Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
  1   2   3   4   5   6   7   8   9   ...   47


 
AZƏRBAYCAN  MĠLLĠ  ELMLƏR AKADEMĠYASI 
MEMARLIQ VƏ ĠNCƏSƏNƏT  ĠNĠSTĠTUTU 
 
 
 
 
 
 
MƏLAHƏT  AĞAYEVA 
 
 
 
 
 
 
 
BƏXTĠYAR VAHABZADƏ PYESLƏRĠNĠN 
 
SƏHNƏ TALEYĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2013 
 


 
 

AMEA-nın  Memarlıq  və  İncəsənət  İnstitutunun  Elmi 
Şurasının  17  may  2013-cü  il  tarixli  iclasının  qərarı  ilə  çap 
olunmuşdur (protokol №2)                               
 
 
Elmi redaktor:                                                     Ġnqilab Kərimov                                                                                                                          
                                                                
                                            Sənətşünaslıq doktoru, 
                                                       professor, AMEA-nın müxbir üzvü    
 
 
Rəyçilər:                                                              Nərminə Ağayeva 
                                                       Sənətşünaslıq üzrə fəlsəfə doktoru 
 
       Rəcəb Məmmədov              
                                                       Sənətşünaslıq üzrə fəlsəfə doktoru 
                                                 
Məlahət Ağayeva.  Bəxtiyar Vahabzadə pyeslərinin səhnə taleyi.      
“Xəzər Universiteti” nəşriyyatı, Bakı,  2013, 158səh. 
 
     Sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru  Məlahət  Ağayevanın  “Bəxtiyar 
Vahabzadə  pyeslərinin  səhnə  taleyi”  monoqrafiyası  milli  teatrşünaslığı-
mızda  ayrılıqda  bu  mövzuya  həsr  olunmuş  ilk  tədqiqatdır.  Kitabda  xalq 
şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai xadim B.Vahabvzadənin 
pyeslərinin  səhnə  taleyindən    danışılır,  həmin  tamaşaların  rejissor  işi, 
aktyor oyunu, musiqi və bədii tərtibatı təhlilə çəkilir. Şairin dramaturgiya-
sının  ötən  əsrin  ikinci  yarısı  və  əsrimizin  əvvəllərində  milli  teatr  prosesi-
mizin  genişlənməsində  məxsusi  rol  oynadığı,  milli  mədəniyyətimizin 
inkişafındakı xidmətləri qeyd edilir. 
    Monoqrafiya  teatr  və  dramatrugiya  ilə  məşğul  olan  mütəxəssislər, 
müvafiq  ixtisaslar  üzrə  təhsil  alan  tələbələr,  eləcə  də  mədəniyyətimizlə 
maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.    
 
ISBN-
978-9952-8209-7-3 
 
© M.Ağayeva 


 
 

B
əxtiyar 
V
ahabzadə əsərlərinə bir baxış 
 
          Bəxtiyar  Vahabzadə  Azərbaycanın  müasir  ictimai  fikrini 
formalaşdıran  şəxsiyyətlərdəndir.  Görkəmli  sənətkar  həm  içtimai, 
elmi-pedoqoji fəaliyyəti, həm də geniş və zəngin bədii yaradıcılığı ilə 
milli  mədəniyyətimizin  inkişafında,  xalqımızın  milli  özünüdərkində 
mühüm  rol  oynamışdır.  Onun  hər  zaman  ictimai  səciyyəsi,  fəlsəfi 
dərinliyi,  humanizmə,  mənəvi  saflığa,  vətənpərvərliyə  çağırışı  ilə 
seçilən  əsərləri  bu  gün  də  öz  aktuallığını  qorumaqdadır.  Həmin 
sırada,  sənətkarın  Azərbaycanın  teatr  və  dramaturgiyasının  inkişafı-
na böyük təsir göstərmiş dramaturgiyası ayrıca yer tutur.  
          Monoqrafiyadan  da  göründüyü  kimi  B.Vahabzadə  pyeslərini, 
onların  səhnə  taleyini  dərindən  öyrənən  müəllif  monoqrafiyanı  üç 
fəslə  bölür,  şair-dramaturqun  yaradıcılığını  üç  istiqamətdə  araşdırır 
və maraqlı elmi qənaətlər əldə edir.  
          Monoqrafiyanın qiymətli cəhətlərindən biri də odur ki, müəllif 
B.Vahabzadənin  dramaturji  yaradıcılığına  əlahiddə  baxmır,  onu 
ümumi  kontekstdən  ayırmır,  onun  pyeslərinin  səhnə  həyatını  vahid 
milli teatr prosesinin tərkib hissəsi kimi nəzərdən keçirir. Bununla da 
müəllif  təkcə  B.Vahabzadə  əsərlərinin  səhnə  təcəssümünü  deyil, 
demək  olar  ki,  Azərbaycan  teatrının  yarım  əsirlik  dövrünün  ümumi 
elmi-tarixi mənzərəsini yaratmağa çalışır. 
          Bu  baxımdan  M.  Ağayevanın  milli  teatrımızda  lirik-psixoloji 
üslubun  meydana  gəlməsi  və  təşəkkülü  prosesi,  xüsusən  də 
dramaturgiyamızda  bu  üslubun  bünövrəsini  qoymuş  İlyas 
Əfəndiyevin  yaradıcılığı  haqqında  mülahizələri  öz  elmi-nəzəri 
səciyyəsi ilə diqqəti cəlb edir. Müəllif “Bəxtiyar Vahabzadənin lirik-
psixoloji  pyeslərinin  səhnə  həlli”  adlandırdığı  birinci  fəsli  beş 
yarımfəslə bölərək ədibin Azərbaycan Dövlət Akademik Milli Dram 
Teatrında  səhnə  təcəssümü  tapmış  müasir  mövzulu  pyeslərini  ayrı-
ayrılıqda  araşdırma  obyektinə  çevirir,  tamaşaları  geniş  təhlil  edərək 
onların  ətraflı  elmi-tənqidi  şərhini  verir.Və  haqlı  olaraq  belə  bir 
nəticəyə gəlir ki, “B.Vahabzadənin öz fəlsəfi dərinliyi, ictimai-sosial 
yönü və kəskin publisistikası ilə diqqəti cəlb edən müasir mövzularda 
qələmə  aldığı  “İkinci  səs”,  “Yağışdan  sonra”,  “Yollara  iz  düşür”, 


 
 

“Hara  gedir  bu  dünya?”,  “Cəzasız  günah”,  “Rəqabət”  kimi  lirik-
psixoloji  pyesləri  günün  aktual  problemlərindən,  müasirlərimizin 
daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən 
söz  açmaqla  gerçəkliyin  ən  müxtəlif  tərəflərinə  diqqət  cəlb  etmiş, 
layiqli    səhnə  təcəssümünü  taparaq,  yarım  əsrə  yaxın  Azərbaycan 
səhnəsindən düşməmişdir.” 
         Müəllif  dörd  yarımfəsildə  əhatə  etdiyi  ikinci  fəsli  “Şair-
dramaturqun  tarixi  pyeslərinin  səhnə  təcəssümü”  adlandırır.  Bu 
fəsildə  müəllif  adından  da  göründüyü  kimi,  B.Vahabzadənin  tarixi 
mövzulu pyesləri əsasında hazırlanmış tamaşalardan bəhs edir. 
        Müəllif  burada  şair-dramaturqun    tarixi  mövzulu  pyeslər 
yazmasının  zəminində  onun  poeziyasının  durduğunu  vurğulayaraq, 
bu  yolun  “Gülüstan”,  “Şəbi-hicran”,  “Muğam”,  “Ağlar-güləyən” 
kimi poemalardan başladığını tutarlı arqumentlərlə əsaslandıra bilir. 
      B.Vahabzadənin  öz  tarixi  dramları  ilə  mənzum  pyes  və  poetik 
teatrın  ənənələrini  davam  və  inkişaf  etdirməsi  də  müəllifin 
nəzərindən qaçmır və o, şairi  H.Cavid,  S. Vurğun ənənələrinə sadiq 
sənətkar kimi dəyərləndirir. 
       Şair-dramaturqun  tarixi  mövzulu  pyeslərini  ümumiləşdirən 
müəllif düzgün qeyd edir ki, “onun tarixi  dramlarının qəhrəmanları 
da  lirik-psixoloji  pyeslərində  olduğu  kimi,  öz  hərəkətlərində  və 
düşüncələrində  psixoloji  əsasa  malikdirlər.  B.Vahabzadə  psixoloji 
dram  ölçülərini  uğurla  tarixi  mövzulu  dramlarına  da  gətirə  bilir  və 
bununla milli teatrda tarixi dram ənənələrini inkişaf etdirir.” 
      Monoqrafiyanın    üçüncü  fəsli  “Bəxtiyar  Vahabzadə  pyeslərinin 
səhnə  coğrafiyası”  adlanır.  Üç  yarımfəsildən  ibarət  olan  bu  fəsildə 
B.Vahabzadənin  əyalət  teatrlarında  tamaşaya  qoyulmuş  əsərlərini 
tədqiqata  cəlb  etməklə  müəllif  şair-dramaturqun  səhnə  təcəssümü 
tapmış  bütün  əsərlərini  əhatə  etmək,  onların  tam  mənzərəsini 
yaratmaq  iddiasını  bir  daha  ortaya  qoyur.  Müəllif  bunu  həm  də 
B.Vahabzadənin  yaradıcılığı  ilə  bağlı,  əlli  ildən  artıq  bir  dövrü  əks 
etdirən  zəngin  faktoqrafiq  material  toplamaqla  və  onlardan  səriştəli 
şəkildə bəhrələnməklə edir.  Bu isə sözsüz ki, monoqrafiyanın  elmi 
dəyərini artırmış olur.  
        


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə