“Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №7, maddə 414; 2004-cü il, № 10, maddə 829; 2005-ci il, №3, maddə 209; 2007-ci il, №4, maddə 352) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2011-ci il mayın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2011-ci il.
Dostları ilə paylaş: |