Аzərbаycаn Rеspublikаsı аdındаn



Yüklə 54,65 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü54,65 Kb.
#7628


 

 

 

 

Аzərbаycаn Rеspublikаsı аdındаn 

 

Q Ə T N A M Ə 

 

18 oktyabr  2016-cı il  

 

2(106)1686/2016   

 

Şirvаn şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyası,  hakimlər  Əhmədov  İsmayıl 



Həmid  oğlu  (sədrlik  еdən  və  məruzəçi),  Camalov  Etibar  Əli  оğlu  və  Əkbərov  Kamran 

Hüseyn оğlundаn ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun  katibliyi  ilə, 

Əkbərova  Gülcamal  Qasım  qızının    maraqlı  şəxs  DSMF-nin  Masallı  rayon  şöbəsinə 

qarşı sosial sığorta stajının müəyyən edilməsi və sənədin şəxsə məxsus olması tələbinə dair 

mülki  iş  üzrə    Masallı  Rayon  Məhkəməsinin  11  may  2016-cı  il  tarixli  2(050)1511/2016 

saylı  qətnaməsindən  maraqlı  şəxs  DSMF-nin  Masallı  rayon  şöbəsi  tərəfindən  verilmiş 

apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bахаrаq, 

 

M Ü Ə Y Y Ə N  Е T D İ: 



 

Masallı  Rayon  Məhkəməsinin  11  may  2016-cı  il  tarixli  2(050)1511/2016  saylı 

qətnaməsi  ilə  (hakim  Anar  Alməmmədov),  ərizəçi  Əkbərova  Gülcamal  Qasım  qızının  

maraqlı  şəxs  DSMF-nin  Masallı  rayon  şöbəsinə  qarşı  sosial  sığorta  stajının  müəyyən 

edilməsi  tələbinə  dair  ərizəsi  təmin  olunmuş,  Məmmədova  Gülcahan  Əli  qızına  məxsus 

hüquq  müəyyənedici  sənədlərin  Əkbərova  Gülcamal  Qasım  qızına  məxsus  olması 

müəyyən  edilməklə  onun  01.01.1948-ci  ildən  01.10.1964-cü  ilə  kimi  sabiq  “Kommunizm 

yolu” kolxozunda və 01.10.1964-cü ildən 31.01.1985-ci ilə kimi sabiq “Kommunizm yolu” 

sovxozunda  fəhlə  işləməsi  faktı  müəyyən  edilmiş  və  həmin  müddətin  onun  sosial  sığorta 

stajına daxil edilməsi  qət edilmişdir. 

Qətnamədən  “DSMF-nin  Masallı  rayon  şöbəsi  tərəfindən  apellyasiya  şikayəti 

verilmişdir. 



 

İŞİN HАLLАRI: 

 

Əkbərova  Gülcamal  Qasım  qızı  ərizəsində  göstərmişdir  ki,  o,  01.01.1948-ci  ildən 

01.10.1964-cü il tarixə kimi sabiq “Kommunizm yolu” kolxozunda və 01.10.1964-cü ildən 

31.01.1985-ci  il  tarixə  kimi  sabiq  “Kommunizm  yolu”  sovxozunda  fəhlə  işləmişdir. 

Sovxozda  işlədiyi  vaxt  onun  adına  əmək  kitabçası  yazılmayıbdır.  Sovxozluq  dövründə 

işlədiyi  vaxtları Masallı  rayon  Arxivinin sovxozun əmrlər kitabından  verdiyi arayış təsdiq 

edə  bilər.  Həmçinin  bir  sıra  sənədlərdə  atasının  adı  səhvən  Əli,  adı  isə  Gülcahan  kimi 

göstərilmiş,  bu  da  ona  məxsus  hüquqmüəyyənedici  sənədlərdə  yanlışlıq  yaratmışdır. 

Masallı rayon Dövlət Arxiv İdarəsinin  verdiyi 14.03.2016-cı  il tarixli 190 saylı arayışında 

Məmmədova  Gülcahan  Əli  qızına  məxsus  hüquqmüəyyənedici  sənədlərin  ona  məxsus 

olması və onun 01.01.1948-ci ildən 01.10.1964-cü ilə kimi sabiq “Kommunizm yolu” yolu 

kolxozunda  və  01.10.1964-cü  ildən  31.01.1985-ci  il  tarixlərdə  sabiq  “Kommunizm  yolu” 




 

 



sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi faktının  müəyyən edilməsi 

barədə qətnamə çıxarılmasını xahiş edir. 

Məhkəmə ərizəni təmin etmişdir. 

Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsi aşağıdakılara istinad edərək qətnamənin 

qismən ləğv edilməsini xahiş etmişdir. 

 

АPЕLLYАSİYА  ŞİKАYƏTİNİN  DƏLİLLƏRİ: 

 

Apellyasiya  şikayətinin  müəllifi  aşağıdakılara  istinad  edərək  məhkəmənin  gəldiyi 

nəticəni  işin  faktiki  hallarına,  qanunvericiliyin  normalarına  uyğun  olmamasını,  ədalətli 

məhkəmə araşdırması hüququnun pozulması ilə çıxarıldığını hesab etmişdir.  

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 21.1-ci maddəsinə 

əsasən  qanunvericiliklə müəyyən edilmiş qaydada  məcburi dövlət sosialsığorta haqlarının 

ödənilməsi  şərti  ilə  mülkiyyət  formasından,  əmək  fəaliyyətinin  xarakterindən  və 

müddətindən  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatlarda  əmək  müqaviləsi  əsasında 

işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 

məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət 

və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.  

Həmin qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təstiq 

olunur.  

Masallı  rayon  Dövlət  Arxiv  idarəsinin  Əkbərova  Gülcamal  Qasım  qızının  adına 

verdiyi arayışda sabiq “Kommunizm yolu” kolxozunda 01.01.1948-ci ildən 01.10.1964-cü 

ilədək  “Kommunizm  yolu”  sovxozunda  01.10.1964-cü  ildən  31.10.1985-ci  il  tarixədək 

işləməsinə dair staj protokolunda kolxoz iş günləri və həmin dövr ərzində nə qədər iş stajı 

qazanması  göstərilmədiyi  üçün  pensiyanın  üzərinə  həmin  dövrün  əlavə  iş  stajı  kimi 

hesablamaq  mümkün  deyil.  Məhkəmə  tərəfindən  qətnamə  qəbul  edilərkən  Əkbərova 

Gülcamal  Qasım  qızının    sabiq  “Kommunizm  yolu”  kolxozunda  və  “Kommunizm  yolu” 

sovxozunda  işləməsini təstiq edən sənədlərin mövcudluğu araşdırılmamışdır.  

Apellyasiya  şikayətinin  müəllifi  qeyd  edilənlərə  istinad  edərək  Masallı  Rayon 

Məhkəməsinin  11  may  2016-cı  il  tarixli  2(050)1511/2016  saylı  qətnaməsinin  ləğv 

edilməsini xahiş etmişdir. 

Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsinin nümayəndəsi və Əkbərova Gülcamal 

Qasım  qızı  apellyasiya  baxışına  təkrarən  gəlməmiş,  gəlməmələrinin  səbəbi  barədə 

məhkəmə məlumat verməmişlər. 



 

HÜQUQİ MƏSƏLƏLƏR: 

 

Аzərbаycаn Rеspublikаsı MPM-nin 372.1-ci mаddəsinə əsаsən аpеllyаsiyа instаnsiyа 

məhkəməsi  tаm  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  оlаn  və  əlаvə  təqdim  оlunmuş  sübutlаr 

əsаsındа mаhiyyəti üzrə bахır.  

Həmin  Məcəllənin  372.7-ci  mаddəsinin  tələbinə  görə  аpеllyаsiyа  instаnsiyа 

məhkəməsi  şikаyətin  dəlillərindən  аsılı  оlmаyаrаq,  məhkəmənin  mаddi  və  prоsеssuаl 

hüquq nоrmаlаrınа riаyət еtməsini yохlаyır. 



 

 



Məhkəmə  kollegiyası  hesab  edir  ki,  ərizə  üzrə  birinci  instansiya  məhkəməsi  işin 

faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə qətnamədə 

göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.  

Kollegiya  hesab  edir  ki,    apellyasiya  şikayəti    sənədin  şəxsə  məxsus  olmasının 

müəyyən edilməsinin düzgün olmaması  hissəsində də əsaslıdır və təmin edilməlidir.  

Əvvəla  kollegiya  qeyd  etməyi  zəruri  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin 

Məmmədova  Gülcahan  Əli  qızına  məxsus  hüquqmüəyyənedici  sənədlərin  Əkbərova 

Gülcamal  Qasım  qızına  məxsus  olması  qənaətinə  gəlməyə  əsas  verən  heç  bir  sənəd  iş 

materiallarında  olmamışdır.  Nə  iş  materiallarında  olan  Masallı  rayon  Dövlət  Arxivindən 

verilmiş  14.03.2016-cı  il  tarixli  190  saylı  arayış,  nə  Masallı  rayon    icra  hakimiyyəti 

başçısının Sığdaş kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2016-

cı  il  tarixli  297  saylı  arayış,  nə  də  ki,  Masallı  rayon  qeydiyyat  şöbəsi  tərəfindən  verilmiş, 

nikah  kitabının  8-ci  səhifəsindən  Məmmədov  Nəriman  Murtuza  oğlu  ilə  Əkbərova 

Gülcamal  Qasım  qızı  arasında  nikahın  bağlanması  barədə  Az-1N  420993  saylı  çıxarış 

Məmmədova Gülcahan Əli qızının Əkbərova  Gülcamal  Qasım  qızı  hesab  edilməsinə  əsas 

vermir.  Belə  ki,  əmək  pensiyasının  təyin  edilməsi  və  sosial  sığorta  stajının  müəyyən 

edilməsi  üçün  hüquqmüəyyənedici  sənəd  olan  Arxiv  arayışının  qeydində  həmin  arayışın 

Məmmədova  Gülcahan  Əli  qızına  aid  olduğu  göstərilmiş  bu  şəxsin  istər  adı,  istər  soyadı, 

istərsə  də  atasının  adı  ərizəçi  Əkbərova  Gülcamal  Qasım  qızı  ilə  müqayisədə  müxtəlif 

olmaqla bu şəxslərin eyni şəxs olması mötəbər sübutlarla təstiq olunmamışdır. 

Masallı rayon Dövlət Arxivindən verilmiş 14.03.2016-cı il tarixli 190 saylı arayışdan 

görünür  ki,  Əkbərova  (Məmmədova)  Gülcamal  (Gülcahan)  Qasım  (Əli)  qızı  kolxozda 

işləyənlərin  iş  stajını  müəyyən  edən  staj  komissiyasının  05.10.1964-cü  il  tarixli  15  saylı 

staj  protokolunda  “Sığdaş”  məhəlləsi  üzrə  181-ci  sırada  təvəllüdü  1932-ci  il  olmaqla  

01.01.1948-ci il tarixdən 01.10.19964-cü ilə kimi stajı olması təstiqlənmişdir. 

01.10.1964-cü  il  tarixli  6  saylı  əmrlə  sovxoza  fəhlə  qəbul  edilmiş,  31.01.1985-ci  il 

tarixli 99 saylı əmrlə pensiyaya çıxması ilə əlaqədar işdən azad edilmişdir. Sovxozun əmək 

haqqı sənədləri arxivə tam təhvil verilməmişdir.  

Staj  protokolunda  Məmmədova  Gülcahan  Əli  qızı  kimi  qeyd  olunub,  işə  götürmə 

əmrində Məmmədova Gülcahan kimi, işdən çıxma əmrində Əkbərova Gülcamal kimi qeyd 

olunub.  

Əkbərova Gülcamal Qasım qızının və ya Məmmədova Gülcahan Əli qızının müxtəlif 

vaxtlarda  “Kommunizm  yolu”  kolxozunda  və  eyni  adlı  sovxozda    şləməsi  faktı  barədə  iş 

materiallarında  arxiv  arayışı  olduğundan  Şirvan  Apellyasiya  məhkəməsinin  18  oktyabr 

2016-cı  il  tarixli  qərardadı  ilə  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 

261.0.1-ci  maddəsinə  əsasən  iş  inzibati  iqtisadi  məhkəmədə  baxılmalı  olması  əsası  ilə    iş 

üzrə icraata xitam verilmişdir. 

Əmək  pensiyasının  təyin  edilməsi  və  sosial  sığorta  stajının  müəyyən  edilməsi  üçün 

hüquqmüəyyənedici  sənəd  olan  Arxiv  arayışının  qeydində  həmin  arayışın  Məmmədova 

Gülcahan Əli qızına aid olduğu göstərildiyindən  bu şəxsin istər adı, istər soyadı, istərsə də 

atasının  adı  ərizəçi  Əkbərova  Gülcamal  Qasım  qızı  ilə  müqayisədə  müxtəlif  olmaqla  bu 

şəxslərin  eyni  şəxs  olmasının    mötəbər  sübutları  olmadığından  birinci  instansiya 

məhkəməsinin  qətnaməsi  Məmmədova  Gülcahan  Əli  qızının  adına  olan  hüquq  müəyyən 

edici  sənədin  Əkbərova  Gülcamal  Qasım  qızına  məxsus  olmasının  müəyyən  edilməsi 

hissəsində rədd edilməli, ərizə bu hissədə təmin edilməməlidir. 




 

 



Qeyd  оlunanlara  əsasən  məhkəmə  kоllegiyası  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və оbyektiv araşdırmamış və tərəflər 

arasındakı  mübahisənin,  hüquqmüəyyənedici  sənədin  şəxsə  məxsus  olması  məsələsinin 

həlli  üçün  tətbiq  edilməli  оlan  maddi  və  prоsessual  hüquq  nоrmalarını  düzgün  tətbiq 

etməmişdir  ki,  bu  da  Azərbaycan  Respublikasının  MPM-nin  384.0.2-ci  maddəsinə  görə 

məhkəməsinin    qətnaməsinin  tam  və  ya  qismən  ləğv  edilməsi  üçün  əsasdır.  Ona  görə 

Masallı  Rayon  Məhkəməsinin  11  may  2016-cı  il  tarixli  2(050)1511/2016  saylı  qətnaməsi 

sənədin şəxsə aid olmasının müəyyən edilməsi hissəsində ləğv edilməlidir.  

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  MPM-nin  261,  263-264,  391, 

405və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası  

 

Q Ə T      E T D İ : 

 

Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti  



qismən təmin еdilsin.  

Əkbərova  Gülcamal  Qasım  qızının    maraqlı  şəxs  DSMF-nin  Masallı  rayon  şöbəsinə 

qarşı sosial sığorta stajının müəyyən edilməsi və sənədin şəxsə məxsus olması tələbinə dair 

mülki  iş  üzrə    Masallı  Rayon  Məhkəməsinin  11  may  2016-cı  il  tarixli  2(050)1511/2016 

saylı qətnaməsi Məmmədova Gülcahan Əli qızına məxsus hüquq müəyyənedici sənədlərin 

Əkbərova  Gülcamal  Qasım  qızına  məxsus  olmasının  müəyyən  edilməsi  hissəsində  ləğv 

edilsin. 

Ərizə həmin hissədə təmin edilməsin .  

Qətnаmədən  işdə  iştirаk  еdən  şəхslərə  rəsmi  qаydаdа  vеrildiyi  gündən  2  аy 

müddətində  Şirvаn  Аpеllyаsiyа  Məhkəməsi  vаsitəsi  ilə  Аzərbаycаn  Rеspublikаsı  Аli 

Məhkəməsinin Mülki Kоllеgiyаsınа kаssаsiyа şikаyəti vеrilə bilər. 

Kаssаsiyа  şikаyəti  vеrilmədiyi  hаldа,  qətnаmə  qəbul  еdildiyi  gündən  2  аy  kеçdikdən 

sоnrа qаnuni qüvvəyə minir.  

 

Sədrlik еdən: imzа vаr 

Hаkimlər: imzаlаr vаr 

Düzdür:Sədrlik еdən: 

 

 

 

 

 

İsmayıl Əhmədov 

 

 

 

 

 

 

 

 

 



 

 





 

 

 

 

 

 

 

 

 

 

 

 

Sədrlik edən: 

 

İsmayıl Əhmədov 

Hakimlər: 

 

Kamran Əkbərov 

 

 

 

Etibar Camalov 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 





 

Sədrlik еdən: imzа vаr 

Hаkimlər: imzаlаr vаr 

Düzdür:Sədrlik еdən: 

 

 

 

 

 

İsmayıl Əhmədov 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sədrlik edən: 

 

İsmayıl Əhmədov 

Hakimlər: 

 

Kamran Əkbərov 

 

 

 

Etibar Camalov 


 

 



 

 



 

Yüklə 54,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə