                                

 

 



 



GİRİŞ 



 

Mövzunun  aktuallığı.  Hal-hazırda  Azərbaycanda  27  növ 

kərtənkələnin  yayılması  müəyyən  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki, 

pulcuqluların  bəzi  növləri  yayıldıqları  biosenozlarda  müxtəlif  növ 

buğumayaqlıların,  bəziləri  isə  gəmiricilərin  sayının  tənzimlənməsində 

mühüm  rol  oynamaqla  yanaşı,  özləri  də  müxtəlif  yırtıcı  məməlilərin, 

ilanların, quşların və s. qidasını təşkil edirlər. 

 

Pulcuqlular  çox  müxtəlif  tərkibdə  parazit  qurdlar  faunasına 



malikdirlər.  Bununla  yanaşı  onlar  həmdə  digər  heyvanların  və  insanların 

helmintoz  törədicilərinin  inkişaf  mərhələlərindən  birini,  xüsusilə  rezervuar 

sahib  funksiyasını  yerinə  yetirirlər.  Sürünənlərin  müxtəlif  məməli  heyvan 

və quşların 25 növdən çox parazit qurdlarla yoluxmasında iştirakı müəyyən 

edilmişdir. 

 

Pulcuqluların  helmintləri  içərisində  Mesocestoides  lineatus, 



Macracanthorhynchus  catulinus  və  Ascarops  strongylina  növlərinin 

epidemioloji və epizootoloji, Plagiorchis elegans növünün əhli və yırtıcılar 

toyuqkimilər 

üçün, 


Spirometra 

erinacei-europaei

Diplopylidium 

acanthoptera,  D.  noelleri,  Joyeuxiella  echinorhynchoides,  Centrorhynchus 

aluconis,  Spirocerca  lupi  növlərinin  əhli  yırtıcılar  üçün,  Physocephalus 

sexalatus  növünündə  əhli  donuzlar,  təkdırnaqlılar  və  dəvələr  üçün 

epizootoloji əhəmiyyət kəsb edən növləri vardır. 

1960-1980-cı  illər  ərzində  Azərbaycanda  Kiçik  Qafqaz  və  digər 

ərazilərdə  pulcuqlu  növlərinin  helmintlərinə  dair  bəzi  tədqiqatlar 

aparılmışdır.  Ancaq  bəzi  kiçik  istisnalar  nəzərə  alınmasa  Lənkəran  təbii 

vilayətində pulcuqluların helmint faunası öyrənilməmiş qalmışdır (Şarpilo, 

1976). Lənkəran təbii vilayətində pulcuqluların helmintlərinə dair olan bəzi 

məlumatlar isə 40-80 il bundan əvvəl aparıldığına görə tarixlik baxımından 

köhnəlmişdir.  Onların  landşaft-ekoloji  zonalar  üzrə  yayılması,  helmint 

faunanın  formalaşması  yolları,  insanın,  məməli  heyvanların  və  quşların 

helmintoz  törədicilərinin  təbiətdə  saxlanmasında  pulcuqluların  rolunun 

aşkar edilməsi öyrənilməmiş qalmışdır. 



Tədqiqatın  məqsədi.  Lənkəran  təbii  vilayətində  pulcuqluların 

helmint  faunasını,  onların  üfqi  və  şaquli  landşaft-ekoloji  zonalar  üzrə 

yayılmasını,  helmint  faunanın  formalaşması  yollarını  öyrənmək,  onların 

insanın,  məməli  heyvanların  və  quşların  helmintoz  törədicilərinin  təbiətdə 

saxlanmasında  pulcuqluların  rolunun  müəyyən  edilməsini  qarşımızda  əsas 

məqsəd qoymuşuq. 




 



Tədqiqatın  vəzifələri.  Bu  məsələləri  öyrənmək  üçün  qarşıya 

aşağıdakı vəzifələr qoyulmuşdur: 

Azərbaycanda  və  ona  yaxın  regionlarda  pulcuqluların  helmint 



faunasının öyrənilməsinə dair ədəbiyyat məlumatlarını toplamaq; 

Lənkəran  təbii  vilayətində  pulcuqlularda  aşkar  edilmiş  helmint 



növlərini sistematik qruplar üzrə müəyyən etmək; 

Hər bir pulcuqlu növünün helmint faunasını müəyyən etmək; 



Lənkəran  təbii  vilayətində  pulcuqluların  helmintlərinin  landşaft-

ekoloji  zonalar  üzrə  yayılmasını  öyrənmək  və  onları  ekoloji 

cəhətcə təhlil etmək; 

Lənkəran 



təbii 

vilayətində 

pulcuqluların 

helmint 


faunası 

kompleksinin formalaşması yollarını öyrənmək; 

Lənkəran təbii vilayətində insanın, məməli heyvanların və quşların 



helmintoz  törədicilərinin  təbiətdə  saxlanmasında  pulcuqluların 

rolunu müəyyən etmək; 

Alınmış  elmi  nəticələr  əsasında  helmintoz  törədicilərinə  qarşı  elmi 



əsaslarla profilaktik mübarizə tədbirləri işləyib hazırlamaq. 

Müdafiəyə  çıxarılan  əsas  müddəalar  da  həmin  məsələlərin  həllinin 

nəticələridir. 

Elmi  yeniliklər.  Lənkəran  təbii  vilayətində  ilk  dəfə  olaraq 

pulcuqluların helmint faunası tam şəkildə öyrənilmiş, hündürlük qurşaqları 

və landşaftlar üzrə invaziyanın intensivliyi və ekstensivliyi verilmişdir. 

İlk 


dəfə  olaraq  Lənkəran  təbii  vilayətində  üfqi 

və  şaquli  landşaft-ekoloji 

zonalar  üzrə 

hər  bir  pulcuqlu    növün    helmint  faunası

,  invaziyanın 

intensivliyi və ekstensivliyi verilmiş və ekoloji cəhətcə təhlil  edilmişdir.  

Tədqiqat  zamanı  Azərbaycan  faunası  üçün  8  yeni  növ,  11  növ 

helmint  üçün  isə  ilk  dəfə  olaraq  yeni  sahiblər  aşkar  edilmişdir.  Helmint 

növlərinin  strukturu  araşdırılmış,  onlar  inkişaf  dövriyyəsinə,  yayılmasına, 

invaziyanın  ekstensivliyinə,  digər  sistematik  qruplardan  olan  heyvanların 

helmintləri ilə ümumiliyinə görə fauna kompleks şəkildə təhlil  edilmişdir. 

Lənkəran  təbii  vilayətində  ilk  dəfə  olaraq  pulcuqlu  növlərinin 

helmintlərinin  landşaftlar  üzrə  qruplaşması  yolları  öyrənilmiş  və  ekoloji 

cəhətcə təhlil edilmişdir.  

İlk  dəfə  olaraq  Lənkəran  təbii  vilayətində  yayılan  pulcuqluların 

həyat  tərzi,  qida  və  digər  biosenotik  əlaqələri,  coğrafi  yayılması  təhlil 

edilərək  onların  helmint  faunası  kompleksinin  formalaşması  yolları 

öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki,  pulcuqlular  bəzi  əhli  və  vəhşi 

məməli  heyvanların  və  quşların  helmintlərinin  inkişaf  dövriyyəsinin 



 

tamamlanmasında  bəzən  aralıq,  bir  çox  hallarda  saxlanc,  bəzilərində  isə 



fakultativ  və  ya  əlavə  sahib  rolunu  oynayırlar.  Bütün  bunlar  vilayətdə 

mövcud  olan  abiotik  amillərin  təsiri  altında  bir  tərəfdən  axırıncı  və  aralıq 

sahiblərin  mövcudluğundan,  digər  sistematik  qruplardan  olan  canlılarla 

qida  əlaqələrdən,  pulcuqluların  təbiətdə  sıxlığından  və  s.  asılıdırsa,  digər 

tərəfdən  də  axırıncı  və  aralıq  sahiblərin  coğrafi  yayılmalarından  və 

antropogen amillərin landşaftın strukturuna təsir formalarından asılıdır. 

İlk  dəfə  olaraq  Lənkəran  təbii  vilayətində  pulcuqlularda  aşkar 

edilən  helmint  növləri  epidemioloji  və  epizootoloji  cəhətcə    təhlil  edilmiş, 

başlıca  helmintoz  törədicilərinin  təbii  ocaqlılıqlarının  saxlanmasında 

pulcuqluların  rolu  müəyyən  edilmişdir.  3  növün  epidemioloji  və 

epizootoloji  rolu,  8  növün  ev  heyvanları  və  ev  quşları  üçün  epizootoloji 

rolu müəyyən edilmişdir.  



İşin  nəzəri  əhəmiyyəti.  Lənkəran  təbii  vilayətində  pulcuqluların 

helmintlərinin  müxtəlif  xarakterli  landşaft-ekoloji  zonalar  üzrə  tədqiqinin 

nəticələri  helmint  növlərinin  inkişafına  və  arealının  genişləndirilməsinə 

biotik,  abiotik  və  antropogen  təsirinin  müəyyən  edilməsində,  helmintlərin 

coğrafi  yayılmalarının  qanunauyğunluqlarının,  heyvanlar  aləminin  bir 

sahəsi  kimi  helmint  növlərinin  sayının  və  sistematikada  yerinin,  müxtəlif 

xarakterli  landşaftlarda  helmint  populyasiyalarının  arealı  daxilində 

paylanmasının  və  helmint  faunası  kompleksinin  formalaşması  yollarının 

müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.  

Həmçinin  tədqiqat  zamanı  alınmış  nəticələr  müxtəlif  xarakterli 

landşaft-ekoloji  zonalar  üzrə  pulcuqluların  helmintoloji  tədqiqinə  həsr 

olunmuş  əsərlər  yazılarkən  və  uyğun  tədris  müəssisələrində  ekoloji  və 

parazitoloji fənlərin tədrisində istifadə oluna bilər. 

İşin  praktiki  əhəmiyyəti.  Tədqiqatın  nəticələri  insan,  ev 

heyvanları  və  quşlarının  helmintoz  törədicilərinə  görə  heyvandarlıq  və 

quşçuluq  təsərrüfatlarında  və  təbiətdə  müxtəlif  sağlamlaşdırma  tədbirləri 

işlənib 


hazırlanarkən 

pulcuqluların 

helmintoz 

törədicilərinin 

yayılmasındakı rolu nəzərə alınmalıdır. 

İşin  aprobasiyası.  Dissertasiyanın  materialları  AMEA  Gənclərin 

İntellektual  İnkişaf  Mərkəzi  Azərbaycan  gənc  Alim,  Aspirant  və 

Magistrlər,  Gənc  Alimlərin  əsərləri  (Bakı,  2008),  Bakı  Dövlət 

Universitetinin  90  illik  yubileyinə  həsr  olunmuş  ”Biologiyada  Elmi 

Nailiyyətlər”  mövzusunda  Respublika  Elmi  konfransının  Materialları 

(Bakı,  2009),  Rusiya  Elmlər  Akademiyası    Parazitologiyanın  nəzəri  və 

praktik  problemləri  (Moskva,  2010),  BDU  Әməkdar  Elm  Xadimi,  akad. 

A.Qarayevin  100  illik  yubileyinə  həsr  olunmuş  ”XXI  əsrdə  Biologiyanın 




 

aktual 



problemləri” 

mövzusunda 

Respublika 

Elmi 


Konfransının 

materialları  (Bakı,  2010),  birinci  Beynəlxalq  Bekker  oxu  konfrans 

materiallarına  dair  Elmi  işlərin  toplusunda  (Volqoqrad,  2010)  məruzə 

edilərək müzakirə edilmişdir.

 

Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi 166 kompüter 

çap səhifəsində şərh edilmiş, giriş, VII fəsil, nəticə və profilaktik mübarizə 

tədbirləri,  istifadə  olunmuş  ədəbiyyatdan  ibarətdir.  Әdəbiyyat  siyahısına 

dissertasiyada  istinad  edilmiş  174  adda  mənbə  daxil  edilmişdir.  Onlardan 

33 azərbaycan dilində, 105 rus dilində, 36 isə başqa xarici dillərdədir. İşdə 

53 cədvəl, 4 diaqram verilmişdir. 

 

FƏSİL I. AZƏRBAYCANDA VƏ ONA YAXIN REGİONLARDA 

PULCUQLULARIN HELMİNT FAUNASININ ÖYRƏNİLMƏ 

DƏRƏCƏSİ 

 

Dissertasiyanın  bu  fəslində  Azərbaycanda  və  ətraf  regionlarda 



pulcuqluların  helmint  faunasının  öyrənilmə  dərəcəsi  araşdırılmış  və 

tədqiqatlara həsr edilmiş mühüm elmi əsərlərin qısa xülasəsi verilmişdir.  



 

FƏSİL II. MATERİAL VƏ METODİKA 

 

 



Lənkəran  təbii  vilayətində  yayılan  pulcuqlulardan  helmintoloji 

material toplamaq və bir sıra ekoloji məsələləri öyrənmək məqsədilə 2008-

ci  ildən  başlayaraq  müxtəlif  xarakterli  üfqi  və  şaquli  landşaft-ekoloji 

zonalara  ekspedisiyalar  təşkil  edilmiş.  Tədqiqat  zamanı  Tam  Helmintoloji 

Yarma Üsulu ilə 1 sinfə, 1 dəstəyə, 4 fəsiləyə, 10 növə daxil olan 659 fərd 

pulcuqlu  tədqiq  olunmuşdur.  Tədqiqat  nəticəsində  onlardan  4  sinfə,  8 

dəstəyə, 18 fəsiləyə və 30 cinsə daxil olan 45 növ helmint aşkar edilmişdir. 

Helmint  faunanın  tərkibi  5  növ  trematoddan,  6  növ  sestoddan,  4  növ 

akantosefaldan və 30 növ də nematoddan ibarət olmuşdur. 

   Zooloji  sistematikada  trematodları  La  Rue-yə  (1957)  görə, 

sestodları  R.  S.  Şults,  Y.  V.  Qvozdyevə  (1970)  görə,  akantosefalları  A. 

Meyerə  (1931)  görə  və  nematodları  isə  K.  İ.  Skryabin,  V.  M.  İvaşkinə 

(1968)  görə  verilmişdir.  Helmint  növlərini  təyin  edərkən  hazırlanmış 

müvəqqəti  və  daimi  preparatlar  helmintoloji  tədqiqatlarda  istifadə  edilən 

ümumi  metodikalar  əsasında  həyata  keçirilmişdir  (S.  N.  Boyev,  İ.  B. 

Sokolova,  V.  Y.  Panin,  1962;  İ.  V.  Orlov,  N.  İ.  Aqrinski,  S.  N.  Nikolski, 

1962;  Q.  A.  Kotelnikov,  1974).  Helmitlərin  təyini  МБИ-3,  МБИ-6 



 

mikroskoplarının, MФН-3 mikrofotobaşlıqlarının və PA-4 və PA-5 nəqqaş 



aparatının köməyi ilə yerinə yetirilib. 

 

FƏSİL III. LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ PULCUQLULARIN 

(SQUAMATA)  HELMİNTLƏRİNİN SİSTEMATİK İCMALI 

 

 



Bu  fəsildə  Lənkəran  təbii  vilayətində  pulcuqlularda  qeyd  olunan 

helmint  növlərinin  sahibləri,  lokalizasiyası  və  qeyd  olunduğu  yerlər 

göstərilir.  Şəxsi  material  əsasında  invaziyanın  intensivliyi  və  ekstensivliyi 

göstərməklə qeyd olunduğu sahiblər, üfqi və şaquli landşaft-ekoloji zonalar 

üzrə yayılması verilir. İlk dəfə aşkar edilən və yeni sahiblərdə qeyd olunan, 

nadir tapılan növlər haqda orijinal materiallar əsasında məlumatlar verilir. 

 

Helmint faunanın tərkibi sistematik qruplar üzrə say göstəricilərinə 



görə təhlil edilmişdir. Məlum olmuşdur ki, nematodlar həm növlərin sayına 

görə,  həmdə  cinslərin  sayına  görə  digər  sistematik  qruplar  üzərində 

dominantlıq təşkil edir. Akantosefallar istisna olmaqla qeyd olunan siniflər 

içərisində elə fəsilələr vardır ki, onlar nəzərə çarpacaq dərəcədə çox cinslər 

və  növlərlə  təmsil  olunmuşdurlar.  Trematodlardan  Plagiorchidae  fəsiləsi  3 

cins  3  növlə,  Sestodlardan  Dipylidiidae  fəsiləsi  2  cins  3  növlə, 

Nematodlardan isə Spiruridae fəsiləsi 4 cins 4 növlə, Rhabdiasidae fəsiləsi 

3  cins  4  növlə,  Physalopteridae  fəsiləsi  2  cins  7  növlə,  Oxyuridae  və 

Pharyngodonidae  fəsilələri  hər  biri  2  cins  5  növlə  və  sair  təmsil 

olunmuşdur. 

 

 

FƏSİL IV. LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ PULCUQLU 

NÖVLƏRİNİN HELMİNT FAUNASI 

 

Lənkəran  təbii  vilayətində  helmintoloji  tədqiqat  zamanı  gekkonlar 



fəsiləsindən 1 növ, kələzkimilər fəsiləsindən 1 növ, anquidlər fəsiləsindən 2 

növ və əsl kərtənkələlər fəsiləsindən isə 6 növ pulcuqlu tədqiq edilmişdir. 

Helmintoloji  tədqiqat  zamanı  xəzər  gekkonunda  7  növ  helmint, 

qafqaz kələzində 20 növ, zirehli koramalda 18 növ, cılız koramalda 13 növ, 

Ştraux  kərtənkələciyində  3  növ,  zolaqlı  kərtənkələdə  14  növ,  ortancıl 

kərtənkələdə 6 növ, çəmən kərtənkələsində 5 növ, yaşılqarın kərtənkələdə 6 

növ, Azərbaycan kərtənkələsində 4 növ aşkar edilmişdir.  

Әn  çox  helmint  növü  əsl  kərtənkələlərdə  (38  növ),  nisbətən  az  isə 

gekkonlarda  (7  növ)  qeyd  edilmişdir.  Trematod,  akantosefal  və 

nematodlarla  yüksək  yoluxma  əsl  kərtənkələlərdə,  sestodlarla  isə 

anquidlərdə müşahidə edilmişdir. 



 

 



FƏSİL V. LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ  

 PULCUQLULARIN (SQUAMATA) HELMİNTLƏRİNİN 

YAYILMASININ LANDŞAFT-EKOLOJİ XÜSUSİYƏTLƏRİ 

 

 



Dissertasiyanın bu fəslində Azərbaycanın yerləşdiyi coğrafi məkan, 

onun  oroqrafik  quruluşu,  üfqi  və  şaquli  qurşaqlar  üzrə  fiziki-coğrafi 

xüsusiyyətləri,  torpaq  örtüyü,  bitki  qruplaşmaları,  heyvanlar aləmi,  ekoloji 

zonaların landşaftları  ətraflı şərh edilmişdir. 

Tədqiqat  zamanı  coğrafiyaşünaslar,  torpaqşünaslar,  botaniklər  və 

zooloqlar  tərəfindən  ayırd  edilən  ekoloji  zonaları  və  həmdə  pulcuqluların 

bioloji,  ekoloji  xüsusiyyətlərini  nəzərə  alaraq  biz  onların  helmintlərinin 

yayılmasını  üfqi  və  şaquli  landşaft-ekoloji  zonalar  üzrə  qruplaşdırmağı 

məqsədə uyğun hesab edirik: I. Maili düzənlik qurşağa daxil olan (-28-100-

200  m)  quru-bozqır  və  yarımsəhra  landşaftı;  II.  Maili  düzənlik  qurşağa 

daxil  olan  (-28-100-200  m)  mülayim-rütubətli  subtropik  landşaft;  III. 

Meşəli  dağətəyi  (qismən  alçaqdağlıq)  (200-500-700  m)  qurşağa  daxil  olan 

mülayim  subtropik  landşaftı;  IV.  Orta  dağlıq  qurşağa  (700-1800-2000  m) 

daxil olan mülayim-isti enliyarpaq dağ-meşə landşaftı; V. dağətəyi qurşağa 

(400-600  m)  daxil  olan  meşə-bozqır landşaftı;  VI. Dağüstü-bozqır qurşağa 

(2000-2500 m) daxil olan dağ-bozqır landşaftı.  

Tədqiqat zamanı toplanmış helmintoloji materialların üfqi və şaquli 

qurşaqlar  üzrə  yayılması  və  qruplaşması  verilmiş  və  təhlil  edilmişdir 

(cədvəl). 

Məlum  olmuşdur  ki,  Lənkəran  təbii  vilayətində  yayılan 

pulcuqlularda ən çox helmint növü dağ-bozqırları landşaftında (29 növ) və 

mülayim-rütubətli  subtropik  landşaftda  (28  növ),  nisbətən  az  isə  meşə-

bozqır (19 növ) və digər landşaftlarda yayılmışdır. 

Landşaft  üçün  xarakterik  növlərin  sayına  görə  də  dağ-bozqırları, 

mülayim-rütubətli  subtropik  və  rütubətli  subtropik  landşaftlar  üstünlük 

təşkil  edir.  Bu  rəqəmlər  quru-bozqır  və  yarımsəhra  landşaftında  85,0%, 

mülayim-rütubətli  subtropik  landşaftında  96,4%,  rütubətli  subtropik 

landşaftda  100%,  mülayim-isti,  enliyarpaqlı  dağ-meşə  landşaftında  96,0%, 

meşə-bozqır  landşaftında  78,9%  və  dağ-bozqırları  landşaftında  isə  93,1% 

təşkil edir. 

Bu zaman fakultativ növlər quru-bozqır və yarımsəhra landşaftında 

15,0%,  mülayim-rütubətli  subtropik  landşaftda  3,6%,  mülayim-isti 

enliyarpaqlı  dağ-meşə  landşaftında  5,0%,  meşə-bozqır  landşaftında  21,0% 

və 6,9% təşkil edir. 




 

Cədvəl 



Lənkəran təbii vilayətində pulcuqluların helmintlərinin landşaft-

ekoloji zonalar üzrə yayılması  

 

Düzənlik qurşaq 



Dağətəyi 

qurşaq 


Orta dağlıq qurşaq 

Növlərin 

yayılma 

xarakteri 

Quru-

bozqır 


və 

yarımsəhra 

landşaftı 

Mülayim


-rütubətli 

subtropik 

landşaftı 

Rütubətli 

subtropik 

landşaftı 

Mülayim-isti, 

enli yarpaqlı-

dağ-meşə 

landşaftı 

Meşə-

bozqır 


landşaftı 

Dağ-


bozqır 

landşaftı 

Növlərin 

ümumi sayı 

20 

28 


20 

25 


19 

29 


Xarakterik 

növlər 


17 

27 


20 

24 


15 

27 


Fakultativ 

növlər 






Geniş 

zonallığa 

malik olan 

növlər  


15 

20 


19 

20 


17 

15 


Məhdud areal 

daxilində 

yayılan 

növlərin sayı 





14 



Yetkin 

mərhələdə 

qeyd olunan 

növlərin sayı 

11 

17 


11 

15 


10 

19 


Sürfə 

mərhələsində 

qeyd olunan 

növlərin sayı 

11 


10 


10 


 

Quru-bozqır və yarımsəhra landşaftında geniş zonallığa malik olan 

növlər  75,0%,  mülayim-rütubətli  subtropik  landşaftda  71,4%,  rütubətli 

subtropik  landşaftda  75,4%,  mülayim-isti,  enliyarpaqlı  dağ-meşə 

landşaftında  80,0%,  meşə-bozqır  landşaftda  89,5%  və  dağ-bozqırları 

landşaftında bu göstərici 51,7% təşkil edir. 

Landşaft  üçün  spesifik  növlərin  sayına  görə  də  mülayim-rütubətli 

subtropik  və  dağ-bozqırları  landşaftları  üstünlük  təşkil  edir.  Bu  rəqəmlər 

quru-bozqır və yarımsəhra landşaftında 5,0%, mülayim-rütubətli landşaftda 

14, 3%, dağ-bozqırları landşaftında isə 57,1% təşkil edir. 

Lənkəran  təbii  vilayətində  pulcuqlu  növlərində  məhdud  areal 

daxilində  yayılan  növlər  quru-bozqır  və  yarımsəhra  landşaftında  20,0%, 




 

10 


mülayim-rütubətli  subtropik  landşaftda  14,3%,  rütubətli  subtropik 

landşaftda  25%,  mülayim-isti,  enliyarpaqlı  dağ-meşə  landşaftında  20,0%, 

meşə-bozqır  landşaftında  10,5%  və  dağ-bozqırları  landşaftında  42,9% 

təşkil etmişdir. 

Müəyyən edilmişdir ki, bütün üfqi və şaquli qurşaqlar üzrə mövcud 

olan  landşaftlarda  geniş  zonallığa  malik  olan  növlər  zona  üçün  spesifik  və 

məhdud areal daxilində yayılan növlər üzərində dominantlıq təşkil edir. 

Quru-bozqır landşaftında geniş zonallığa malik olan  növlər 75,0%, 

ancaq  bu  landşaft  daxilində  yayılan  spesifik  növlər  isə  20,0%-dir.  Bu 

göstəricilər  uyğun  olaraq  mülayim-rütubətli  subtropik  landşaftda  hər  iki 

göstərici  üzrə  14,3%  təşkil  edir.  Rütubətli  subtropik,  mülayim-isti 

enliyarpaqlı dağ-meşə və meşə-bozqır landşaftlarında spesifik növlər qeydə 

alınmamışdır.  Ancaq  dağ-bozqırları  landşaftında  spesifik  növlər  57,1%, 

məhdud areal daxilində yayılan növlər isə 41,9% təşkil edir. 

Geniş  zonallığa  malik  növlər  daha  çox  mülayim-isti  enliyarpaqlı 

dağ-meşə  (80,0%)  və  meşə-bozqır  (89,5%)  landşaftlarında  qeydə 

alınmışdır. 

Ayrı-ayrı helmint növlərinin və ya qruplarının şaquli qurşaqlar üzrə 

yayılmasının xarakteri aşağıdakı kimidir. 

Trematodlardan 



Pleurogenoides 

medians 

mülayim-rütubətli 

subtropik landşaft üçün spesifikdir. Telorchis assula, Opisthioglyphe ranae 

növləri də düzənlik  qurşaqda çay, göl və bataqlıq sahələrdə yayılmışdır və 

digər  landşaftlarda  bu  növlərə  rast  gəlinmir.  Halbuki,  bu  növlərin 

fakultativ, aralıq, əlavə və axırıncı sahibləri (koramal, şirin su ilanları, şirin 

su  ilbizləri,  çömçəquyruq  və  s.)  digər  landşaftlarda  da  yayılmışdır.  Bu 

növlərdən  dağətəyi  və  dağlıq  qurşaqlarda  tapılmamasını  çox  şübhəsiz  ki, 

növlərin inkişafı üçün abiotik amillərin təsirinin əlverişli olmaması ilə izah 

etmək  olar.  Plagiorchis  elegans,  Metaplagiorchis  molini  növləri  geniş 

zonallığa  malikdirlər.  Bu  növlər  həm  biotik,  həmdə  abiotik  amillərin 

təsirinə qarşı plastik növlərdir. 

Sestodlardan  Diplopylidium  acanthoptera  (larvae)  mülayim-

rütubətli  subtropik  landşaftda,  D.  noelleri  (larvae)  isə  quru-bozqır  və 

yarımsəhra  landşaftda  və  dağ-bozqırları  landşaftda  qeyd  edilmişdir. 

Spirometra  erinacei-europaei  (larvae)  isə  düzənlik  qurşaqla  yanaşı  həmdə 

dağətəyi qurşaqda da yayılmışdır. 

Göründüyü  kimi,  bu  növlərin  də  yayılmasında  həlledici  rolu 

növlərin  inkişafı  üçün  əlverişli  olan  biotik  amillərlə  yanaşı,  həmdə  abiotik 

amillər oynayır. 



 

11 


Sestodlardan 

Oochoristica 

tuberculata, 

Joyeuxiella 

echinorhynchoides  (larvae)  və  Mesocestoides  lineatus  (larvae)  növləri 

geniş  zonallığa  malikdirlər.  Bu  növlərin  inkişafı  və  yayılması  üçün  aralıq 

və  axırıncı  sahiblərin  növ  tərkibinin  zənginliyi  xarakterikdir  və  bu  növlər 

həm biotik, həmdə abiotik amillərin təsirlərinə qarşı çox plastikdirlər. 

Lənkəran  təbii  vilayətində  pulcuqlularda  qeyd  edilən  4  növ 

akantosefaldan  yalnız  bir  növ:  Centrorhynchus  spinosus  (larvae)  dağ 

bozqırları  landşaftı  üçün  spesifikdir.  Növün  bu  landşaftda  qeyd  olunması 

sahibin  –  qafqaz  kələzinin  arealı  ilə  əlaqədardır,  Sphaerirostris  teres 

(larvae)  isə  mülayim-isti,  enliyarpaqlı  dağ-meşə  və  meşə-bozqır 

landşaftlarında  qeyd  olunmuşdur  ki,  bu  da  landşaftların  strukturu  (bitki 

örtüyü)  və  abiotik  amillərin  növün  inkişafı  və  yayılması  üçün  əlverişli 

olması ilə əlaqədardır. Akantosefallardan Centrorhynchus aluconis (larvae) 

və  Macracanthorhynchus  catulinus  (larvae)  növləri  geniş  zonallığa 

malikdirlər.  Bu  növlər  həm  biotik  (aralıq,  saxlanc,  əlavə,  axırıncı, 

landşaftın  strukturu  və  s.),  həm  də  abiotik  amillərin  təsirlərinə  qarşı  çox 

davamlı olub, ekoloji plastik növlərdir. 

Nematodlardan 

Pharyngodon 

termezensis 

quru-bozqır 

və 

yarımsəhra landşaftı üçün, Hexadontophorus ophisauri – mülayim-rütubətli 



subtropik 

landşaft 

üçün, 

Abbreviata 

uzbekistanica 

mülayim-isti, 

enliyarpaqlı  dağ-meşə  landşaftı  üçün  və  Parapharyngodon  dogieli,  P. 

brevicaudatus,  P.  szczerbaki,  Thelandros  markovi,  Th.  popovi  növləri  isə 

dağ-bozqırları  landşaftı  üçün  spesifik  növlərdir.  Bu  növlər  inkişaf 

dövriyyəsinə  görə  geohelmintdirlər.  Bu  növlərin  bu  və  ya  digər  landşaft 

üçün  spesifikliyi  həmin  növlərin  sahiblərinin  arealı  ilə  əlaqədardır. 

Nematodların  digər  növləri  Neoxysomatium  caucasicum  mülayim-rütubətli 

subtropik  landşaft  üçün  spesifikdir.  Bu  növün  inkişaf  edib  yayılmasında 

axırıncı sahibin – cılız koramalın arealı ilə yanaşı, həm də abiotik amillərin, 

xüsusilə  də  landşaftın  strukturu  mühüm  rol  oynayır.  Entomelas  entomelas, 



Spauligodon 

azerbajdzanicus, 

Neoxysomatium 

brevicaudatum, 

Physaloptera  clausa,  Abbreviata  kazachstanica  növləri  geohelmint  olub, 

məhdud  areallar  daxilində  yayılmışdır  və  növlərin  inkişaf  edib 

yayılmasında  əsas  rolu  abiotik  amillər  oynayır.  Abbreviata  uzbekistanica, 

Agamospirura  lenkoranensis  (larvae  nov.),  A.  magna (larvae),  A.  punctata 

(larvae),  Saurositus  agamae  və  Foleyella  candezei  növləri  sahiblərin 

arealından  asılı  olaraq  məhdud  areal  daxilində  yayılmışlar.  Nematodlar 

içərisində 

növ: 


Paraentomelas 

dujardini, 

P. 

kazachstanika, 

Oswaldocruzia  goezei,  Spauligodon  lacertae,  Ascarops  strongylina 

(larvae),  Physocephalus  sexalatus  (larvae),  Spirocerca  lupi  (larvae)  və 




 

12 


Abbreviata  abbreviata  geniş  zonallığa  malikdirlər.  Bu  növlər  yayıldıqları 

landşaftlarda  həm  biotik,  həmdə  abiotik  amillərin  təsirinə  qarşı 

davamlıdırlar.  Növlərin  inkişafında  iştirak  edən  aralıq  və  əlavə  sahiblərin 

növ tərkibi zəngindir və ekoloji plastik növlərdirlər.  

Beləliklə,  Lənkəran  təbii  vilayətində  pulcuqluların  helmintlərinin 

üfqi  və  şaquli  qurşaqlar  üzrə  yayılmasının  təhlili  onların  sahiblərinin  üfqi 

və  şaquli  landşaftlar  üzrə  müxtəlif  cür  yayıldığını  göstərir.  Bu bir  tərəfdən 

şaquli  qurşaqlar  üzrə  abiotik  amillərin  dəyişməsi  ilə  əlaqədardırsa,  digər 

tərəfdən  də  uzun  tarixi  təkamül  prosesi  dövründə  həmin  qurşaqlarda 

formalaşmış  aralıq  və  axırıncı  sahiblərin  arealı,  sıxlığı,  qida  rasionu  və  s. 

əlaqədardır. 

Bununla  yanaşı  pulcuqluların  özlərinə  məxsus  xüsusiyyətləri  də 

vardır.  Pulcuqlu  növlərinin  helmint  faunası  kompleksinin  müxtəlif 

xarakterli  landşaft-ekoloji  zonalar  üzrə  formalaşmasında  pulcuqlu 

növlərinin  qidalanma  xüsusiyyətlərinin,  əraziyə  bağlılığının,  digər 

canlılarla  trofik,  topik  və  s.  əlaqələri  və  bir  sıra  antropogen  faktorların 

böyük  təsiri  vardır.  Bütün  bunlar  helmintfaunanın  landşaft-ekoloji  zonalar 

üzrə yayılmasında və qruplaşmasında özünü göstərir. 

 

FƏSİL VI. LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNDƏ PULCUQLULARIN 

(SQUAMATA) HELMİNT FAUNASININ FORMALAŞMASI 

YOLLARI 

 

Müxtəlif 



sistematik 

qruplar 


arasında 

helmint 


faunanın 

formalaşması 

yollarının 

aydınlaşdırılması 

həm 

”Parazit-sahib” 



münasibətlərinin,  həmdə  parazitlərin  özlərinin  və  onların  ətraf  mühitlə 

qarşılıqlı  münasibətlərinin  təkamülünün  aydınlaşdırılması  üçün  çox 

əhəmiyyətlidir. 

Lənkəran  təbii  vilayətində  pulcuqluların  helmint  faunasının 

formalaşması  yollarını  öyrənmək  üçün  onların  müxtəlif  sistematik 

qruplardan olan canlılarla müxtəlif biosenotik əlaqələri coğrafi yayılmaları, 

qidası  və  s.  araşdırılmış  və  helmint  faunası  kompleksinin  formalaşması 

yolları müəyyən edilmişdir. 

Bütün  bunlar  onurğalı  heyvanların,  o  cümlədən  də  pulcuqluların 

helmint  faunası  kompleksinin  formalaşmasında  və  təbiətdə  müxtəlif  cür 

yayılmasında əhəmiyyətli dərəcədə rol oynayan amillərdir. 

Məlumdur  ki,  trematodların  inkişaf  dövriyyəsinin  başa  çatması 

üçün  əsas  birinci  aralıq  sahib  ilbizlərdir  (su  və  quru  ilbizləri).  Bu  zaman 



 

13 


invaziya törədiciləri (adeloserkarilər və metaserkarilər) su və ot bitkiləri ilə 

birlikdə (pulcuqlularda əsasən su vasitəsi ilə) udulur və yoluxma baş verir. 

Məlumdur  ki,  bütün  sestod  növləri  biohelmintlərdir.  Bizim 

tədqiqatlarda  Oochoristica  tuberculata  və  Mesocestoides  lineatus  növləri 

üçün  aralıq  sahib  oribatid  gənələridir.  Spirometra  erinacei-europei 

növünün  inkişaf  dövriyyəsinin  başa  çatmasında  aralıq  sahib  qismində 

siklop  xərçəngləri,  əlavə  sahib  qismində  isə  suda-quruda  yaşayanlar, 

sürünənlər  və  s.  iştirak  edirlər.  Bizim  tədqiqatlarda  pulcuqluların  bu  növlə 

yoluxması daha çox su vasitəsi ilə ehtimal olunur. Digər sestod növlərindən 

Diplopylidium  acanthoptera,  D.  noelleri,  Joyeuxiella  echinorhynchoides 

növlərinin  inkişaf  dövriyyəsinin  başa  çatmasında  sürünənlər  aralıq  sahib 

rolunu oynayırlar. 

Tədqiqat zamanı aşkar edilmiş 4 növ akantosefal – Centrorhynchus 



aluconis,  C.  spinosus,  Sphaerirostris  teres  və  Macracanthorhynchus 

catulinus  inkişaf  dövriyyəsinin  başa  çatmasında  pulcuqlular  və  ilanlar 

saxlanc  sahib  rolunu  oynayırlar.  Bu  növlərin  aralıq  sahibləri  qismində 

müxtəlif növ cücülər, xüsusilə qarabədən böcəklər iştirak edirlər. 

Lənkəran  təbii  vilayətində  aparılan  helmintoloji  tədqiqat  zamanı 

pulcuqlularda  30  növ  nematod  aşkar  edilmişdir  ki,  bunlardan  da  5  növü 

mürəkkəb  inkişaf  dövriyyəsinə  malikdir.  Bu  növlərdən  Ascarops 



strongylina,  Physocephalus  sexalatus,  Spirocerca  lupi,  Vigisospirura 

potekhini  və  Physaloptera  elausa  növlərinin  inkişaf  dövriyyəsinin 

tamamlanması  aralıq  sahib  qismində  böcəklərin  iştirakı  ilə  başa  çatır.  Bu 

növlərin 

təbii 


ocaqlılıqlarının 

saxlanmasında 

və 

arealının 



genişləndirilməsində  pulcuqlular  saxlanc  sahib  qismində  iştirak  edirlər.  30 

növ  nematod  geohelmint  olub,  inkişafları  torpaqla  xarici  mühit  arasında 

başa  çatır.  Xarici  mühitə  tökülmüş  nematod  yumurtaları  inkişaf  üçün 

əlverişli  xarici  mühitə  düşdükdə  invazionluq  mərhələyə  qədər  inkişaf  edir 

və yenidən axırıncı sahibləri yoluxdurmaq qabiliyyətinə malik olurlar. 

 

          FƏSİL VII.

 İNSANIN, MƏMƏLİ HEYVANLARIN VƏ    

     QUŞLARIN HELMİNTOZ TÖRƏDİCİLƏRİNİN TƏBİƏTDƏ        

          SAXLANILMASINDA PULCUQLULARIN ROLU

 

 



Məlumdur  ki,  müxtəlif    helmint  növləri  insanlarda  və  ya 

heyvanlarda parazitlik etməklə onlarda helmintozlar əmələ gətirir. 

 

Aparılan  tədqiqatlar  nəticəsində  Lənkəran  təbii  vilayətində 



pulcuqlularda  qeyd  olunan  45  növ  helmintdən  3  növün  epidemioloji  və 

epizootoloji, 8 növün isə epizootoloji rolu olduğu müəyyən edilmişdir. 




 

14 


 

Lənkəran  təbii  vilayətində  pulcuqluların  helmint  faunasının 

epidemioloji  və  epizootoloji  cəhətcə  təhlili  göstərir  ki,  Mesocestoides 

lineatus,  Macracanthorhynchus  catulinus    Ascarops  strongylina 

növlərinin  epidemioloji  və  epizootoloji,  Plagiorchis  elegans  növünün 

yırtıcılar  və  əhli  toyuqkimilər  üçün,  Spirometra  erinacei-europaei, 

Diplopylidium  acanthoptera,  D.  noelleri,  Joyeuxiella  echinorhynchoides, 

Centrorhynchus  aluconis,  Spirocerca  lupi  növlərinin  əhli  yırtıcılar  üçün, 

Physocephalus  sexalatus  növünündə  əhli  donuzlar,  təkdırnaqlılar  və 

dəvələr  üçün  epizootoloji  rolu  vardır.  Diplopylidium  acanthoptera,  D. 



noelleri növləri istisna olmaqla qalan bütün növlər Azərbaycanda göstərilən 

heyvanlarda  qeyd  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  helmintoz 

törədicilərinin  təbiətdə  saxlanmasında  və  sinantrop  mühitə  ötürülməsində 

pulcuqlularla  yanaşı  əhli  və  vəhşi  yırtıcılar,  cütdırnaqlılar,  bəzi  növlərdə 

təkdırnaqlılar və dəvələrdə mühüm rol oynayır. Bu prosesdə bəzən cücülər, 

suda-quruda yaşayanlar, cücüyeyənlər, ilanlar və digər heyvanlar da iştirak 

edirlər.  Yuxarıda  göstərilənlərdən  məlum  olunur  ki  epidemioloji  və 

epizootoloji  əhəmiyyət  kəsb  edən  helmintoz  törədicilərinin  təbiətdə 

saxlanmasında  iştirak  edən  yırtıcılar  mühüm  rol  oynayır.  Ona  görədə 

onların  sayı  tənzimlənməli  və  helmintoz  törədicilərilə  yoluxması  daim 

nəzarət altında olmalıdır. Xüsusilə yaşayış məskənlərində sahibsiz itlərin və 

pişiklərin  sayının  nəzarətdən  çıxmasına  yol  vermək  olmaz.  Göründüyü 

kimi  helmintoz  törədicilərinin  təbiətdə  dövr  etməsində,  onların  təbii 

ocaqlılıqlarının  saxlanmasında  və  sinantrop  mühitə  ötürülməsində 

pulcuqlular aralıq, rezervuar (saxlanc) və fakultativ sahib rolunu oynamaqla 

mühüm əhəmiyyət  kəsb  edirlər. Bununla yanaşı  onlar biosenozda  müxtəlif 

canlıların  qida  zəncirində  də  mühüm  yer  tuturlar.  Buna  görədə  helmintoz 

törədicilərinə  görə  əhli  yırtıcılar  və  digər    heyvanların  sağlamlaşdırılması 

istiqamətində profilaktik mübarizə tədbirləri gücləndirilməlidir. 

 

NƏTİCƏLƏR 

 

1. Tam helmintoloji yarma üsulu ilə 4 fəsiləyə, 6 cinsə, 10 növə daxil olan 



659  fərd  pulcuqlu  tədqiq  edilmiş  və  onlardan  8  dəstəyə,  18  fəsiləyə  və  30 

cinsə daxil olan 45 növ helmint aşkar edilmişdir. Helmint faunasının tərkibi 

5  növ  trematoddan,  6  növ  sestoddan,  4  növ  akantosefaldan  və  30  növ  də 

nematoddan ibarət olmuşdur. 

2.  Aşkar  edilmiş  helmintlərdən  8  növü  Azərbaycanda,  20  növü  isə 

Lənkəran təbii vilayətində ilk dəfə  qeyd olunmuşdur. 11 növ helmint üçün 




 

15 


ilk  dəfə  olaraq  yeni  sahiblər  aşkar  edilmişdir.  14  növ  helmint  isə 

pulcuqlularda ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur. 

3. Xəzər gekkonunda 7 növ, qafqaz kələzində 20 növ, zirehli koramalda 18 

növ,  cılız  koramalda  13  növ,  Ştraux  kərtənkələciyində  3  növ,  zolaqlı 

kərtənkələdə 14 növ, ortancıl kərtənkələdə 6 növ, çəmən kərtənkələsində 5 

növ,  yaşılqarın  kərtənkələdə  6  növ  və  Azərbaycan  kərtənkələsində  4  növ 

helmintin parazitlik etməsi aşkar edilmişdir. 

4.  Quru-bozqır  və  yarımsəhra  landşaftında  20  növ,  mülayim-rütubətli 

subtropik  landşaftda  28  növ,  rütubətli  subtropik  landşaftda  20  növ, 

mülayim-isti,  enliyarpaqlı  dağ-meşə  landşaftında  25  növ,  meşə-bozqır 

landşaftında  19  növ  və  dağ-bozqır  landşaftında  isə  29  növ  helmint 

qruplaşması olduğu müəyyən edilmişdir. 

5.  Müəyyən  edilmişdir  ki,  aşkar  edilmiş  növlərdən  23  növ  geniş  coğrafi 

zonallığa  malikdir,  13  növ  spesifik  areal  daxilində  yayılmışdır.  9  növ  isə 

məhdud areal daxilində yayılaraq bu və ya digər zonalarla ümumilik təşkil 

edir.  Bütün  landşaftlarda  xarakterik  növlər  fakültativ  növlər,  geniş  coğrafi 

zonallığa malik olan  növlər isə spesifik və  məhdud areal  daxilində yayılan 

növlər üzərində dominantlıq təşkil edir. 

6.  Qafqaz  kələzinin,  zirehli  koramalın,  cılız  koramalın  və  zolaqlı 

kərtənkələnin  bədən  quruluşunun  böyük  olması  və  qidaya  tələbatının 

intensivliyi  ilə  əlaqədar  onlarda  yoluxmanın  yüksək  intensivliyi  və 

ekstensivliyi müəyyən edilmişdir. 

7. Helmintlərdən 18 (41,9%) növ ancaq pulcuqlularda qeyd olunmuşdur. 9 

növ  əhli  və  vəhşi  yırtıcıların,  2  növ  əhli  və  vəhşi  otyeyənlərin  helmintləri 

ilə ümumilik təşkil edir.  

8. Lənkəran təbii vilayətində pulcuqluların helmintfaunası abiotik amillərin 

təsiri  altında  digər  sistematik  qruplardan  olan  canlılarla  trofik,  topik,  forik 

və  digər  biosenotik  əlaqə  formaları  ilə  yanaşı  həmdə  onların  sahiblərinin 

(axırıncı,  aralıq,  fakultativ,  rezervuar  və  əlavə)  arealının  genişliyi,  təbiətdə 

sıxlığı  ilə  yanaşı  antropogen  və  sosial  amillərin  altında  formalaşır.  Tədqiq 

edilən pulcuqluların 10 növ helmint üçün axırıncı, 7 növ üçün aralıq, 7 növ 

üçün  fakultativ,  15  növ  üçün  saxlanc  sahib  və  6  növ  üçün  isə  əlavə  sahib 

olması müəyyən edilmişdir. 

9. Tədqiqat  nəticəsində  pulcuqlularda  aşkar  olunan  helmintlərdən  3  növün 

–  Mesocestoides  lineatus,  Macracanthorhynchus  catulinus  və  Ascarops 

strongylina  növlərinin  epidemioloji  və  epizootoloji,  Plagiorchis  elegans 

növünün  yırtıcılar  və  əhli  toyuqkimilər  üçün,  Spirometra  erinacei-



europaei, 

Diplopylidium 

acanthoptera, 

D. 

noelleri, 

Joyeuxiella 

echinorhynchoides,  Centrorhynchus  aluconis,  Spirocerca  lupi  növlərinin 


 

16 


əhli  yırtıcılar  üçün,  Physocephalus  sexalatus  növünündə  əhli  donuzlar, 

təkdırnaqlılar və dəvələr üçün epizootoloji rolu olduğu müəyyən edilmişdir. 

 

PROFİLAKTİK MÜBARİZƏ TƏDBİRLƏRİ 

 

 



Lənkəran  təbii  vilayətində  aparılan  tədqiqat  zamanı  pulcuqlulardan  8 

dəstəyə, 18 fəsiləyə və 30 cinsə daxil olan 45 növ helmint aşkar edilmişdir. 

Məlum olmuşdur ki, bu vilayətdə pulcuqlular 10 növ helmint üçün axırıncı, 

7  növ  üçün  aralıq,  7  növ  üçün  fakultativ,  15  növ  üçün  rezervuar  və  6  növ 

üçün  isə  əlavə  sahib  rolunu  oynayırlar.  Bunları  nəzərə  alaraq  gələcəkdə 

ətraf mühiti helmintoz törədicilərinə görə sağlamlaşdırmaq, onların yayılma 

arealını  məhdudlaşdırmaq,  insanları  və  əhli  heyvanları  helmintoz 

törədiciləri  ilə  yoluxma  təhlükəsini  aradan  qaldırmaq  və  həmçinin 

pulcuqluların  təbiətdə  növ  müxtəlifliyini  qoruyub  saxlamaq  və  davamlı 

inkişafını  təmin  etmək  məqsədilə  aşağıdakı  mübarizə  tədbirlərinin  həyata 

keçirilməsini məqsədəuyğun hesab edirik: 

1. Təbiətdə öz mövsümlərində və adi günlərdə ölmüş pulcuqluların, 

digər  sürünənlərin,  suda-quruda  yaşayanların  və  həmçinin  digər 

heyvanların  və  quşların cəmdəkləri toplanmalı, dərin  basdırılmalı,  termiki 

zərərsizləşdirilməli. 

2.  Sürfə  mərhələsində  pulcuqlularda  parazitlik  edən  və  həmdə 

yetkin  mərhələdə  insanların,  əhli  donuzların,  iribuynuzlu  heyvanların, 

təkdirnaqlıların  və  dəvələrin  sağlamlığı  üçün  ciddi  təhlükə  törədən 

askaropsoz, fizasefalyoz və bu qəbildən olan digər helmintoz törədicilərinin 

təbii  və  sinantrop  mühitdə  axırıncı  sahiblərə  ötürülməsinin  qarşısını  almaq 

və  yayılma  ocaqlarını  ləğv  etmək  məqsədi  ilə  təbiət  güşələrində,  ictimai-

iaşə  və  turizm  obyektlərində,  yol  kənarlarında,  yaşayış  məskənlərində  və 

digər  ərazilərdə  kəsilən  heyvanların  yoluxmuş  və  ya  çıxdaş  olunmuş 

orqanların  ətraf  mühitə  atılmasına  və  zərərsizləşdirilməsinə  nəzarət 

gücləndirilməlidir.  Bunlarla  yanaşı  əhali  arasında  helmintoz  törədicilərinə 

qarşı  ümumi  profilaktik  mübarizə  sahəsində  maarifləndirmə  və  təbliğat 

işləri ictimai informasiya vasitələri ilə gücləndirilməlidir. 

 

3.  Sürfə  mərhələsində  pulcuqlularda  parazitlik  edən,  yetkin 



mərhələdə 

isə 


əhli 

yırtıcıların 

və 

insanların 



(mezasestoidoz, 

makrakantorinxoz)  sağlamlığı  üçün  ciddi  təhlükə  törədən  difillobotriidoz, 

dipilidiidoz,  mezosestoidoz,  sentrorinxoz,  makrakantorinxoz,  spiroserkoz 

törədicilərinin  yayılmasının  qarşısını  almaq  və  yayılma  ocaqlarını  ləğv 

etmək  məqsədi  ilə  sinantrop  mühitdə  heyvandarlıq  təsərrüfatlarında  və 

yaşayış  məskənlərində  itlərin  və  pişiklərin  uçotu  aparılmalı,  sahibsiz  əhli 




 

17 


yırtıcılar  məhv  edilməli,  vəhşi  itkimilərin  isə  sayı  iki  dəfəyə  qədər 

azaldılmalıdır. 

Öldürülmüş 

heyvanlar 

dərin 

basdırılmalı 



və 

ya 


yandırılmalıdır.  

 

DİSSERTASİYA MÖVZUSU ÜZRƏ NƏŞR EDİLƏN 



ƏSƏRLƏRİN SİYAHISI 

 

1.  Musayeva  S.M.  Lənkəran  təbii  vilayətində  zirehli  koramalın 

(Pseudopus  Apodus  Pall)  helmint  faunasının  öyrənilməsinə  dair  / 

Bakı 


Dövlət 

Universitetinin 

90 

illik 


yubileyinə 

həsr 


olunmuş  ”Biologiyada  Elmi  Nailiyyətlər”  mövzusunda  Respublika 

Elmi konfransının Materialları (22-23 may). Bakı, 2009, s. 361-362 

2.  Musayeva  S.M.  Lənkəran  təbii  vilayətində  Zirehli  Koramalın 

(Pseudopus  Apodus  Pall)  helmint  faunası  və  onun  landşaft-ekoloji 

təhlili // AMEA Xəbərləri. №5-6, Bakı, Elm, 2009, s. 43-46 

3.  Musayeva S.M. Lənkəran təbii vilayətində Ştraux kərtənkələciyinin 

helmint  faunası  və  onun  landşaft-ekoloji  təhlili  /  BDU  Әməkdar 

Elm  Xadimi,  akad.  A.Qarayevin  100  illik  yubileyinə  həsr 

olunmuş ”XXI əsrdə Biologiyanın aktual problemləri” mövzusunda 

Respublika Elmi Konfransının materialları. 2-3 aprel Bakı, 2010, s. 

187-189 

4.  Musayeva  S.M.  Lənkəran  təbii  vilayətində  xəzər  gekkonunun 

(Cyrtopodion  caspius  Eichw.)  helmint  faunası  və  onun  landşaft-

ekoloji  təhlili  //  Azərbaycan  Zooloqlar  Cəmiyyətinin  Әsərləri.  II 

cild, Bakı, Elm, 2010, s. 195-201 

5.  Musayeva  S.M.  Lənkəran  təbii  vilayətində  kərtənkələlərin 

(Lacertidae)  helmint  faunası  və  onun  formalaşması  yolları  // 

Azərbaycan  Zooloqlar  Cəmiyyətinin  Әsərləri.  III  cild,  Bakı,  Elm, 

2011, s. 226-234 

6.  Musayeva  S.  M.,  Fətəliyev  Q.  H.  Lənkəran  təbii  vilayətində 

pulcuqluların  (Squamata)  helmintlərinin  yayılmasının  landşaft-

ekoloji  xüsusiyyətləri  //  AMEA  Zoologiya  İnstitutunun  əsərləri. 

Cild 30, №1, 2012, s. 182-191 

7.  Musayeva  S.  M.  Lənkəran  təbii  vilayətində  pulcuqluların  sestod 

faunası  və  onların  yayılmasının  landşaft-ekoloji  xüsusiyyətləri  // 



 

18 


Azərbaycan Zooloqlar Cəmiyyətinin Әsərləri. V cild, Bakı, 2013, s. 

58-64 


8.  Мусаева 

С. 


М. 

Степень 


изученности 

гельминтов 

пресмыкающихся Азербайджана // AMEA Gənclərin İntellektual 

İnkişaf    Mərkəzi.  Azərbaycan  Gənc  Alim,  Aspirant  və  Magistrlər 

Cəmiyyəti. Gənc Alimlərin Әsərləri №1, Bakı, 2008, с. 217-226 

9.  Мусаева  С.  М.  Гельминтофауна  Кавказской  агамы  (Stellio 

Caucasicus  Eich.,  1931)  в  Ленкоранской  природной  области  / 

Волгоградский 

государственный 

университет 

Кафедра 

Биологии  Музей-заповедник  «Старая  Сарепта».  Первые 

Международные  Беккеровские  чтения  (27-29  мая  2010). 

Волгоград, 2010, стр. 461-463 

10. Мусаева С. М. Гельминтофауна веретеницы ломкой (A. fragilis 

L.)  в  Ленкоранской  природной  области  //  Теоретические  и 

практические 

проблемы 

паразитологии. 

Материалы 

Международной научной конференции (30 ноября – 3 декабря 

2010 г.). Российская академия наук. Москва, 2010, стр. 245-248 

11. Мусаева  С.  М.  Гельминтофауна  полосатой  ящерицы  в 

Ленкоранской 

природной 

области 


и 

ландшафтно-

экологический  анализ  ее  распространения  //  Юг  России: 

экология, развитие,  Камертон, Махачкала, 2012, № 3, с. 48-53 

 

 

 

 

 

 

 

 

 



 

19 


Мусаева С. М.  

ВИДОВОЕ РАЗНООБРАЗИЕ ЧЕШУЙЧАТЫХ (SQUAMATA: 

REPTİLİA) В ЛЕНКОРАНСКОЙ ПРИРОДНОЙ ОБЛАСТИ, 

ЛАНДШАФТНО-ЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И ПУТИ 

ФОРМИРОВАНИЯ ИХ РАЗНООБРАЗИЯ  

 

РЕЗЮМЕ 

 

В  Ленкоранской  природной  области  впервые  была  полностью 



изучена  гельминтофауна  чешуйчатых,  дана  экстенсивность  и 

интенсивность  инвазии  по  высотным  зонам  и  ландшафтам.  Во  время 

исследований методом полного гельминтологического вскрытия было 

исследовано  659  особей  чешуйчатых,  принадлежащих  к  10  видам,  4 

семействам,  1  отделу  и  1  классу.

 

В  результате  исследований  было 



обнаружено  45  видов  гельминтов,  принадлежащих  к  30  родам,  18 

семействам,  8  отделам  и  4  классам.  В  состав  гельминтофауны  входит 

5  видов  трематод,  6  видов  цестод,  4  вида  акантоцефал  и  30  видов 

нематод. 

Во время исследований впервые было выявлено 8 видов новых 

для  фауны  Азербайджана,  а  также  новые  хозяева  для  11  видов 

гельминтов.  Была  исследована  структура  выявленных  видов 

гельминтов,  анализирована  фауна  в  виде  комплекса  по  общности 

гельминтов  с  другими  чешуйчатыми,  по  циклу  развития,  по 

распространению и экстенсивности инвазии. 

Впервые  в  Ленкоранской  природной  области  была  изучена 

группировка гельминтов чешуйчатых по ландшафтам и анализирована 

по  экологическим  признакам.  Впервые  были  изучены  пути 

формирования  комплекса    гельминтофауны,  анализированы  образ 

жизни  чешуйчатых,  их  пищевые  и  биоценотические  связи, 

географическое  распространение  и  другие  признаки.  Было  выяснено, 

что чешуйчатые играют роль в цикле развития гельминтов домашних 

и  диких  млекопитающих  и  птиц  как  промежуточные,  резервуарные, 

факультативные и дополнительные хозяева. 

Впервые  была  выявлена  роль  чешуйчатых  в  поддержании 

естественных  очагов  изученных  основных  гельминтозов.  Была 

выявлена  эпизоотологическая  и  эпидемиологическая  роль  3-х  видов 

гельминтов  и  эпизоотологическая  роль  8-и  видов  для  домашних 

животных. 




 

20 


Musayeva S. M. 

SPECIES DIVERSITY OF SCALED REPTILES (SQUAMATA) IN THE 

LENKORAN NATURAL AREA, LANDSCAPE AND ECOLOGİCAL 

FEATURES AND WAYS OF FORMING THEIR DIVERSITY 

 

SUMMARY 

 

 

In  Lenkoran  natural  area  there  was  firstly  full  studied  helminth  fauna  of 

scaled  reptiles,  the  extensity  and  intensity  of  infection  by  high-altitude 

areas and landscapes is given. 

 

By  the  full  helminthological  autopsy  659  individuals  of  scaled 



reptiles, belonging to 10 species, 4 families, 1 department and 1 class were 

investigated.  There  have  found  45  species  of  helminthes  belonging  to  30 

genera,  18  families,  8  departments  and  4  classes.  The  helminthofauna 

includes 5 trematodes, 6 species of cestodes, 4 acanthocephalan species and 

30 species of nematodes. 

 

During  researches  for  the  first  time  8  species  registered  new  to 



Azerbaijan fauna. New  hosts for 11 species  of  helminthes  were registered. 

We  investigated  the  structure  of  the  identified  helminthes.  Fauna  of 

helminthes  analyzed  as  a  complex  community  of  helminthes  with  other 

scaled  reptiles,  the  cycle  of  development  of  helminthes,  distribution  and 

extensity of infestation was studied. 

 

For  the  first  time  in  the  Lenkoran  natural  area  the  grouping  of  



helminthes  of  scaled  reptiles  has  been  studied  by  landscapes  and  analyzed 

according  to  ecological  features.  Analyzing  the  life  of  scaled  reptiles  the 

ways  of  forming  of  helminthofauna  complex,  food  links  and  other 

biocenotic  relations,  geographic  distribution,  and  other  features  were 

studied  firstly.  It  was  found  that  scaled  reptiles  serve  as  an  intermediate, 

reservoir, facultative and supplementary hosts in the  development cycle  of 

helminthes of domestic and wild mammals. 

 

The role of scaled reptiles was identified in maintaining the natural 



center of the basic helminthiases. The epizootic and epidemiological role of 

3 species and epizootological role for pets of 8 species was identified. 

 



 

21 


 

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 

ИНСТИТУТ ЗООЛОГИИ 

 

На правах рукописи 

 

САМИРА МИРСАДИР КЫЗЫ МУСАЕВА 

 

ВИДОВОЕ РАЗНООБРАЗИЕ ЧЕШУЙЧАТЫХ (SQUAMATA: 

REPTİLİA) В ЛЕНКОРАНСКОЙ ПРИРОДНОЙ ОБЛАСТИ, 

ЛАНДШАФТНО-ЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И ПУТИ 

ФОРМИРОВАНИЯ ИХ РАЗНООБРАЗИЯ  

 

А В Т О Р Е Ф Е Р А Т 

2429.01 - Паразитология 

 

диссертации на соискание ученой степени доктора 



философии по биологии 

 

           БАКУ-2014 



Yüklə 182,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə