Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında



Yüklə 209,1 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix01.11.2017
ölçüsü209,1 Kb.
#7758
  1   2   3   4   5   6


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

 

Miqrasiya  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi,  idarəetmə  sisteminin  inkişaf 



etdirilməsi,  miqrasiya  proseslərinin  tənzimlənməsi  və  proqnozlaşdırılması,  bu  sahədə  müvafiq 

dövlət  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsi  məqsədilə  və  Azərbaycan  Respublikası 

Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılsın.



 

2.  "Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya  Xidməti  haqqında  Əsasnamə"  təsdiq 

edilsin (əlavə olunur).

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:



 

3.1.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  strukturu,  xərclər  smetası  və 

işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin;


 

3.2.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  fəaliyyətinin  təşkili  üçün 

müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

 

3.3.  qüvvədə  olan  qanunvericilik  aktlarının  bu  Fərmana  uyğunlaşdırılması  barədə 



təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

3.4.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti 



orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.



 

4.  Müəyyən  edilsin  ki,  Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya  Xidməti  fəaliyyətə 

başlayanadək  "Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya  Xidməti  haqqında  Əsasnamə"də 

göstərilən vəzifələrin icrası müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir.

 

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.



 

 

 



İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 



 

Bakı şəhəri, 19 mart 2007-ci il

 

№ 560


 

 

 



 

 

Azərbaycan Respublikası Prezidentinin



 

2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

 



Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında

 

 

 

ƏSASNAMƏ

[1]


 

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

 

 



1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya 

Xidməti)  miqrasiya  sahəsində  dövlət  siyasətini,  miqrasiya  proseslərinin  idarə  edilməsi  və 

tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri 

həyata keçirən 

, hüquq-mühafizə orqanı statusu olan 

mərkəzi icra hakimiyyəti orqanıdır. 



[2]

 

2. Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, 



Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və 

sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri  və  bu  Əsasnaməni  rəhbər 

tutur.


 

3.  Dövlət  Miqrasiya  Xidməti  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata 

keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq 

və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

4. Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, 



qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

 

5.  Dövlət  Miqrasiya  Xidməti  müstəqil  balansa,  qanunvericiliyə  uyğun  sərəncamında  olan 



dövlət  əmlakına,  xəzinə  və  bank  hesablarına,  üzərində  Azərbaycan  Respublikasının  Dövlət 

gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara 

malikdir.

 

6. 



Dövlət 

Miqrasiya 

Xidmətinin 

fəaliyyətinin 

maliyyələşdirilməsi 

Azərbaycan 

Respublikasının  dövlət  büdcəsi  və  qanunvericilikdə  nəzərdə  tutulan  digər  mənbələr  hesabına 

həyata keçirilir.

[3]

 

7. Dövlət Miqrasiya Xidməti Bakı şəhərində yerləşir.



 

 

 

II. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

 

 

 

8. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

8.1.  miqrasiya  sahəsində  vahid  dövlət  siyasətinin  formalaşdırılmasında  iştirak  edir,  bu 



siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini 

əlaqələndirir;

 

8.2.  öz  səlahiyyətləri  daxilində  miqrasiya  proseslərinin  idarə  edilməsi  və  tənzimlənməsini 



həyata keçirir;

 

8.3. miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir;



 

8.3-1. hüquq-mühafizə fəaliyyətini həyata keçirir



[4]

 

8.3-2.  miqrasiya  proseslərinin  idarəolunmasında  «bir  pəncərə»  prinsipi  üzrə  vahid  dövlət 



orqanının səlahiyyətlərini həyata keçirir;

 

8.4. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir, 



emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir;

 

8.5.  aidiyyəti  dövlət  orqanları  ilə  qarşılıqlı  əlaqədə  qanunsuz  miqrasiyanın  qarşısının 



alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

8.6.  Azərbaycan  Respublikasının  vətəndaşlığı  və  siyasi  sığınacaq  verilməsi  məsələlərinə 



baxılmasında iştirak edir;

 

8.7. qaçqınlar (sığınacaq  axtaranlar) haqqında Azərbaycan  Respublikası qanunvericiliyinin 



icrasını təmin edir;

 

8.8.  miqrasiya  sahəsində  vahid  uçot  sisteminin  tətbiqini  təmin  edir  və  monitorinq  həyata 



keçirir;

 



Yüklə 209,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə