Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci IL büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 16,08 Kb.
tarix01.09.2018
ölçüsü16,08 Kb.
#66184

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.

Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirlər 13 674 070,1 min manat, xərclər 10 573 605,8 min manat və ya Dövlət Neft Fondunun 2012-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 99,7%, xərclər üzrə 98,4% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:



Sıra    N-si

                                          Göstəricilər

min manatla

   

Gəlirlər, cəmi:

 

13 674 070,1

 

o cümlədən:

 

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 117 354,6

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3 008,1

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

7 890,8

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

1 572,6

5.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

543 992,1

6.

Digər gəlirlər və daxilolmalar

251,9

 

                              Xərclər, cəmi:



 

10 573 605,8

 

o cümlədən:

 

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

299 982,0

2.

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert

9 905 000,0

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

199 997,1

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

119 027,6

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

19 977,3

6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

29 621,8

 

 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 avqust 2013-cü il. 
Yüklə 16,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə