Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
  1   2   3   4   5   6   7   8   9   ...   35



 
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
FOLKLOR ĠNSTĠTUTU 
_______________________________________ 
 
 
ƏFZƏLƏDDĠN ƏSGƏR 
 
 
 
 
 
 
AZƏRBAYCAN  
SEHRLĠ NAĞILLARINDA 
QƏHRƏMAN 
  
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2017



 
  
 
 
Elmi redaktor:          Səkinə Qaybalıyeva  
                                    filologiya üzrə fəlsəfə doktoru  
 
Rəyçilər:                     Oruc Əliyev 
                                     filologiya üzrə fəlsəfə doktoru, dos. 
                                     Rza Xəlilov 
                                     filologiya üzrə fəlsəfə doktoru, dos.  
 
 
 
 
 
Əfzələddin  Əsgər.  Azərbaycan  sehrli  nağıllarında 
qəhrəman, Bakı, Elm və təhsil, 2017,   -116 səh. 
 
“Azərbaycan sehrli nağıllarında qəhrəman: səciyyəsi və mənşəyi” 
adlı  araşdırmada  sehrli  nağıl  qəhrəmanlarının  səciyyəvi  xüsusiyyətləri 
və  onların  arxaik  semantikasından  bəhs  olunur.  Monoqrafiyada  kiçik 
qardaş surəti, komik personajlar və bahadır surətləri tədqiq edilir. 
 
folklor.az 
 
Ə
 4603000000 Qrifli nəşr 
     N-098-2017 
 
© Folklor İnstitutu 
© Ə.Əsgər 
 



 
MÜƏLLĠFDƏN 
 
Oxuculara  təqdim  olunan  bu  kitab  müəllifin  filologiya 
üzrə fəlsəfə doktorluğu işidir. Tədqiqat işi 1988-1990-cı  illər 
arasında  yazılmışdır.  Araşdırmada  sehrli  nağıl  qəhrəmanla-
rının səciyyəvi xüsusiyyətləri və onların arxaik semantikasın-
dan bəhs olunur. Araşdırmanı nəşrə hazırlayarkən bəzi məsə-
lələrə  o  dövrkü  baxışımız  bizə  sadəlövh  göründü.  Bundan 
başqa,  araşdırma  üsulunda  buraxılan  bəzi  səhvləri  də  gör-
məmək  mümkün  deyil.  Ancaq  biz  çox  xırda  düzəlişlərlə  ki-
fayətləndik.    Bu  şəkildə  hərəkət  edərkən  ilk  qələm  təcrübəsi 
saydığımız  bu  işə  30  il  sonrakı  düşüncədən  gələn  fikirləri 
calaq  etmək  istəmədik  və  oxucuya  bizim  80-ci  illərin  so-
nundakı “halımız”ı görmək imkanı yaratdıq.  
Kitabın nəşrində Folklor İnstitutunun bizə yaxından kö-
mək etmiş əməkdaşlarına – Gülnar İsmayılova, Elnarə Əmirli, 
Həlimə  Əhmədova  və  Səkinə  Qaybalıyevaya  dərin  təşəkkür 
edirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
G Ġ R Ġ ġ 
 
Nağıllar  epik  folklorun  iri  həcmli  janrlarından  biridir.  Xalq 
arasında çox sevilən nağılların araşdırılması xalqın mədəniyyətinin, 
dünyagörüşünün, məişətinin, bütövlükdə xalqın özünün öyrənilmə-
si  işinə  əhəmiyyətli  yardım  göstərə  bilər.  Bu  baxımdan  “folklor” 
anlayışını “xalq” anlayışı ilə eyniləşdirənlər haqlıdırlar (118,18). 
Nağılların, xüsusilə sehrli nağılların poetikasına aid SSRİ-
də  və  xarici  ölkələrdə  bir  çox  sanballı  araşdırmalar  vardır. 
Azərbaycanda isə sehrli nağıllar (bəzi araşdırmaları çıxmaq şərti 
ilə) sosioloji baxımdan araşdırılmışdır. Ona görə də Azərbaycan 
sehrli  nağıllarının  mənşəyinin, poetikasının,  etnik  mədəniyyətlə 
bağlılığının və s. öyrənilməsi müasir folklorşünaslığın qarşısında 
duran vəzifələrdəndir. 
Sehrli nağıllar poetik strukturuna görə, demək olar ki, bütün 
dünya  xalqlarında  oxşardır  (bax:  158).  Bundan  başqa,  müəyyən 
süjet tipinə daxil olan sehrli nağıllar bir çox dünya xalqları arasın-
da yayılmışdır. Buna baxmayaraq, nağılların milli özünəməxsuslu-
ğunu sübut edə biləcək elmi üsullar  mövcuddur. Sehrli nağılların 
poetikasının ayrı-ayrı motivlərdən formalaşması məsələsini araşdı-
ran  Amerika  alimi  A.Dandis  sehrli  nağılların  etnik  mədəniyyətlə 
bağlılığını müəyyənləşdirmək üçün sehrli nağıllarda mövcud olan 
motivləri  həmin  etnik  mədəniyyətə  məxsus  inamlarla,  eləcə  də 
başqa  folklor  janrları  ilə  müqayisə  etmək  məsələsini  irəli  sürür. 
Müəllifin fikrincə, “tipoloji müşahidələr, öz növbəsində, folklorşü-
naslara məzmunun məlum mədəniyyətdən asılı olduğunu təhlil et-
məyə, mədəniyyət  mübadiləsini irəlicədən söyləməyə və krosjanr 
müqayisəsinə girişməyə imkan verir” (93,192-193). 
Bundan  başqa,  sehrli  nağılların  milli  özünəməxsusluğu 
onun surətlərində daha açıq şəkildə özünü göstərir. Hətta başqa 
bir  xalqdan  alınmış  nağıl  süjetləri  həmin  millətin  arxaik  təsə-
vvürlərinə  məxsus  şəkildə  dəyişdirilir;  nağılın  surətləri  həmin 
etnik  mədəniyyətə  aid  olan  sosial  proseslər,  eləcə  də  mifoloji 
təsəvvürlərin daşıyıcısı olur. 



 
Qeyd  olunan  səbəblərlə  bağlı  olaraq  hazırkı  dissertasiya 
işində  sehrli  nağılların  baş  qəhrəmanının  səciyyəvi  cəhətləri  və 
onların  cəmiyyətdə baş  verən  sosial proseslər və bu sosial pro-
seslərin  üzərində  formalaşan  etnik  mədəniyyət  kontekstində 
mənşəyi  araşdırılır.  Bu  problem  araşdırılarkən  məsələyə  müm-
kün  qədər  sistemli  yanaşmağa  çalışılmışdır.  Belə  yanaşma 
araşdırılan hər hansı bir sehrli nağıl surətinin etnik mədəniyyətlə 
bağlı  bir neçə  layını aşkarlamağa  yardım edir. Bu zaman sehrli 
nağıl  surətinin  (və  ya  hər  hansı  bir  nağıl  motivinin)  etnik 
mədəniyyətdə  müxtəlif  səviyyələrdə  (etnoqrafiyada,  mi-
fologiyada, inamlarda və s.) təzahürü üzə çıxır. 
Sivil  dünyanın  bugünkü  mərhələsində  keçmişə  qayıtmaq, 
çağdaş  mədəniyyətin  tarixi  köklərini  araşdırmaq  xüsusi  əhə-
miyyətdaşıyır.  Bu  cür  araşdırmalar,  bir  tərəfdən  ilkin  mədə-
niyyət  formalarını  aşkara  çıxarmaqla  onların  tarixi  inkişaf  pro-
sesində məruz qaldığı dəyişiklikləri öyrənməyə imkan verir. 
Hər  bir  xalq  öz  mədəniyyətinin,  əxlaqının,  təfəkkürünün, 
dünyagörüşünün,  həyat  tərzinin,  bütövlükdə  etnik  mədə-
niyyətinin özünəməxsusluğu ilə böyükdür. Xalqın bir xalq kimi 
mövcudluğu  bu  etnik  mədəniyyətin  mövcudluğundan  asılıdır. 
Etnik mədəni dəyərlərin ölməsi xalqın tarix səhnəsindən çıxması 
ilə nəticələnir. Tarixdən məlum olan bir çox xalqların assimilya-
siyası məhz sözügedən dəyərlərin itirilməsi ilə bağlı olmuşdur. 
Folklor etnik mədəniyyətin elə bir layıdır ki, burada etnik 
mədəni dəyərlər daha bariz şəkildə üzə çıxır. Bu cəhət xalq ədə-
biyyatına  daxil  olan  sehrli  nağıllara  da  aiddir.  Bu  baxımdan 
sehrli  nağıllarımızın araşdırılması etnik  mədəniyyətimizin öyrə-
nilməsinə  böyük  yardım  göstərə  bilər.  Bu  cəhətdən  Azərbayca-
nın  görkəmli  alim  və  yazıçısı  Y.V.Çəmənzəminlinin  aşağıdakı 
fikri  bu  gün  də  aktualdır:  “Xalq  ədəbiyyatımızın  tədqiqi  yalnız 
bizim üçün deyil, bütün insaniyyət tarixinə yeni bir səhifə əlavə 
edəcəyinə iman edənlərdənəm, çünki dünyanın ən qədim mədə-
niyyətlərindən  birinin  beşiyi  Kür  ilə  Araz  çaylarının  arası  ol-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə