Azərbaycan respubl kasi məDƏn yyət və tur zm naz rl y



Yüklə 188,57 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü188,57 Kb.
#52775


 

0

 



AZƏRBAYCAN RESPUBL KASI 

MƏDƏN YYƏT VƏ TUR ZM NAZ RL Y  

 

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN 

M LL  K TABXANASI 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

BOYALARDA YAŞAYAN ÖMÜR 

 

 



 

 

 



BAKI – 2009 

 



 

1

 



AZƏRBAYCAN RESPUBL KASI 

MƏDƏN YYƏT VƏ TUR ZM NAZ RL Y  

 

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN 

M LL  K TABXANASI 

 

 



 

 

 

 



 

 

 

 

 

BOYALARDA YAŞAYAN ÖMÜR 

(Səttar Bəhlulzadə - 100

 

 

 



 

Республиканын  кцтляви  вя  ихтисас-

 

лашдырылмыш  китабханалары,  Мяркяз-



 

ляшдирилмиш  Китабхана  Системляри 

 

цчцн методик тювсийяляр   



 

 

 



BAKI - 2009 

 



 

2

 



           

                        

Тяртиb ed

ə

n:

 

 



B.

Ə

ləsgərov 

  

 

 

 

 

     

 

 

 

 

 



 

 

 

 



 

 

 

 

 

 

 

 

 



 

  Boyalarda yaşayan ömür /Tərt. ed. B.Ələsgərov. 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- B., 2009.- 

28 s. 


 

 

 



 

 

 



 

© 

M.F.Axundov adına Milli Kitabxana, 2009



 

 

 




 

3

 



BOYALARDA YAŞAYAN ÖMÜR 

 

 “Əsl  rəssam  odur  ki,  özünün  gözəllik 

idealını  müdafiə  etməyə  həmişə  hazır 

olsun.  Bu  gözəllik  idealı  isə  elə  bir 

idealdır  ki,  onda  həqiqi  insanpərvərliklə 

yanaşı,  bir  də  ictimai  məzmuna  malik 

humanizm yaşayır.” 

Səttar Bəhlulzadə                                      

 

   



 

                  Hacıyev P., sənətşünas 

 

 

      Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəl-



liklərini tərənnüm edən sənətkarlar az olmamışdır.  

       Azərbaycan 

mənzərəsinin 

füsunkar 

gözəlliyini 

öz 


ə

sərlərində  əks  etdirən  yaradıcı  sənətkarlar  sırasında  Behzadın, 

Soltan  Məhəmmədin  (XVI  əsr),  Bəhruz  Kəngərlinin  (XX  əsr) 

adları  çəkilə  bilər.  Həssas  sənətkar  qəlbinə  malik  olan  bu 

rəssamlar  öz  incə  təsvirlərilə  insanda  təbiətə  qarşı  böyük 

məhəbbət  hissi  oyatmağa  qadir  olmuşlar.  Elə  buna  görə  də 

onların  əsərləri  xalqın,  qədirbilən  tamaşaçıların,  oxucuların  və 

dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq, əbədi yaşayır, 

xalqın 

mənəviyyatında, 



bədii 

yaradıcılığında, 

estetik 

təkamülündə mühüm rol oynayır. 

     Bu  mənada  Xalq  rəssamı  Səttar  Bəhlulzadənin  (1909-1974) 

ölməz  irsi  təsviri  sənətimizdə  yeni  və  unudulmaz  səhifələr 

yaratmışdır.  O,  doğma  təbiətimizi  tərənnüm  edən  istedadlı 

mənzərə  ustalarımızdan  biridir.  Öz  vətəninin  gözəlliklərinə 

valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə 

mənzərələr çəkmişdir. 

     S. Bəhlulzadənin  mənzərələrində biz, Azərbaycan təbiətinin 

zəngin məzmunlu, əsl poetik obrazını görürük. Rəssam yaratdığı 




 

4

 



tablolarda təbiətin müxtəlif hadisələrini və rəngarəng gözəlliyini 

inandırıcı  boyalarla  verir.  O,  təbiətin  coşqun  sevincini,  güllü 

baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirir. 

     Zəngin  məzmuna  malik  yaradıcılığı  olan  dahi  sənətkar  öz 

mənzərələrində  yalnız  müəyyən  bir  “əhvali-ruhiyyə”  verməklə 

kifayətlənmir,  hər  hansı  bir  mənzərəyə  baxarkən  tamaşaçını 

mürəkkəb  və  dərin  həyəcanlar  keçirməyə  sövq  edir.  Bu  isə 

Səttar  Bəhlulzadənin    mənzərələrindən  alınan  təsviri  daha 

qüvvətli    və  daha  dolğun  edir.  Rəssamın  mənzərə  əsərlərində 

təbiət  təsvirləri  sükunət  vəziyyətində  deyil,  daimi  hərəkətdə  və 

canlı  verilir.  Onlarda  bəzən    sevinc  içərisində  lirik  bir  kədər, 

kədər  içərisində  isə  təbiətin  öz  gözəlliyində  zühur  edən  həyat 

eşqi duyulur. 

      S.Bəhlulzadə  təbiətə  sənətin  gözü  ilə  baxır.  Təsadüfi  

deyildir ki, onun ilk baxışdan yeknəsəq kimi görünən  mənzərə 

motivlərində əslində böyük bir gözəllik, incə bir şeiriyyət vardır. 

      Azərbaycan xalqının  klassik poeziyasında və zəngin musiqi 

mədəniyyətində öz əksini tapmış ən canlı təbiət təsvirləri Səttar 

Bəhlulzadənin  məzərələrində  eyni  bir  qüdrətlə  qəlbləri 

ovsunlayır. 

      Səttar  Bəhlulzadə  1909-cu  ildə  Bakının  Əmircan  kəndində 

anadan  olmuşdur.  Hazırda  bu  fəhlə  qəsəbəsinin  küçələrindən 

biri  rəssamın  adını  daşıyır.  Burada  S.Bəhlulzadənin  həyat  və 

yaradıcılıq  yolunu  canlandıran  şəkil  qalereyası  da  vardır.  Öz 

vəsiyyətilə  Əmircan  qəbiristanlığında  dəfn  edilmiş  sənətkarın 

məzarı  önünə  hər  dəfə  tər  gül  dəstələri  ilə  gələn  sənətsevərlər 

onun  əzəmətli  tunc  heykəlini  seyr  edirlər.  Heykəltəraş  Ömər 

Eldarov  bu  əsərilə  Xalq  rəssamına  xalqın  dərin  minnətdarlığını 

ifadə etmişdir. 

     S.Bəhlulzadə  18  yaşına  kimi  Əmircandan  kənara  çıxma-

mışdır. O, 1927-ci ildə qohumlarının məsləhətilə Bakıya gəlmiş 

və Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmuşdur. 




 

5

 



     Rəssamlıq  texnikumunu  bitirdikdən  sonra  Səttar  Bəhlulzadə 

1933-cü ilə kimi “Kommunist” qəzetində əməkdaşlıq etmiş, bir 

qrafik    rəssam  kimi  qəzet  üçün  şəkillər  çəkmişdir.  Bütün  illər 

ə

rzində  o,  təhsilini  davam  etdirmək,  ali  rəssamlıq  məktəbində 



oxumaq  fikrindən  əl  çəkməmişdir.  1933-cü  ilin  yayında  o, 

Moskvaya  getmiş  və  B. .  Surikov  adına  Moskva  Dövlət 

Rəssamlıq  nstitutunun qrafika fakültəsinə daxil olmuşdur. 

     Rənglər  və  cizgilər  aləminin  poeziyasına  sözün  əsl 

mənasında özünü fəda edən sənətkar, Azərbaycanın silsiləli uca 

dağlarını  və  mavi  sularını,  göz  oxşayan  düzlərini,  hündür  sərv 

ağaclarını və durna gözlü bulaqlarını, zümrüd rəngli göylərini və 

barlı-bərəkətli tarlalarını ilhamla təsvir və tərənnüm etmişdir. 

     40-cı  illər  rəssamın  yaradıcılıq  həyatında  axtarış  illəri, 

dəzgah boyakarlığı və qrafikasının müxtəlif janrlarında səmərəli 

fəaliyyət dövrü olmuşdur. Bu dövrdə inqilabi-tarixi mövzularda 

çəkdiyi  tamamlanmış  tablolar,  tematik  şəkillərin  eskizləri, 

portretlər  daxildir  ki,    bunların  da  bir  qismi  hazırda  respublika 

muzeylərinin  fondlarında,  digər  qismi  isə  müəllifin  şəxsi 

arxivində  saxlanılır.  Onun  əsərlərindəki  kompozisiyalarda 

peyzaj  motivlərinin  qabarıq  işlənməsi,  yığcam  vasitələrlə  əldə 

edilən  kolorit  ifadəliliyi  nəzəri  cəlb  edən  ən  əlamətdar 

cəhətlərdən biridir. 

      50-ci  illərdən  S.Bəhlulzadənin    bədii  axtarışları  əvvəlkinə 

nisbətən  daha  ardıcıl,  məqsədəuyğun  istiqamətdə  aparılır. 

Respublikamızın  bir  çox  rayonlarında  –  ən  çox  isə  Qubada  və 

Lənkəranda,  Şamaxı  və  Şuşada,  Şahdağın  ətəklərində  və  Göy 

göl  sahillərində  bilavasitə  naturadan  çəkilmiş  kiçik  etüdlər,  iri 

həcmli  epik  mənzərə  -  tablolara  gətirib  çıxarmışdır.    Yeni 

lövhələr,  müəllifinin  bədii  ifadə  tərzi,  təsviri  dili  göstərir  ki,  o, 

insanın  doğma  təbiətilə,  ana  diyarla  dərindən  bağlılığını  vəsf 

etmək  həvəsi  ilə  yaşamışdır.  Təzadların  tutuşdurulmasından 

alınan  qüvvətli  emosional  effekt,  qarlı  zirvələri,  göylərə  baş 




 

6

 



vuran  Şahdağın  əzəmətli  siluet  təsvirlərinin  Qızbənövşə 

vadisinin  zərif  yaşıl    örtüyü  ilə,  qaynaqlarını  dağ    döşündən 

götürən  Qudyalçayın  sakit  axan  suları  ilə  çiçəklənən  alma 

bağlarının  ürəkaçan  mənzərəsinin  müqayisəsindən  yaranır.  Bu 

isə,  öz  növbəsində,  aylar  -  illərlə  davam  edən  düşüncələrinin, 

həssas və qüdrətli duyğuların bədii təcəssümüdür. 

      “Qızbənövşəyə gedən yol”, “Qudyalçay sahili”, “Qudyalçay 

vadisi”  tablolarında  S.  Bəhlulzadə  yaradıcılığının  xarakterik 

cəhətləri,  fərdi  dəst-xətti,  təcəssüm  etdirdiyi    təbiət  motivlərinə 

yaxşı bələd olması və onları bütün incəliyi ilə dərinliyinə nüfuz 

etməsi əksini tapmışdır. 

      60-cı illərdə S. Bəhlulzadənin yaradıcılıq təcrübələrində yeni 

cəhətlər  üzə  çıxmışdır.  O,  həyata,  canlı  təbiətə  daha  fəal  nüfuz 

etməyə  başlamışdır.  Bu  baxımdan  “Xəzərdə  axşam  çağı”, 

“Torpağın  arzusu”,  “Oyanma”,  “Kəpəzin  göz  yaşı”,  “Tut 

ağacları”,  “Əbədi  məşəl”,  “Qüdrətli  ağac”  tablolarının  hər 

birində qırılmaz vəhdətdə birləşdirilən zəngin kolorit ayrıntıları 

daha ifadəlidir. 

      Vətən  torpağının  gözəllik  timsalı  kimi  tərənnümü  S.Bəh-

lulzadənin  tam  bir  silsilə  tablolarının  ana  xəttini  təşkil  edir. 

Onun  “Sərv  ağacları”,  “Şamaxı  üzümlükləri”,  “Laza  kəndinin 

şə

lalələri”,  “Qədim  Şamaxı”,  “Şahnabat  şəlalələri”,  “Bilgəh”, 



“Çiçəklənən  ağaclar”,  “Gəncə  çinarları”,  “Çiçəklənən  badam 

ağacı”,  “Buzovna  bülluru”  və  digər  lövhələri  dekorativ  boyalar 

aləmində Səttar fırçasının əbədi silinməz izləri yaşayır. 

     Həyatın  sevincini,  doğma  vətənin  füsunkar  guşələrini, 

Azərbaycanın  qəhrəman  keçmişini  və  bugünkü  ürəkaçan 

gözəlliklərini  tərənnüm  edən  “Azərbaycan  nağılı”,  “Suraxanı 

torpağının  qədim  məşəlləri”,  “Şahnabat  dağları”  lövhələrindəki 

parlaq  romantika,  bunların  ətinə,  qanına  hopmuş  qızğın 

vətənpərvərlik duyğuları olduqca təbii verilmişdir. 



 

7

 



     Qrafik cizgilərdə büllurlaşan poetik hisslər S. Bəhlulzadənin  

gərgin  və  məqsədəuyğun  yaradıcılıq  axtarışlarının  canlı  nümu-

nəsidir.  Məhz  qrafika  əsərlərində  S.Bəhlulzadə  istedadının  

çoxlarına naməlum qalan bəzi maraqlı, ibrətli cəhətləri üzə çıxır. 

Elə  məsələ  də  ondadır  ki,  qrafik  lövhələrdə  rəsm  ustasının 

sənətkarlıq  məharətini  açan  sirlər,  tamaşaçıların  nəzərindən 

yayınan,  gizlində  qalan  yaradıcılıq  laboratoriyasında  görülən 

işlər aydınlaşır. 

     Səttarın  rəsmləri  tamaşaçıda  onun  yaradıcılığının  ali  və  uca 

məqsədləri,  əbədi  mahiyyəti  haqqında  qəti  inam  əmələ  gətirir. 

Rəssamın  belə  təbii  sərbəstliyi,  çox  vaxt,  sözün  həqiqi 

mənasında,  qamış  qələmlə,  fırça  və  ya  flomasterlə  cəsarətlə 

qorxmadan  işləməsi,  linear  xətlər,  plastik  formalarda  ümu-

miləşdirilmiş  bədii  obrazlar  silsiləsinin  yaradılmasına  gətirib 

çıxarmışdı.  Dərin  müşahidələr,  ştrixlərin,  axıcı  cizgilərin 

vəhdətini, kompozisiya bütövlüyünü üzə çıxarmağa imkan verir. 

Təbiət  mənzərələrinin  lirik-fəlsəfi  təsvirləri  belə  yaradılır.  “Üç 

qovaq  və  tut  ağacı”,  “Dağlar  və  dərələr”,  “Sıldırım  qayalar”, 

“Zirvələr”,  “Ay  və  ağac  gövdələri”,  “Dağlar  və  buludlar, 

“Pambıq  sahəsi”,  “Meyvə  bağları”,  “Kəpəz  buludlara  bürünür” 

və  s.  rəsmlərin    gərgin  şaquli  ritmlərində  rəssamın  qeyri-adi 

qrafik tərzi üzə çıxır. Qrafikada gördüyümüz bu rəssam cəsarəti 

və hədsiz sərbəstlik, sadəcə olaraq, ona  görə  yaranmışdır ki, S. 

Bəhlulzadə  “özü  üçün”  çəkdiyi  rəsmləri  heç  vaxt    tamaşaçılara 

göstərmək  fikrində, sərgilərə vermək niyyətində olmamışdır. O 

cümlədən,  iri  həcmli  qrafik  vərəqələr  də  bu  və  ya  digər  mün-

siflər  heyəti,  sərgi  komissiyası  tərəfindən  “bəyənilmək”,  “xoşa 

gəlmək” üçün çəkilməmişdir. 

     Olduqca  təvazökar,  həyatı  qədər  sevdiyi  rəssam  peşəsinə  və 

sənətkar  mənəviyyatına  bütün  varlığı  ilə,  qəlbən  bağlı  olan 

S.Bəhlulzadə  qrafika  əsərlərini  sərgidə  göstərməyə  razılıq  ver-

mişdisə  də,  buna  emalatxanasına  gəlmiş  çexoslovakiyalı  həm-




 

8

 



karlarının  inadlı  xahişi  ilə  razılaşmışdı.  Sonradan  fırça  dostları 

S.Bəhlulzadənin  qrafikasından  müstəqil  ekspozisiya  tərtib  edə-

rək,  Praqada  nümayiş  etdirmişlər.  Bu,  respublikamızın  

rəssamlıq həyatında ürəkaçan, sevindirici bir hadisə olmuşdur. 

     Avropada Azərbaycan rəssamının ilk fərdi sərgisi! Məgər bu, 

müasir  təsviri  sənətimizin  yeni  və  yüksək  yaradıclıq  nailiyyət-

lərinin  nəticəsi  deyildimi?  Bu  əlamətdar  ekspozisiyadakı  bəzi 

qrafik əsərlər müəllif tərəfindən Praqa muzeyinə bağışlanmışdır. 

     Sənətsevər  tamaşaçılar  S.Bəhlulzadənin  qrafika  irsini  çox-

səsli,  mürəkkəb  akkordlara  bənzədirlər.  Gözəllik  diyarı  Azər-

baycan torpağını tərənnüm edən elə lirik və əzəmətli melodiyaya 

ki,  o,  Səməd  Vurğunun  dillər  əzbəri  olan  məşhur  şeirindəki 

“Azərbaycan...Azərbaycan”  sözlərini  bir  daha  xatırladır.  “Ağsu 

yolu  üstündə”,  “Naxçıvan  yadigarı”,  “Qubada”,  “Ordubad 

bağları”  və  s.  bu  kimi  qrafik  lövhələrdə,  rəssam  kompozisiya 

sxemini  dəqiqləşdirir.  mprovizasiya  bu  lövhələrin  məğzini 

təşkil edir. 

S.Bəhlulzadənin qrafika irsi on ildən artıq  bir müddəti əhatə 

edir  ki,  bu  da  60-70-ci  illərin  əvvəllərinə  aiddir.  Yaradıcı  

ə

məyin  nəticəsi  olan  bu  əsərlər  tamaşaçılar  və  sənətsevərlər 



tərəfindən  rəğbətlə  qarşılanmışdır.  Məlumdur  ki,  sənətkarın 

rəsmləri, onun boyakarlıq irsində olduğu kimi, bir çox mənzərə 

motivini  də  yeni-yeni  görkəmdə  canlandırır.  Bu  təkrar  deyil. 

Bəlkə  də,  oxşar  melodiyaların  müxtəlif  üsullarla  inkişafı, 

zənginləşdirilməsi, rəngarəng səslərlə ifadəsidir. Rəsm əsərlərini 

diqqətlə  müşahidə  edəndən  sonra,  sənətkar  fırçasından  çıxmış 

lövhələrdə  Azərbaycanın  xoşbəxt  bu  gününü,  Suraxanı  torpa-

ğ

ının  əbədi  məşəllərini,  “Xəzər  gözəli”  olan  neft  buruqlarını, 



Xəzərin  dalğaları  arasında  vüqarla  ucalan  əfsanəvi  şəhəri  – 

“Neft  daşlarını”  daha  yaxından  tanıyır,  xalqın  qəhrəmancasına 

fədakar əməyinə məftun olursan. 



 

9

 



     Böyük sənətkar hələ məktəb yaşlarından canlı təbiətin, güllü-

çiçəkli  bağların,  ucsuz-bucaqsız  zəmilərin  vurğunu  idi.  Uzun 

illərdən  sonra,  özünün  qrafik  natürmortlarında,  Səttar  bu  allı-

güllü  təsvirləri  ilhamla  fırçaya  aldı.  Onun  qrafikasında 

qızılgüllər,  bənövşələr,  lalələr,  qərənfillər  canlandı,  alma,  nar, 

albalı, ərik ağacı budaqları məhsuldarlıq, bolluq rəmzinə çevrildi. 

Bunlar  qrafik  lövhələrdə  yığcam  və  lakonik  bədii  ifadə 

vasitələrilə,  təbii  və  real  səpgidə  verilib.  Bu  həssas  bir  mahnı, 

cizgilərdə  bəstələnən  təsirli  melodiyadır  ki,  dünyanın  gözəl-

liklərini  vəsf  edir.  Bu  şəkillərdən  “Matryoşkalar”,  “Ryabina”, 

“Rus  mənzərəsi”  və  s.  qrafik  kompozisiyalar  Səttar  sənətinin, 

rəsm  ustalığının  obrazlı  strukturasına  daha  dərindən  nəzər 

yetirməyə, onu anlayıb dərk etməyə geniş imkan verir. 

     Bütün  bunlar  S.Bəhlulzadə  əsərlərinin  daxili  vəhdəti  və 

bütövlüyü,  qrafikada  apardığı  gərgin  axtarışların  mənası,  mən-

tiqi  və  istiqaməti  haqqında  bizdə  ətraflı  təsəvvür  yaradır.  60-cı 

və 70-ci illərin birinci yarısına aid  edilən dəzgah boyakarlığı və 

qrafikası  nümunələrində  S.Bəhlulzadə  fırçasının  zəngin  poten-

sial imkanları üzə çıxmışdır. Artıq 60-cı illərdə rəssamın  bir sıra 

ə

vvəlki  yaradıcılıq  prinsiplərinə  yenidən  baxması,  buradakı 



ə

saslı  dəyişikliklər,  bədii  irs  və  novatorluq  problemlərinə  yeni 

münasibəti  bir  sıra    əhəmiyyətli  nailiyyətlərə  gətirib  çıxarmış, 

ə

sərlərinin  bədii  forma  komponentlərinə  mühüm  təsir  göstər-



mişdir.  Tablolarını  bir  küll  halında  fikrən  nəzərdən  keçirsək, 

görərik  ki,  ilkin  lövhələrdən  bəziləri  sadəcə  olaraq,  təsvir  

obyektilə  eyniləşdirmək,  axtarış  əldə  etmək  prinsiplərilə  işlən-

mişdir ki, bu yolun səmərəsizliyi indi hər baxımdan bəllidir. 60-

cı  illərin  lövhələrində  isə  təsvir  edilən  təbiət  guşəsinin,  bədii 

təəssüratın,  yeni  və  orijinal  bədii  təsvir  vasitələrinin  böyük 

sərbəstlik  və  müstəqilliklə,  bir  sözlə,  sənətkarlıqla  tətbiqi 

ş

übhəsizdir. 




 

10

 



     Dövrümüzün  ruhunu,  gözəllik  idealını  mənzərələr  dün-

yasında əks etdirmiş böyük sənətkar, nəcib və sadə insan S.Bəh-

lulzadənin yaradıcılığı gənc rəssamlar üçün olduqca ibrətamizdir. 

Vətəninin  qüdrət  və  gözəlliyini  ömrünün  son  günlərinə  qədər 

ilhamlı  palitrası  ilə  təsvir  və  tərənnüm  edən  Xalq  rəssamının 

bədii irsi, tamaşaçıların xatirində, ustadın şagirdlərinin yeni-yeni 

ə

sərlərində həmişə yaşayacaqdır. 



     Dünya  muzeylərini,  sənətsevərlərin  kolleksiyalarını  bəzəyən 

mənzərələr  Səttar  sənətkarlığının  xalq  içərisində  əbədi  yaşa-

dığına, sevə-sevə qorunub mühafizə edildiyinə canlı sübutdur. 

     Axı dünya gözəlliyindir... 

     Xəlqilik  Bəhlulzadə  sənətinin  əsasıdır.  Onun  doğma  təbiəti 

təsvir edən ən yaxşı əsərləri bunun canlı timsalıdır. 

 



 

11

 



HƏYAT VƏ FƏAL YYƏT N N ƏSAS TAR XLƏR  

 

1909 

   

- Bakının Əmircan kəndində anadan 



 

   


olmuşdur. 

 

1927-1931      

-  Azərbaycan  Dövlət  Rəssamlıq  Texniku-

  

munda təhsil almışdır. 



 

1931-1933      

- “Kommunist” qəzetində işləmışdir. 

 

1933 

    


-  Moskva  Rəssamlıq  nstitutunun  Qrafika 

  

fakültəsinə daxil olmuşdur. 



 

1940 

   


- “Babək üsyanı” tablosunu çəkmişdir. 

 

1941-1946      

-“Azərbaycan xalqının qəhrəman oğulları”, 

  

“Fətəli xan”, “Xəttat Mirzəli” portretlərini 



  

çəkmişdir. 

 

1947 

   


- “Şəhər” adlı mənzərəni çəkmişdir. 

 

1947 

   

- “Salyut” əsərini yaratmışdır. 



 

1952 

   


- “Qudyalçay vadisi”, “Qudyalçay sahili”, 

   


“Qızbənövşəyi  yol”  mənzərələrini  yarat- 

   


mışdır. 

 

1953 

   

-  “Neft  daşları”,  “Estekada”,  “Dəniz  mə-



   

dənləri”,  “Dənizdə  buruqlar”  tablolarını 

   

çəkmişdir. 



 


 

12

 



1954 

   


-  “Səhər  şəfəqləri”,  “Bağlar  arasında”, 

   


“Qızıl  axşam”,  “Payız  küləyi”  mənzərə-

   


lərini yaratmışdır. 

 

1955-1957       

-  “Cıdır  düzü”,  “Şuşa  ətrafında”,  “Yuxarı 

  

daşaltı” mənzərələrini çəkmişdir. 



 

1960 

    


-  “Xəzər  gözəli”,  “Kür  üzərində  qürub” 

   


tablolarını yaratmışdır. 

 

1961 

   

- “Bahar çiçəkləri” mənzərəsini çəkmişdir. 



 

1962 

   


- “Torpağın arzusu” əsərini yaratmışdır. 

 

1964 

   

- “Bozdağın ətəkləri” tablosunu çəkmişdir. 



 

1965 

   


- “Laza kəndinin şəlalələri”, “Cənub külə-

   


yi”,  “Bazardüzü  ətrafı”,  “Daşlı  meşə”, 

   


“Meyvələr”, “Kəpəzin göz yaşları” əsərlə-

   


rini yaratmışdır. 

 

1967 

    

- “Tut ağacları” və “Qədim od” tablolarını 



   

çəkmişdir. 

 

1969 

 

-  “Qoca  ağac”,  “Astara  portağalları”, 



“Zəfəranla  natürmort”,  “ landağ”  mənzə-

rələrini yaratmışdır. 

 

1970 

 

-  “Azərbaycan  nağılı”,  “Suraxanının    qə-



dim adları”, “Şahnabad dağları”, “Kəlağa-

yı”,  “Əmircan  kəndi”,  “Mərdəkan  bağ-




 

13

 



larında”,  “Sahil”,  “Dağ  gölü”  rəsmlərini 

çəkmişdir. 

 

1971 

   


-  “Corat  yemişləri”,  “Füzuli”,  “Qədim 

   


Ş

amaxı”,  “Şamaxıda  payız”,  “Şamaxı 

   

üzümlükləri”,  “Girdman  düzü”,  “Odlar 



   

yurdu”,  “Muğan  gözəli”  tablolarını  yarat-

   

mışdır. 


 

1972 

   


-  “Şahnabad”,  ”Buzovna  sahili”,  “Muğan 

   


söyüdləri”, “Mərdəkan”, “Şahdağ”, “Qara 

   


tut”, “Dədəgünəş”, “Qudyalçay”, “Qusar”, 

   


“Bilgəh”,  “Nar  çiçəkləri”,  “Gülüstan 

   


qalası”,  “Nardaran”,  “Dağ  çayı”,  “Qaya-

   


lar”,  “Yaz  çiçəkləri”,  “Çiçəklənən  ağac-

   


lar”,  “Bakı  natürmortu”,  “Sərv  ağacları”,

   


 “Qədim  Lazada  şəlalə”  mənzərələrini 

   


yaratmışdır. 

 

1973 

   

- “Qış mənzərəsi”, “Mərdəkan bağlarında”, 



   

“Qəçrəş”,  “Xəzər  sahili”,  “Naxçıvan 

   

dağları”,  “Mavi  qayalar”,  “Qırmızı  dağ-



   

lar”, “Yaşıl mənzərə”,  “Quba mənzərəsi”,

   

“Badam çiçəyi”, “Kəpəzin aynası”,  “Do-



   

ğ

ulduğum kənd”, “Çəhrayı dağlar”,  “Kü-



   

lək”, “Bahar etüdü” tablolarını çəkmişdir. 

 

1974 

   


-  “Laza  ətrafında”,  “Çiçək  və  meyvələr”, 

   


“Bahar”, “Laləli düz” tablolarını yaratmış- 

   


dır. 

 



 

14

 



1974 

 

-  Oktyabr  ayının  13-də  dünyasını  dəyiş-



mişdir. 


 

15

 



Görkəmli şəxsiyyətlər Səttar Bəhlulzadə haqqında 

 

 

Səttar    gülləri    sevir, güllər isə onu daha çox sevir. 



Anri  Fujeuon,  

Fransız   rəssamı 

  

O,  insanların  ruhunu  və  zövqünü  oxşamaq,  "Həyat 



gözəllikdir"  həqiqətini  sənətiylə  sübut  etmək  üçün  öz  taleyini, 

şə

xsi  həyatını  əbədi  sənət  yolunda  qurban  vermiş  nadir 



sənətkarlardan  biridir.  Səttar  Bəhlulzadə  kimi  ustada  ölüm 

yoxdur! O, bütün dövrlərin oğludur. Bu ad Azərbaycan xalqının 

mədəniyyət tarixindən silinməyəcəkdir. 

Mikayıl Abdullayev,  

Azərbaycan xalq rəssamı 

 

O  rənglər,  o  cizgilər  mənimlə  bir  dildə,  Səttar  dilində 



danışır.  O  rənglərə,  o  boyalara,  o  xallara  mən  Səttar  aləmində, 

Səttar  dünyasında  rast  gəlirəm.  Bir  ölüm  olmasın,  yüz  ölüm 

olsun, əsl sənətkara ölüm yoxdur, zaval yoxdur... 

Rəsul Rza,  

Azərbaycan xalq şairi 

 

Səttar  Bəhlulzadə  kimi  nadir  sənət  bahadırı    yetirmiş 



Azərbaycan  xalqının  və  Azərbaycan  təbiətinin  qarşısında  təzim 

edirəm. 


Xəlil Rza,  

Azərbaycan xalq şairi 

 

Bəhlulzadənin  əsərlərinə  baxarkən  ana  yurdumuzun 



gözəlliyinə və əzəmətinə bir daha vuruldum.    


 

16

 



Bəxtiyar Vahabzadə

Azərbaycan xalq şairi 

 

... ncəsənət  muzeyində  Bəhlulzadənin  fərdi  yaradıcılıq 

sərgisi  hazırlanırdı.  Biz  də  orada  idik.  Sərgidəki  mənzərələr 

içində təkcə Səttarın portreti əskik idi. Ətrafdakılar təkid  etdilər 

ki, onun portretini  çəkim, mən də razılıq verdim. Əvvəl Səttarı 

təbiət  qoynunda çəkmək istədim. Amma nə isə bu məni təmin 

etmədi.  Onu  emalatxanada  dəzgah  qarşısında,  yeni  əsərini  seyr 

edən  zaman  çəkməyi  qərara  aldım.  Bu  hal  rəssamın  daxili 

aləmini  açmaq  üçün  gözəl  imkan  yaradırdı.  ş  əvvəldən  rəvan 

getdi. Az zaman içində portret hazır oldu və sərgidə asıldı. 



Tağı Tağıyev

Azərbaycan xalq rəssamı 

 

Bir  insan  kimi,  bir  sənətkar  kimi  Bəhlulzadədə  insanı  cəlb 



edən nədir? 

Xasiyyətindəki    mehribanlıq,  sənətində    yüksək  istedad  və  

doğmalıq.  

Mən burada "doğmalıq" sözünü təsadüfən işlətmədim. Çünki 

Səttarın hər bir tablosu elə bil ki, doğma Azərbaycanın canlı və 

təkrarsız bir guşəsidir... 



Ömər Eldarov, 

Azərbaycan xalq rəssamı 

 

Bəhlulzadəni  tanıyan    adama ilk baxışda elə  gələ bilər ki, 



bu  şəxs  çox  sərt  və  asketik  bir  təbiətə  malikdir.  Ancaq  onunla 

yaxın  olub,  ünsiyyət  etdikdə  ilk  anlardan  yəqin  edirsən  ki, 

Səttarın xasiyyəti bizim doğma  Azərbaycanın təbiəti kimi lirik, 

yumşaq  və  şairanədir.  Onun  insani  təbiətilə  yaradıcılığı  bir-

birinə çox bənzəyir, biri digərin tamamlayır. 



 

17

 



Bəhlulzadə həm sənətkar kimi, həm də bir insan kimi mənim 

üçün  çox  əzizdir.  Onun  həm  sənətinə  vurğunam,  həm  də 

insanlığına. 

...  llər  ötəcək  Bəhlulzadənin  həm  koloritli  siması,  həm  də 

yüksək  sənəti  hələ  neçə-neçə  rəssamı  ilhama  gətirəcək.  Çünki 

Səttarın böyük sənəti də, sanki doğma Azərbaycanın özüdür. 



Toğrul Nərimanbəyov,  

Azərbaycan xalq rəssamı 

 

...Səttar  xoş  xasiyyətli,  ümidverici  istedadı,  ehtiraslı 



mübahisələri  və  şirin  yumoruyla  hamımızın  rəğbətini 

qazanmışdır.  Hələ  institutun  orta  kurslarında  oxuyarkən  mən 

onun portretini çəkmək istəyirdim.  ndi özüm də bilmirəm ki, bu 

istəyimi nə üçün o vaxtlar icra edə bilmədim. Doğrusunu deyim 

ki,  mən  buna  həm  təəssüflənirəm,  həm  də 

yox. 


Təəssüflənməyimə  səbəb  odur  ki,  indi  60  yaşlı  Səttar  axı,  o 

zaman  çox  gənc  idi.  Və  bu  portret  o  vaxtlar  yaradılsaydı, 

Səttarın  gənclik  çağının  müəyyən  bir  anı  əbədiyyətə 

çevriləcəkdi...  

Lakin  məni  sevindirən  cəhət  odur  ki,  -  bu  portret  sonradan 

çəkilsə  də  o  elə  bil  ki,  həmin  illərin  yadigarıdır.  Çünki  sevimli 

Səttarda mən deyərdim ki, əbədi gəncliyin eleksiri vardır. 

Yenə  də  əzəlki  kimi  coşğun  ehtiras,  səmimi  qəlb,  bir  də 

yüksək istedad. 

Vladimir Neçitaylo, 

RSFSR-in xalq rəssamı 

 

...Mən  Bəhlulzadənin  portret-büstünü  yaratmazdan  əvvəl 



onu  çox  ətraflı  öyrənməyə  başladım.  Müxtəlif  vəziyyətlərdə:  iş 

prosesində, istirahət zamanı, dostlarıyla söhbətində və s. 

Ancaq  doğrusunu  deyim  ki,  büstün  birinci  variantı  məni  o 

qədər  də  qane  etmədi.  Deyəsən  həm  onun  simasında,  həm  də 




 

18

 



sənətində xoşladığım əsas məziyyəti tuta bilməmişdim. Nəhayət 

qərara aldım ki, Səttarın portretini Azərbaycan mənzərələrindən 

çıxış edərək yaradım. Bu qərarın üstündə də dayandım. 

Çalışdım ki, büstdə Səttarın xarakterinə xas olan romantizm, 

çılgınlıq əbədi gənclik keyfiyyətlərini açım… 

Deyəsən istəyimə nail olmuşam. Çünki Bəhlulzadə əsəri çox 

bəyəndi və dedi ki, bu büstü mən Əmircandakı evimin həyətinə 

qoymaq istərdim və hər səhər onunla üz-üzə gələndə deyərdim. 

Salam, Səttar! 

 Elmira Hüseynova,  



Azərbaycan xalq rəssamı 

 

Səttar  Bəhlulzadənin  çox  qəmli  gözləri  vardı.  Güman  ki, 



belə  qəmli  gözlərə  həyatda  rast  gəlməmişəm.  Amma  bu  qəmli  

gözlərlə  dünyaya  baxırdı,    dünyanı  bol  günəşli,  işıqlı,  əlvan, 

bahar  səsləri  ilə,  quşların  cəh-cəhi  ilə  dolu  görürdü.  Çox  tənha 

insan olan Səttar həyatı bayram kimi qavrayırdı. 



Anar,  

Azərbaycan xalq yazıçısı 

 

Gözəllik və səadət vurğunu olan Səttar Bəhlulzadə öz əsrinin 



övladına  əbədi  bir  bahar  bəxş  etmişdir.  Belə  bir  sənətkar 

xoşbəxtdir, bəxtiyardır! 



Səlim Ədnan,  

Ə

rəb jurnalist və yazıçısı 

 

Səttar  Bəhlulzadə  fırçası  bizə  Vətən  torpağını  Vətəndə 



yaşaya-yaşaya təzədən tanıtdırdı desək səhv etmərik. 

Ziyadxan Əliyev,  

Azərbaycan xalq rəssamı 

 



 

19

 



Səttar  yaradıcılığı  nümunəsində  bir  daha  əmin  olursan  ki, 

rəssam olmaq bütün həyatını incəsənətə vermək deməkdir. 



Qriqoriy Anisimov,  

sənətşünas

 

 

 




 

20

 



Səttar Bəhlulzadənin yaradıcılıq irsinin  

kitabxanalarda təbliğ

 

 



     Hər  bir  xalqın  mədəniyyət  tarixində  elə  yaradıclıq  sahələri 

vardır  ki,  orada  bu  xalqın  özünəməxsus  çoxəsrlik  ənənələri, 

mənəvi aləmi, xarakterik cizgiləri, intellekti, aləmi bəxş etməsi, 

estetik görüşləri və həyat fəlsəfəsi öz təcəssümünü əks etdirir.  

     Hələ  qədim  zamanlarda  Azərbaycan  xalqı  üçün  uzun  illər 

ə

rzində bədii estetik fikrin ifadəsinin belə növü rəssamlıq sənəti 



olumuşdur. 

     2009-cu  il  dekabrın  15-də  görkəmli  rəssam  Səttar 

Bəhlulzadənin  anadan  olmasının  100  illiyi  tamam  olur.  Onun 

çəkdiyi  rəsmlər  Azərbaycan  xalqının  mənəvi  sərvətinə 

çevrilmişdir.  O,  bütün  ömrünü  bu  sənətə  həsr  etmişdir. 

Azərbaycan  rəssamlıq  sənətini  dünyada  tanıdan  sənətkarın 

yaradıcılığı istər mütəxəssislərin, istərsə də sənətsevərlərin daim 

diqqət mərkəzində olmuşdur. 

     Xalq  rəssamı  S.  Bəhlulzadənin  anadan  olmasının  100  illik 

yubileyi  münasibətilə  mədəni-maarif    müəssisələri,  o  cümlədən 

kitabxanalar  və  rəsm  qalereyaları  qarşısında  mühüm  vəzifələr 

durur.  Bu  münasibətlə  xüsusi  tədbirlər  planlı  hazırlanmalı  və 

rəhbər  orqanlar  tərəfindən  təsdiq  olunmalıdır.  Bununla  yanaşı, 

respublikanın, şəhər və rayon kitabxanaları, o cümlədən onların 

kənd  filialları,  S.Bəhlulzadənin  yubileyi  münasibətilə  çap 

olunmuş  ədəbiyyatdan,  həm  də  onun  əvvəlki  yubiley    illəri  ilə 

ə

laqədar  olaraq  nəşr  olunmuş  materiallardan  geniş  istifadə 



olunmalıdır.  Yubiley  rubrikaları  açmalı  və  nəşr  olunmuş 

materialları vaxtaşırı orada əks etdirməlidirlər. 

     Kitabxanaçılar  nəzərə almalıdırlar ki, S.Bəhlulzadənin bütün 

həyat və yaradıcılığı, onun çəkdiyi rəsmlər, tablolar bu günümüz 

və sabahımız üçün mənəvi saflıq mənbəyidir. Elə buna görə də 



 

21

 



kitabxanaların  fəaliyyətində  istifadə  olunan  əyani  təbliğatın  

formalarından,  onun  sənəti  ilə  maraqlanan  çoxsaylı  oxucu 

kütləsinin sorğularını ödəmək üçün həm S. Bəhlulzadənin həyat 

və  yaradıcılığına  dair  ədəbiyyatdan  geniş  istifadə  olunmalıdır. 

Bu qəbildən olan işlər milli rəssamlıq mədəniyyətimizin iftixarı 

olan  S.Bəhlulzadənin  zəngin  rəssamlıq  sahəsindəki  yaradıcılıq 

irsini  geniş  oxucu  kütləsi  arasında  təblig  etmək  kitabxanaların 

ə

sas vəzifəsi olmalıdır. 



     Bununla əlaqədar olaraq hər bir MKS-də “Səttar Bəhlulzadə” 

adlı kartoteka yaradılmalıdır.   

S.  Bəhlulzadə  yaradıcılığını  kitabxanalarda  təbliğ  etmək 

üçün  keçirilən  tədbirlər  planına  sual-cavab  gecələrinin,  fərdi 

söhbətlərin  salınması  böyük  əhəmiyyətə  malikdir.  Çünki  belə 

tədbirlər S. Bəhlulzadə və onun yaradıcılığı haqqında oxucuların 

geniş və tam məlumat almalarına imkan yaradır. 

     Sual-cavab  gecələri  şifahi  təbliğatın  mühüm  forması  sayılır. 

Bu tipli tədbirlər zamanı ustad sənətkar S. Bəhlulzadə haqqında 

ə

n  mühüm  məlumatların  oxuculara  çatdırılmasına,  onun 



yaradıcılığı  haqqında  informasiyanın  verilməsinə  və  s. 

məsələlərə xüsusi diqqət verilməlidir. 

      S.Bəhlulzadənin  yaradıcılığını  geniş  oxucu  kütləsinə 

çatdırmaq  üçün  aşağıdakı  sual-cavab  formasından    istifadə 

etmək məqsədəuyğundur: 

 

1. S. Bəhlulzadə nə vaxt və harada anadan olmuşdur? 



2. S. Bəhlulzadə hansı texnikumu bitirmişdir? 

3. S. Bəhlulzadə hansı ali məktəbdə oxumuşdur? 

4. S. Bəhlulzadənin hansı rəsmlərini tanıyırsız? 

5. S. Bəhlulzadə haqqında hansı kitablar çap olunub? 

6. S. Bəhlulzadə nə vaxt vəfat edib? 

 



 

22

 



     Göründüyü kimi oxuculara ünvanlanan hər bir sual yeni bilik 

və məlumatların formalaşması yollarını müəyyənləşdirir. 

      S.Bəhlulzadənin  sənətini  təbliğ  etmək  məqsədilə  sərgilər 

təşkil  etmək  də  böyük  əhəmiyyət  kəsb  edir.  Sərgilər  müəyyən 

tədbirlər keçirildikdə təşkil edilməlidir. Çünki, bir qayda olaraq 

sərgi  kütləvi  tədbiri  tamamlayır.  S.Bəhlulzadənin    həyat  və 

yaradıcılığını,  onun  haqqında  olan  materialları  oxuculara  əyani 

surətdə  təqdim  etmək  üçün  sərginin  təşkili  məqsədəuyğundur. 

Aşağıda belə bir sərginin sxemini veririk. 

        


Başlıq: “Səttar Bəhlulzadə - 100” 

 

       1. S. Bəhlulzadənin  həyat və yaradıcılığı haqqında olan 



materiallar 

       2. S. Bəhlulzadənin şəkli 

 3. Sitat: Anar: Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı. 

Güman ki, belə qəmli gözlərə həyatda rast gəlməmişəm. Amma 

bu qəmli  gözlərlə dünyaya baxırdı,  dünyanı bol günəşli, işıqlı, 

ə

lvan, bahar səsləri ilə, quşların cəh-cəhi ilə dolu görürdü. Çox 



tənha insan olan Səttar həyatı bayram kimi qavrayırdı. 







10 


 

11 


12 


 

23

 



 

       4. “Babək üsyanı” tablosu 

       5. “Qudyalçay vadisi” rəsmi 

       6. “Torpağın arzusu” tablosu 

       7. “Kəpəzin göz yaşları” rəsmi 

       8. “Əmircan kəndi” tablosu 

       9. “Odlar yurdu” rəsmi 

       10. “Mərdəkan bölgələrində” tablosu 

       11. “Qara tut” rəsmi 

       12. “Xəzər sahili” tablosu və s. 

        

        


Adı  çəkilən  əsərləri  müxtəlif  sərgi  materiallarından, 

almanaxlardan,  dövri  və  mətbu  nəşrlərdən  seçib  nümayiş 

etdirmək məsləhət görülür. 

       MKS-lər tərəfindən “Səttar Bəhlulzadə sənət haqqında” adlı 

sitat sərgisinin təşkili məqsədəuyğundur:

 

Hər bir sənətkar haqqında danışılarkən nədənsə ona hökmən  



istər  özündən  əvvəl  yaşamış,  istərsə  də  müasiri  olduğu  böyük 

sənətkarların  təsirini  qeyd  edir:  Doğrusunu  deyim  ki,  əgər 

mənim  barəmdə  buna  oxşar  fikir  söylənsə,  onunla  heç  zaman 

razılaşa bilmərəm. Axı, sənətkar adlanan kəsin hər şeydən əvvəl 

öz yönü və öz dəsti-xətti olmalıdır. 

*** 


Rəssam  var  ki,  ideyanı  qələmə  alır,  rəssam  da  var  ki, 

emosiya və həyacanı. Mən ikincidənəm. 

*** 

Böyük  sənətkar  yalnız  o  zaman  adlana  bilərsən  ki,  görmək 



və eşitmək istədiyini yaratmaq qüdrətin ola. 

*** 


Yüksək hiss və duyğu! 


 

24

 



Bu  iki  gözəl  nemət  olmasa,  əsl  sənətkar  olmaq  mümkün 

deyil. 


*** 

Rənglərin  biri  digərini  tamamlayaraq  tabloda  yaratdıqları 

yüksək kolorit həyatdakı sevinc anlarına bənzəyir. 

*** 


Mən ilham və natura ardınca Qogen kimi baş  götürüb Taiti 

adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. 

Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir.  

*** 


On  min  yaşlı  Qobustanın  qayaüstü  rəsmlərinə  baxarkən 

düşünürəm  ki,  sənət  yarananda  nə  din  olmuş,  nə  də  mürəkkəb 

insan münasibətləri. O, həyatın özü qədər qədimdir. 

*** 


Sənət insanlarda həmişə xoş bir ümid oyatmalıdır. 

 

*** 



Mənim  bir  rəssam  kimi  yetişməmdə  üç  müdrik  sənətin 

böyük təsiri olub. 

Qədim  xalça  va  miniatür  sənətimiz,  bir  də  Füzulinin  odlu, 

alovlu poeziyası. 

 

Möhtərəm  həmkarlarımızın  diqqətinə  çatdırırıq  ki,  onlar  bu 



məqsədlə  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxananın 

saytından (

www.anl.az

), elektron kitabxanadan səmərəli surətdə 

istifadə edə bilərlər. 

 

 




 

25

 



Ə

dəbiyyat 

 

Abdulla, A. Qapıları bir-bir döydüm /A.Abdulla. – B.: Nurlan, 

2007. – 93 s. 

Hacıyev, R. Zamanın boyaları /R.Hacıyev.- B.: Gənclik, 1979.- 

146 s. 

Rasim, Ə. Səttar Bəhlulzadə /Ə.Rasim.- B.: Azərnəşr, 1958.- 32 



s. 

Rəhimli,  . Səttar dünyası / .Rəhimli.- B.:  şıq, 1990.- 176 s. 

Rəhimli,  . Sənət yolu, sənətkar ömrü / .Rəhimli.- B.:  şıq, 

1988.- 224 s. 

Tahirov, S. Yollar, mənzərələr /S.Tahirov.- B.:  şıq, 1993.- 120 s. 

 

 



Dövri  mətbuat 

 

Xəlilzadə,  T.  Hamıdan  seçilən  sənətkar  /T.Xəlilzadə 

//Azərbaycan. – 2005. – 25 dekabr.- S.7 

smayıloğlu,  A.  Döyülən  qapıların  sədası  /A. smayıloğlu 

//Ədəbiyyat qəzeti. – 2007. – 20 aprel. – S. 16 

Mehdixanlı,  T.  Səttarın  müqəddəs  ruhu  /T.Mehdixanlı 

//Ədəbiyyat qəzeti.- 2006.- 4 avqust.- S.5 

Orucov,  E.  Səttarın  əbədiyaşar  rənglər  dünyası  /E.Orucov 

//Respublika. – 2005. – 17 .-Dekabr. – S. 7 

Səməd, M. Paris, Luvr muzeyi /M.Səməd // Ədəbiyyat qəzeti. – 

2006. – 4 avqust. – S. 5 

 

Rus dilində 



 

Бахлулзаде

, С. (Альбом).- М.: Сов.художник, 1985.- 49 с. 

Бахлулзаде

, С. Выставка произведений /С.Бахлулзаде.- М.: 

Сов


.художник, 1973.- 98 с. 


 

26

 



Бахлулзаде

, С. Выставка рисунков /С.Бахлулзаде.- М.: 

Сов

.художник, 1977.- 110 с. 



                                           


 

27

 



Mündəricat 

 

 

 

BOYALARDA YAŞAYAN ÖMÜR.......................................................................  3 

 

HƏYAT VƏ FƏAL YYƏT N N ƏSAS TAR XLƏR  ................................. .....   11 

 

GÖRKƏML  ŞƏXSLƏR BƏHLULZADƏ HAQQINDA......................................15 

 

SƏTTAR BƏHLULZADƏN N YARADICILIQ  RS N N  

K TABXANALARDA TƏBL Ğ  ..........................................................................  20 

 

Ə

DƏB YYAT..........................................................................................................   25




 

28

 



BOYALARDA YAŞAYAN ÖMÜR 

 

(Səttar Bəhlulzadə-100) 

 

 

 

Nəşriyyat rеdaktoru:  



T.Ağamirova 

 

Korrеktor: 

 

 

 Ş.Əhmədova 

 

 

 

 

 

 

 



 

Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç.29 

Е

-mail: 


contact@anl.az

 

URL: 



www.anl.az

 

 



 

 

 



 

M.F.Aхundov adına Azərbaycan 

Milli Kitabхanasının mətbəəsində 

ofsеt üsulu ilə çap olunmuşdur. 

Sifariş 

Çapa imzalanmışdır: 

Tirajı: 150 

Pulsuz: 


 

 

 



 

Yüklə 188,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə