Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə1/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   97



AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 

HÜSEYN CAVĠDĠN EV MUZEYĠ 

 

 



 

 

MƏMMƏD CƏFƏR 

 

 

 



 

 

 



 

 

 



 

HÜSEYN CAVĠD 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Bakı - 2016


AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının  

qərarı ilə  nəşr olunur 

 

 

  İdeya müəllifi: 

 

İSA HƏBİBBƏYLİ 



     

                  AMEA-nın vitse-prezidenti, akademik  

 

                                           Elmi redaktor: 



 

TEYMUR KƏRİMLİ 



   AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,     

 akademik 

 

  Tərtibçi və ön sözün müəllifi: 

 

                            GÜLBƏNİZ BABAXANLI 



 AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru,  

Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru 

  

     



 

Məmməd Cəfər. Hüseyn Cavid. – Bakı, 2016. – 310 s. 

 

Kitab  Hüseyn  Cavidin  ilk,  mükəmməl  tədqiqatçısı  görkəmli 



tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfərin  1960-cı ildə çap olunmuş 

eyni  adlı  monoqrafiyasının  AMEA  Hüseyn  Cavidin  Ev  Muzeyinin 

əməkdaşları  tərəfindən  latın  qrafikası  ilə  hazırlanmış  ilk    nəşridir. 

Cavidşünaslığın  bir  elm kimi  formalaşmasında  mühüm  rol  oynayan 

bu  kitab,  Hüseyn  Cavid  yaradıcılığına  müraciət  edən  əksər 

tədqiqatçılar üçün etibarlı mənbədir. 


 



BÖYÜK CAVĠDġÜNAS MƏMMƏD CƏFƏR 



 

Hüseyn Cavid yaradıcılığının ilk, mükəmməl tədqiqatçısı 

görkəmli  tənqidçi-ədəbiyyatşünas  Məmməd  Cəfər  Cəfərov 

olmuşdur.  Onun  1960-cı  ildə  çap  olunan    «Hüseyn  Cavid» 

monoqrafiyası  Cavidşünaslığın  bir  elm  kimi  formalaşmasında 

mühüm  rol  oynadı.  Sonrakı  illərdə  H.Cavid  yaradıcılığına 

müraciət  edən  əksər  tədqiqatçılar  üçün  bu  kitab  ən  etibarlı 

mənbə rolunu oynadı.  

M.Cəfərin  «Hüseyn  Cavid»  monoqrafiyası  çap  olunana 

kimi,  1957-1959-cu  illərdə  H.Cavid  yaradıcılığı  ilə  bağlı 

«Böyük  şair-dramaturq»,  «Hüseyn  Cavidin  sovet  dövrü 

yaradıcılığı»,  «Hüseyn  Cavid»  məqalələri  dərc  edilmişdi. 

«Hüseyn  Cavid»  monoqrafiyası  çap  olunandan  sonra  da 

M.Cəfər H.Cavidlə bağlı tədqiqatlarını davam etdirdi. 

«Hüseyn  Cavid»  monoqrafiyası  Giriş  və  beş  fəsildən 

ibarətdir.  Birinci  fəsildə  H.Cavidin  həyatı,  ədəbi  mühiti  və  ilk 

qələm təcrüğələri haqqında danışılır. Tədqiqatçı «Şeyx Sənan» 

da  daxil  olmaqla  bu  dövrü  onun  yaradıcılığının  birinci  dövrü 

kimi səciyyələndirir. İkinci fəsil «Yaradıcılığının ikinci dövrü» 

adlandırılır  və  bu  fəsildə,  müəllif  Cavidin  imperialist 

müharibəsi  əleyhinə  yazdığı  şeirləri,  «Şeyda»,  «Uçurum»  və 

«İblis» faciələrindən söz açır.  M.Cəfərin «Məfkurəvi tərəddüd 

illəri»  adlandırdığı  üçüncü  fəsildə  «Peyğəmbər»,  «Afət»  və 

«Topal Teymur»  əsərləri tədqiq olunur.  «Cavid  yaradıcılığının 

yeni  dövrü»  adlı  dördüncü  fəsildə  «Azər»  dastanı,  «Knyaz», 

«Səyavuş»,  «Xəyyam»,  «İblisin  intiqamı»  əsərləri  təhlil 

hədəfinə  çevrilir.  Nəhayət,  beşinci  fəsildə  Cavid  dramlarında 

sənətkarlıq xüsusiyyətlərindən söz açılır. 

Göründüyü  kimi,  M.Cəfər  ənənəvi    ədəbiyyatşünaslıq 

modelinə  sadiq  qalmışdır.  O,  H.Cavidin  yaradıcılıq  yolunu 

ayrı-ayrı  dövrlər  üzrə  izləmiş  və  Cavidin  öz  əsərlərində 

qaldırdığı problemləri onun ayrı-ayrı pyeslərinin təhlili zamanı 

nəzərə  çarpdırır.  Bu  üsul,  ədəbiyyatşünaslıqda  dəfələrlə 



 

sınanmışdır,  ənənəvi  görünsə  də,  hər  halda,  müəllifin 



kimliyindən də çox asılıdır. 

Moqoqrafiyanın  «Giriş»  hissəsində  müəllif  Cavid 

yaradıcılığına  ümumi  bir  nəzər  yetirir,  20-30-cu  illərdə  onun 

əsərlərinə marksist tənqidin münasibəti üzərində dayanır.  

Qeyd  edək  ki,  «Hüseyn  Cavid»  monoqrafiyası  sovet 

dövründə 

yazılmışdı  və  təbii  ki,  M.Cəfər  Cavidi 

qiymətləndirərkən  bəzi  məlum  ştamplardan  xilas 

ola 

bilməmişdi.  Ona  görə  də  istər  «Giriş»də,  istərsə  də 



monoqrafiyanın  digər  fəsillərində  Cavid  yaradıcılığındakı 

ziddiyyətlərdən,  tərəddülərdən,  ciddi  ideya  səhvlərindən  söz 

açmaq təbii idi.  

Marksist  tənqidin  Cavid  yaradıcılığına  münasibətinə 

gəldikdə  isə,  burada  da  bəzi  yanılmalar  diqqəti  cəlb  edir.  

Məsələn,  o,  Cavidin  yaradıcılığı  ilə  məşğul  olan  ilk  tənqidçi 

kimi  Hənəfi  Zeynallının  adını  çəkir  və  əlbəttə,  səhv  eləmir, 

onun  məqalələrinin  məziyyətlərini  də  qeyd  edir.  Lakin 

«H.Zeynallı  çox  vaxt  Cavidin  yaradıcılığına  birtərəfli 

yanaşırdı.  Onun  bu  məqalələrində    1920-1926-cı  illərdə  yeni 

həyata  çox  laqeyd  münasibət  bəsləyən  Cavidə  keçmiş 

xidmətlərinə  görə  bir  növ,  bəraət  qazandırmaq  meyli  var  idi» 

fikri  ilə  razılaşmaq  olmaz.  Göstərilən  dövrdə  Cavid 

«Peyğəmbər» və  «Topal Teymur» kimi əsərlərini  yazmışdı və 

bu əsərlər onun yaradıcılığında tamam yeni səhifələr idi, Cavid 

müasir  həyatın  bir  çox  suallarına  tarixdə  cavab  axtarırdı  və 

H.Zeynallı  «Peyğəmbər»  əsərində  «çox  parlaq»  bir  müasirlik 

görürdüsə,  burda  heç  bir  «mücərrəd  insanpərvərlikdən»,  «dini 

modernizə etmək təşəbbüslərindən» söhbət gedə bilməzdi. 

M.Cəfər  marksist  tənqidçi  Mustafa  Quliyevin  Cavid 

yaradıcılığı  ilə  bağlı  məqalələrini  təqdir  edir  və  yazır  ki,  «O, 

Cavidi səhv addımlarına görə hamıdan artıq kəskinliklə, bəzən 

də çox amansız şəkildə tənqid edirdi. Lakin bu, əsasən səmimi, 

haqlı,  ədalətli  və  hər  cür  yersiz  hücumlardan,  qərəzçilikdən 

uzaq olan obyektiv marksist tənqid idi». Halbuki, belə deyildir 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə