Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə1/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
  1   2   3   4   5   6   7   8   9   ...   84


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
           
 
SÜLEYMAN RÜSTƏM 
  
 
 
 
 
 
 
 
 
SEÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
 
ÜÇ CİLDDƏ 
II CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ŞƏRQ-QƏRB" 
BAKI-2005 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
 
Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. I-II cildlər" 
(Bakı, Azərnəşr, 1969) və "Süleyman Rüstəm. Cənub şeirləri"  
    (Bakı, Nurlar, 2003) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Tərtib edəni: 
                                                          Azad Rüstəmzadə 
 
 
 
 
 
894.3611- dc 21  
AZE 
Süleyman Rüstəm. Seçilmiş  əsərləri. Üç cilddə. II cild. Bakı, "Şərq-
Qərb", 2005, 328 səh. 
 
Yaradıcılığı Azərbaycan  ədəbiyyatının yeni dövrünə  təsadüf edən 
Süleyman Rüstəm poeziyada milli, klassik ənənələrin davamçısı olmuş, eyni 
zamanda bu ənənələri öz yenilik axtarışları ilə  əhəmiyyətli dərəcədə 
zənginləşdirmiş, 
şerimizin novator xüsusiyyətlərinin yaranmasında 
diqqətəlayiq rol oynamışdır. 
Süleyman Rüstəmin poetik incilər xəzinəsində  Vətənə  məhəbbət çələngi 
olan Cənub  şeirlərinin xüsusi yeri var. Bu şeirlərin lirik qəhrəmanının 
qəlbində bir azərbaycanlı kimi Cənub həsrəti son dərəcə güclüdür. Ancaq heç 
bir yerdə bu həsrət sızıltıya, düşkünlüyə çevrilmir. Şairin Təbriz qəzəlləri xalq 
dərdinin, böyük insan arzularının, işıqlı bir dünya həsrətinin bəzən yanıqlı, 
bəzən də qəzəbli səslənən rübabıdır. 
"Seçilmiş əsərləri"nin II cildində şairin geniş bir silsilə təşkil edən Cənub 
mövzulu şeirlərlə yanaşı, həmçinin poemaları, eləcə də xatirələri toplanmışdır. 
 
 
 
 
ISBN 9952-418-57-1 
© "ŞƏRQ-QƏRB", 2005 
  
  
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
 
 
 
 
 



  
_Azərbaycan Milli Kitabxanası  
 
 
DİLIMƏ DƏYMƏ 
TƏBRİZİM 
 
Baxdıqca hüsnünə doymayır gözüm, 
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
 
Qoymaram yadları girsin qoynuna, 
İzin ver qolumu salım boynuna! 
Sənin bayramına, sənin toyuna 
Dili bir, qanı bir qardaşın gəlib, 
Dərdinə aşina sirdaşın gəlib. 
 
Sən çıxdın qarşıma duzla, çörəklə, 
Bağından dərdiyin güllə, çiçəklə, 
İkiyə bölünməz saf bir ürəklə, 
Təbrizim, Təbrizim, aman Təbrizim, 
Yox olsun başından duman, Təbrizim! 
 
Qədrini ayrılıq çəkənlər bilər, 
Hicranda göz yaşı tökənlər bilər
Ömrünə qaranlıq çökənlər bilər, 
Bağından gül-çiçək dərdim, Təbrizim, 
Yenə təzələndi dərdim, Təbrizim! 
 
Nə qəşəngdir yol boyunca söyüdlər, 
Söyüdlərin kölgəsində igidlər 
Babalardan dinləyirlər öyüdlər, 
Coşur damarlarda qanı, Təbrizim, 
Yoxdur bu mərdlərin sanı, Təbrizim! 
 
Ağlasan ağlaram, gülsən gülərəm, 
Yaşasan yaşaram, ölsən ölərəm, 
Varımı səninlə yarı bölərəm, 
Gəl bir də üzündən öpüm, Təbrizim! 
Başına gül-çiçək səpim, Təbrizim! 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
Nədir o, mənalı, dərin baxışlar?  
Nədir gözlərindən yağan yağışlar?  
Nədir qəlbindəki payızlar, qışlar?  
Yetimtək boynunu burma, Təbrizim!  
Məlul-məlul baxıb durma, Təbrizim! 
 
Sənin çiçəyinə, gülünə qurban!  
Mənə qardaş deyən dilinə qurban!  
Vətəninə qurban, elinə qurban!  
Baxdıqca hüsnünə doymayır gözüm,  
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
 
DİLİMƏ DƏYMƏ 
 
Mən sənin dilinə dəymirəm, cəllad,  
Gəl sən də bu ana dilimə dəymə!  
Sənin də bağın var, gülün var, çəkin,  
Bağımda əkdiyim gülümə dəymə! 
 
Həsədlərlə baxdın çəmənimə sən,  
Gör bir nələr etdin vətənimə sən,  
Yan - deyib, od vurdun bədənimə sən,  
Altında atəş var, külümə dəymə! 
 
Mən ağa ağ dedim, qaraya qara,  
Sən məni istədin çəkəsən dara,  
Yenicə sağalır vurduğun yara,  
Mənim bu yaralı könlümə dəymə! 
 
                               ANAM DİLLİ QARDAŞIM 
 
Dinlə qan qardaşını, qabar əlli qardaşım  
Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,  
Görürəm ki, qanından rəng alıbdır dan yeri,  
Dərdli, qəmli kamanı ürək telli qardaşım. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
Azadlıq günəşindən can gəlsin torpağına,  
Təbrizli, savalanlı, ərdəbilli qardaşım.  
Uzun illər kilidli dilin açıldı artıq,  
Doğma anam laylalı, anam dilli qardaşım! 
 
YAD GÜL DƏRƏ BİLMƏZ 
 
Yad gül dərə bilməz çəmənimdən,  
Heç qüvvə ayırmaz məni bir an  
Öz doğma elimdən, Vətənimdən. 
 
Hər yerdə günəşdir mənə bayraq  
Baş əymərəm aləm yağı olsa,  
Qan axsa da sel tək bədənimdən. 
 
Ölsəm qalacaqdır əməlim sağ,  
Düşmən mənə əl vursa, əminəm,  
Atəş açılacaqdır kəfənimdən. 
 
Heç qüvvə ayırmaz məni bir an  
Öz doğma elimdən, Vətənimdən. 
 
YASİN ƏVƏZİNƏ 
 
Ürəyimin yaxınları, eşidin,  
Diləyimin yaxınları, eşidin:  
İllər yaman artırır bu yaşımı.  
Ya tez, ya gec yerə qoysam başımı,  
Nə ağlayın, nə də fəryad qoparın,  
Vədinizə əməl edin, nəhayət,  
Məni Araz sahilinə aparın.  
İllərdir ki, qəlbimdədir bu həsrət.  
Məzarımı o torpaqda qazdırın,  
Göz yaşımdan yaratmışam bu çayı.  
Məni üzü Təbriz sarı basdırın,  
Qibləm olsun Arazımın o tayı,  
Ancaq, yalnız bircə bunu etməyin
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə