Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı



Yüklə 223,91 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü223,91 Kb.
#52251


 

 



 

Nuralı Çələbiyev 

             

 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı  

 

      



 Psixologiya üzrə fəlsəfə doktoru, dosent 

“Qızıl qələm” mükafatı laureatı 

                   

M.F.Axundzadənin ədəbi irsində bədii tip və 

 xarakterlərin psixoloji səciyyəsi 

 

 



 

Azərbaycan  mədəniyyətinin,  ictimai-fəlsəfi  və  ədəbi-tənqidi  fikrinin 

görkəmli  nümayəndəsi  M.F.Axundzadənin    ədəbi  -bədii  irsi  özündən  sonrakı 

maarifçi  realist  ədəbiyyatın  inkişafında  və  ziyalılar  nəslinin    yetişməsində 

müstəsna rol oynamışdır. 

 

M.F.Axundzadə milli zülmün, istibdad və irticanın, despotizm və cəhalətin 



hökm sürdüyü mürəkkəb bir şəraitdə dövrün aktual problemlərini tam kəskinliyi ilə 

tənqid  etmiş,  azadlıq,  demokratiya  və  maarifçilik  uğrunda  fəal  mübarizə 

aparmışdır. O, cəhalət yuxusunda mürgüləyən qoca Şərqin səmasında yeni  parlaq 

ulduz  kimi  görünərək  bütün  şüurlu  həyatını  müsəlman  şərqini  çoxəsirlik  qəflət 

yuxusundan  oyatmaq,  ictimai  və  milli  intibah  yoluna  çıxarmaq  uğrunda  fəal 

mübarizəyə  həsr  etmişdir.  M.F.Axundzadənin  xalq  qarşısında  tarixi  xidmətlərini 

yüksək  qiymətləndirən  tanınmış  yazıçı  Əbdürrəhim  bəy  Haqverdiyev  yazmışdır: 

“Xaç  və  medallarla  bəzədilmiş  paltarın  altında  od  tutub  alışmaqda  olan  bir  ürək 

döyünməkdə idi”. 

 

M.F.Axundzadə  görkəmli  dramaturq,  nasir  və  realist  ədəbiyyatın  qüdrətli 



simalarından  biri  kimi  Şərq  xalqlarının  milli  intibahında,  mədəni  və  mənəvi 

tərəqqisində böyük səy göstərmiş, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs 

qoymuşdur.  Özünün  komediyaları,  povest  və  fəlsəfi  traktatı  ilə  mükəmməl  bir 

sənət  nümunəsi  yaratmış  görkəmli  mütəfəkkirin  yaradıcılıq  nümunələri  təbii 

koloriti,  sadə,  incə  dili    və  özünəməxsus  üslubu  ilə  seçilir.  Böyük    sənətkarın 

demokratik  fikirləri,  maarifçilik  və  tərəqqipərvərlik  ideyalları  bədii  nəsr  janrında 

yeni vüsət, yeni məna dərinliyi, yeni qüdrət, yeni təsir gücü, yeni siyasi kəskinlik 

kəsb  etmişdir.  (6,169)  M.F.Axundzadənin  ədəbi-bədii  irsində  müxtəlif  insan 




 

 



 

xarakterlərinin    çoxcəhətli palitrası bitkinliyi  ilə diqqəti xüsusi  cəlb  edir.  O,  yeni 

realist satirik nəsrin əsasını qoymuş, Azərbaycan klassik bədii nəsrini yeni inkişaf 

mərhələsinə  qaldırmışdır.  O,  öz  əsərlərində  əsas  və  səciyyəvi  məqamları  ikinci 

dərəcəli  hadisələr  kompleksindən  seçib  ayıraraq,  tipik  hadisələri  öz  tipikliyi  ilə 

canlandıraraq  mükəmməl  bədii    tiplər  və  xarakter  yaradıcılığında  mahir  bir 

sənətkar  kimi  hərəkət  etmişdir.  Onun  qəhrəmanlarının,  bədii  obraz  və  tiplərinin 

dramatik  xarakterləri  standart  psixoloji  çərçivəyə  sığmır.  İnsan  xarakterini  yaxşı 

bilən  mütəfəkkirin  bir  çox  qəhrəmanları  tipoloji  baxımdan  təzadlı  xarakter 

əlamətlərinə  malikdirlər.  Dələduzun  “düzgünlüyü”,  oğrunun  “qüruru”,  qorxağın 

“şücaəti”, xəsisin “işgüzarlığı” və “ciddiliyi”  böyük mütəfəkkirin komedyalarında 

özünün  təbii -psixoloji çalarları ilə aydın seçilir. Xan, bəy, naçalnik  kimi əsilzadə 

və rütbə sahiblərini satirik atəşə tutan M.F.Axundzadə onların əsl simasını, daxili 

aləminin psixoloji çalarlarını həssas müşahidəçi kimi açmağa, bədii dil ölçüləri ilə 

canlandırmağa  nail  olmuşdur.  Böyük  mütəfəkkirin  bütün  komediyalarında  bir  –

birindən  fərqlənən  çoxsaylı  insan  tipləri  və  xarakterləri  diqqəti  cəlb  edir. 

M.F.Axundzadənin  bədii  tipləri  sırasında  kütbeyin  hakimlər,  tufeyli  və  müflis 

bəylər,  sələmçi  tacirlər,  fırıldaqçı  və  ziyankar  mollalar,  rüşvətxor  çap  məmurları, 

var-dövlət  hərisi olan  haramzadə  zərgərlər, saxtakar  məhkəmə  vəkilləri  və s.  əsas 

yer tutur.  “Səgüzəşti – mərdi xəsis” (“Hacı Qara”) adlanan komediyasında müəllif 

Hacı  Qaranı  xəsis  bir  tip  kimi  səciyyələndirilmiş,  onun  bu  xüsusiyyətlərini  

aksentuativ  səpkidə    çox  qabarıq  əks  etdirməyə  nail    olmuşdur.  Biz  Hacı  Qara 

obrazında  qatı xəsisə məxsus olan tipoloji əlamətləri aydın görürük. Özünün fərdi  

keyfiyyətlərinə  görə  Hacı  Qara  özündən  əvvəlki  xəsis  sələflərini  qabaqlayır. 

Bununla  belə,  böyük  dramaturq  Hacı  Qaranın  xəsis  obrazı  daxilində  idealdan 

tamamilə uzaq, lakin  cəmiyyət üçün bütövlükdə heç də tam yararsız olmayan bir 

bədii  tip  yaratmağa  nail  olmuşdur.M.F.Axundzadənin  Hacı  Qarası  xəsis,  xırdaçı, 

yalançı, hiyləgər, qorxaq olmaqla yanaşı, həm də çalışqan, ayıq və işgüzardır. 

Böyük  mütəfəkkirin bədii tiplərindən olan Heydər bəy ağalığının məhv olub 

getməsi nəticəsində müflisləşərək yoxsul vəziyyətə düşməsi  ilə barışa bilmir, öz 

keçmişini  ürək  ağrısı  ilə  xatırlayır.  Oğurluq,  quldurluq  etmək  yolu  ilə  düşdüyü 



 

 



 

vəziyyətdən  çıxmağa,  nişanlısı  Sona  xanımla  ailə  həyatı  qurmaq  üçün  toy  xərci 

tədarük  etməyə  görə  o,  hər  şeyə  hazırdır.  Heydər  bəy  qürurlu  və  mərddir, 

yoldaşlıqda etibarlıdır, sevgisində sadiqdir. (1,52) 

XIX əsrin sosial-iqtisadi, ictimai-siyasi, həyatından məlumdur ki, bu dövrdə 

Azərbaycan bəyliyi iflas mərhələsini keçirir. Əsrin istismarçı zümrəsini təşkil edən 

bəylər  də  öz  məşğuliyyətlərini  əsasən,  oğruluq,  quldurluq,  eyş-işrət,  it 

boğuşdurmaq,  xoruz  döyüşdürmək  kimi  cəmiyyətə  yabançı  hərəkətlər  üzərində 

qururdular  ki,  məhz  bütün  bu  xüsusiyyətlər  də  M.F.Axundzadənin 

komediyalarında öz əksini tapmışdır.  

“Hekayəti –Molla İbrahimxəlil kimyagər” komediyasında şair Hacı Nuru əql 

sahibi  olan  bir  ziyalı  obrazı  kimi  təsvir  olunmuşdur.    Lakin  zülmət,  cəhalət  və 

nadanlıq  mühitində  ona  yer  yoxdur.  Zərgər  Hacı  Kərim,  tacir  Məşədi  Cabbar, 

həkim  Ağa  Zaman,  molla  Salman,  mülkədar Səfər  bəy  eyniləşmiş  personajlardır, 

hər  biri  günah  sahibi  və  haramzadədir.  Amma  varlanmaq  ehtirası,  tamah  onları 

qula  çevirir  və  onlar  Mola  İbrahimxəlil  kimi  hiyləgər,  biəməl  bir  fırıldaqçının  

qurbanına  çevrilirlər.  Tamahkarlıq  hissi  varlanmaq  ehtirası  ilə  yaşayan  və  yuxarı 

təbəqə  nümayəndələri  olan  tacir,  molla  və  zərgərlər,  həmçinin  xaraker  cəhətdən 

aciz, yazıq  və sadəlövh insanlardır.  

Böyük  dramarturqun  “Hekayəti  –Müsyö  Jordan  həkimi  –nəbatat  və  Dərviş 

Məstəli şah caduküni-məşhur”  komediyası da bədii tip və xarakerlərlə zəngindir. 

Komediyada dramaturq  Müsyö Jordanın simasında  güclü bir obraz yaratmışdır. 

Fransanın  milli  burjuaziyasının  qabaqçıl  nümayəndəsi  olan  təbabət  alimi  Müsyö 

Jordan  M.F.Axundovun güclü personajlarından biridir. Onun simasında dramaturq 

Qərb  dünyası  adamına    məxsus  fərdi-psixoloji  xüsusiyyətləri  vermişdir.  Müəllif 

Müsyö  Jordanın  simasında  Qərb  kişi  obrazını  Şərq  ədəbi  aləminə  gətirməklə  öz 

müsəlman  oxucularını  qərbin  mədəniyyəti,  adət-ənənələri  ilə  məlumatlandırmağa 

çalışmış,  həmçinin  onun  şəxsində  özünün  tibbi  görüşlərini  də  əks  etdirmişdir. 

Müsyö  Jordanın  vətəni    Fransada    baş  verən  inqilabdan  xəbər  tutan  kimi 

sağollaşmadan tezliklə Parisə qayıtmaq cəhdi onu oxucu və tamaşaçıların gözündə 




 

 



 

etibarsız və mədəniyyətsiz bir obraz kimi canlandırır. O, əsərdə boşboğaz, çərənçi 

və lovğa bir obraz təsiri bağışlayır.  

Sözü  gedən  komediyada  füsünkar  Qarabağda    Təklə-Muğan  obasının  bəyi, 

65  yaşlı  Hətəmxan  ağa  güclü    xarakter  kimi  təqdim  olunmuşdur.  Özünün  dediyi 

kimi,  Qarabağdan  başqa  bir  özgə  yer  görməyən  Hətəmxan  ağa  məlumatlı, 

düşüncəli,  müdrik,  səbrli  və  maarifsevər  bir  insandır.  Şahbaz  bəyin  Parisə  dil 

öyrənmək və təhsil almağa getmək istəməsi xəbərini Hətəmxan ağa belə qarşılayır: 

“Balam,  sən  hələ  uşaqsan,  bu  zadlar  tamam  boşdur.  İnsana  ağıl  lazımdır.  Bir  dil 

artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə 

əhlinin adət və xəvvasından müttəle olsun; öz işini yola aparsın”.   

Qərb  mədəniyyətinin  bir  çox  adət  və  ənənələrini  rişxəndlə  qarşılayan 

Hətəmxan  ağa  əslində  öz  xalqının  adət  -ənənələrindəki  qüsurları  da  dilə  gətirir; 

Şərq –Qərb mədəniyyətinin bir çox cəhətlərini bəsit də olsa müqayisə edir: “...biz 

əlimizə  həna  qoyarıq,  firənglər  qoymazlar,  biz  başımızı  qırxarıq,  onlar  başlarına 

tük  qoyarlar;  biz  papaqlı  oturarıq,  onlar  başı  açıq  oturarlar;  biz  başmaq  geyərik, 

onlar  çəkmə  geyərlər;  biz  əlimizlə  xörək  yeyərik,  onlar  qaşıq  ilə  yeyərlər;  biz 

aşkara  peşkəş  alarıq,  onlar  gizlin  alarlar;  biz  hər  zada  inanırıq,  onlar  heç  zada 

inanmazlar;  bizim  arvadlarımız  gödək  libas  geyər,  onların  arvadları  uzun  libas; 

bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”(1,51).  

Komediyadakı  Şəhrəbanu,  Şərəfnisə,  Xanpəri  kimi  qadın  obrazları 

mövhumatçı,  caduya  inanan  avam  qadın  surətləridir.  Onlar  əxlaqca  mükəmməl 

olsalar  da,  savadsızlıq  ucbatından  pis  ehtiraslarla  yaşayırlar,  qısqancdırlar.  Bu 

qadın  tiplərində  ambivalent  (qütbləşmiş)  xarakter  əlamətləri  qabarıq  təsvir 

olunmuşdur.  Onlar sərt,  bədrəftar olmaqla  yanaşı,  həm  də  cazibəli,  ürəyiyumşaq, 

xoşagəlimli, kövrək və alicənab sifətlərə malikdirlər.  

Yaşadığı  gerçək  həyatın  hadisələri  fonunda  M.F.Axundzadə  qələmə  aldığı 

“Aldanmış kəvakib” povestində vəzir Mirzə Möhsün, sərdar Zaman xan, mollabaşı 

axund  Səməd,  münəccimbaşı  Mirzə  Sədrəddin  müstövfi  Mirzə  Yəhya,  mövlanə 

Cəmaləddin  və  ən  əsası  Yusif  Sərrac  kimi  bitkin  xarakterlər,  səciyyəvi  və  tipik 

xüsusiyyətlərə malik canlı, real surətlər səpkisi yaratmışdır. 



 

 



 

Yeniyetmə yaşlarında, 15 yaşda ikən İran taxt-tacına yetişən Şah Abbas İran 

despotizminin  tipik  obrazıdır.  Çox-çox  erkən  hakimiyyətə  sahib  olan  Şah  Abbas 

özünü  dünyada  hər  kəsdən  uca,  hər  kəsdən  qüvvətli  və  xoşbəxt  hiss  edir.  Bütün 

ölkə  ona    tabedir.  Bütün  saray  adamları,  yüksək  mənsəb  sahibləri,  əyanlar  və 

məmurlar  müntəzir  olub  onun  əmrini  gözləyirlər.  Onun  hökmü  qəti,  qərarı 

dəyişməzdir.  Xalqın çəkdiyi  iztirab və işgəncələrə, nalə və göz yaşlarına ancaq 

qəzəb  və  hökmlə  cavab  verən  şah  öz  vəhşi  əməllərindən  vəcdə  gələcək,  bütün 

günlərini eyşi-işrətdə, hərəmxanada, cariyələrlə keyfdə keçirməkdədir. (6, 175) 

M.F.Axundzadə  real  həyatın  və  insan  xarakterlərinin  obyektiv  təsvirini 

verərək öz qəhrəmanlarını təbii və hərtərəfli, mükəmməl bədii tiplər kimi təqdim 

etmişdir.  Onun  müxtəlif    xarakterli  bədii  tip  və  obrazları  XIX  əsr  gerçək 

Azərbaycan  cəmiyyətinin,  ictimai  həyatının  bədii  əksidir.  Bu  obrazların  tipik 

şəraitdə özünəməxsus fərdi xüsusiyyətləri qabarıq şəkildə üzə çıxır. 

Axundzadənin  mənfur  bədii  tip  və  xarakterləri  rəzil  və  iyrənc  əməllər 

sahibidir, xalqın hesabına dəbdəbəli həyat quran bu yaltaqlar, acgöz və talançılar, 

kütbeyin  və  tüfeyli  saray  əyanları  və  məmurların  hamısı  eyniləşmiş  tiplərdir, 

hamısı bir bezin qırağıdır. 

Axundzadənin  bədii  tipləri  xaraktercə  tam  və  bitkindir,  eyni  zamanda  

fəaldırlar.  Böyük  mütəfəkkir  tipoloji  baxımdan  öz  qəhrəmanlarını  fərqli  talelərlə 

qarşılaşdırır,  cərəyan  edən  hadisə  və  əhvalatları  onların  taleyi  ilə  məharətlə 

əlaqələndirir.  Onların  hər  birinin  dözülməz  faciəsi  arxasında  ictimai  motivlər 

durur: hüquqsuzluq, avamlıq və cahillik, cəhalət və savadsızlıq. İşıqlı ziyalı, böyük 

maarifpərvər  mütəfəkkir  olan  Mirzə  Fətəli  Axundzadə  özündən  sonra  zəngin 

ədəbi-bədii irs qoyub getmişdir ki, bu irs sonrakı nəsillərin təlimi və tərbiyəsi, yeni 

ədəbi  mühitin  formalaşmasında  və  nəsillərin  yetişməsində  zəngin  ədəbi  mənbə 

olmuş və bundan sonra da olacaqdır.  

 

 



 

 



 

 



 

 

 



 

 

Ədəbiyyat: 

1.

 

Axundov M.F. Seçilmiş əsərləri. Üç cilddə.I cild. Bakı, “Şərq-Qərb”, 2005. 



2.

 

Axundov M.F. Əsərləri. Üş cilddə. II cild. Bakı, “Elm”, 1988. 



3.

 

Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı, 1961. 



4.

 

Cabbarzadə X. Bədii ədəbiyyatda obraz və obrazlılıq, Bakı, “Elm”, 1989. 



5.

 

Əhmədov  H.  Azərbaycanda  məktəb  və  pedaqoji  fikir  tarixi.  I  hissə.Bakı, 



ABU, 2001. 

6.

 



Əfəndiyev Hidayət. Azərbaycan bədii nəsrinin tarixindən B.Azərnəşr, 1963, 

səh.169 


7.

 

Qasımzadə F.XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, “Maarif”,1974. 



8.

 

Məmmədov  Ş.  Millətin  məişətinə  ətraflı  bələd  olan  fitri  istedad,  yaradıcı 



qüvvə sahibi. “Azərbaycan müəllimi”, 13 yanvar 2012-ci il. 

9.

 



Murtuzayev S.M.F.Axundovun komediyalarının dil və üslub xüsusiyyətləri. 

Bakı, 1970. 

10.

 

Məmmədova  T.  Axundovun  təzadlı  qəhrəmanları.  “Pedaqoji  Universitetin 



Xəbərləri”, B., ADPU, 2003, N4, səh. 196-199 

 

Психологический  характер  образов и художствснны  тип в литературиом 



наследли  М.Ф.Ахундзаде 

Резюме 

 

Статья  посвящена  анализу  с  психологической  точки  зрения  (в 



психологическом  стим)  различных  худочестивенных  тинов  и  персонатей  в 

комедиях  и  повестях  –  крупнейшего  азербайджанского  мыслителя,  реалиста, 

основоножника национальной драматургии и прозы Ахундзаде. 

 

Автор  прояви  инищативу    раскрыть  психологические  признаки  (черты) 



образов 

в 

контексте 



психологического 

анализа, 

попытался 

показать 

противоречивые элементы 9черты) в их драматических характерах.  

 

The fenture tupe and the psychological chrcterstinc temper in the 



 literary heritage of  M.F.A. 

Summare 

The  article  was  dedicated  to  the  analysis  of  literary  types  and  personages  which  

were  given  the  comedies    and    the    tales    of  great  Azerbaijan    thinker,  the  faunder  of 

realist  prose  and  national  drama-  M.F.Axundzadeh,  The  author  attempted  to  enlight 

typological    features  of  litrary  characters  on  the  psychological  analyze  context,  he  tried  

to show their discrepant features in their dramatic characters as well. 



 

Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə